Microsoft Word epos nesr problemler



Yüklə 1,24 Mb.
Pdf görüntüsü
səhifə29/44
tarix12.10.2018
ölçüsü1,24 Mb.
#73538
1   ...   25   26   27   28   29   30   31   32   ...   44

_______________________________ Epos. Nəsr. Problemlər 
 
 
115
demək  deyil.  Əsas  məsələ  qarşıya  qoyulan  ideyanın 
ifadəsi  üçün  əlverişli  təsvir  yolu  seçmək,  məzmun  və 
formanın  vəhdətinə  nail  olmaqdır.  Bu  tələblər 
baxımından,  həm  «Dantenin  yubileyi»,  həm  də 
«Macal»  müasir  povestlərimizin  uğurlu  nümunələri 
sırasına  daxildir.  «Dantenin  yubileyi»  povestində 
qəhrəmanın  düşüncələrinə  geniş  yer  vermək  müəllifə 
qeyri-münasib  görünür.  Müəllif  F.Kəbirlinskinin  fikir 
dünyasını  təsvirin  obyektinə  çevirməyi  qarşısına 
məqsəd  qoymur,  bunun  əvəzinə  zahiri  əlamətlərin 
təsvirini  daxili  aləmin  açılmasına  yönəltməyə,  qəhrə-
manın psixologiyasının başlıca cəhətləri barədə məhz 
bu 
yolla 
təsəvvür 
yaratmağa 
çalışır. 
Əsərin 
başlanğıcındakı  bir  detalla  F.Kəbirlinskinin  istedadsız 
bir aktyor olduğu aydınlaşır: rejissorun məsləhətlərinə 
və 
özünün 
cəhd 
göstərməsinə 
baxmayaraq, 
F.Kəbirlinski  tamaşada  ona  tapşırılmış  bircə  cümləni 
lazımi şəkildə söyləməkdə acizdir. Rejissor əsəbiləşir. 
F.Kəbirlinski  gənc  rejissorun  dediyi  acı  sözlərdən 
«pörtüb  qızarır,  tər  tökür».  Lakin  fərsizliyi  ucbatından 
heç  bir  müsbət  nəticə  verməyən  üç  saatlıq  məşqdən 
sonra  Kəbirlinski  yenə  də  özünün  «aktyorluq»  işini 
davam etdirir: hansısa filmin dublyajında iştirak etmək 
üçün  kinostudiyaya,  hansısa verilişdə  Tülkü  (!) rolunu 
oynamaq 
üçün 
radioya, 
hansısa 
televiziya 
tamaşasında  bir  cümlə  (!)  demək  üçün  telestudiyaya 
yollanır,  dram  dərnəyinə  rəhbərlik  etmək  üçün 
karamel  fabrikinə  tələsir.  Bütün  bu  hərəkətlər  özünü 
dərk  edə  bilməyən,  laqeydlər  mühitində  miskinləşən 


Muxtar Kazımoğlu
__________________________________  
 
 
116 
bir insanın xarakterinin ifadə formasına çevrilir. 
Əsərin  vur-tut  bir-iki  yerində  müəllif  Kəbirlinskinin 
düşüncələrinin  qısa  məzmunu  verir.  «А  вы  ишите 
типаж.  Вот  вам  пожалйуста  отличный  типаж... 
Прексрасная  тупая  морда»  –  Kəbirlinski  dalınca 
deyilmiş  bu  sözləri  qulaqardına  vurur  və  heç  nə 
olmayıbmış  kimi  tamam  başqa  məsələlər  ətrafında 
düşünür: 
«Urəyində 
kinostudiyanın 
telefonlarını 
söydü.  Üç  gün  zəng  eləyəsən,  düşmək  olmur. 
Telefonlar ağıllı-başlı işləsəydi, zəng eləyib bilərdi, bir 
də bica yerə yorta-yorta bu boyda yolu gəlməzdi. 
«Bu  gün  mənimki  gətirmir.  İndi  gedək  görək 
radioda  başımıza  nə  gəlir?»  Radioda  üçdə  olmalıydı, 
indi ikinin yarısıydı. 
Evə gedib-gəlməyə çatmazdı. Evə radiodan sonra 
getsə  yaxşıdır.  Xörəyə.  Dünən  arvad  ağzından 
qaçırtdı  –  deyəsən,  bu  gün  bozbaş  bişirəcək.  Amma 
nə olardı! Bozbaşdan ləzzətli xörək var? Yox, bozbaşı 
tələsik,  atüstü  yemək  olmaz.  Gərək  kamal-ədəblə 
oturasan,  yavaş-yavaş  çörəyi  doğrayasan,  suyu 
hopsun  çörəyin  canına,  qaşıqla  kartofu,  əti  yaxşıca 
əzəsən,  üstünə  də  sumağı  səpəsən,  başlayasan  baş 
soğanla yeməyə, bəh, bəh, bəh» (11, 161). 
Əlbəttə,  yemək  istəyi  insan  üçün  təbii  bioloji  bir 
keyfiyyətdir. 
Lakin 
qeyd 
etdiyimiz 
məqamda 
Kəbirlinskinin  yeməklə  bağlı  düşüncələri  öz  mənliyini 
kifayət  dərəcədə  qiymətləndirməyən  bir  insanın 
düşüncələri təsiri bağışlayır. 
Kəbirlinskini  «Dantenin  yubileyi”nə  göndərirlər  və 


_______________________________ Epos. Nəsr. Problemlər 
 
 
117
nəhayət,  aldadıldığını,  ələ  salındığını  anlayır.  Müəllif 
qəhrəmanın bu andakı ruhi vəziyyətinə işarə edən bir 
cümlə  ilə  kifayətlənir:  «Feyzulla  gözünü  qaldırıb 
Həcərə (Həcər onun arvadıdır – M. K.) baxa bilmirdi» 
(11,  204).  Kəbirlinskinin  düşdüyü  bu  gərgin  vəziyyət, 
bəlkə  də,  özünüdərk  üçün  başlanğıc  nöqtəsi  ola 
bilərdi.  Lakin  müəllif  əsəri  buradaca  tamamlayır  və 
hadisələrin  davamı  barədə  düşünməyi  oxucunun 
öhdəsinə buraxır. 
Qəhrəman  necə  hərəkət edir və ətrafdakı adamlar 
ona 
münasibətdə 
necə 
davranırlar? 
«Dantenin 
yubileyi»ndə  qarşıya  qoyulan  və  uğurlu  bədii  həlli 
tapılan  səciyyəvi  sual  budur.  «Macal»da  isə  müəllif 
niyyəti  daha  çox  belə  bir  sualla  bağlı  olub:  qəhrəman 
öz  hərəkəti  və  ətrafdakı  adamların  ona  münasibəti 
barədə  nə  fikirdədir?  Əgər  belə  demək  mümkünsə, 
birinci  povest  öz  hərəkətinə  qiymət  verməyən  qəhrə-
mandan  söhbət  açır,  ikinci  povest  öz  hərəkətini  araş-
dıran  qəhrəmandan.  «Dantenin  yubileyi»ndə  hadisələr 
Kəbirlinskinin 
təfəkkür 
süzgəcindən 
keçirilmədən 
təqdim  olunur.  Bununla  müəllif  sərbəstlik  qazanır  və 
Kəbirlinskinin  iştirak  etmədiyi  hadisələrə  də  geniş  yer 
verir  (məsələn,  Eldarla,  onun  qəzaya  uğramış  ata-
anası ilə bağlı səhnələrə). «Macal»da çox az epizod və 
detal  tapılar  ki,  Fuadın  qavrayışından  kənarda  qalsın. 
Keçmişə aid əhvalatlar Fuadın yaddaşında iz salan əh-
valatlardır  və  onlar  əsərdə  məhz  Fuadın  xatırlamaları 
şəklində təqdim olunur. İndiki zamana aid hadisələr də 
onun  qəlbində  əks-səda  tapır.  Əhvalatlar  doğurduğu 


Muxtar Kazımoğlu
__________________________________  
 
 
118 
duyğu  və  düşüncələrlə  əlaqədə  təsvir  edilir.  Povestlər 
arasında  müşahidə  olunan  bütün  bu  sayaq  struktur 
fərqləri  Kəbirlinski  ilə  Fuadın  xarakteri  arasındakı 
fərqlərdən çox asılıdır. 
Fuadın  Kəbirlinski  kimi  maddi  qazanc  dalınca 
qaçmağa  heç  bir  ehtiyacı  yoxdur,  arvadının  giley-
güzarından, danlağından yaxa qurtarmaq üçün özünü 
oda-közə vurmağa, özgələri qarşısında təhqirə məruz 
qalmağa  məcbur  deyil.  O,  firavan  yaşayır.  Yüksək 
vəzifəsi, Şövqü kimi möhkəm arxası var – ictimai işlər 
adı altında şəxsi istəklərini həyata keçirməkdə Fuadın 
əlindən  tutur  və  «qiymətli»  məsləhətləri  ilə  onu  öz 
keçdiyi  yollara  doğru  istiqamətləndirir:  hissə  qapılıb 
hər düşündüyünü dilinə gətirməmək, hər işdə səbrli və 
ehtiyatlı  davranmaqla  tədricən  güc  toplamaq  və 
gücünü  başqalarına  hiss  etdirib  nüfuz  qazanmaq. 
Fuadın  fəaliyyəti  Şövqünün  verdiyi  bu  cür  düsturlar 
üstünə  qurulub.  Fuad  atası  Qurban  kişinin,  keçmiş 
müəllimi  Fuad  Salahlının,  dostu  Oqtayın  halına  ona 
görə  acıyır  ki,  onlar  tədbirli  olmağı  bacarmır  və 
nəticədə  uğursuzluğa  düçar  olurlar.  Şövqünün  Fuada 
təlqin  etdiklərindən  biri  də  dünənsiz  yaşamağı 
bacarmaqdır:  «Fuad  Şövqündən  çox  şey  əxz  etmişdi 
ömrü boyu, ancaq  əxz etdiyi ən vacib şey  – dünənsiz 
yaşamağa  öyrənməsi  idi.  Elə  yaşamağa  ki,  guya  heç 
dünənki  gün  yerindən-dibindən  olmayıb,  hər  şey  bax, 
bu gün səhər başlanıb...» (12, 66). 
Fuad  «real»  iş  adamıdır,  onun  «xırda»  məsələlər 
ətrafında baş sındırmağa macalı yoxdur. 


Yüklə 1,24 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə