İbrahimova Diyanə Rəşid qızı
324
terminindən
istifadə etməmiş, hadisəni digər kontekstdə təhlil etmişdir. Belə ki, “nə
yenidirsə, o, yaxşıdır”, “nə köhnədirsə, o yaxşıdır” qaydalarına əməl edənlərin qapalı
daxili aləmdə yaşadıqlarını qeyd edirdi [5, s.74].
Müxtəlif siniflərin iştirak etdiyi sosial təbəqələrin, sənət qruplarının, demoqra-
fiklik kateqoriyalarının və s. daxil olduğu universallıq modanın kütləvilik əlamətidir.
Moda müxtəlif sosial sistemlərə məxsus olub qlobal xassə daşıyır
.
Universallıq elə bir ifadədir ki, “moda”nın hərəkətində hansısa kütlə ilə bağlı
ol-
masından asılı olmayaraq dövlətlərarası sərhədləri yaxşı qət edir. Bu da öz
növbəsində
müasir kütləvi istehsal, kommunikasiya vasitələrinin inkisafı, mədəni
əlaqələr və s.
ilə bağlıdır.
Müasirlikdən və universallıqdan fərqli olaraq üçüncü, modanın
məkan və
zaman
çərçivəsində məhdud olmayan davamlı, dəyərli nümayişidir. Müxtəlif
mədəniy-
yətlərin tamamilə fərqli olmasına baxmayaraq onun insanın həyatında
bioloji kökləri
vardır. Etoloqların apardığı çoxsaylı tədqiqatlara əsasən heyvanların
davranışının
nümayiş etdirilməsinin mühüm əhəmiyyətə malik olduğu məlum
olmuşdur. Dav-
ranışın nümayiş aspektləri özünü hələ bəşəri tarixin erkən
mərhələlərində biruzə
vermişdir. Onlar çox saylı tədqiqatlar nəticəsində ibtidai
insanın geyimini rəqslərə,
bəzək əşyalarına, tatuirovkaya istinadən izah etmişlər.
Moda – kommunikasiya və informasiyanın insanlar arasında
birindən
digərlərinə
ötürmə formalarından biridir. Kommunikasiya prosesində moda
istirakçılarının bir-
birini tanıması, görməsi, özünü digərinə təqdim etməsi və
onlarla tanış olmasına
ehtiyac vardır. Bu baxımdan nümayişin mühüm
əhəmiyyəti vardır. “Adamı geyiminə
görə qarşılayır, ağlına görə
yola salırlar” atalar sözünü xatırlamaq yerinə düşərdi.
Aydındır ki, burada əsas diqqət ikinci hissəyə
yönəlmişdir, lakin ikinci hissə özü –
özlüyündə məna yükünü daşıyır, bununla belə o geyimə görə qəbul edilir. Bu, geyimin
qısa müddətli
görünməsi, yəni nümayişin kommunikasiyaya mühüm dərəcədə təsir
göstərməsini
bir daha təsdiq edir. Buradan da bir tərəfdən
ünsiyyət subyektinin tez və
adekvat
qiymətləndirilməsi, digər tərəfdən isə tez bir zamanda öz “mənliyinin”
ekspessiv
nümayişinə olan tələbini aydın görmək olar [4, s.38].
Modanın dəyərlərində nümayişkəranəliliyin olması nəzəriyyəçilərin eləcə də, adi
təfəkkürlərdə tamamilə haqlı olaraq insan həyatının səthi tərəflərinə aid edilir.
Həqiqətən moda anlayışında “görünmək” və “göstərmək” əslində üst – üstə düşür.
Moda dərində və gizli qala bilməz. O, mütləq göz qarşısında olmalıdır. Əgər moda
iştirakçısı öz arzusu ilə seçilmək istəyirsə və ya əksinə seçilmək, görünmək
istəmirsə,
fərqi yoxdur, o, “görünməməzliyi” müəyyən yolla nümayiş etdirməlidir.
Çox güman
ki, nümayiş dərinləşdikcə, fərdlərlə sosial qruplar arasındakı
kommunikasiya vaxtı
uzandıqca nümayişin əhəmiyyəti azalır.
Modanın digər “daxili” dəyəri oyundur. Nümayişə oxşar oyun
mədəniyyətin
universal elementlərini təmin edir. Hələ Platon onun dəyərini sübut
edərək qeyd
etmişdir ki, insan eyni zamanda oyunçu və oyuncaqdır. O, oyuna
təhkim edilmişdir
və oynamalıdır. Başqa sözlə, “oynamaqla yaşamaq lazımdır” [2, s.85].
Məlumdur ki,
bəzi incəsənət nəzəriyyəçiləri hesab edirlər ki, oyun bədii yaradıcılıq
əsiridir. F.Siller
Moda dəyərlərinin psixoloji təhlili
325
isə bunu insanın fəaliyyətinin spesifikliyi kimi qiymətləndirirdi [3, s. 126].
Holland
mədəniyyətşünası I.Xoyzinqanın fikrincə isə, oyun könüllü xassə daşıyır və adi, real
həyatdan kənarda qalır. Oyun estetika sahəsi ilə bağlıdır və onunla kəsişir. Onun
fikrincə, müasir cəmiyyətdə oyunun elementi asağı düşür. Oyun öz evristik, axtarışlı
xassəsi ilə seçilir, onun münasibəti bayram dolu dünya ilə bağlıdır [5, s.239].
Məlumdur ki, ingilis dilində iki müxtəlif görünüşlü oyunları işarə etmək üçün eyni
sözdən istifadə edilir: play – heç bir qaydası olmayan sərbəst oyun və məhdud qanun
– qaydaya əsaslanan, əvvəlcədən müəyyən edilmiş oyun. Modada bütün qeyd edilən
oyun növlərinə və onların əlavələrinə rast gəlmək olar. Modanın
strukturunda oyun
dəyərlərinin iştirak etməsi, modanın
qismən estetik təzahür kimi geniş yayılması və
izah olunması ilə bağlıdır. Bu
vəziyyətlə bağlı olaraq moda oyunun formasında
gənclərin sosial norma və dəyərlər ilə ünsiyyətlərinin yaranmasını əmələ gətirir.
Beləliklə, modanın bütün iştirakçıları eyni standarta əməl edirlər, onlar eyni
daxili dəyərlərlə işarə edilir. Lakin bu dəyərlərin vahidliyi arxasında yuxarıda
göstərildiyi kimi müxtəliflik gizlənir.
Moda istirakçılarının kütləsi müxtəlif qlobal mənsubiyyətə bölünmüşdür ki, onlar
da müxtəlif dövlətlər, ruhani və milli mədəniyyətlərdən ibarətdir. Bunlara müxtəlif –
sosial – iqtisadi, demoqrafik,
professional, mədəni və i. a. sosial – qruplar xasdır.
Bütün moda istirakçılarını standartların və atributların dəyəri səviyyəsində birləşdirən
amorf və diffuz daxilində kütləvi və özünü dərk etmə kimi bütöv denotativ dəyərin
son səviyyəsində özünəməxsus cəhdləri və maraqları olan çox sayda dəqiq özünü dərk
edən qrupların olması aşkar edilir. Bunlara uyğun olaraq moda istirakçıları bu və ya
digər “moda”nı və işarə edilən atribut dəyərlərini özlərinə məxsus şəkildə başa düşür
və izah edirlər.
Modada iştirak edən müxtəlif cəmiyyətlər, bir çox sosial qruplar, nəhayət saysız
– hesabsız fərdlər daxili şəxsi dəyərlərə malikdirlər, onlar
modada iştirak etməkdən
heç də imtina etmirlər. Əksinə onlar “moda”lara tövsiyyələrini əlavə edirlər. Bu
yaxınlaşma əlaqəsi modanın daxili dəyərləri ilə sıxışdırılmır, onlara xüsusi ifadələrin
izahı verilir. Modanın xarici strukturu üçün təyin olunmuş denotativ dəyərləri, eyni
zamanda nisbətən “güclü” motiv qatını və moda istirakçılarının davranışının güclü
hərəkət qüvvəsini təşkil edirlər [6, s.157].
Modada iştirak edilməsilə bağlı olan orientsasiya və motivlər denotativ səviy-
yəsində bir – birindən mühüm dərəcədə fərqlənirlər. Modanın bir qrup iştirakçıları
üçün kütlədən seçilmək, digərləri üçün isə ona qarışmaq vacibdir. Onların bir hissəsi
öz iştirakı ilə estetik dəyərlərə, digərləri isə utilitarlığa tərəfdar olduqlarını ifadə
edirlər. Adamların bir qrupu modada iştirakları vasitəsilə demokratizmə,
digər qrupu
isə elitarlığa meyl etdiklərini ifadə edirlər. Moda iştirakçılarının arasında dəyər
orientasiyaları və uyğun olaraq motivlərin – öz mənliyi ilə yüksək cəlbedicilər, sosial
qruplara mənsub olanlar, yüksək statusa və ya pristijə mənsub olanlar və s.
mövcuddur. Modanın bu xarici dəyərlərinin məzmununu əsasən sosial institutlar,
sosial struktur, cəmiyyəti təşkil edən qrupun həyat obrazı, onların ənənələri və s. kimi
müxtəlif vəziyyətlər ilə müəyyən edirlər. Bu dəyərlərin müxtəlifliyi və qarşıdurması,