Microsoft Word Elmi Mecmue 27



Yüklə 3,5 Kb.
Pdf görüntüsü
səhifə46/156
tarix20.10.2017
ölçüsü3,5 Kb.
#5708
1   ...   42   43   44   45   46   47   48   49   ...   156

Türk inanc sistemi baxımından qədim Türklərlə Şumerlərin ortaq bağları
 
 
113 
 
RESUME 
 
SIMILAR ASPECTS OF THE ANCIENT TURKS AND SUMERIANS IN 
ACCORDANCE WITH THE SYSTEM OF THE TURKIC RELIGION 
 
Babayev Elvin 
 
The Sumerians and Turks have many similar aspects in accordance with the 
conditions of language and religion. This mainly aries during the study of Orkhon׳ s 
writings. Many of the stigma are similar. Moving teh Sumerians from Central Asia 
reveals interesting facts. Similarities Sumerian language with the Altai-Turkich 
language in similar architectural forms of temples and similarity of the ornaments of 
mountain temples and in general in the similarity of ideograms with mountain 
villages. The model of creating peace in Sumerian and Turkish epics is completely 
identical to each other. 
 
 
Çapa tövsiyə etdi: akademik V.M.Məmmədəliyev 
 



Qəribi lirikasının səciyyəvi xüsusiyyətləri
 
 
115 
 
 
QƏRİBİ LİRİKASININ SƏCİYYƏVİ XÜSUSİYYƏTLƏRİ 
 
Paşa Kərimov, 
filologiya üzrə elmlər doktoru 
 
 
Açar sözlər: Səfəvi, qızılbaş, divan, qəzəl, müxəmməs 
Ключевые слова: Сафеви, гызылбаш, диван, газель, мухаммас 
Key words: Safevi, gizilbash, divan, ghazel, mukhammas 
 
XVI  əsrdən başlayaraq Azərbaycan  ədəbiyyatında səfəvilik, qızılbaşlıq 
ideyalarını təbliğ edən poeziyanın mövcudluğundan danışa bilərik. Bu poeziya istər 
klassik, istərsə də şifahi ədəbiyyata məxsus formalardan istifadə edirdi. Həmin dövrdə 
qızılbaş ideyaları elə geniş yayılmışdı ki, hətta Azərbaycan türkcəsi mənasında 
“qızılbaşca” sözü də işlədilirdi. Prof.T.Gəncəyi yazır: “Qızılbaşca” Səfəvi dövründəki 
türkcəni göstərmək üçün işlədilən bir iştilah idi və bu sülalənin süqutundan sonra 
siyasi və məzhəbi çalara malik olduğundan aradan qalxdı” (1, s.25). Səfəvi təriqətinin 
ilk təbliğatçısı bu təriqətin banisi, Şah İsmayılın ulu babası Şeyx Səfiəddin Ərdəbili 
(1252-1334) olmuşdur. Lakin Səfəvi ideyalarını  təbliğ edən türkdilli qızılbaş  şeiri 
məhz Xətaidən sonra formalaşır və özünün ardıcıllarını tapır. Tədqiqatçılar haqlı 
olaraq qeyd edirlər ki, qızılbaşlıq ideyaları  Xətai divanında daha aydın ifadəsini 
tapmışdır. Səfəvilərin ideyalarını,  şiəliyi təbliğ edən, döyüşə gedən qızılbaş 
əsgərlərini “igid yektalar”, düşməni Yəzid, Şümri-Mərvan adlandıran Xətai qızılbaş 
ədəbiyyatının klassik nümunələrini yaratmışdır. Xətainin şeirlərində təriqətin, şiəliyin 
təbliği, Səfəvi bayrağı altında birləşməyə çağırış, igidlərin haqq-ədalət yolunda 
döyüşlərə səslənməsi, Həzrət Əlinini müqəddəsliyinin nəzərə çarpdırılması mühüm 
yer tutur. Şah İsmayıl Xətaidən sonra qızılbaş poeziyası ənənələrini davam etdirən 
Məhəmməd Əmani, Mürtəzaqulu xan Zəfər, Məsihi, Qurbani, Məlik bəy Avcı və s. 
şairlərin adlarını çəkmək olar. Şeirlərində qızılbaş ideyalarını hərarətlə təbliğ edən, 
risalələrində  şiəliyin, səfəviliyin digər məzhəb və  təriqətlərdən üstünlüyünü, 
Səfəvilərin, Şah İsmayıl Xətainin müqəddəsliyini sübut edən XVI əsr müəllifi Qəribi 
barədə son dövrlərdə məlumat əldə edilmişdir. Şairin Tehranın Məclise-Şuraye-İslami 
kitabxanasında saxlanan əlyazma külliyyatı onun həyat və yaradıcılığı barədə 
müəyyən fikir söyləməyə imkan verir. Qəribi küliyyatını ilk dəfə görüb araşdıran, 
buraya daxil olan şeirlər toplusu-divanı  və “Təzkireyi-məcalisi-şüərayi-Rum” adlı 
osmanlı  şairləri təzkirəsini Təbrizin “Əxtər” nəşriyyatında ön söz və izahlarla çap 
etdirən Cənubi Azərbaycan alimi doktor Hüseyn Məhəmmədzadə  Sədiq (Hüseyn 
Düzgün) olmuşdur. Külliyyatın ayrı-ayrı yerlərində rast gəlinən məlumatlar əsasında 
Qəribinin Anadolunun Məntəşə bölgəsində böyüyüb boya-başa çatdığını, sonradan 
şiəlik, səfəvilik, qızılbaşlıq ideyalarını  qəbul edərək I Şah Təhmasibin dövründə 


    
 Paşa Kərimov
 
 
116 
(1524-1576) Azərbaycana gəlib Təbrizdə saraya yaxınlaşdığını, burada şeirləri, dini 
risalələri ilə Səfəvi xanədanına, şiəlik, qızılbaşlıq ideyalarına xidmət etdiyini söyləyə 
bilərik. O.Əfəndiyev “Azərbaycan Səfəvilər dövləti” adlı kitabında göstərir ki, “1501-
ci ildə şiəlik Təbrizdə dövlət təriqəti elan olunduğu zaman yeni təriqətin əsaslarını 
möhkəmlətmək barədə məsələ qalxdı və məlum oldu ki, şiəliyin nəzəriyyəsi ilə səthi 
tanış olan bir nəfər də yoxdur. Hətta şiə dini təliminə dair kitab da yox idi” (3, s.56). 
Cəsarətlə deyə bilərik ki, yeni Səfəvilər dövlətinin ideoloji əsaslarını yaradan, bu 
məsələyə dair Azərbaycan türkcəsində  əsərlər yazan ilk alimlərdən biri də  Qəribi 
olmuşdur. Onun külliyyatının yeganə  əlyazma nüsxəsinə  aşağıdakı  əsərlər daxil 
edilmişdir: 1) “Hekayəti-Yuhənna təkzibü məzəmməti-münafiqin və təsdiqi-yəqini-
əhli-iman” risaləsi. Müəllifin  ərəbcədən Azərbaycan türkcəsinə  tərcümə etdiyi, 
sonunda öz fikirlərini  əlavə etdiyi bu əsərdə dinlər və  məzhəblər müqayisə edilir, 
islamın və şiəliyin üstünlüyü sübut edilir;  2) Mənaqib – Nəzmlə və səcli, qafiyəli 
nəsrlə yazılmış bu əsər 12 imamın fəzilətindən bəhs edir; 3) 14 məsuma, xüsusi olaraq 
Əliyə və Hüseynə, I Şah Təhmasibə həsr edilmiş qəsidə, tərcibənd və tərkibbəndlər. 
Türk alimi İ.Babacan bu şeirləri Səfəvi dövrü türkcəsinin ilk nümunələrindən hesab 
edir; (4,s.4). 4) “Çahar fəsil” adlı  nəzm və  nəsrlə yazılmış risalədə Qurana və 
peyğəmbər hədislərinə istinad edən müəllif  şiə  məzhəbinin üstünlüyundən, Həzrət 
Əlinin vilayət  və kəramətlərindən danışır; 5) Qəribi divanı; 6) “Təzkireyi- məcalisi-
şüərayi-Rum” adlı şairlər təzkirəsi. 
Göründyü kimi, Qəribi  əsərləri ilə  Səfəvi dövlətinin ideloji təməllərinin 
yaradılmasına xidmət etmişdir. Fikirlərini geniş kütlə arasında yaymaq istəyən və 
şübhəsiz ki, Səfəvi sarayının sifarişini yerinə yetirən şair əksər əsərlərini Azərbaycan 
türkcəsində yazmışdır. Qəribi külliyyatının 184 vərəqdən ibarət yeganə  əlyazması 
XVI  əsrdə  Səmərqənd kağızına nəstəliq xətti ilə köçürülmüşdür. Üzərindəki 
qeydlərdən məlum olur ki, nüsxəni 1590-cı ildə Muxtar ibn İraqi Maraği 
köçürmüşdür. Bu qeyd əsərin müəllif tərəfindən yazılmasından xeyli sonrakı dövrə 
aiddir.  
Qəribinin həyatı barədə danışarkən ilk növbədə onu qeyd etmək istərdik ki, onun 
doğulub boya-başa çatdığı  Məntəşə bölgəsi, bütövlükdə  Şərqi Anadolu şiəlik, 
qızılbaşlıq ideyalarının geniş yayıldığı  məkan olmuş, I Şah  İsmayılın başçılığı ilə 
Səfəvilər dövləti yaradılarkən Anadolunun bir çox türk oymaqları onun səsinə  səs 
verərək ətrafında toplaşmışlar. Qızılbaş poeziyasının bir sıra nümayəndələri burada 
yetişmişdir.  Şair təzkirəsində  Şahidi Dədənin Məntəşə  və Muğla bölgəsindən 
olduğunu bildirdikdən  sonra “Mən də ol vilayətdə ikən hələ cəhl aləmində idim, əksər 
ovqatda nəzərinə varub Məsnəviyi-Mollayi-Rumdan və nəhv və sərf kitabından dərs 
oxurdum” (2, s.273) yazmışdır. Təzkirəsində müəllif İbrahim Gülşəni Bərdəi I Sultan 
Süleyman tərəfindən ölkəyə  dəfət edildikdə  İstanbulda olduğunu, onun əlini 
öpdüyünü məlumat verir (2, s.64). Buradan belə nəticəyə gəlmək olar ki, Gülşəninin 
1528-1529-cu illərdə  İstanbula gəldiyi vaxt Qəribi orada olmuş, Təbrizə 1530-cu 
illərdə köçmüşdür. İ.Babacan ərəb və fars dillərini mükəmməl bilən şairin ömrünün 
sonuna qədər Təbrizdə qalıb burada vəfat etdiyi ehtimal edir (4,s.4). 


Yüklə 3,5 Kb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   156




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə