Microsoft Word epos nesr problemler



Yüklə 1,24 Mb.
Pdf görüntüsü
səhifə26/44
tarix12.10.2018
ölçüsü1,24 Mb.
#73538
1   ...   22   23   24   25   26   27   28   29   ...   44

_______________________________ Epos. Nəsr. Problemlər 
 
 
103
povestlərdə  əhvalatların  xronoloji  ardıcıllığını  izləmək 
müəllif marağından kənardadır. Lakin bununla yanaşı, 
povestlərin  əksər  epizodlarında  təhkiyə  əvvəldən 
axıra,  başlanğıcdan  sona  doğru  yönəlib.  Sadıq  ilk 
uşaqlıq 
çağları, 
məktəb 
illəri, 
müharibənin 
başlanması,  atasının,  Müküşün  cəbhəyə  getməsi, 
arxa 
cəbhədə 
adamların 
həyat 
və 
fəaliyyəti, 
müharibənin  qurtarması,  sağ  qalanların  cəbhədən 
kəndə  qayıtması  və  s.  kimi  zaman  ardıcıllığı 
çərçivəsində  danışdığı  xatirələri  aydınlıq  və  sadəliklə 
oxucuya çatdırır. 
«Adamlar və ağaclar»da müəllif Sadığın daxili nitq 
prosesini  bədii  təsvirin  bilavasitə  obyektinə  çevirməyi 
qarşıya  məqsəd  qoymayıb.  Sadıq  bir  təhkiyəçi  kimi 
özü  haqqında  danışmaqdan,  öz  hiss-həyəcanını, 
sevinc  və  kədərini,  sevgi  və  nifrətini  birbaşa  ifadə 
etməkdən  daha  artıq,  ətraf  mühit  barədə  söhbət 
açmalı, 
nənəsindən, 
bibisindən, 
atasından, 
qonşularından, 
kənddəki 
digər 
adamlardan, 
dağlardan,  ağaclardan...  bəhs  etməli  olur.  Onun 
subyektiv düşüncələri, predmet və hadisələri qavrama 
tərzi  məhz  görümlü  təsvirin  fonunda  açılır.  Acı  taleli 
Mədinə  əlinə  qələm  götürüb  nəsə  yazmaq  istəyir.  Bu 
zahiri  detalın  danışılması  həmin  məqamda  Sadığın 
qəlbində  oyanmış  düşüncələrin  təqdim  olunması  ilə 
paralelləşir.  Sadıq  bibisinin  Müküşə  ərə  veril-
məmişdən qabaqkı xoşbəxt günlərini xatırlayır: «Əlinə 
qələm götürən kimi elə bil bibim gedib məktəb illərinə 
çıxırdı:  mən  haradasa  bir  sehrli  parta  görürdüm.  Mən 


Muxtar Kazımoğlu
__________________________________  
 
 
104 
bibimin  müəllimlərini  görürdüm,  hardasa  çiçək  açmış 
ağacların altında onlar bibim kimi şagirdlərə nəğmə ilə 
dərs öyrədirdilər. Özünün məktəbə getməyindən bibim 
o  qədər  gözəl  sözlər  demişdi  ki,  o  məktəbin  yollarını 
da  mən  gülsüz-çiçəksiz  təsəvvür  eləyə  bilmirdim. 
Sanki  bibimin  məktəbə  getdiyi  yollar  bizim  kənddəki 
yollar  deyildi,  yaxud  bizim  kənddəki  yollarda  o  vaxt 
saysız-hesabsız  gül  vardı,  çiçək  vardı...  O  vaxtkı 
məktəbə  gedən  yollar  mənim  təsəvvürümdə  bibimin 
nəğməsindəki  «gül  bağçalar  kənarı»  idi.  Azərin  ağ 
köynəkli  atası  da  bir  vaxt  bu  nəğməni  klubun 
səhnəsində  oxuyardı.  Mənə  elə  gəlirdi  ki,  əgər  o 
nəğmə  olmasaydı,  o  məktəb  olmasaydı  və  bir  də 
Azərin  ağ  köynəkli  atası  olmasaydı,  bibim  Yaqubu 
görəndə hirslənməzdi» (2, 114). 
Ə.Əylislinin  «Güllü  paltar  mövsümü»  povestindəki 
daxili  monoloqlar  öz  quruluşuna  görə  Sadığın  «mono-
loq»una  bənzəmir.  «Güllü  paltar  mövsümü»ndə  də 
həyat  hadisələri,  əsasən,  qəhrəmanın  qavrayışında 
təqdim  olunur.  Lakin  burada  qəhrəman  –  Canəli 
müəllim  heç  də  Sadıq  kimi,  əhvalatları  oxucuya 
danışmaq  funksiyası  daşımır.  O,  sadəcə  olaraq, 
düşünüb-daşınmaqla,  öz-özünə  suallar  verməklə,  bir 
sıra  məsələləri  özü  üçün  aydınlaşdırmaqla  məşğuldur. 
Müəllif 
Canəli 
müəllimin 
gizli 
düşüncələrinin 
məzmununu  danışmaqla  (məsələn,  «Canəli  müəllim 
fikirləşirdi ki, görən Bakının yayı əvvəllər niyə o cür isti 
olurdu»,  «Canəli  müəllimin  fikrincə,  bu  saat  Mahrux 
arvadın  da  kefi  pis  olmalı  deyildi,  yaxşı  olmalı  idi») 


_______________________________ Epos. Nəsr. Problemlər 
 
 
105
kifayətlənməyib, 
həmin 
düşüncələri 
daxili 
nitq 
formasına  salır,  xatırlama,  düşünmə  prosesini  bədii 
mətndə  bilavasitə  canlandırmağa  çalışır.  Canəli 
müəllimin  fikrindən  gəlib  keçənlərin  qələmə  alınması 
povestdə  daxili  monoloqun  qismən  mürəkkəb,  qeyri-
ardıcıl  düzümünü  meydana  çıxarır.  Canəli  müəllim 
məhz 
«sistemli» 
fikirləşmədiyi 
üçün 
öz-özünü 
məzəmmət  edir,  fikirlərini  bir  yerə  toplamağa,  onu  na-
rahat  edən  sualları  dəqiqləşdirməyə,  aydınlaşdırmağa 
çalışır.  O,  eyni  bir  an  içərisində  ilk  baxışda  mətləbə 
dəxli  olmayan  müxtəlif  məsələlər  (1955-ci  ildə  ilk  dəfə 
Bakıya  gəlməsi,  Güləli  müəllim,  rüşvətxor  Fətdah, 
ümumi  vaqonda  qarpız  iyi,  qarpız  şirəsi,  hansı  bir 
nağıldasa  Dərzinin 
qızı 
ilə  Padşahın  oğlunun 
mükaliməsi, qızların güllü paltar geyməsi və s.) barədə 
düşünür:  «Bax  o  1955-ci  ildən  sonra  Bakıda  nə  qədər 
ev  tikilib,  nə  qədər  ağac  əkilib...  Lap  o  Buzbulağın 
özündə  bu  son  vaxtlar  nə  qədər  ev  tikilib.  Saymaqla 
hesaba  gələn  deyil.  Amma  yazıq  Güləli  müəllim... 
Görəsən,  Güləli  müəllim  niyə  birdən-birə  dərdə 
düşdü?.. Güləli  müəllim Buzbulaq məktəbinin  gözü idi. 
Müəllimlərin  şahı  idi.  İndi  hanı  elə  müəllim?..  Gör  iş 
hansı  məqama  gəlib  çatıb  ki,  Fətdah  da  müəllimdir. 
İnstitut  müəllimi. Hə,  harda  qalmışdım? Mən indicə  nə 
barədə  fikirləşirdim?..  1955-ci  il  –  deyəsən  tapmışıq, 
Canəli  müəllim.  Vaqondan  qarpız  iyi  gəlirdi.  Kifsimiş 
qarpız...  Vaqon  başdan-ayağa  şirəydi,  qarpız  şirəsi. 
Qarpız  toxumu  adamın  ayağının  altında  xırçaxırç 
xırçıldayırdı. Qarpız şirəsi yapışırdı adamın şalvarına... 


Muxtar Kazımoğlu
__________________________________  
 
 
106 
Bir  də  tər...  tər  iyi.  Qarpız  iyi...  1955-ci  il...  13  nömrəli 
ümumi  vaqon...  Amma  yox,  olmadı,  qardaş,  olmadı, 
yenə aləm qarışdı deyəsən... Dərzinin qızı dərzi, göydə 
ulduzları...  Yox,  ulduzları  padşahın  oğlu  soruşmur, 
ulduzları  dərzinin  qızı  soruşur.  Görəsən  qəbul  imta-
hanlarını ilin bu vaxtına salmaq kimin ağlına gəlib? An-
caq bu güllü paltarı bu şəhərdə dəb salan hər kəsdirsə, 
müdrik  adamdı.  İlin  bu  vaxtında  gül-çiçək.  Yolda,  trol-
leybusda,  hər  yerdə.  Adamın  burnuna  yazın  qoxusu 
dəyir»  (3,  206).  Canəli  müəllimin  daxili  monoloqu 
davam  edir.  Güllü  paltar,  Buzbulağın  gül-çiçəyi, 
Bakıda,  Aşqabadda,  Daşkənddə  isti,  Moskvanın, 
Tallinin, 
Vilnüsün 
yağışı, 
Buzbulağın 
dumduru 
göyündəki  salxım-salxım  ulduzlar,  Dərzinin  qızı  ilə 
Padşahın oğlunun mükaliməsi, nağılda sadə xalqın nü-
mayəndəsinin həmişə qələbə çalması və s. barədə dü-
şüncələr  bir-birini  əvəz  edib  axar  yaradır.  Sadığın 
təhkiyəsindəki  sadəlik  və  ardıcıllıq  Canəli  müəllimin 
daxili nitqində çox da müşahidə olunmur. 
Ədəbiyyatşünas  A.A.Krasnov  daxili  monoloqla  və 
vasitəli  nitqlə  birinci  şəxsə  aid  təhkiyə  arasındakı 
struktur  fərqlərinə  nəzər  salib  yazır:  «Əgər  bu  bədii 
vasitə  (birinci  şəxsə  aid  təhkiyə  –  M.K.)  ilə  daxili 
monoloq  və  vasitəli  nitqi  müqayisə  etsək,  məlum  olar 
ki, sonuncular həyatı elə əks etdirir ki, orada eyni bir an 
ərzində  öz  aralarında  dəfələrlə  çarpazlaşan  daxili 
impuls, motiv və meyllər çoxluğu canlanır; birinci şəxsə 
aid təhkiyə isə həyatı səbəb-nəticə əlaqələri ilə birləşən 
hadisələr zənciri kim əks etdirir» (4,10). A.A.Krasnovun 


Yüklə 1,24 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə