Microsoft Word epos nesr problemler



Yüklə 1,24 Mb.
Pdf görüntüsü
səhifə31/44
tarix12.10.2018
ölçüsü1,24 Mb.
#73538
1   ...   27   28   29   30   31   32   33   34   ...   44

_______________________________ Epos. Nəsr. Problemlər 
 
 
123
belə  məsələlərə.  Hökumət  maşınını  şəxsi  məqsədlər 
üçün  istifadə  etmək  –  filan,  peşməkan.  Eşidib-bilən 
olacaq, mütləq, çatdırıb eləsələr  yaxşı düşməz. Ancaq 
nə etməli... (Fuadın sözləri – M. K.) «Zəhmət çəkib bir 
saat  tez  dur,  apar»  (ikinci  «mən»in  sözləri  –  M.  K.).  – 
Mümkün  deyil,  gecələr  ikidən,  üçdən  tez  yatdığım 
olmur, mən yazıq da sutkada heç olmasa beş-altı saat 
yatıb  yuxumu  almalıyam,  ya  yox.  Yuxusuz  gecədən 
sonra günün bütün gərginliyinə tab gətirmək asan işdir 
bəyəm  (Fuadın  sözləri  –  M.  K.)?  –  Arvadın  aparsın, 
işləyib  eləmir,  nə  olar  məgər  (ikinci  «mən»in  sözləri  – 
M.  K.).  Xəyali  müsahibinin  bu  dəlilinə  Fuad  dürüst  və 
dəqiq cavab tapa bilmirdi» (12, 17). 
Ə.Əylislinin  «Güllü  paltar  mövsümü»  povestində 
Canəli  müəllimin  daxili  mükalimələri  Fuad  tipli 
adamların  yox,  Oqtay  kimilərin  daxili  mükaliməsidir. 
Oqtay kimi Canəli müəllim də şəxsi mənafeyini güdən 
fuadların  və  fətdahların  əksinə  olaraq,  riyakarlığa 
dözməyi  bacarmır.  Maraqlıdır  ki,  Canəli  müəllimin 
qəlbində  baş  qaldıran  Özgə  səsi  «həyatın  nəbzini 
tutan»  fuadların  və  fətdahların  səsidir.  Həmin  səslə 
Canəli  müəllim  özünə  yad  bir  adam  kimi  «qardaş», 
«Canəli  müəllim»  xitabları  ilə  müraciət  edir,  özünü 
vasvasılıqda, «bir para xırda-mırda şeyləri qurdalayıb, 
içindən  dərd  çıxarda-çıxarda  bu  gözəl  dünyanı  özü 
üçün  cəhənnəmə  döndərməsində»  təqsirləndirir: 
«Yox,  qardaş,  belə  yaramaz.  Bu  təhər fikirləşməynən 
sən heç vaxt heç bir nəticə hasil eləyə bilməyəcəksən. 
Fikirləşib 
yorulacaqsan. 
Yorulub 
aləmi 


Muxtar Kazımoğlu
__________________________________  
 
 
124 
qarışdıracaqsan.  Sonra  yenə  təzədən  sətir  başından. 
Yeni  səhifədən...  Beləcə,  ölənəcən...  Ölənəcən 
bilməyəcəksən  ki,  fikrin  nədir,  azarın  nədir.  Əgər 
bacarıb,  bu  fikir-xəyalatın  daşını  birdəfəlik  atsaydın, 
əlbəttə,  lap  əla olardı.  Amma  madam  ki  bunu  eləmək 
əlindən  gəlmir, onda,  heç olmasa, adam ol,  bir  qədər 
sistemli  fikirləş...  Sənə  elə  gəlir  ki,  o  qarasaç,  qara 
kostyum  oğlan  da  haçansa,  haradasa,  bir  vaxt,  nəsə 
insan  adına  yaraşmayan  bir  iş  görüb:  ya  kiməsə 
yaltaqlanıb,  ya  kimisə  aldadıb,  kiməsə  yalan  deyib... 
Sən,  söz  yox  ki, çox şeyləri şişirdirsən»  (3,  204-206). 
Özgə  səsi  ilə  özünü  təqsirləndirən  Canəli  müəllimin 
daxili  monoloqunda  fətdahlar  mühitinin  müqaviməti 
qarşısında  gücsüzləşən,  təklənən  bir  adamın  ruhi 
pərişanlığını  görürük.  Daxili  monoloq  davam  edir  və 
biz  Özgə  səsinə  cavab  verən  Canəli  müəllimin  Öz 
səsini eşidirik. Bu səs naqis mühitə qarşı barışmaz və 
amansız  olmağa  çağırır,  «bir  beş  sizdən;  bir  üç 
bizdən»  deyib  qəbul  imtahanında  Canəli  müəllimə 
rüşvət  təklif  edən  fətdahların  səsinə  qəti  etirazını 
bildirir:  «Yox,  kəsmək  lazımdır  bütün  bu  fətdahların 
toxumunu.  Silmək  lazımdır  yer  üzündən  bunların 
nəsli-nəcabətini...  Nədi?  Çətindi?  Bəli,  çətindi,  ona 
qalsa  çox  şey  çətindi.  Bu  istidə  imtahan  götürməyin 
özü də» (3, 222). 
Beləliklə, fərqli adamlar olsalar da, Fuad və Canəli 
müəllimin  özünütəhlil  məqamları  belə  bir  məntiq 
əsasında  qurulur:  qəhrəmanı  ətraf  mühitdə  mövcud 
olan  sosial  rəylə  qarşılaşdırmaq.  Mənəvi  iflasa 


_______________________________ Epos. Nəsr. Problemlər 
 
 
125
uğramaqda  olan  Fuad  bu  qarşılaşmada  iflasın  dərk 
edilməsi  anlarını  yaşayır.  Mənəvi  saflığını  qoruyan 
Canəli  müəllim  isə  sosial  rəylə  (bu  rəy  «necə 
yaşamalı?»  sualına  cavab  verən  müxtəlif  meylləri,  o 
cümlədən 
Fətdah 
kimi 
rüşvətxorların 
həyat 
meyarlarını əhatə edir) qarşılaşmada öz məhrumiyyət 
və itkilərini götür-qoy edir və nə qədər ağır olsa da, öz 
əxlaqına sadiq qalmağı üstün tutur. 
S.Əhmədovun  bir  çox  «etiraf»  qəhrəmanları 
Ç.Hüseynovun  yuxarıda  xatırlatdığımız  bölgülərindən 
kənara  çıxır  və  xüsusi  əlamətlər  nümayiş  etdirir. 
Yazıçının 
«Qanköçürmə 
stansiyası» 
povestinin 
qəhrəmanını  (Hüsəni)  yüksək  əxlaqlı  (ideal),  mənəvi 
təmizlənmə  hissi  keçirən,  ya  da  mənəvi  cəhətdən 
pozulub  bu  pozğunluqdan  qurtarmağa  can  atan  insan 
kimi  səciyyələndirsək,  birtərəfliliyə  yol  vermiş  olarıq. 
Hüsəndə daxili ikiləşmə axtarmaq yersizdir. Povest heç 
də  Hüsənin  mənəvi  oyanmasından,  yaxud  onun 
hansısa  yeni  istiqamətə  doğru  dəyişməsindən  bəhs 
etmir. Povest Hüsənin xarakterinin  indiyə  qədər özünü 
göstərmiş  və  bəlkə  bundan  sonra  da  göstərəcək  sabit 
cəhətlərindən söhbət açır. 
Müəllifin bəzi başqa əsərlərində diqqəti cəlb edən 
bir cəhət – hadisələrin cərəyanı üçün xüsusi məkanın 
seçilməsi  «Qanköçürmə  stansiyası»  povestində  də 
müşahidə 
olunur. 
Laçının 
daxili 
od-alovu 
ilə 
Həsənxanların 
mənəvi 
soyuqluğu 
və 
süstlüyü 
arasında 
təzadı 
qabarıq 
nəzərə 
çarpdırmaqda 
yanğınsöndürənlər 
idarəsi 
(«Yamacda 
nişanə» 


Muxtar Kazımoğlu
__________________________________  
 
 
126 
povesti); Kainatın, onun ailəsinin, qonum-qonşularının 
maddi  və  mənəvi  ehtiyacları  ilə  bağlı  həqiqətləri 
aşkara  çıxarmaqda  Dağüstü  park;  heyvanxana,  Yaşıl 
teatr  və  onun  yaxınlığında  yerləşən  bir  həyət  («Yaşıl 
teatr»  romanı);  birlikdə  istirahətə  gəlmiş  yaxın  qohum 
və  dostların  mənəvi  cəhətdən  bir-birindən  uzaqlığını 
göstərməkdə  Toğana  yaylağı  («Toğana»  romanı) 
xüsusi əhəmiyyət  kəsb  etdiyi  kimi,  Qanköçürmə  stan-
siyası  da  Hüsənin  psixoloji  aləminin  açılmasında  mü-
hüm  rol oynayır. Sallaqxanada  qəssab  işləyən Hüsən 
kiçik  qardaşı  Sevindiklə  birlikdə,  xəstələnmiş  anasını 
şəhər  xəstəxanalarından  birinə  gətirir.  Xəstənin 
xəstəxanaya  götürülməsi  üçün  qan  vermək  tələb 
olunur. 
Qardaşlar 
qanköçürmə 
stansiyasına 
yollanırlar.  Hüsən  həyəcan  keçirir,  necə  olur-olsun, 
qan vermədən vəziyyətdən çıxmaq üçün yollar axtarır. 
Hüsənin keçirdiyi təlaşın təbii psixoloji əsası var: vaxti-
lə  bir  cöngəni  kəsərkən  onu  başı  bədənindən  yarı 
üzülmüş  vəziyyətdə  əlindən  buraxıb  və  bununla  da 
«urvatsızlığa»  yol  verib.  O,  qəssablıq  işindəki  bu 
«günah»ının 
müqabilində 
taleyin 
hökmü 
ilə 
cəzalanacağından  qorxur.  Qanköçürmə  stansiyası  bu 
qorxu  hissini  artırır,  Hüsənin  daxili  təmkinini  pozur  və 
onu ardı-arası kəsilməyən düşüncələrə qərq edir. 
Kəsilərkən  cöngənin  əldən  buraxılması  camaat 
arasında  müxtəlif  söz-söhbətə  səbəb  olub  və  belə 
yozulub  ki,  Hüsən  yoncalıqda  otarmaqla  «heyvanı 
umsundurub,  əcəl  ayağında  aldadıb.  Dünyada, 
şəriətdə  bundan  böyük  günah  işlətmək  olmaz». 


Yüklə 1,24 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə