130
hәqiqәt olduğu üzә çıxsa, onda necә?” Uyğurun
ona ünvanladığı atmacalı sözlәri xatırladı. Hәr
şey üst-üstә düşürdü.
“-
Hmm.
Bәs
onda
niyә
birinci
Yaşarı
vurmadınız?
- Elә onu vurmaq istәyirdim dә! Amma Tәravәt
özünü qabağa verdi, güllә ona dәydi. Tәravәt
yerә yıxılandan sonra Yaşarın üstünә cumdum. O
da mәnim üstümә atılanda әlimә taxta parçası
keçdi, onunla burnundan vurdum. O da huşunu
itirib yerә sәrildi.
- Bundan başqa Yaşarla aranızda bir şey olmayıb
ki?
- Xeyr.
- Qanunsuz silah gәzdirdiyinizә, ondan istifadә
etdiyinizә vә sui-qәsdә cәhd göstәrdiyinizә görә
sizi necә ağır cәza gözlәdiyini bilirsiniz?
- Savadım var.
- Sizә sәmimi bir şey deyәcәm. Özü dә, bu cür
sәmimiyyәti indiyәdәk tәqsirli bilinәn heç bir
şәxsә göstәrmәmişәm. Amma nәdәnsә istәyirәm
ki, siz bunu bilәsiniz. On yeddi illik tәcrübәmә
ә
sasәn deyә bilәrәm ki, siz qәtiyyәn qatilә
oxşamırsınız. Dediklәrinizdә dә nә isә çatışmayan
bir sıra şeylәr var. Elә danışarkәn simanızdakı
cizgilәr dә dediklәrinizi tәkzib edir. Amma biz
yalnız sübutlara söykәndiyimiz üçün sizә әlavә
heç nә demirәm. Sadәcә istәyirәm ki, bizә vә
özünüzә kömәk etmәk barәdә dә düşünәsiniz. Bir
daha vurğulayıram: Xüsusәn dә özünüzә!
- .........
downloaded from KitabYurdu.org
131
- Hәlәlik bu qәdәr. Amma biz yenә dә görüşüb,
söhbәtimizi davam etdirmәli olacağıq”...
Yaşar özünә yer tapa bilmirdi. Qәlbini didәn
suallar qarşısında çıxılmaz vәziyyәtdә qalmışdı.
Adәtәn bu cür dar macalda Uyğurun yanına
qaçar, dәrdini ona deyib, ondan mәslәhәt alardı.
Indi isә dәrd yoldaşı, can sirdaşı nәinki yanında
yox idi, hәtta özünü ona – dostuna görә fәda
elәmәk fikrinә düşmüşdü. Artıq Yaşarın buna heç
bir şübhәsi qalmamışdı. O birdәn özünü olduqca
yalqız hiss elәdi. Dәrhal onu da başa düşdü ki,
indiki mәqamda dostunun taleyi onun әlindәdir
vә Uyğura yalnız o kömәk edә bilәr. Başqa sözlә,
fәdakarlıq növbәsi indi Yaşarın idi. O elә etmәli
idi ki, nә dostluqlarına, nә dә dostuna ziyan
vurmasın. Çәtin mәsәlә idi. Amma o, bunun
öhdәsindәn mütlәq gәlmәliydi...
Yaşar ilk öncә hadisәnin necә baş verdiyini vә
ona apara bilәcәk ehtimalları dәqiqlәşdirmәyә,
analiz etmәyә çalışdı. Bütün bunların Elmәddinin
qurğusu - planı olduğuna әmin idi. Konsertdәn
bir gün әvvәlki danışıqları da yadındaydı.
Elmәddin sonda “Elә etmә ki, tәk burnun yox,
hәyatın da qırılsın” - demişdi. Đndi Yaşar elә
etmәli idi ki, bunu onun etdiyini sübuta yetirsin.
Hәm dә sübutları, dәlillәri mәntiqli, inandırıcı
olmalıydı.
Ә
ks-tәqdirdә
işlәri
daha
da
dolaşdırardı. Vә nәticәdә Uyğuru әn azı elә
dediklәrini әsas götürüb bir neçә illiyә gedәr-
gәlmәzә göndәrә bilәrdilәr: “Onların saraya
qәdәr gәlmәlәri vә hadisәni orda törәtmәlәri
göstәrir
ki,
mәni
bütün
günü
izlәyiblәr.
downloaded from KitabYurdu.org
132
Muhafizәçilәrin dediklәrinә görә, iş yerindә
sakitlik olub, müşahidә zonasında şübhәli heç nә
qeydә alınmayıb. Başqa sözlә, onlar orda özlәrini
“vısovıvat” etdirmәyiblәr. Demәli, fikirlәri mәni
tәklikdә
tumaq
olub.
Amma
Tәravәtgili
götürmәyim onlara mane olub. Ona görә dә
dalımızca düşüb saraya qәdәr gәliblәr. Vә burda
onlar üçün әla şәrait yaranıb... Әlimizdә daha nә
var? Tәravәt! Onun tez-tez әl-üzünü yumağa
getmәsi... Lәnәt şeytana! Axı, eyni yemәkdәn biz
dә yedik, eyni şirә vә sulardan biz dә içdik. Bәs
niyә bizә heç nә olmadı? Bәlkә Elmәddinin
adamları Tәravәtin yemәyinә, ya da içkisinә
dәrman qatıblar, yaxud da qatdırıblar? Görünür,
iki dәfә Danulduzu ilә getdiyi üçün ona nәsә
etmәyә risk etmәyiblәr. Amma sonra - tәk
gedәndә onu qaçırıblar. Mәn dә... Hә, mәn dә
arxasınca çıxdım. Amma özünü görә bilmәdim.
Şalını kranın yanında görәndә isә çölә qaçdım.
Maşının yanına qәdәr gәldiyim yadımdadı. Amma
sonrası...
Lәnәt
olsun,
ondan
sonrasını
xatırlamıram. Belә çıxır ki, onlar polisә özlәri
xәbәr veriblәr vә istәyiblәr ki, mәn ayılana qәdәr
polis gәlsin vә Tәravәtlә mәni bir yerdә tapsın,
hәm dә bu qәnaәtә gәlsin ki, onu mәn
vurmuşam?! Yaxşı, bu axmağın ağlı kәsmәyib ki,
polis mәnim onu vurduğuma niyә inanmalıdı?!
Bir dә qız uşağı mәnim burnumu necә sındıra
bilәrdi? Axx Uyğur, axx... Bәlkә dә Uyğur ora
gәlmәsәydi, mәsәlә bu cür qәlizlәşmәyәcәkdi.
Amma... Artıq gecdir. Uyğur silahı ya yerdәn, ya
da mәnim әlimdәn götürüb. Đkinci variant daha
downloaded from KitabYurdu.org
133
real görünür. Yәqin elә әn böyük fәdakarlığı da
bununla edib. Ona görә silahı götürüb tәslim
olub ki, üstündә onun barmaq izlәri olsun... Әclaf
Elmәddin!
Bütün
bunların
heyfini
sәndә
qoymayacam. Öncә intiqamımı alacam, sonra elә
öz әllәrimlә dә polisә verәcәm. Hәlәliksә kef elә.
“Qәlәbәnin” dadını çıxar. Sonra gec olacaq.
Çünki burnundan gәtirәcәm hamısını”.
Bunları fikrindәn keçirib әlini telefona atdı,
Elmәddinә zәng elәmәk istәdi. Lakin dәrhal da
fikrindәn daşındı: “zәng edәcәm, dişi pişik kimi
üzümә
hırıldayacaq.
Başlayıb
mәni
qıcıqladnırmaq
istәyәcәk...
Birinci
Tәravәti
görmәliyәm. Onunla sonra danışaram”.
Qalxıb Kәnanı sәslәmәk istәyirdi ki, o özü içәri
girdi:
- Kәnan, mәnә qulaq asırdın?
- Bağışla, maraq mәnә güc gәldi. Yәni deyirsәn,
bütün bunlar onun işidi?
- Hә, işimiz bir az mürәkkәbdir. Nә edәcәyimi
bilmirәm. Indi isә gedәk, Tәravәti görmәk
istәyirәm.
- Gedәk.
Yaşar durub geyinmәyә başladı.
***
“Görәsәn, Tәravәt necәdir? Dediklәrinә görә pis
deyil, bircә onu görә bilsәydim. O, yaxşı olmalı,
sağalmalıdır. Mәn hәmin an fikir verdim. Güllә
ürәyinin yanından keçmişdi. Ciyәrinә heç nә edә
bilmәzdi. Çünki çox soldan dәymişdi. Kaş
downloaded from KitabYurdu.org
Dostları ilə paylaş: |