_______________________________ Epos. Nəsr. Problemlər
103
povestlərdə əhvalatların xronoloji ardıcıllığını izləmək
müəllif marağından kənardadır. Lakin bununla yanaşı,
povestlərin əksər epizodlarında təhkiyə əvvəldən
axıra, başlanğıcdan sona doğru yönəlib. Sadıq ilk
uşaqlıq
çağları,
məktəb
illəri,
müharibənin
başlanması, atasının, Müküşün cəbhəyə getməsi,
arxa
cəbhədə
adamların
həyat
və
fəaliyyəti,
müharibənin qurtarması, sağ qalanların cəbhədən
kəndə qayıtması və s. kimi zaman ardıcıllığı
çərçivəsində danışdığı xatirələri aydınlıq və sadəliklə
oxucuya çatdırır.
«Adamlar və ağaclar»da müəllif Sadığın daxili nitq
prosesini bədii təsvirin bilavasitə obyektinə çevirməyi
qarşıya məqsəd qoymayıb. Sadıq bir təhkiyəçi kimi
özü haqqında danışmaqdan, öz hiss-həyəcanını,
sevinc və kədərini, sevgi və nifrətini birbaşa ifadə
etməkdən daha artıq, ətraf mühit barədə söhbət
açmalı,
nənəsindən,
bibisindən,
atasından,
qonşularından,
kənddəki
digər
adamlardan,
dağlardan, ağaclardan... bəhs etməli olur. Onun
subyektiv düşüncələri, predmet və hadisələri qavrama
tərzi məhz görümlü təsvirin fonunda açılır. Acı taleli
Mədinə əlinə qələm götürüb nəsə yazmaq istəyir. Bu
zahiri detalın danışılması həmin məqamda Sadığın
qəlbində oyanmış düşüncələrin təqdim olunması ilə
paralelləşir. Sadıq bibisinin Müküşə ərə veril-
məmişdən qabaqkı xoşbəxt günlərini xatırlayır: «Əlinə
qələm götürən kimi elə bil bibim gedib məktəb illərinə
çıxırdı: mən haradasa bir sehrli parta görürdüm. Mən
Muxtar Kazımoğlu
__________________________________
104
bibimin müəllimlərini görürdüm, hardasa çiçək açmış
ağacların altında onlar bibim kimi şagirdlərə nəğmə ilə
dərs öyrədirdilər. Özünün məktəbə getməyindən bibim
o qədər gözəl sözlər demişdi ki, o məktəbin yollarını
da mən gülsüz-çiçəksiz təsəvvür eləyə bilmirdim.
Sanki bibimin məktəbə getdiyi yollar bizim kənddəki
yollar deyildi, yaxud bizim kənddəki yollarda o vaxt
saysız-hesabsız gül vardı, çiçək vardı... O vaxtkı
məktəbə gedən yollar mənim təsəvvürümdə bibimin
nəğməsindəki «gül bağçalar kənarı» idi. Azərin ağ
köynəkli atası da bir vaxt bu nəğməni klubun
səhnəsində oxuyardı. Mənə elə gəlirdi ki, əgər o
nəğmə olmasaydı, o məktəb olmasaydı və bir də
Azərin ağ köynəkli atası olmasaydı, bibim Yaqubu
görəndə hirslənməzdi» (2, 114).
Ə.Əylislinin «Güllü paltar mövsümü» povestindəki
daxili monoloqlar öz quruluşuna görə Sadığın «mono-
loq»una bənzəmir. «Güllü paltar mövsümü»ndə də
həyat hadisələri, əsasən, qəhrəmanın qavrayışında
təqdim olunur. Lakin burada qəhrəman – Canəli
müəllim heç də Sadıq kimi, əhvalatları oxucuya
danışmaq funksiyası daşımır. O, sadəcə olaraq,
düşünüb-daşınmaqla, öz-özünə suallar verməklə, bir
sıra məsələləri özü üçün aydınlaşdırmaqla məşğuldur.
Müəllif
Canəli
müəllimin
gizli
düşüncələrinin
məzmununu danışmaqla (məsələn, «Canəli müəllim
fikirləşirdi ki, görən Bakının yayı əvvəllər niyə o cür isti
olurdu», «Canəli müəllimin fikrincə, bu saat Mahrux
arvadın da kefi pis olmalı deyildi, yaxşı olmalı idi»)
_______________________________ Epos. Nəsr. Problemlər
105
kifayətlənməyib,
həmin
düşüncələri
daxili
nitq
formasına salır, xatırlama, düşünmə prosesini bədii
mətndə bilavasitə canlandırmağa çalışır. Canəli
müəllimin fikrindən gəlib keçənlərin qələmə alınması
povestdə daxili monoloqun qismən mürəkkəb, qeyri-
ardıcıl düzümünü meydana çıxarır. Canəli müəllim
məhz
«sistemli»
fikirləşmədiyi
üçün
öz-özünü
məzəmmət edir, fikirlərini bir yerə toplamağa, onu na-
rahat edən sualları dəqiqləşdirməyə, aydınlaşdırmağa
çalışır. O, eyni bir an içərisində ilk baxışda mətləbə
dəxli olmayan müxtəlif məsələlər (1955-ci ildə ilk dəfə
Bakıya gəlməsi, Güləli müəllim, rüşvətxor Fətdah,
ümumi vaqonda qarpız iyi, qarpız şirəsi, hansı bir
nağıldasa Dərzinin
qızı
ilə Padşahın oğlunun
mükaliməsi, qızların güllü paltar geyməsi və s.) barədə
düşünür: «Bax o 1955-ci ildən sonra Bakıda nə qədər
ev tikilib, nə qədər ağac əkilib... Lap o Buzbulağın
özündə bu son vaxtlar nə qədər ev tikilib. Saymaqla
hesaba gələn deyil. Amma yazıq Güləli müəllim...
Görəsən, Güləli müəllim niyə birdən-birə dərdə
düşdü?.. Güləli müəllim Buzbulaq məktəbinin gözü idi.
Müəllimlərin şahı idi. İndi hanı elə müəllim?.. Gör iş
hansı məqama gəlib çatıb ki, Fətdah da müəllimdir.
İnstitut müəllimi. Hə, harda qalmışdım? Mən indicə nə
barədə fikirləşirdim?.. 1955-ci il – deyəsən tapmışıq,
Canəli müəllim. Vaqondan qarpız iyi gəlirdi. Kifsimiş
qarpız... Vaqon başdan-ayağa şirəydi, qarpız şirəsi.
Qarpız toxumu adamın ayağının altında xırçaxırç
xırçıldayırdı. Qarpız şirəsi yapışırdı adamın şalvarına...
Muxtar Kazımoğlu
__________________________________
106
Bir də tər... tər iyi. Qarpız iyi... 1955-ci il... 13 nömrəli
ümumi vaqon... Amma yox, olmadı, qardaş, olmadı,
yenə aləm qarışdı deyəsən... Dərzinin qızı dərzi, göydə
ulduzları... Yox, ulduzları padşahın oğlu soruşmur,
ulduzları dərzinin qızı soruşur. Görəsən qəbul imta-
hanlarını ilin bu vaxtına salmaq kimin ağlına gəlib? An-
caq bu güllü paltarı bu şəhərdə dəb salan hər kəsdirsə,
müdrik adamdı. İlin bu vaxtında gül-çiçək. Yolda, trol-
leybusda, hər yerdə. Adamın burnuna yazın qoxusu
dəyir» (3, 206). Canəli müəllimin daxili monoloqu
davam edir. Güllü paltar, Buzbulağın gül-çiçəyi,
Bakıda, Aşqabadda, Daşkənddə isti, Moskvanın,
Tallinin,
Vilnüsün
yağışı,
Buzbulağın
dumduru
göyündəki salxım-salxım ulduzlar, Dərzinin qızı ilə
Padşahın oğlunun mükaliməsi, nağılda sadə xalqın nü-
mayəndəsinin həmişə qələbə çalması və s. barədə dü-
şüncələr bir-birini əvəz edib axar yaradır. Sadığın
təhkiyəsindəki sadəlik və ardıcıllıq Canəli müəllimin
daxili nitqində çox da müşahidə olunmur.
Ədəbiyyatşünas A.A.Krasnov daxili monoloqla və
vasitəli nitqlə birinci şəxsə aid təhkiyə arasındakı
struktur fərqlərinə nəzər salib yazır: «Əgər bu bədii
vasitə (birinci şəxsə aid təhkiyə – M.K.) ilə daxili
monoloq və vasitəli nitqi müqayisə etsək, məlum olar
ki, sonuncular həyatı elə əks etdirir ki, orada eyni bir an
ərzində öz aralarında dəfələrlə çarpazlaşan daxili
impuls, motiv və meyllər çoxluğu canlanır; birinci şəxsə
aid təhkiyə isə həyatı səbəb-nəticə əlaqələri ilə birləşən
hadisələr zənciri kim əks etdirir» (4,10). A.A.Krasnovun
Dostları ilə paylaş: |