1
AZƏ RBAYCAN RESPUBLIKASI TƏ HSIL NAZIRLIYI
AZƏ RBAYCAN DÖVLƏ T QTISAD UNIVERSITETI
“Magistratura Mərkəzi”
Ə
lyazma hüququnda
Məhərrəmov Xəyal Fəxrəddin oğlu
“Mə nfəə tin uçotu və inflyasiya şə raitində maliyyə nə ticə lə rinin amilli
tə hlili”
MAG STR D SSERTAS YASI
xtisasın şifri və adı
060402 “Mühasibat uçotu və audit”
xtisaslaşma:
“ stehsal sferasında mühasibat uçotu
və audit”
Magistr proqramının rəhbəri:
dos.S.M.Süleymanov
Elmi rəhbər:
prof.Ə. .Daşdəmirov
Kafedra müdiri:
prof.S.M.Səbzəliyev
BAKI – 2015
2
MÜNDƏRICAT
G R Ş
I FƏSIL. MÜASIR ŞƏRAITDƏ MÜƏSSISƏNIN MƏNFƏƏTININ
FORMALAŞMASI VƏ UÇOT REGISTRLƏRINDƏ QEYDƏ
ALINMASININ PROBLEM MƏSƏLƏLƏRI
1.1. Müəssisənin gəlirləri (xərcləri) haqqında anlayış, onların təsnifatı və
inflyasiya şəraitində qiymətləndirilməsi
1.2. Milli və beynəlxalq praktikada istifadə olunan mənfəətin növləri və
onların formalaşmasının qısa xarakteristikası
II FƏSIL. MÜƏSSISƏNIN ŞGÜZAR FƏAL YYƏT N FADƏ EDƏN
MAL YYƏ NƏT CƏLƏR N N (MƏNFƏƏT, ZƏRƏR) UÇOT
REG STRLƏR NDƏ FORMALAŞMASI QAYDALARINA TƏNQ D
MÜNAS BƏT
2.1. Təsərrüfat-maliyyə fəaliyyətindən maliyyə nəticələlərinin
formalaşmasının uçotu metodikasının problem məsələləri
2.2. Məhsul (iş və xidmətlər) satışından gəlirlərin və maliyyə nəticələrinin
(mənfəətin, zərərin) formalaşmasının uçotu
2.3. Əsas vəsait obyektlərinin satışı və ləğv edilməsindən gəlirlərin və
mənfəətin formalaşmasının uçotunun problem məsələləri
III FƏSIL. MÜƏSSISƏNIN MALIYYƏ NƏTICƏLƏRININ FORMALAŞMASI
VƏ ONLARDAN ISTIFADƏNIN TƏHLILI METOFIKASI
3.1. Müasir idarəetmə sistemində maliyyə nəticələrinin təhlilinin əhəmiyyəti,
vəzifələri və informasiya mənbələri
3.2. Mənfəətin ıtrukturu və dinamikasının təhlili.
3.3. Məhsul, iş və xidmətlər satışından mənfəətin amilli təhlili
3.4. Müəssisənin xalis mənfəətin formalaşmasına təsir göstərən amillərin
qiymətləndirilməsinin təhlili
NƏT CƏ VƏ TƏKL FLƏR
Ə
DƏB YYAT S YAHISI
3
G R Ş
Mövzunun aktuallığı. Bazar münasibətləri şəraitində dövlət müəssisələrində
idarəetmənin başlıca vəzifəsi sahibkarların, təsisçilərin, investorların varidatlarını
artırmaq, başlıca məqsədi isə maksimum mənfəət əldə etməkdir. Fəaliyyətdə olan
müəssisələrin işinə mənfəət və rentabellik göstəricilərinə əsasən qiymət verilir. Bu
göstəricilər əmək, material, maliyyə və digər istehsal resurslarından istifadənin,
təchizat, istehsal və kommersiya fəaliyyətinin, istehsalın və əməyin təşkili
formalarının, idarəetmənin, kapitalın strukturu və yerləşdirilməsinin sahibkar üçün
faydalılığını xarakterizə edir.
Mənfəət müəssisənin xüsusi vəsaitinin, başqa sözlə desək, sahibkar
kapitalının artırılmasını təmin edən başlıca mənbədir. Mənfəətlə işləyən
müəssisələrdə
istehsalı
genişləndirmək,
onun
maddi-texniki
bazasını
möhkəmləndirmək, yəni, daha müasir maşın və mexanizmləri əldə etmək, yeni
texnologiyalardan istifadə etmək, yeni, bəzən də unikal məhsul çeşidlərini
mənimsəmək və buraxılan məhsul çeşidlərini modernləşdirmək, bazarın tələbinə
uyğun olaraq məhsul (iş və xidmət) çeşidlərinin moda və fasonlarının dəyişdirmək,
bazar münasibətlərinə xarakterik olan gözlənilməyən situasiyalarla qarşılaşdıqda
istehsal istiqamətlərini və strukturunu daha tez dəyişdirmək, ixrac məqsədi ilə
dünya standartlarına uyğun məhsul (iş və xidmət) istehsal etmək, bəzən də
xaricilərin sifarişi ilə məhsul, iş və xidmətlər istehsal etmək imkanları böyük olur.
Xarici və milli investorlar mənfəətlə işləyən müəəssisələrə investisiya
qoyulmasında daha maraqlı olur.
Mənfəətlə işləyən müəssisələrdə əməyin ödənilməsinə daha çox vəsait
yönəltmək, əmək adamlarının sosial şəraitini yaxşılaşdırmaq, geniş miqyasda
maddi stimullaşdırma tədbirlərini həyata keçirtmək, malsatanlara, iş və xidmətlər
görən təşkilatlara, banklara, büdcə və büdcədən kənar təşkilatlara olan borcları
vaxtında qaytarmaq və beləliklə də onlarınetimadını qazanmaq, peniya, cərimə,
dəbbələmə məbləğlərini azaltmaq, iqtisadi sanksiyalar üzrə qeyri-məhsuldar
xərclərə və itkilərə yol verməmək imkanları çox olur.
4
Mənfəətlə işləyən müəssisələrdə mənfəətdən vergi, gəlirlərdən vergi, ƏDV,
aksiz vergisi, torpaq vergisi, əmlak vergisi, yol vergisi və i.a. büdcəyə çatası
məbləğləri, yəni büdcə öhdəliklərini vaxtında yerinə yetirmək üçün kifayət qədər
imkanları olur. Deməli, mənfəət göstəricisi büdcə gəlirlərinin formalaşmasında
həlledici rol oynayır.
Deyilənlərdən aydın olur ki, istehsal müəssisələrinin mənfəətlə işləməsi və
mənfəətin daim çoxaldılması müəssisələrin və onlarda işləyən əmək adamlarının,
malsatanların və malalanların, müəssisə ilə qarşılıqlı əlaqədə olan kənar müəssisə
və təşkilatların investorların, mənfəətdə payı olan dövlətin və mənfəətə görə
divident alan təsisçilərin maraqlarını təmin edən iqtisadi, siyasi və təşkilati
problemlərdən biridir. Mövzunun aktuallığı da bununla izah olunur.
Mənfəət müəssisə gəlirlərinin xərclərindən artıq qalan hissəsidir. Deməli
mənfəətlə işləyən müəssisələrin cari borcların, xüsusilə də istehsal məsrəfləri ilə
ə
laqədar borcların ödənilməsi problemi olmamalıdır. Lakin buna baxmayaraq
ölkəmizdə mənfəətlə işləyən cari borcları ödəyə bilməyən, yəni tədiyyə
öhdəliklərini yerinə yetirə bilməyən, hətta tədiyyəçilərin tələbi ilə müəssisəyə
xidmət edən bank tərəfindən mübahisəsiz qaydada hesablaşma (valyuta)
hesabından köçürülən tədiyyə öhdəlikləri üzrə borcları olan, bəzən də ödəmə
müddəti keçmiş borclarıolan müəssisələr çoxdur. Təkcə bir faktı göstərmək
kifayətdir ki, AR Dövlət Statistika Komitəsinin verdiyi rəsmi məlumata görə
(2014-cü ilin sonuna) ölkənin ərazisində fəaliyyətdə olan təsərrüfat subyektlərində
qarşılıqlı heçablaşmalar üzrə vaxtı keçmiş borclar 44350 min manat məbləğində
olmuşdur ki, bu da onların cəmi mənfəətindən 1,2 dəfə çoxdur. Daxili
hesablaşmalarda yaranan ödəmə vaxtı keçməmiş borclar daha da çoxdur və ilbəil
artmaqda davam edir.
Ölkənin təsərrüfat subyektlərində 2010-cu ildən başlayaraq mənfəətlə işləyən,
rentabelli müəssisənin sayı, mənfəət məbləğlərinin və rentabellik səviyyələrinin
artmasına baxmayaraq qarşılıqlı hesablaşmalarda vaxtı keçmiş borc məbləğləri
ə
vvəlki illərə nisbətən xeyli artmışdır.
Dostları ilə paylaş: |