Microsoft Word epos nesr problemler



Yüklə 1,24 Mb.
Pdf görüntüsü
səhifə33/44
tarix12.10.2018
ölçüsü1,24 Mb.
#73538
1   ...   29   30   31   32   33   34   35   36   ...   44

_______________________________ Epos. Nəsr. Problemlər 
 
 
131
Mədinə  şövqlə  nəğmə  oxuyanda,  həvəslə  müəyyən 
bir  iş  görməyə  başlayanda  isə  Sadıq  başa  düşür  ki, 
bibisinin 
şad-xürrəm 
vaxtıdır: 
«...bütün 
günü 
qaşqabaqlı dolanan bibim, nədənsə, bizim qapını açıb 
həyətdəki  ağ  gülləri  görən  kimi  oxumağa  başlayırdı. 
Oxuya-oxuya  bibim  lumuya  qulluq  eləyirdi,  yağışın, 
yaxud  küləyin  divarlardan  tökdüyü  xırda-xırda  daşları 
götürüb  yerinə  qoyurdu,  həyətə  su  səpirdi...»  (2,  26). 
Sadıq,  haqqında  söhbət  açdığı  adamların  hiss-
həyəcanlarını  təkcə  onların  zahiri  görkəmlərində  və 
hərəkətlərində  izləmir,  həm  də  həmin  adamların 
müxtəlif  məqamlarda  dediyi  sözləri  həssaslıqla  dilə 
gətirir  və  dialoqlar,  məktublar,  nəğmələr  Mədinələri 
oxucuya  tanıtmaqda  xüsusi  rol  oynayır.  Lakin  bütün 
bu  ifadə  formalarından  yararlanan  Sadıqda  Mə-
dinələrin qəlbindəki ən gizli nöqtələri işıqlandırmaq im-
kanı vardırmı? Əlbəttə,  yox. Sadıq  Mədinələrin  yalnız 
zahiri  görkəmdə,  davranışlarda,  dialoq,  məktub  və 
nəğmələrdə  aşkar  olan  duyğularından  bəhs  edə  bilir. 
Qaşqabaqlı  göründüyü  saatlarda,  dinməz-danışmaz 
oturduğu  məqamlarda  Mədinənin  məhz  hansı  hisslər 
keçirdiyini  bilmək  və  dilə  gətirmək  Sadıq  üçün  imkan 
xaricindədir.  Cəbhəyə  yola  düşdüyü  gün  Nəcəfin 
dediyi  sözlər  müqabilində  Mədinə  sükut  edirsə,  bu 
sükutun  arxasında  nələr  gizləndiyi  Nəcəfə  tam  aydın 
olmadığı  kimi,  təhkiyəçi  Sadığa  da  tam  aydın  deyil. 
Əlbəttə,  müəllif  Mədinənin  sükut  arxasında  gizlənən 
düşüncələrinin geniş şəkildə ifadəsini qarşıya məqsəd 
qoymayıb. Əgər belə olsaydı, onda əsər birinci şəxsin 


Muxtar Kazımoğlu
__________________________________  
 
 
132 
dilindən  danışılmazdı,  yaxud  heç  olmazsa,  bir  neçə 
qəhrəmanın dilindən danışılardı. 
Nəsrin  təcrübəsində  hadisələrin  bir  yox,  bir  neçə 
qəhrəmanın  dilindən  nağıl  olunması  forması  da  var. 
Müasir  Azərbaycan  nasirlərindən  İlyas  Əfəndiyevin 
yaradıcılığında  bu  forma  diqqəti  xüsusilə  cəlb  edir. 
Yazıçının  romanlardan  biri  –  «Sarıköynəklə  Valehin 
nağılı»,  əsasən,  Valehin  dilindən  söylənsə  də,  müəllif 
yeri gəldikcə sözü Sarıköynəyə və Muradzadəyə verir. 
Müəllif  romanın  sərlövhəsinə  çıxardığı  «nağıl»  sözü 
altında  başa  düşülən  bədii  əksetdirmə  prinsipinə 
mümkün  qədər  sadiq  qalmağa  çalışır.  Ədəbiyyat-
şünas  K.Talıbzadənin  qeyd  etdiyi  kimi,  bu  romanda 
«nağılvarilik,  hər  şeydən  əvvəl,  surətlərin  tipində, 
təqdimində,  səciyyəsində,  hadisələrin  mahiyyətində 
özünü  göstərir.  Məsələn,  müsbət  surətlər  ancaq 
müsbət  kimi,  mənfilər  isə  ancaq  mənfi  kimi  təsvir 
olunublar. 
Realizmin 
epik 
üslubunda 
yazılmış 
əsərlərdə təsadüf etdiyimiz surətlərin daxilindəki müs-
bətlə mənfinin mübarizəsi bunlarda yoxdur» (16). Na-
ğıl  poetikası  üçün  xarakterik  olan  süjetin  dinamikliyi, 
söylənən  bir  əhvalatla  digər  əhvalat  arasında  bədii 
zaman  məsafəsinin  qısalığı,  bədii  zamanın  əsasən 
«bir 
istiqamətdə 
ardıcıl 
hərəkəti 
və 
geriyə 
qayıtmaması»  (17,  226).  «Sarıköynəklə  Valehin 
nağılı»  romanında  da  müəyyən  dərəcədə  müşahidə 
olunur.  Əsərin  bir  yerində  Güllübəyim  xalanın  sel-
sudan  uçulub-dağılmış  evinin  yenidən  tikilməsindən 
danışan  Valeh  deyir:  «Qərəz,  Güllübəyim  xalanın  evi 


_______________________________ Epos. Nəsr. Problemlər 
 
 
133
ildırım sürətilə uçulub dağıldığı kimi, ildırım sürətilə də 
tikilib qurtardı». Bu cümlədəki «ildırım sürətilə» ifadəsi 
evin  tez  bir  zamanda  tikilib  qurtarmasını  bildirməklə 
bərabər,  həm  də  təhkiyədə  bir  əhvalatdan  digərinə 
keçidin  sürətindən,  təhkiyəçi  dilinin  «yüyrəkliyindən» 
nişan  verir.  Evin  tikildiyi  vaxt  (ən  azı  bir  ay)  ərzində 
baş  verən  əhvalatlar  xatırlanandan  sonra  növbəti 
«qəribə bir hadisə»nin – Güllübəyim xalanın qəriblikdə 
ilişib  qalan  oğlu  Cavanşirin  qayıtmasının  təsviri 
başlayır.  Əsərdə  statik-psixoloji  səhnələrə  çox  yer 
verilməsə  də,  hadisələrin  ayrı-ayrı  obrazlar  dilindən 
söylənilməsi heç də yalnız süjet xəttini ardıcıl izləmək 
funksiyası  ilə  məhdudlaşmır.  İstər  Valeh,  istərsə  də 
Sarıköynəyin  hekayətləri  həm də  lirik-epik  özünüifadə 
forması kimi ortaya çıxır. Valehin hekayətləri arasında 
«aldı 
Sarıköynək» 
deyə 
sözün 
Sarıköynəyə 
verilməsinə  səbəb  bir  də  məhz  odur  ki,  Valehdə 
Sarıköynəyin  fikirlərini  axıracan  oxumaq  və  ifadə 
etmək  imkanı  yoxdur.  Əsərin  bir  neçə  yerində  Valeh 
Sarıköynəyi dərin məhəbbətlə sevdiyini, onu yaxından 
başa düşdüyünü etiraf edir. Lakin bu başa düşməklik, 
təbii ki, ona «hər şeydən agah olan», bütün obrazların 
qəlbinə eyni dərəcədə nüfuz edə bilən təhkiyəçi-müəl-
lif  sərbəstliyi  vermir.  Odur  ki,  Sarıköynəyin  daxili 
aləminin  lazımi  səviyyədə  açılması  üçün  sözü  onun 
özünə  vermək  ehtiyacı  yaranır.  Müftəxor  Məcidovlara 
qarşı  fəal  mübarizə  aparmaqda  Valehlə  əlbir  olan 
Sarıköynəyi  yaxından  başa  düşmək  üçün  onun 
(Sarıköynəyin)  öz  etirafını  dinləmək  əlverişli  bədii 


Muxtar Kazımoğlu
__________________________________  
 
 
134 
vasitəyə  çevrilir:  «Elə  bil  bir  səs  mənə  hey  deyirdi: 
«Gərək  siz  bu  namərdlərə  qalib  gələsiniz!»  Elə  bil 
dünyanın  bütün  gücü,  qüvvəti  birdən-birə  bizə 
verilmişdi.  İndi  hər  yerdə  Valehin  igidliyindən 
danışırdılar.  Mən  isə  o  dəqiqələrdə  bu  igidliyi  tək 
gözümlə  görmürdüm,  bütün  varlığımla  hiss  edirdim. 
Bu  igid  mənim  nişanlım,  mənim  iki  gözüm  idi...»  (18, 
159).  Sarıköynəyin,  eləcə  də  Muradzadənin  etirafları 
fəal  həyat  mövqeyi  ilə  seçilən,  mənfiliklərə  qarşı 
ardıcıl  mübarizədən  çəkinməyən  Valehin  etirafları  ilə 
birləşir  və  vahid  bədii-estetik  istiqamətə  doğru 
yönəldilir. Oxucu bəzi digər surətlər barədə təsəvvürü 
də həmin etiraflardan alır. 
«Adamlar  və  ağaclar»  romanından  fərqli  olaraq, 
«Sarıköynəklə  Valehin  nağılı»  romanında  hadisələrin 
bir  yox,  bir  neçə  obrazın  dilindən  danışılması  heç  də 
təhkiyəyə çoxplanlılıq  xarakteri vermir  (müəllif  romanı 
çoxplanlı  təhkiyə  əsasında  qurmağı  qarşıya  məqsəd 
qoymur). Çoxplanlı təhkiyənin meydana çıxması üçün 
müəllif  nitqinin  iştirakı  ilkin  şərtlərdəndir.  «Çoxplanlı 
təhkiyədə  obyektiv  və  subyektiv  başlanğıcların 
qovuşması  sayəsində  daha  geniş  və  dərin,  həm  də 
ikili  təsvir  üçün  şərait  yaranır,  yəni  bunlardan  biri 
müəllifin,  digəri  isə  qəhrəmanların  və  surətlərin  (baş 
qəhrəman  yerində  çıxış  etməyən  personajların  –  M. 
K.) mövqeyini ifadə edir» (16). 
«Güllü paltar mövsümü», «Macal», «Qanköçürmə 
stansiyası»  kimi  daxili  monoloqlu  povestlərimizdə 
müəllif  nitqinin  iştirakı,  obyektiv  və  subyektiv 


Yüklə 1,24 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə