Sərəxsinin “Məbsut” adlı əsərində ibadətlərlə bağlı bəzi fiqhi qaydalar
21
SƏRƏXSİNİN “MƏBSUT” ADLI ƏSƏRİNDƏ
İBADƏTLƏRLƏ BAĞLI BƏZİ FİQHİ QAYDALAR
Anar Qurbanov
Mərmərə Universiteti
Sosial Elmlər İnstitutu
İslam hüququ kafedrasının doktorantı
Açar sözlər: Sərəxsi, əl-Məbsut, İslam hüququ, külli qaydalar
Key words: Sarakhsi, “Al-Mabsut”, Islamic Law, thelegal maxims
Ключевые слова: Сарахси, «Мебсут», общие принципы Исламской
закономерности
Giriş
İslam dininin əsas mənbəyi olan Quran və Sünnə dinin hər sahəsində olduğu kimi
İslam hüququ və onun bütün sahələri ilə bağlı əsas qayda
və ümumi prinsipləri ortaya
qoymuşdur. İslam hüquqşünasları da İslam hüququnun təşəkkül tapdığı müxtəlif
dövrlərdə sözügedən prinsipləri şərh edərək yaşadıqları dövrdəki problemlərin həlli
üçün və onların aradan qaldırılması məqsədilə bir sıra nəzəriyyələr, külli və fiqhi
qaydalar ortaya qoymuşlar. O cümlədən İslam hüququnun ibadətlər bölməsi və
buradakı müxtəlif məsələlərlə bağlı ümumi
prinsiplər, yəni fiqhi (dini-hüquqi)
qaydalar da təsbit edərək külli mahiyyət daşıyan fiqhi qaydalar meydana gətirmişlər.
İslam hüququnda bir termin kimi qayda İslam hüquqşünaslarının tədvin edilmiş
fiqh ədəbiyyatında mövcud olan fiqhi məsələlərlə bağlı hökmləri cəmləşdirmə və
onlara vahid hökm qoyma mövzusundakı fəaliyyətlərindən ibarətdir. Lakin erkən
dövrdə yazılan fiqh əsərlərində qayda məfhumuna dair hər hansı tərif və ya izaha rast
gəlmək mümkün deyildir. Hüquqi qaydalarla bağlı yazılmış ilk əsərlərdən hesab
olunan Kərxi (ö. 340/952) və Dəbusinin (ö. 430/1039) kitablarında “qayda” termini
əvəzinə “əsil” kəlməsindən istifadə edilmişdir.
1
“Qəvaid/qaydalar” termini fərqli dövrlərdə yaşamış İslam hüquqşünasları
tərəfindən müxtəlif cür tərif edilmişdir. Ələlxüsus qəvaidin “külli-əğləbi” olub-
olmaması müzakirə obyekti olmuşdur.
2
Müasir İslam hüquqşünası Mustafa Əhməd
Zərqa (1907-1991) fiqhi qaydaları yığcam şəkildə belə tərif etmişdir: “Hər hansı bir
1
Mustafa Baktır, “Kaide”,
DİA, İstanbul 2001, XXIV, 205; Qeyd edilən İslam hüquqşünaslarının
kitablarından geniş məlumat əldə etmək üçün bax. Kərxi, “Üsul”, Beyrut
tarixsiz; Dəbusi, “Təsisün-
nəzər”, Beyrut tarixsiz. Qeyd edək ki, sözü gedən bu kitablar bir kitabda çap edilmişdir.
2
Burnu Əbül-Haris Qəzzi, “Mövsuətül-qəvaidil-fiqhiyyə”, Beyrut 2003/1424, I, 20.
Anar Qurbanov
22
mövzunun əhatə dairəsinə daxil olan hadisələrlə bağlı ümumi qanunvericilik
prinsipləri xüsusiyyətini daşıyan qanunları ehtiva edən düstur şəklindəki yığcam
ifadələrdən meydana gələn külli fiqhi qaydalardır”.
3
Odur ki, fiqhi qaydalar (qəvaid/İslam hüququnun ümumi prinsipləri) ibadətlər də
daxil
olmaqla hüququn həm ümumi, həm də xüsusi sahələrini əhatə edən mövzularla
bağlı hər zaman (külli) deyil, əksəriyyətlə (əğləbi) etibarlı olan hüququn əsas
prinsipləri mahiyyətini daşıyan qanunlar toplusudur.
4
Təbii ki, bu cür qaydalar yalnız
İslam hüququna xas deyil. Belə ki, müasir hüquq anlayışında ümumi və xüsusi
hüququn hər bir sahəsinə tətbiq edilə bilən və hüququn əsas prinsiplərini əks etdirən
hüquqi qaydalara “hüququn ümumi prinsipləri” deyilir. Bu
prinsiplər qanunvericiliyin
əsasını təşkil edən, şüurlu və ya şüursuz hüquqi qərarlara təsir edən, hüquq
düşüncəsindən əmələ gələn ali fikirlər və ümumi həqiqətlərdir.
5
Hüquqi prinsiplər
qanunların fövqündə, hüququn həyata keçirmək istədiyi ədalət düşüncəsinə uyğun və
təbii hüquq
6
fikrinin ortaq əsaslarıdır.
7
Lakin qeyd edək ki, İslam hüququnun
müasir
hüquq sistemlərindən fərqləndiyi ən mühüm cəhət ondan ibarətdir ki, İslam
hüququnda Uca Allah ilə insan arasındakı münasibətlər də tənzimlənir və bununla
bağlı məsələlər haqqında təfərrüatı ilə məlumat verilir. Yəni, İslam hüququnda digər
hüquq sistemlərindən fərqli olaraq ibadətlər – namaz, zəkat, oruc, qurban, həcc və s.
ilə bağlı məsələlər də tədqiq edilir.
Qeyd edək ki, İslam hüquqşünasları ümumi prinsipləri ortaya qoyarkən ilkin
mərhələdə nəslərdən (Quran və Sünnə) yararlanmışlar. Yəni, hüquqi prinsiplərin
istinad nöqtəsini ilk növbədə ümumi prinsip mahiyyətində olan
ayə və hədislər təşkil
edir. Fiqhi qaydaların ilkin formaları Hz. Peyğəmbər (s.ə.s) dövrü ilə müctəhid
imamlar dövrü arasında meydana gətirilmişdir. Əsasən, Qurani-Kərimin ümumi
prinsip mahiyyətində olan ayələri hüququn ümumi prinsipləri üçün zəmin
hazırlamışdır.
Hz. Peyğəmbərin (s.ə.s) “cəvamiül-kəlim” (az sözlə çox məna ifadə edən ədəbi
cümlələr) xüsusiyyətinə malik olması
8
və çoxlu sayda hədislərin bu çərçivədə olması
da hüquqi qaydalar üçün ilham mənbəyi olmuşdur. Məsələn, niyyətlə bağlı hədisin
9
3
Mustafa Əhməd Zərqa, “əl-Mədxəlül-fiqhiyyül-amm”, Dəməşq 1967, II, 947.
4
Ahmet Yaman, “Bir Kavram Olarak “Fıkıh Kaideleri” ya da İslam Hukukunun Genel ilkeleri”,
Marife
Dergisi, yıl: 1, sayı: 1, Konya 2001, s. 51; “Qəvaid” məfhumunun müxtəlif tərifləri haqqında geniş
məlumat üçün bax. Bahüseyn,
əl-Qəvaidül-fiqhiyyətü, Riyad 1998/1418, s. 19-31.
5
Seyfullah Edis, “Medeni Hukuka Giriş ve Başlangıç Hükümleri”, Ankara 1993, s. 146.
6
Müəyyən
bir ölkədə, müəyyən bir dövrdə tətbiq edilən yox, tətbiq edilməli olan, yəni sosial ehtiyacların
ədalətə müvafiq şəkildə aradan qaldırılması fikri ilə həyata keçirilən hüquqa
təbii hüquq deyilir. Bax.
Necip Bilge, “Hukuk Başlangıcı”, Ankara 2001, s. 27.
7
İbrahim Kafi Dönmez, “Hz. Peygamber`in Tebliğine Hakim Olan Başlıca Hukuk Prensipleri”,
Yeni
Ümit, cilt: 3, sayı: 18 (1992), s. 24.
8
Buxari, Etisam, 1; Müslim, Məsacid, 5-8.
9
“Əməllər niyyətlərə görədir...” (bax. Buxari,
Bədül-vəhy, 1; Müslim, İmarə, 155; Əbu Davud, Talaq, 11).