Microsoft Word epos nesr problemler



Yüklə 1,24 Mb.
Pdf görüntüsü
səhifə34/44
tarix12.10.2018
ölçüsü1,24 Mb.
#73538
1   ...   30   31   32   33   34   35   36   37   ...   44

_______________________________ Epos. Nəsr. Problemlər 
 
 
135
başlanğıcların  qovuşması  təhkiyənin  çoxplanlığından 
danışmağa əsas verir. Lakin  bu çoxplanlılıq daha çox 
baş  qəhrəmanın  təqdimi  ilə  məhdudlaşır,  digər 
obrazların,  qismən də olsa,  bu  şəkildə  təqdimi müəllif 
diqqətindən  kənarda  qalır.  Diqqətin  baş  qəhrəman 
ətrafında  cəmləşdirilməsi,  təsvirin  onun  bildikləri 
ətrafında  qurulması  bəzən  o  şəkil  alır  ki,  müəllif  «hər 
şeydən  agah  olmaq»  mövqeyini  arxa  plana  keçirir. 
Məsələn, 
«Macal» 
povestində 
əksər 
detalları, 
obrazları 
Fuadın 
daxili 
dünyasının 
açılmasına 
xidmətdə  götürən  müəllif  yalnız  Fuadın  xəbərdar 
olduğu,  iştirak  etdiyi  və  yadda  saxladığı  hadisə  və 
məsələlərdən  bəhs  edir.  Fuadın  iştirak  etmədiyi  hər 
hansı  bir  əhvalat  sanki  müəllifə  də  bəlli  deyil.  Fuadın 
yaddan  çıxardığı  hər  hansı  bir  məsələ  sanki  müəllif 
üçün 
də 
qaranlıqdır: 
Fuad 
keçmiş 
şagird 
yoldaşlarından  birini  xatırlayır,  lakin  onun  adını 
dəqiqləşdirə  bilmir.  Fuadın  axıracan  «Ramiz  –  Rasim 
–  Rəşid»  adlandırdığı  adamın  əsl  adını  bildirmək 
müəllifi  maraqlandırmır.  Müəllifi  maraqlandıran  məhz 
odur  ki,  əzablı  xatırlama,  keçmişə  qayıtma  prosesini 
mümkün qədər təbiiliklə əks etdirsin. 
Baş qəhrəmanın mənəviyyatının ardıcıl izlənilməsi, 
onun xəbərdar olmadığı digər daxili monoloqların, yəni 
başqa  obrazların  söyləyəcəyi  daxili  monoloqların 
müəllif diqqətindən yayınması, görünür, povest janrının 
ölçülərini nəzərə almaqdan irəli gəlib. Baş qəhrəmanın 
daxili aləmi geniş şəkildə əks olunarkən, digər surətləri 
də  bu  cür  təqdim  etmək,  görünür,  janrın  hüdudlarına 


Muxtar Kazımoğlu
__________________________________  
 
 
136 
sığmayıb. Baş qəhrəmanla birlikdə ətrafdakı adamların 
da  daxili  monoloqlarının  təcəssümünə  Ç.Hüseynovun 
«Məhəmməd,  Məmməd,  Məmiş»  əsərində  rast  gəlirik. 
Məmmədin  və  onun  mübarizə  apardığı  adamların  gizli 
duyğu  və  düşüncələrini  paralel  şəkildə  işıqlandırmağa 
ehtiyac duyan  müəllif əsər üzərində  yenidən  işləyib və 
nəticədə  povest  əvəzinə  maraqlı  bir  roman  meydana 
çıxıb (yeri gəlmişkən deyək ki, ədəbi tənqid bu roman-
da  daxili  monoloqun  ən  mürəkkəb,  ən  modern 
formalarını  müşahidə  edir).  Anarın  «Ağ  liman» 
povestində  müəllif  əsas  diqqəti  Nemətin  xarakteri  və 
taleyi  üzərinə  yönəltsə  də,  Dadaş,  Səfdər,  Təhminə, 
Zaur,  Məmməd  Nəsir  və  başqa  surətlərlə  bağlı 
müstəqil  xətlərə  də  yer  ayırır.  Bu  cür  çoxşaxəlilik, 
çoxqəhrəmanlılıq, eyni zamanda daxili səslərin müxtəlif 
personajlarda  üzə  çıxması  vahid  povest  hüdudlarına 
kifayət 
dərəcədə 
sığmadığından 
müəllif 
həmin 
mövzuya  yenidən  qayıdaraq, Zaurla  Təhminənin taleyi 
fonunda 
«Beşmərtəbəli 
evin 
altıncı 
mərtəbəsi» 
romanını yazıb. 
Psixoloji romanlara meyl S.Əhmədovun yaradıcılı-
ğında  daha  ardıcıl  şəkildə  görünməkdədir.  Müəllif 
müxtəlif  illərdə  yazdığı  «Aran»,  «Görünməz  dalğa», 
«Dünyanın  arşını»,  «Yaşıl  teatr»  romanlarında  həyat 
və  məişətimizin  ilk  baxışda  nəzərə  çarpmayan  ciddi 
sosial-mənəvi  problemlərinə  toxunur,  müasirlərimizin 
qəlbindəki  «görünməz  dalğaları»  üzə  çıxarır.  Bu 
cəhətləri  özündə  birləşdirməklə  «Toğana»  romanı  da 
yazıçının  əvvəlki  romanları  ilə  yaxından  səsləşir. 


_______________________________ Epos. Nəsr. Problemlər 
 
 
137
Bununla  bərabər,  «Toğana»  müxtəlif  obrazların  daxili 
monoloqları üzərində qurulmuş bir roman kimi həm S. 
Əhmədovun 
əvvəlki 
romanlarından, 
həm 
də 
ümumilikdə  60-70-ci  illər  Azərbaycan  romanlarından 
seçilir.  Romandakı  bütün  daxili  monoloqları  qeyd-
şərtsiz  mənəvi  oyanma,  özünüdərk  monoloqları 
adlandırmaq yanlış olardı.  Əsərdə daxili monoloqların 
bir  nəfərdə  yox,  obrazların  əksəriyyətində  meydana 
çıxması  belə  bir  meyara  əsaslanır  ki,  bütün  şüurlu 
insanların  düşünmək  qabiliyyəti  var  və  onların 
düşüncələri  hər  cür  səviyyələri  ilə  söz  sənətinin 
materialı 
ola 
və 
müxtəlif 
xarakterlərin 
işıqlandırılmasında  vasitəyə  çevrilə  bilər.  Bunun 
nəticəsidir  ki,  romanda  əsas  surətlərin  hamısına 
düşünmək 
sərbəstliyi  verilir; 
həyat 
hadisələrini 
mürəkkəbliyi  və  çoxcəhətliliyi  ilə  dərk  və  təhlil  edən 
Adil  və  Mayislə  bərabər,  «maddi»  adamların 
nümayəndəsi  Fateh,  evdar  qadın  Sara,  savadsız 
Nənəş  nənə,  Səməd,  Şahmərdan  kişi,  balaca  Şahin 
və  başqalarının  daxili  nitqləri  əsərdə  geniş  yer  tutur. 
Ayrı-ayrı 
daxili 
monoloqlar 
məhz 
müxtəlif 
xarakterlərdən xəbər verir. 
«Oradan, kosmosdan baxanda çox uzaqlarda göy 
tül  içərisində  xumarlanan  yer  bütünlükdə  bir  ev,  yurd-
yuva,  bütün  bəşəriyyət  bircə  ailə  kimi  görünər.  Yerin 
üstündəki  bölgülər,  millətlərin  müxtəlifliyi,  rəngi, 
ölkələr  və  quruluşlar  hamısı  şərti  əlamətlər  kimi 
görünər: bütün ixtilaflar və ayrı-seçkiliklər bu göy rəng 
içərisində,  ona  boyanar»  (19,  27).  Bu,  ümumsosial 


Muxtar Kazımoğlu
__________________________________  
 
 
138 
problemlər  üzərində  düşünən,  narahat  bir  alim  Adilin 
daxili monoloqudur. 
«Nə  olub  mənə  küt  olam?  Aylarla  evdən  xəbərin 
olmur  (söhbət  Fatehdən  gedir  –  M.K.).  Bu  boyda 
külfəti 
dolandırıram. 
Gün 
olmaz, 
qonaq-qaran 
gəlməsin.  Tək  bircə  dəfə  sənin  başını  aşağı 
eləməmişəm.  Can  dərmanı,  quş  iliyi  qoymuşam 
süfrənə. Nə olub mənə? Mənim bacardığımı heç fələk 
də  bacarmaz.  Oxumamışam.  Çünki  məktəbdən, 
institutdan,  müəllimlərdən  zəhləm  gedirdi»  (19,  21). 
Bu  isə  ailə-məişət  qayğıları  ilə  yüklənən  və  onun 
müqabilində  ərindən  sədaqət  uman  evdar  qadın 
Saranın daxili monoloqudur. 
Romanda  xarakterlərin  özünütəhlil,  özünütəqdim 
forması  geniş  yer  tutduğundan  müəllif  şərhlərinə  çox 
ehtiyac  duyulmur.  Təhkiyəçi-müəllif,  əsasən,  romanın 
zahiri  süjetini  nağıl  edir:  kənd  soveti  sədri  Səməd 
səhər-səhər  maşını  işə  salır,  istirahətə  gələnlər 
yuxudan oyanırlar, Toğana dərəsini seyr edirlər; kişilər 
çayda balıq tutur, qadınlar samovara od salır, təndirdə 
çörək  yapırlar;  kişilər  tilovu  itirib  onu  axtarmaqla 
məşğul  olurlar,  uşaqlar  badminton  oynayırlar,  quzu 
otarırlar, quzunu itirib, axtarırlar və s. Təhkiyəçi-müəllif 
ayrı-ayrı  obrazların  daxili  nitqlərini  bu  əhvalatlar 
çərçivəsində  yerləşdirir.  Toğananın  gözəlliyi  önündə 
könlü  açılan  adamların  daxili  nitqləri  üçün  konkret 
situasiyalar  lazım  gəlir. Zahiri  süjet  daxili süjetə  keçid 
anlarını 
müəyyənləşdirir, 
daxili 
monoloqların 
doğulmasını  məntiqi  cəhətdən  konkretləşdirir.  Nənəş 


Yüklə 1,24 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə