i.f.d. Tahirova Adilə İslam qızı
318
Kərimdə sadəcə “əcəl” kəlməsi 52 yerdə keçir.
3
Qurani-Kərimdə mövzu ilə əlaqəli
keçən ayələrdən bəzilərinə nəzər salaq:
“Sizin aranızda ölüm (kimin nə vaxt öləcəyini) əvvəlcədən Biz müəyyən etdik.
Və Biz əsla aciz (önünə keçilməsi mümkün olan) deyilik.” (Vaqiə 56/60)
“Hər bir ümmətin (əzəldən müəyyən edilmiş) əcəl vaxtı (ölüm, tənəzzül və ya
əzaba düçar olma çağı) vardır. Onların əcəli gəlib çatdıqda bircə saat belə (ondan) nə
geri qalar, nə də irəli keçə bilərlər!” (Əraf 7/34)
“(Ya Rəsulum!) De: 'Allahın
istədiyindən başqa, mən özümə nə bir xeyir, nə də
bir zərər verə bilərəm. Hər ümmətin (əzəldən müəyyən olunmuş) bir əcəl vaxtı vardır.
Onların əcəli gəlib çatdıqda (ondan) bircə saat belə nə geri qalar, nə də irəli keçərlər'.”
(Yunus 10/49)
“Və (bilin ki) Allah əcəli çatan heç kəsə möhlət verməz. Allah sizin nə
etdiklərinizdən xəbərdardır!” (Munafiqun 63/11)
Görüldüyü kimi Qurani-Kərimdə fərdlərlə yanaşı, millətlərin də ölümündən bəhs
edilir. Hər fərdin və millətin əcəli vardır.
Qurani-Kərimdə “əcəli-müsəmma” və “əcəli-qəza” ifadələri keçir.
Bu ifadələr
İslam düşüncə məktəbləri arasında birdən çox əcəlin olub olmadığına dair
müzakirələrə səbəb olmuşdur.
َنوُرَتْمَت ْمُتنَأ ﱠمُث ُهَدنِع ىًّمسﱡم ٌلَجَأَو ًلاَجَأ ىَضَق ﱠمُث ٍنيِط نﱢم مُكَقَلَخ يِذﱠلا َوُھ
(Ənam 6/2)
“Sizi palçıqdan yaradan, sonra da (sizin üçün) bir əcəl (ölüm vaxtı) müəyyən edən
Odur. (Allahın) yanında məlum bir əcəl də vardır. (Bütün bunlardan) sonra siz yenə
də şübhə edirsiniz!”
İki növ əcəli qəbul etməyənlərə görə, bu ayə əslində əcəlin birdən çox olduğuna
dəlalət etmir. Ayədə qeyd edilən “əcəli-müsəmma” və “əcəli-qəza” ifadələri müxtəlif
mənalarda təfsir edilir:
1. “Əcəli-qəza”, keçmişdə yaşayanların, yəni, ölmüş insanların və ümmətlərin
əcəlidir. “Əcəli-müsəmma” isə hələ vəfat etməmiş olanların əcəlidir. Çünki
keçmişdəkilər öldükləri zaman əcəlləri insanlar tərəfindən bilinir (qəza). Digərlərinin
əcəli, onlar ölmədən bilinmir. Buna görə ayədə “(Allahın) yanında
məlum bir əcəl də
vardır” buyrulur.
2. “Əcəli-qəza” ölüm, “əcəli-müsəmma” qiyamət demək olub Allah qatındadır.
3. “Əcəli-qəza” yaradılışdan ölümə qədər olan əcəldir (müddətdir). “Əcəli-
müsəmma”, ölümlə yenidən diriliş arasındakı bərzəx həyatıdır.
4. “Əcəli-qəza” yuxu, “əcəli-müsəmma” ölümdür.
5. “Əcəli-qəza” insanların lövhi-məhfuzdakı ömrü, “əcəli-müsəmma” ilahi elmdə
sabit olan ömrüdür.
6. “Əcəli-qəza” bir insanın yaşadığı ana qədər ömründən keçən müddətə, “əcəli-
müsəmma” isə qalan ömrünə deyilir.
3
Məhəmməd Fuad Əbdülbaqi. əl-Mucəmul-mufəhrəs li-əlfazil-Quranil-Kərim. Mənşuratu zəvil-qurba,
1988, səh. 18-19.
Qəza və qədər kontekstində əcəl
319
7. Hər ikisi də ölümdür. Ancaq “əcəli-qəza” qılıncla öldürmə, boğulma, yanma
kimi arizi səbəblərin nəticəsində meydana gələn ölümdür. “əcəli-müsəmma”
isə ölüm
anına kimi yaşayan şəxsin əcəlidir.
8. İslam fəlsəfəçilərinə görə “əcəli-qəza” təbii əcəl, “əcəli-müsəmma” ehtirami
əcəldir. Təbii əcəl insanın yaradılışında var olan istiliyin sönməsi, rütubətin yox
olması, yaşlılıq səbəbindən orqanizmin funksiyasını itirməsi şəklində meydana gəlir.
Ehtirami əcəl
isə xəstəlik, fəlakət və ölüm qəzaları şəklində ortaya çıxır.
4
Bu fikirlər arasında “əcəli-qəza tək-tək fərdlərin əcəli, əcəli-müsəmma isə aləmin
əcəli, yəni qiyamətdir” şəklindəki fikir əhli-sünnə kəlamçıları tərəfindən daha çox
mənimsənilmişdir.
Hər hansı bir müdaxilə olmadan təbii bir şəkildə ölən şəxsin əcəli ilə öldüyü
məsələsində İslam məzhəbləri ittifaq edirlər. Ancaq qətl edilərək öldürülənin (məqtul)
öz əcəli ilə öldüyü məsələsində ixtilaf vardır. Belə ki, öldürülmüş birinin (məqtul)
ömrünün, öldürən (qatil) tərəfindən yarımçıq
kəsilib kəsilməməsi, bir əcəlin olub
olmaması kimi məsələlər İslam düşüncə məktəbləri tərəfindən müzakirə olunmuşdur.
Əksər İslam alimlərinin düşüncəsinə görə, ancaq bir əcəl var, və bu Allahın qəza
və qədərilədir. İnsanları dirildən, ruzi verən və öldürən Allah olduğuna görə əcəli təyin
edən də Odur. Əcəl nə vaxtından əvvəl gələ, nə də gecikdirilə bilər.
Əcəl məsələsini ilk dəfə Mötəzilə alimləri gündəmə gətirərək
fərqli şəkillərdə
izah etmişlər. Qəza və ya qətl nəticəsində ölən şəxsin bu hadisələrlə qarşılaşmasaydı
yenə də ölüb ölməyəcəyi haqqında Mötəzilə məzhəbi bir neçə fikir səsləndirir: Əbul-
Hüzeyl əl-Əllaf, Əbu Haşim əl-Cübbai və ona tabe olan Bəhşəmiyyə qoluna görə,
qatil məqtulu öldürməsəydi belə məqtul yenə mütləq öləcəkdi. Əcəl, insanın öldüyü
vaxtdır.
5
Bağdad Mötəzilə məktəbinə görə -əksəriyyətin fikri belədir- məqtul qatilin
feilinə görə ölmüşdür. İnsanın “əcəli-müsəmma” və “əcəli-qəza” deyilən iki əcəli
vardır. Əgər qatil öldürməsəydi məqtul mütləq yaşayardı. Kəbi də bu fikirdədir.
6
Kəbinin
iki əcəl düşüncəsinə görə, 1) Allahın elminə görə insanın öldürülməsi ilə
meydana gələn əcəl; 2) Qatilin öldürməklə təsbit etdiyi əcəl. Onlara görə qatilin
cəzalandırılması məqtulu öldürməsinə, həyatını yarımçıq kəsməsinə görədir. Buna
görə Allah ölənə bu dünyada ayırdığı nemətləri o biri dünyada verəcəkdir. Mötəziləyə
görə, öldürmə hadisəsi azad bir feil olduğuna görə insan tərəfindən həyata keçirilir.
Qazı Əbdülcabbarın fikri isə Əhli-sünnənin düşüncəsi ilə bənzəyir. Yəni məqtul əcəli
ilə ölmüşdür. Əcəldən məqsəd ölüm vaxtıdır.
Öldürülən də, təbii ölümlə ölən də ölüm
vaxtında ölmüşdür. Məsələ öldürülənin qətl hadisəsi olmasaydı, yaşayıb
4
Saim Kılavuz. Anahatlarıyla İslam akaidi ve kelama giriş. İstanbul: Ensar neşriyat, 1985, səh. 128-131.
5
Qazı Əbdülcabbar. əl-Muğni fi əbvabit-tövhid vəl-ədl. Qahirə: əd-Darul-Mısriyyə littəlif vət-tərcəmə,
1965, XI (Təklif), səh. 3.
6
Şerafettin Gölcük, Süleyman Toprak. Kelam, tarih, ekoller, problemler. Konya: Tekin kitabevi, 2001.
səh. 298; Qazı Əbdülcabbar. Şərhul-usulil-xəmsə. Təhqiq və təqdim edən: Əbdülkərim Osman. Qahirə
1996, səh. 783.