Microsoft Word epos nesr problemler



Yüklə 1,24 Mb.
Pdf görüntüsü
səhifə21/44
tarix12.10.2018
ölçüsü1,24 Mb.
#73538
1   ...   17   18   19   20   21   22   23   24   ...   44

_______________________________ Epos. Nəsr. Problemlər 
 
 
83
Məliyin 
öldürülməsi 
belə 
əhvalatlardan 
biridir. 
Məlumdur  ki,  eposda  Qazan  xanın  Şöklü  Məliyi 
öldürməsi  bir  yox,  bir  neçə  boyda  öz  əksini  tapır  və 
eyni  epizodun  bu  cür  təkrar  olunmasının  səbəbi 
barədə  düşünmək  lazım  gəlir.  Bizcə,  Qazan  xanın 
Şöklü  Məliyi  bir  neçə  dəfə  öldürməsinin  çox  sadə 
səbəbi var: Şöklü Məliyin öldürülməsindən bəhs edən 
boyları  ayrı-ayrı  ozanlar,  ayrı-ayrı  vaxtlarda,  ayrı-ayrı 
məclislərdə  danışıblar.  Ozanlardan  biri  belə  hesab 
edib  ki,  Şöklü  Məliyi  Qazan  xan  evi  yağmalananda 
öldürüb.  Başqa  biri  belə  hesab  edib  ki,  Şöklü  Məliyi 
Qazan  xan  oğlu  Uruzu  dustaqlıqdan  qurtaranda 
öldürüb.  Bir  ozan  da  belə  hesab  edib  ki,  Qazan  xan 
Şöklü  Məliyi  Beyrəyin  silahdaşları  əsirlikdən  xilas 
ediləndə öldürüb. 
“Dədə  Qorqud”  boylarının  nisbi  müstəqilliyini 
hadisələrin 
xronoloji 
ardıcıllığının 
pozulması 
məqamları da göstərir. Məsələn, ikinci boyda Uruz hə-
lə  yetkin  igid  sayılmır,  atası  özü  ilə  səfərə  çıxarır  ki, 
ona  ox  atmağın,  qılınc  oynatmağın  sirlərini  öyrətsin. 
On birinci boyda isə Uruz uşaqdır və atasının düşmən 
əlində  əsir  olmasından  təsadüfən  xəbər  tutur.  “Dədə 
Qorqud”  boylarında  hadisələrin  xronoloji  ardıcıllığının 
bu  cür  pozulmasına  xüsusi  diqqət  yetirən  X.Koroğlu 
yazır: “Güman etmək olar ki, “Qorqud Kitabı”nın tərtib-
çisi  hər  biri  müstəqil  yaşayan  on  iki  oğuz  boyunu  bir 
kitabda  toplamışdır.  “Qorqud  Kitabı”nın  ayrı-ayrı  boy-
larında  hadisələrin  inkişafındakı  qeyri-ardıcıllıqda 
təzahür  edən  kompozisiya  nizamsızlığı  da  bununla 


Muxtar Kazımoğlu
__________________________________  
 
 
84 
izah olunur” (5, 193). 
“Koroğlu” 
kompozisiya 
baxımından 
“Dədə 
Qorqud” 
kimi 
qurulduğundan 
oxşar 
vəziyyət 
“Koroğlu”da  da  müşahidə  olunmalıdır.  Yəni  bir-biri  ilə 
ziddiyyət  yaradan  məqamlar,  məntiqə  görə,  “Koroğlu” 
qollarında  da  özünü  göstərməlidir.  Və,  həqiqətən, 
özünü  göstərir.  Fikrimizi  əsaslandırmaq  üçün  eposun 
Hümmət  Əlizadə  və  Məmmədhüseyn  Təhmasib 
nəşrlərinə  müraciət  edək.  Eyvazın  Çənlibelə  gəti-
rilməsindən  bəhs  edən  qollarda  Koroğlunun  yeddi 
gün,  yeddi  gecə  mühasirədə  qalıb  qorxmasından, 
“kişilikdən  kəsilməsi”ndən  və  bu  səbəbə  görə 
övladının  olmamasından  söhbət  açıldığı  halda,  epo-
sun  başqa  bir  qolunda  –  “Dərbənd  səfəri”ndə 
Koroğlunun Həsənbəy (yaxud Həsən) adlı bir oğlunun 
olmasından  söhbət  açılır.  “Koroğlu”dakı  bu  ziddiyyəti 
də “Dədə Qorqud”dakı boylar kimi, qolların müstəqilliyi 
ilə  izah  etmək  olar.  Məsələn,  belə  düşünmək  olar  ki, 
“Dərbənd  səfəri”ni  söyləyən  aşıq  Eyvazı,  sadəcə 
olaraq,  Koroğlunun  dəlilərindən  biri  kimi  tanıyır  və  o, 
Koroğlunun  cavanlıqda  bir  neçə  gün  mühasirədə 
qalıb,  “kişilikdən  kəsilməsi”  əhvalatından  xəbərsizdir. 
(Doğrudan  da,  eposun  Paris  nüsxəsində  Koroğlunun 
nə  vaxtsa  qorxub  “kişilikdən  kəsilməsi”  və  bu 
səbəbdən  Eyvazı  oğulluğa  götürməsi  motivi  yoxdur. 
Həmin nüsxədə Eyvaz Koroğlunun  ən istəkli dəlilərin-
dən  biridir.)  Eposda  “kişilikdən  kəsilmə”  məsələsi 
aradan  götürüləndən  sonra  Koroğlunun  Həsənbəy 
(yaxud  Həsən)  adlı  oğlunun  olması  əvvəlki  qollarla 


_______________________________ Epos. Nəsr. Problemlər 
 
 
85
ziddiyyət  yaratmır.  Amma  eposda  belə  “aradan 
götürmə”lərə  ehtiyac  varmı?  Ehtiyac  yoxdur.  Çünki 
xatırladığımız  səpkidə  ziddiyyətlər  boyların  təbii  şəkil-
də təqdim edilməsini göstərən bir əlamətdir. H.Əlizadə 
Eyvazın 
Çənlibelə 
gətirilməsindən 
bəhs 
edən 
“Koroğlunun  Türkmən  səfəri”  qolunu  Qazaxda  Aşıq 
Əlidən;  Koroğlunun  Həsənbəy  adlı  oğlunun  olmasın-
dan  bəhs  edən  “Dərbənd  səfəri”ni  isə  Tovuzda  Şair 
Vəlidən  toplayıb.  Bir  aşıq  öz  ustadından  eşitdiklərinə 
əsaslanıb    Koroğlunun  “kişilikdən  kəsilməsi”ni  nəzər-
diqqətə  çatdırır.  Başqa  bir  aşıqsa  öz  ustadından 
eşitdiklərinə  əsaslanıb,  Koroğlunun  yenilməz  bir  oğul 
atası  olmasını  nəzər-diqqətə  çatdırır.  Hər  iki  aşığın 
söylədiyi,  iki  müstəqil  qol  kimi,  eposa  daxil  edilir  və 
qollar  arasındakı  zahiri  ziddiyyət  məqamları  eposun 
daxili bütövlüyünə xələl gətirmir. Daxili bütövlüyə xələl 
gətirməyən  həmin  zahiri  ziddiyyət  məqamı  eposun 
M.H.Təhmasib  nəşrində  də  müsbət  cəhətlərdən  biri 
kimi özünü göstərir. 
Eyni  məsələni  ayrı-ayrı  aşıqlar  müxtəlif  şəkildə 
təqdim  edə  bilərlər.  Bu  prinsip  H.  Əlizadə  nəşrində 
cüzi  miqdarda  da  olsa,  gözlənilib.  Məsələn,  Koroğlu 
dəlilərinin  sayı  heç  də  bütün  qollarda  eyni  şəkildə 
təqdim  edilməyib.  Ordubadlı  Aşıq  Muxtarın  söylədiyi 
“Koroğlunun  Ballıca  səfəri”ndə  dəlilərinin  sayı  yetmiş 
yeddidir: 
Demə ki, Koroğlu təkdi, 
Yetmiş yeddi dəlisi var. 
Dəmirçioğlu, Bəlli Əhməd, 


Muxtar Kazımoğlu
__________________________________  
 
 
86 
Eyvaz, İsabalısı var (2, 117). 
Qazaxlı 
Aşıq 
Əlinin 
söylədiyi 
“Koroğlunun 
Türkmən  səfəri”  qolunda  dəlilərin  sayı  yeddi  yüz 
yetmiş  yeddidir:  “Koroğlu  sözünən  dediyi  kimi,  dilnən 
də  dedi:  –  Mən  xotkarlara,  paşalara  qan  udduran, 
tacirlər  soyan,  alaylar  basan  qoç  Koroğluyam! Mənim 
öyladım  yoxdu,  gəldim  Eyvazı  aparım,  özümə  oğul 
eləyim, yeddi yüz yetmiş yeddi dəliyə sərdar tikim” (2, 
38). 
Gəncəli  Aşıq  İbrahim  Qaracaoğlunun  söylədiyi 
“Koroğlunun  Ərzurum  səfəri”ndə  də  dəlilərin  sayı 
Ordubadlı Aşıq Muxtarın dediyi kimidir: 
Bir cıdası vardı başı qoşapər, 
Meydana girəndə əsrəmiş bir nər, 
Paşalar titrəyər, şahlar tük tökər, 
Yetmiş yeddi dəli başı Koroğlu (2, 46). 
Aşıq İbrahim Qaracaoğlunun dilindən son misranı 
təqdim  etdikdən  sonra  H.Əlizadə  Koroğlu  dəlilərinin 
sayı ilə əlaqədar əlavə qeyd verir: “Bu misranı belə də 
oxuyurlar:  Yeddi  min  yeddi  yüz  yetmiş  yeddi  dəlinin 
başı  Koroğlu”  (2,  46).  Düzdür,  misranı  bu  şəkildə 
oxumaq 
hecaların 
onbirliyə 
uyğun 
gəlməməsi 
səbəbindən  mümkün  deyil.  Buna  baxmayaraq, 
H.Əlizadənin  xatırlatdığımız  qeydi  folklorun  əsas 
xüsusiyyətlərindən  olan  çoxvariantlılığı  gözləmək  ba-
xımından  çox  əhəmiyyətlidir.  Beləliklə,  Koroğlunun 
dəlilərinin  sayı  H.Əlizadə  nəşrində  üç  variantda 
təqdim  olunur:  yetmiş  yeddi,  yeddi  yüz  yetmiş  yeddi 
və yeddi min yeddi yüz yetmiş yeddi. 


Yüklə 1,24 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə