Microsoft Word epos nesr problemler



Yüklə 1,24 Mb.
Pdf görüntüsü
səhifə28/44
tarix12.10.2018
ölçüsü1,24 Mb.
#73538
1   ...   24   25   26   27   28   29   30   31   ...   44

_______________________________ Epos. Nəsr. Problemlər 
 
 
111
bacarırlar;  düşünən  qəhrəman  sadəcə  olaraq  mühitin 
sıravi  nümayəndələrindən  biri  deyil,  mühitlə  konfliktə 
girə  biləcək  bir  adamdır;  o,  daxili  konflikt,  ikiləşmə 
anları  yaşayır,  özünü  yad  bir  adam  kimi  götür-qoy  və 
ittiham  edə  bilir.  L.Tolstoy  və  F.Dostoyevski  və 
yaradıcılığında  düşünən,  özünü  dərk  edən  adamların 
(Neklyudov,  A.Karenina,  Raskolnikov,  Qolyadkin) 
qəhrəman 
kimi 
seçilməsi 
təbii 
olaraq 
bədii 
əksetdirmənin  xüsusi  prinsipi  olan  psixologizm  ilə 
vəhdət  təşkil  edib.  «Özünütəhlil  istənilən  adamın 
təsvir  edilməsində  əsas  götürülə  bilər.  Lakin  istənilən 
adam  belə  təsvir  üçün  əlverişli  material  vermir. 
Qoqolun  çinovnikinin  bu  yerdə  çox  az  imkanı  vardır. 
Dostoyevski elə qəhrəman axtarmışdır ki,  o daha çox 
idrak  adamı  olsun,  bütün  həyatı  boyu  özünü  və 
dünyanı  dərk  etməyə  can  atsın»  (8,  58).  Qoqolun 
qəhrəmanı  Dostoyevskinin  psixoloji  nəsri  üçün  baş 
qəhrəmana  çevrilə  bilmir.  Dostoyevski  və  Tolstoydan 
fərqli  olaraq,  Qoqolu  –  düşünə  bilməyən,  özünü  və 
dünyanı  anlama  hissindən  uzaq  olan,  mənəvi 
oyanma,  iztirab  keçirmə  situasiyaları  yaşamayan 
qəhrəman  daha  çox  maraqlandırır.  «Personajların 
hiss-həyəcanlarının 
təhlili 
Qoqolda, 
həqiqətən, 
yoxdur, lakin ona görə yoxdur ki, təsvir obyektinin özü 
(satirik  tiplərin  mənəvi  ölülüyü)  belə  təhlil  üçün  geniş 
imkanlar vermir» (9, 16). Təəccüblü deyil ki, gerçəkliyi 
qəhrəmanın  təfəkkür  süzgəcindən  keçirərək  qələmə 
alan  F.Dostoyevski  və  L.Tolstoy  nəsrində  daxili 
monoloq  aparıcı  bədii  struktur  elementi olduğu  halda, 


Muxtar Kazımoğlu
__________________________________  
 
 
112 
qəhrəmanın 
daxili 
aləmini 
zahiri 
hərəkət 
və 
davranışlarda  ifadə  edən  N.Qoqol  nəsrində  sözün 
geniş mənasında daxili monoloqa, demək olar ki, rast 
gəlmirik.  Mənəvi  genişliklə  səciyyələnən  obrazlar 
yaradılarkən  daxili  monoloq  ən  gərəkli  bədii  forma 
olduğu  halda,  mənəvi  məhdudluqla  səciyyələnən 
obrazlar  yaradılarkən  daxili  monoloqa  o  qədər  də 
ehtiyac duyulmur. 
Müasir 
Azərbaycan 
nəsrimin 
inkişaf 
yolları 
F.Dostoyevski, 
L.Tolstoy, 
N.Qoqol, 
A.Çexov, 
C.Məmmədquluzadə,  Ə.Haqverdiyev  və  başqa  böyük 
sənətkarların  söz  səltənətindən  keçir.  Bədii  əsərin 
məzmun  və  forma  komponentlərinin  harmoniyası 
keçmiş 
ədəbi 
təcrübənin 
mühüm 
sənətkarlıq 
təlimlərindən  biri  kimi  qəbul  edilir.  Nəsr  bədii  ifadə 
tərzini  seçdiyi  qəhrəmanlara  uyğunlaşdırır,  düşünən 
qəhrəmanlar  bədii  əksetdirmənin  xüsusi  tiplərini 
meydana çıxarır. 
Ədəbi  tənqidin  dönə-dönə  göstərdiyi  kimi,  müasir 
Azərbaycan nəsri «adi» adamların həyat və məişətinə 
daha  çox  maraq  göstərir.  Davranışları,  danışıqları, 
dünyagörüşləri 
ilə 
ilk 
baxışda 
özgələrindən 
seçilməyən  adamlar  baş  qəhrəman  yerində  təqdim 
olunur.  Müasir  nəsrimizdə  «düşünən  qəhrəman» 
anlayışının  ən ümumi  cəhəti  məhz  ondan  ibarətdir  ki, 
o,  sıravi  adamların  –  bizim  iş  yoldaşlarımız  olan 
zəhmətkeş  kəndlinin,  fəhlə  və  ziyalıların  bədii  surə-
tidir.  Lakin  orası  da  var  ki,  hər  sıravi  adam  düşünən, 
özünü dərk edən qəhrəman kimi götürülmür. Düşünən 


_______________________________ Epos. Nəsr. Problemlər 
 
 
113
qəhrəman, 
təbii 
ki, 
dərketmənin 
mənəvi-əxlaqi 
atributlarını  (vicdan  və  ləyaqət  hissi,  daxili  müşahidə, 
ətraf  hadisələrə  şüurlu  münasibət  və  s.)  daşıyan, 
daxili  etirafa  hazır  olan  bir  qəhrəmandır.  Tanınmış 
yazıçı-ədəbiyyatşünas  Ç.  Hüseynov  müasir  nəsrdə 
«etiraf»ın  üç  təxmini  şərtini  və  tipini  müəyyənləşdirir: 
1)  yüksək  əxlaqlı  insanın  etirafı;  2)  mənəvi  təmiz-
lənmə  hissi  keçirən,  keçmişə  qayıdaraq  düşüncə  və 
hərəkətlərindəki  durğunluğun  səbəbini  öyrənməyə 
çalışan insanın etirafı; 3) mənəvi cəhətdən pozulmuş, 
lakin  bu  pozğunluqdan  qurtarmağa  can  atan  insanın 
etirafı (10, 195). 
60-70-ci  illərdə  yazılmış  müasir  mövzulu  hekayə, 
povest  və  romanlarımızın  «etiraf  edən»  qəhrəmanları 
peşə  etibarilə  müxtəlif  adamlardır:  jurnalist  (İ. 
Hüseynovun 
«Teleqram» 
povestində 
Zəlimxan), 
sürücü 
(Ə.Əylislinin 
«Kür 
qırağının 
meşələri» 
povestində Qədir), fəhlə (Ç. Hüseynovun «Məhəmməd, 
Məmməd,  Məmiş»  romanında  Məmməd),  qəssab 
(S.Əhmədovun  «Qanköçürmə  stansiyası»  povestində 
Hüsən),  alim  (S.Əhmədovun  «Toğana»  romanında 
Adil,  Ə.Əylislinin  «Güllü  paltar  mövsümü»  povestində 
Canəli  müəllim),  nəşriyyat  işçisi  (Anarın  «Ağ  liman» 
povestində  Nemət),  memar  (Anarın  «Macal»  poves-
tində Fuad) və başqaları. Fərdi cizgilərlə qələmə alınan 
bu  obrazlar  az  və  ya  çox  dərəcədə  müsbət  –  mənfi 
birtərəfliliyindən 
uzaqdır. 
Onlar 
tutuşdurulduqda 
rəngarənglik  özünü  daha  qabarıq  şəkildə  göstərir. 
Ç.Hüseynovun  təxmini  bölgüsünə  əsaslansaq,  ümumi 


Muxtar Kazımoğlu
__________________________________  
 
 
114 
şəkildə Zəlimxan, Canəli müəllim və Məmmədi mənəvi 
saflığı və şərə qarşı ciddi narahatlığı ilə seçilən, Nemət 
və  Fuadı  mənəvi  oyanma  və  özünüdərketmə  anları 
yaşayan, Qədir isə doğma mühitlə üz-üzə gələn və bu 
mühitlə bağlılığı bərpa etməyə can atan qəhrəman kimi 
səciyyələndirə  bilərik.  (S.Əhmədovun  Hüsən,  Adil  və 
digər  «etiraf»  qəhrəmanlarını  həmin  bölgülər  daxilində 
səciyyələndirmək  çətindir,  odur  ki,  onlar  barədə  sonra 
xüsusi danışılacaq.) 
Anarın 
«Dantenin 
yubileyi» 
povestində 
qəhrəmanın 
daxili 
aləmi 
zahiri 
hərəkət 
və 
davranışların  təsviri  sayəsində  oxucuya  çatdırılır. 
Əsərdə  qəhrəmanın  daxili  düşüncələri  bədii  mətndən 
kənarda  qalır.  Həmin  yazıçının  «Macal»  povestində 
isə  vəziyyət  tamamilə  başqa  cürdür:  qəhrəman 
hadisələr  içərisində  təqdim  edilməkdən  daha  çox, 
hadisələr  qəhrəmanın  qavrayışında  təqdim  olunur, 
bədii  mətn,  əsasən,  onun  düşüncələri  üzərində 
qurulur.  Eyni  müəllifin  yaradıcılığında  əksetdirmə 
prinsiplərinin  belə  fərqini  əsərlərin  yazılma  tarixi  ilə 
(«Dantenin  yubileyi»  1968,  «Macal»  isə  1976-cı  ildə 
yazılıb),  yazıçının  yaradıcılıq  imkanlarının  ildən-ilə 
inkişaf  edib,  dəyişməsi  ilə  əlaqələndirmək  düzgün 
olmazdı.  Çünki  xarakterin  zahiri  detallar  vasitəsilə 
açılması  sənətkarlığın  aşağı  səviyyəsi  demək  deyil 
(N.Qoqol  və  C.  Məmmədquluzadə  kimi  klassiklərin 
yaradıcılıq  yolu  buna  ən  yaxşı  örnəkdir);  necə  ki  yeri 
gəldi-gəlmədi  xarakterin  düşüncələrinin  də  genişliklə 
təcəssümü  sənətkarlığın  mütləq  yüksək  səviyyəsi 


Yüklə 1,24 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə