8
metinin öyrənilməsində, sosial-iqtisadi hadisələrin quruluşunda, dinamikasında və qarşılıqlı əlaqələrində
baş verən kəmiyyət qanunauyğunluqlarının tədqiqində mühüm əhəmiyyət kəsb edir.
III. Statistika elminin hərtərəfli öyrənilməsi sosial və iqtisadi həyatda baş verə biləcək dəyişikliklərin
dərk edilməsində xüsusi rol oynayır. Bu istiqamətdə zəruri komponentlərdən biri də onun vəzifələri və
təşkili prinsipləri hesab olunmalıdır. Müasir dövrdə statistikanın xeyli sayda vəzifələri vardır ki, bunlar-
dan əsas olanı- respublikamızdakı sosial-iqtisadi hadisələrin hərtərəfli işıqlandırılmasıdır. Bu hadisələrin
dərk edilməsində ən qüdrətli vasitə olan statistikanın müasir şəraitdə əhəmiyyəti daha da artmışdır. Belə
şəraitdə regional və ölkə səviyyəsində yeni göstəricilər sisteminin yaradılması zərurəti ortaya çıxdı.
Bütün bunlar beynəlxalq uçot və statistika təcrübəsində qəbul edilmiş, bazarın tələblərini ödəyə bilən
Milli Hesablar Sisteminə (MHS) keçidi zərurətə çevirdi.
Ölkəmizin müstəqillik əldə etməsində sonra ilk dəfə 1992-ci il 11 avqust tarixli prezident fərmanı ilə
Azərbaycan Respublikasında beynəlxalq təcrübədə qəbul edilmiş uçot və statistika standartları sisteminə
keçid haqqında Dövlət Proqramı təsdiq edildi ki, bu da sonrakı 5 il ərzində reallaşdı. Proqramın həyata
keçirilməsinə rəhbərlik Dövlət Statistika Komitəsinə həvalə edilmişdi. 1994-cü il 18 fevral tarixli Pre-
zident Fərmanına uyğun olaraq Azərbaycan Respublikasının “Statistika haqqında” Qanunu Milli Məc-
lisdə təsdiq edilmişdir. Dövri olaraq həmin Qanuna dəyişikliklərin aparılması nəzərdə tutulmuş və həyata
keçirilmişdir. 1998-ci iI 20 avqust tarixli Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə “1998-
2002-ci illərdə dövlət statistika sistemində islahatların aparılmasına dair" II Dövlət Proqramı təsdiq
edilmişdir. Dövlət Proqramında statistikanın müasir göstəricilər sisteminin, onların hesablanması meto-
dologiyasının bazar iqtisadiyyatının tələblərinə uyğun olaraq dəyişdirilməsinın başa çatdırılması, statis-
tika məlumatlarının obyektivliyinin, operativliyinin və dolğunluğunun təmin edilməsi və yerli icra haki-
miyyəti orqanlarının və digər informasiya istehlakçılarının ölkənin, rayonların (şəhərlərin) və təsərrüfat
subyektlərinin sosial-iqtisadi vəziyyəti haqqında obyektiv statistik informasiyaya olan tələbatının ödə-
nilməsi nəzərdə tutulur. Dövlət Pröqramının statistika müşahidəsi metodlarının təkmilləşdirilməsi bölmə-
sində seçmə müşahidəsinin yeni növlərinin (çoxfazalı, çoxməqsədli) metodologiyasının işlənib hazırlan-
ması, müşahidə məlumatlarının bütövlükdə ölkəyə şamil edilməsi probleminin həll edilməsi nəzərdə tu-
tulmuşdur. 1998-2002-ci illərdə sahələrarası balansların Milli Hesablar Sisteminin sxemi üzrə işlənilmə-
sinə, riyazi statistika metodları və makroiqtisadi göstəricilər sistemi bazasında Azərbaycanın və regionla-
rın sosial-iqtisadi inkişafının kompleks təhlili metodologiyasının təkmilləşdirilməsinə mühüm əhəmiyyət
ve-rilmisdir. Dövlət Proqramında 1993-cil ilin MHS-yə keçidin 1998-2000-ci illərdə başa çatdırılması
nəzərdə tutulmuş və ye-rinə yetirilmişdir.
İkinci Dövlət Proqramının müvəffəqiyyətlə həyata keçirilməsi “2003-2007-ci illərdə Azərbaycan
Respublikasında rəsmi sta-tistikanın təkmilləşdirilməsinə dair” yeni Dovlət Proqramı haqqında 20 fevral
2003-cü ildə Prezident Fərmanının verilməsinə səbəb oldu. Bölmələrdə milli hesablar və iqtisadi balans-
lar sisteminin, sahələr üzrə makroiqtisadi göstəricilərin və onların hesablanma metodologiyasının təkmil-
ləşdirilməsi, beynəlxalq standartlara uyğun olaraq statistika müşahidələrinin və göstəricilərin metodolo-
giya və proqramların təkmilləşdirilməsini və müşahidələrin aparılması, beynəlxalq statistikanın tələblə-
rinə müvafiq olaraq müəssisələr statistikasına keçidin inkişaf etdirilməsi, iqtisadi statistika təsnifatı siste-
minin inkişaf etdirilməsinə va beynəlxalq səviyyədə qəbul edilmiş təsnifatlara üyğun milli təsnifatların
tətbiqi, sosial və demoqrafiya statistikasının təkmilləşdirilməsi sahəsində həlli hayata keçirilməli olan
problemlərin şərhi, statistika məlumatlarının nəşr edilməsi və yayılması üzrə işlərin təkmilləşdirilməsi və
məlumatların qorunmasının təmin edilməsi, dövlət statistika sisteminin informasiya texnologiyasının,
texniki və proqram-texnoloji təminatının təkmilləşdirilməsi, statistika fəaliyyətinin qanunvericilik aktları-
nın inkişaf etdirilməsi, DSK-nın strukturunun təkmilləşdirilməsi və statistika sisteminin kadr potensia-
lının möhkəmlənməsi, statistika sahəsində beynəlxalq alaqələri gücləndirməyi, DSK-nın BMT, Avropa
Birliyi, BVF, Dünya Bankı və s. beynəlxalq təşkilatların statistika xidmətləri ilə geniş və hərtərəfli
əməkdaşlıqdan bəhs olunur.
Müasir dövrdə informasiyanın əldə edilməsi və işlənilməsi sistemi ciddi islahata məruz qalmaqdadır.
Hal-hazırda siyahıyaalmalar, seçmə müşahidələr, monitorinqlər və s. kimi tədbirləri həyata keçirmək
üçün statistikanın fundamental əsaslarından biri hesab edilən müəssisələr registrinə malik olmadan müm-
kün deyil.
Müəssisələr registrinin əsas vəzifəsi - statistik müşahidə obyektlərinin məcmusunun tamlığının və düz-
günlüyünün təmin edilməsidir. Planlı iqtisadiyyat dövründə Azərbaycanda müəssisələr registri olmamış-
9
dır. Müəssisələr registrinin əsas funksiyaları aşağıdakılardır:
1.
statistik müşahidə vahidlərinin baş məcmusunun formalaşdırılması;
2.
hər bir statistik uçot vahidi haqqında kəmiyyət göstəricilərinin əldə edilməsi;
3. riyazi statistika metodlarının tətbiqi;
4. bütün təsərrüfat subyektləri üzrə demoqrafik göstəricilərin formalaşdırılması və s.
Azərbaycan Respublikasında Uçot vahidlərinin Dövlət Registri (UVDR) 1995-ci ildə DSK-da yara-
dılmış və 01.09.09-cu il vəziyyətinə özündə 86117 hüquqi şəxs haqqında məlumatı əks etdirir. Uçot
vahidlərinin dövlət registrində bütün vahidlər aşağıdakı əsas göstəricilərlə xarakterizə olunur: 1.eyniləş-
dirmə nömrəsi; 2.vergi ödəyicisinin eyniləşdirmə nömrəsi; 3. vahidin adı; 4.əsas, qeyri-əsas və köməkçi
fəaliyyətin kodları; 5. Iqtisadiyyat sektorunun kodu; 6.vahidin tabeçilik kodu; 7.vahidin yerləşdiyi
ərazinin kodu; 8.vahidin mülkiyyət formasının kodu; 9. vahidin təşkilati-hüquqi formasının kodu;
10.vahidin maliyyələşmə forması; 11.ünvan göstəriciləri; 12. rəhbərin adı, soyadı; 13.vahidin iqtisadi
fəallığının vəziyyəti; 14.dövlət qeydiyyatı haqqında məlumatlar; 15.vahidin yaranma tarixi: 16.işçilərin
sayı və digər iqtisadi göstəricilər.
Müəssisələr registri təsnifatlar sistemi üzərində qurulur. Statistikada təsnifat – hadisə və obyektlərin
oxşar və fərqli cəhətləri əsasında onların müəyyən qruplara, siniflərə və növlərə sistemli şəkildə bölüş-
dürülməsi nəzərdə tutulur. Onun vəzifəsi öyrənilən hadisələr məcmusunun bəzi meyarlar əsasında həm-
cins qrup və siniflərə parçalamaq və bununla da informasiyanın kodlaşdırılması və nizama salınması im-
kanını təmin etməkdən ibarətdir. Bu istiqamətdə olan mühüm vəzifələrdən biri – daim fəaliyyətdə olan
monitorinqlərin aparılmasıdır. Bunun mahiyyəti ondan ibarətdir ki, hər hansı obyektin vəziyyəti üzərində
xüsusi təşkil edilmiş müntəzəm müşahidə aparılır. Ümumilikdə isə statistikanın əsas vəzifə-lərinə daxil-
dir:
cəmiyyətdə baş verən ciddi iqtisadi və sosial proseslərin dəyişilməsini elmi əsaslandırılmış göstə-
ricilər əsasında hərtərəfli tədqiq etmək;
sosial-iqtisadi hadisələrin inkişaf meylinin ümumiləşdirilməsi və proqnozlaşdırılması;
müxtəlif səviyyələrdə idarəetmə orqanlarını elmi əsaslandırılmış informasiya ilə təmin etmək;
istehsalın iqtisadi səmərəlliyini təmin edən ehtiyatları aşkar etmək;
müxtəlif istehsal fəaliyyəti sahələri arasında nisbəti müəyyənləşdirmək;
istehsal sahələrinin quruluşunu və quruluşda baş vermiş dəyişiklikləri öyrənmək;
ölkənin iqtisadi və mədəni həyatını əhatə edən statistika məcmuələrinin nəşrini genişləndirmək və s.
Bazar iqtisadiyyatının inkişaf tələblərinə uyğun olaraq statis-tika materiallarının komputerləşdirilməsi
çox mühüm bir vəzifə kimi qarşıya qoyulmuşdur. Statistik məlumatların toplanılması, işlənilməsi və ötü-
rülməsi vasitələrinin və metodlarının inkişaf etdirilməsində yeni informasiya-kommunikasiya texnologi-
yalarının tətbiqinə böyük ehtiyac vardır. Bu məqsədlə statistik hesabatların və informasiyanın maksimum
avtomatlaşdırılmış işlənilməsi təmin edilməlidir. Müasir şəraitdə hesabatların əhəmiyyətli dərəcədə ixti-
sar edilməsi, ümumi müşahidədən qeyri-ümumi statistik müşahidələrə - birdəfəlik, seçmə və monoqra-
fiya tədqiqatlarına keçilməsi təmin edilməlidir.
BMT-nin baş orqanında iki böyük statistika orqanı fəaliyyət göstərir: İqtisadi və Sosial Şuranın tərki-
bində Statistika komissiyası və Katibliyin tərkibində Statistika Bürosu. Hazırda beynəlxalq statistika təş-
kilatları 2 qrupa bölünür: a) statistik metodologiya və müşahidə proqramlarını işləyənlər; b) statistik mə-
lumatları toplayanlar, işləyənlər və nəşr edənlər.
Birinciyə Beynəlxalq Statistika Institutu və BMT-nin Statistika komissiyası, ikinciyə isə BMT Katib-
liyinin Statistika Bürosu və BMT-nin icraedici və ixtisaslaşdırılmış orqanlarının statistika xidmətləri aid-
dir. Statistika komissiyasının tövsiyələri milli statistika xidmətləri üçün məcburi sayılmasa da BMT-yə
göndərilən statistik məlumatlar beynəlxalq standartlara uyğun hazırlanmalıdır.
1992-ci ildə keçmiş SSRİ məkanında MDB Statistika Komitəsi yaradılmışdır. O, birliyin üzvləri olan
dövlətlərin statistika xidmətlərinin fəaliyyətini əlaqələndirmək üçün bir sıra vəzifələr həyata keçirir, keçid
dövrünə xas olan müxtəlif problemlərə dair vahid statistika metodologiyasını, metodik materialları və
tövsiyyələri işləyib hazırlayır. O, üzv ölkələrdə iqtisadi islahatlar prosesinin, özəlləşdirmə və bazar mü-
nasibətlərinin formalaşması prosesinin statistik tədqiqini aparir, əhali siyahıyaalınmasını, xalq təsərrüfa-
tında baş verən prosesləri izləyərək MDB-nin İcraiyyə Komitəsini statistik məlumatlarla təmin edir. Onu
da qeyd etmək lazımdır ki, beynəlxalq arenada statistikanın təşkilinin 2 forması: mərkəzləşdirilmiş və
qeyri-mərkəzləşdirilmiş forma tətbiq edilir.