Microsoft Word epos nesr problemler



Yüklə 1,24 Mb.
Pdf görüntüsü
səhifə20/44
tarix12.10.2018
ölçüsü1,24 Mb.
#73538
1   ...   16   17   18   19   20   21   22   23   ...   44

_______________________________ Epos. Nəsr. Problemlər 
 
 
79
xatırlatmaq  lazımdır.  Fikrimizcə,  nağıl  və  dastanlarda 
rast  gəldiyimiz  qəhrəman  və  yalançı  qəhrəman 
münasibətləri əkizlər mifində bir-biri ilə rəqabətdə olan 
qardaşların  özünəməxsus  münasibətinin  törəməsi  və 
davamıdır.  Əkizlər  mifində  qardaşlardan  biri  müsbət 
planda  təqdim  edilib  diqqət  mərkəzində  dayandığı 
kimi,  nağıl  və  dastanlarda  da  baş  qəhrəman  yalançı 
qəhrəmanla  müqayisədə  qeyri-adi  xüsusiyyətləri  ilə 
daha  çox  seçilir  və  hadisələrin  inkişafında  aparıcı 
fiqura çevrilir. Əkizlər mifində mənfi planda təqdim edi-
lən qardaş o biri qardaşın gücünü qabarıq şəkildə əks 
etdirmək  üçündürsə,  nağıl  və  dastanlarda  da  yalançı 
qəhrəman  baş  qəhrəmanın  yenilməzliyini  qabarıq 
şəkildə canlandırmaq üçündür. Mifdə şəri təmsil edən 
qardaşın  məğlubiyyəti  xeyiri  təmsil  edən  qardaşın 
mütləq  qalibiyyətinin  əsasına  çevrildiyi  kimi,  nağıl  və 
dastanlarda  da  yalançı  qəhrəmanın  ölümü  baş 
qəhrəmanın yenidən “dirilməsi”nin əsasına çevrilir.  
 
QAYNAQLAR 
 
1.  Allah  yıxan  evi  qızlar  tikər.  Nağıllar.  Toplayıb 
tərtib edənlər: O.Əliyev, R.Xəlilov. Bakı, Yazıçı, 1994 
2. Azərbaycan nağılları. 2 cilddə. I c. Toplayıb tərtib 
edəni:  Ə.Axundov.  Bakı,  Azərbaycan  Dövlət  Nəşriyyatı, 
1970 
3. Azərbaycan nağılları. 2 cilddə. II c. Toplayıb tərtib 
edəni:  Ə.Axundov.  Bakı,  Azərbaycan  Dövlət  Nəşriyyatı, 
1970 
4. Azərbaycan nağılları. 5 cilddə. I c. Toplayıb tərtib 


Muxtar Kazımoğlu
__________________________________  
 
 
80 
edəni:  Ə.Axundov.  Bakı,  Azərbaycan  EA  Nəşriyyatı, 
1960  
5.  Azərbaycan  nağılları.  5  cilddə.  III  c.  Toplayıb 
tərtib 
edəni: 
Ə.Axundov. 
Bakı, 
Azərbaycan 
EA 
Nəşriyyatı, 1962 
6.  Azərbaycan  nağılları.  5  cilddə.  IV  c.  Toplayıb 
tərtib 
edəni: 
Ə.Axundov. 
Bakı, 
Azərbaycan 
EA 
Nəşriyyatı, 1963 
7.  Azərbaycan  məhəbbət dastanları. Tərtib  edənlər: 
M.H.Təhmasib,  T.Fərzəliyev,  İ.Abbasov,  N.Seyidov. 
Bakı, Elm, 1979 
8. Təhmasib  M.H. Azərbaycan  xalq dastanları. Orta 
əsrlər. Bakı, Elm, 1972 
9.  Пропп  В.Я.  Исторические  корни  вольшебной 
сказки.  Лениниград,  Изд-во  Ленинградского  Ун-та, 
1986 


_______________________________ Epos. Nəsr. Problemlər 
 
 
81
“KOROĞLU”: PROBLEMLƏR, MÜLAHİZƏLƏR 
 
Danılmaz 
həqiqətdir 
ki, 
Azərbaycan 
folklorşünaslığı  Avropa  və  rus  folklorşünaslığının 
yetirməsidir.  Avropa  və  rus  folklorşünaslığında 
meydana  çıxan  bir  çox  metod  və  məktəblərin  təsiri 
müxtəlif  şəkil  və  səviyyələrdə  bizim  folklorşünaslıqda 
da  özünü  göstərib.  Biz  yalnız  elmi  araşdırmada  yox, 
həm də folklor mətnlərinin tərtib və nəşr olunmasında 
prinsiplərimizi  müəyyənləşdirərkən  Qərbə,  ən  çox  da 
Rusiyaya  istinad  etmişik.  Folklorun  araşdırılması,  tər-
tib və nəşr olunmasında uğurlarımız da olub, uğursuz-
luqlarımız da. Uğursuzluqlarımızın bir qismi folklor nü-
munələrinin  toplanması  və  nəşrə  hazırlanması 
prinsipləri  ilə  bağlıdır.  Və  qeyd  etməyi  lazım  bilirik  ki, 
folklorun,  o  cümlədən  eposun  toplanması  və  nəşrə 
hazırlanması  sahəsində  özünü  göstərən  problemlərin 
bir  kökü  Qərbə  və  Rusiyaya  gedib  çıxır.  Yada  salın 
Finlandiyada  “Kalevala”  eposunun  ortaya  çıxarılma 
tarixini.  Bütün  dünyaya  bəllidir  ki,  Lyonrot  topladığı 
ayrı-ayrı  nəğmələr  (hissələr)  üzərində  işlədikdən, 
xüsusən həmin nəğmələr (hissələr) üzərində əlaqələn-
dirmə  işi  apardıqdan  sonra  “Kalevala”  eposu  ortaya 
çıxarılıb. Düzdür, Lyonrot epos üzərində necə işlədiyi-
ni gizli saxlamayıb, öz “yaradıcılığı”nı xalq yaradıcılığı 
kimi qələmə vermək fikrində olmayıb, hissələrdə hansı 
dəyişikliklər  etdiyi 
hamıya 
aydın 
olsun 
deyə, 
“Kalavela”  ilə  bağlı  bütün  materialları  arxivə  təhvil 
verib.  Buna  baxmayaraq,  fakt    faktlığında  qalır: 


Muxtar Kazımoğlu
__________________________________  
 
 
82 
“Kalevala”nın  xeyli  əl  gəzdirilərək  nəşrə  hazırlanması 
folklorşünaslıqda mübahisələrə  səbəb olub.  
Bəs  bizdə  vəziyyət  necədir?  Bizim  eposun 
(əlbəttə,  ilk  növbədə  “Koroğlu”nun)  toplanıb  nəşrə 
hazırlanmasında  hansı  problemlər  özünü  göstərir? 
“Koroğlu”nun  nəşrə  hazırlanmasında  nəzərə  çarpan 
problemlərin  biri  “Kalevala”dakı  problemdir,  yəni  ayrı-
ayrı  hissələri  bir-biri  ilə  əlaqələndirmək  problemidir. 
Məlumdur  ki,  “Koroğlu”  da  “Dədə  Qorqud”  kimi 
müstəqil  dastanlardan  ibarətdir.  Bu  kiçik  dastanlar 
arasında  zahiri  yox,  daxili  bir  əlaqə  var.  Daxili  əlaqə 
isə daha çox qəhrəmanlıq ideyası, eyni qəhrəmanların 
vahid  zaman  və  məkan  daxilində  oxşar  fəaliyyət 
göstərməsi  hesabına  mümkün  olur.  Qazan  xan, 
Beyrək, 
Uruz, 
Qanturalı, 
Basat 
və 
başqa 
qəhrəmanların  Oğuz  eli  uğrunda  vuruşması  “Dədə 
Qorqud”dakı  boylar  arasında;  Koroğlu,  Dəli  Həsən, 
Eyvaz, Dəmirçioğlu, Bəlli Əhməd və b. qəhrəmanların 
Çənlibel  uğrunda  vuruşması  “Koroğlu”dakı  qollar 
arasında  daxili  əlaqə  yaradır.  Eyni  qəhrəmanların  bir 
yox, bir neçə boyda iştirak etməsi boylararası əlaqəni 
daha da gücləndirir. Vahid baş qəhrəman, söz yox ki, 
qollararası  əlaqədə  çox  mühüm  amilə  çevrilir.  Amma 
bütün  bu  əlaqələr  “Dədə  Qorqud”da  boyların, 
“Koroğlu”da qolların müstəqilliyini aradan qaldırmayıb. 
Ozan  hər  boyu,  aşıqsa  hər  qolu  məclisdə  müstəqil 
dastan  kimi  söyləyib.  Müstəqilliyin  əlamətlərindən 
biridir  ki,  bir  boyda  danışılan  əhvalat  başqa  boyda 
danışılan  əhvalatla  ziddiyyət  yarada  bilir.  Şöklü 


Yüklə 1,24 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə