Microsoft Word epos nesr problemler



Yüklə 1,24 Mb.
Pdf görüntüsü
səhifə30/44
tarix12.10.2018
ölçüsü1,24 Mb.
#73538
1   ...   26   27   28   29   30   31   32   33   ...   44

_______________________________ Epos. Nəsr. Problemlər 
 
 
119
Bütün  bunlar  Fuadın  xarakterinin  yalnız  bir 
tərəfidir. Digər mühüm bir tərəf də var ki,  o, birinci ilə 
təzad  təşkil  edir.  Firavan  güzəranı və  yüksək vəzifəsi 
ilə  rahat  yaşamalı  ikən,  Fuad  narahatlıq  içindədir. 
«Real» iş adamı kimi «xırda» məsələlər ətrafında baş 
sındırmağa macalı olmadığı halda, bütün gün ərzində 
(xatırladaq  ki,  povest  bir  gündə  baş  verən  əhvalatları 
və  həmin  müddətdə  xatırlanan  hadisələri  əhatə  edir) 
düşünüb-daşınmaqla 
məşğuldur; 
Şövqünün 
göstərişinə  uyğun  olaraq  «dünəndən  uzaqlaşmaq» 
istədiyi  halda,  özünün  dünənki  əməllərini  ağrılı-acılı 
xatirələr  kimi  yada  salmaya  bilmir.  «Camaatla  iclas 
keçirir,  camaat  iclasda  danışır,  o  isə  öz-özü  ilə  öz 
içində  gündə  yüz  iclas  keçirir,  yüz  daxili  səs  eşidir». 
Mənəvi  oyanma  və  daxilən  öz  əməllərini  araşdırma! 
Fuadın Kəbirlinskidən başlıca fərqini ortaya çıxaran bu 
cəhət  «Macal»  povestinin  psixoloji  təsvir  üsulunu 
ortaya  çıxarır  və  psixoloji  təhlil  vasitəsi  kimi  daxili 
monoloqu  əsərin  təbii  tərkib  hissəsinə  çevirir.  Daxili 
konfliktin  povest  boyunca  izlənib  işıqlandırılması 
funksiyası  digər  elementlərlə  bərabər,  daxili  monoloqa 
da həvalə edilir. 
Psixoloji  nəsrin  tarixi  təcrübəsindən  məlumdur  ki, 
daxili  monoloqun  estetik  mükəmməlliyi  onun  dialoqlu 
səciyyə  daşıyıb-daşımaması,  mənəvi  kolliziyanı  əks 
etdirib-etdirməməsi 
ilə 
daha 
çox 
ölçülür. 
F.Dostoyevski yaradıcılığını polifonik nəsr baxımından 
tədqiqata 
cəlb 
edən 
M.Baxtin 
F.Dostoyevski 
nəsrindəki  daxili  monoloqları  personajın öz özü  ilə və 


Muxtar Kazımoğlu
__________________________________  
 
 
120 
özgələri  ilə  «gizli  dialoqu»  və  «mübahisəsi»  sayır  (8, 
141). Ədəbiyyatşünas A.Boçarov müasir nəsrdə daxili 
monoloqun  başlıca  mahiyyətini  konfliktlə  bağlılıqda 
görür:  «Daxili  monoloq  o  zaman  yaranır  ki,  dialoqlu 
səciyyə  daşısın,  başqa  sözlə,  məzmununda  konflikt 
ifadə  edilsin...  Əgər  qəhrəmanda  iki  təsəvvür  və 
anlayış  üz-üzə  gəlirsə,  əgər  insan  öz-özü  ilə,  yaxud 
xəyalən  başqaları  ilə  gərgin  mübahisə  edirsə,  daxili 
monoloq meydana çıxır» (13, 216). 
«Macal» povestində Fuadın düşüncələri qeyri-qəti 
və ikili mülahizələrdən ibarətdir. Çünki bu düşüncələrə 
müxtəlif  adamların  müəyyən  həyat  problemləri  ilə 
əlaqədar müxtəlif qənaətləri qarışıb. Fuadın öz-özünə 
münasibəti 
həm 
onun 
ətrafdakı 
adamlara 
münasibətindən,  həm  də  ətrafdakı  adamların  ona 
münasibətindən  asılı  olub,  özünütəhlil  xarici  təsirin 
bilavasitə  nəticəsi  kimi  meydana  çıxıb.  Ətraf  mühitlə 
Fuadın  «mən»i  arasında  səbəb-nəticə  əlaqələri 
baxımından  povestdə  belə  bir  səhnə  simvolikdir  ki, 
Oqtay  (Fuada  ardıcıl  təsir  göstərən  ətraf  mühitin 
nümayəndəsi)  ona  görüləcək  gündəlik  işlər  sırasında 
«özümlə görüş»ü də planlaşdırmağı təklif edir. Özü ilə 
ilk  «görüşləri»ndə  birinci  Fuad  –  Şövqüyə  yaxın  olan 
Fuad şübhələrdən uzaqdır, tutduğu yolun doğruluğuna 
inanır. 
Şövqüyə 
yaxınlaşa-yaxınlaşa 
doğma 
adamlarından  –  atası  Qurban  kişi,  müəllimi  Fuad 
Salahlı və dostu Oqtaydan mənən uzaqlaşan Fuad bu 
uzaqlaşmaya  biganə  qalmaq  istəyir.  Dostlarının  ona 
qarşı soyuq münasibətini həsəd hissindən doğan təbii 


_______________________________ Epos. Nəsr. Problemlər 
 
 
121
hal  kimi  qəbul  edir,  onları  gücsüzlüklərinə  görə 
qınayır:  «Oqtay  bir  dəfə  ağzından  qaçırtdı  ki,  «Fuad, 
sən elə bilirsən biz sənə paxıllıq edirik, vallah, inan ki, 
eləmirik», lap «qarğa, məndə qoz var» oldu. Çox əcəb 
eləmirsiz,  daha  yaxşı,  atovuz  rəhmətlik.  Bəs  niyə 
eləmirsiz?  Çox  nahaq  eləmirsiz!..  Yaxşı,  paxıllıq 
demə, həsəd de, rəqabət hissi de, özgənin uğurlarına 
qısqanclıq de, nə bilim, nə deyirsən de. İş sözdə deyil 
ki, məsələnin məğzində, mahiyyətindədir. Nə belə fəxr 
edirsiniz  ki,  paxıl  deyilik.  Deməli,  yarış  hissi  yoxdur 
sizdə,  qalib  gəlmək  əzmi,  iradə,  inad,  qüvvə  yoxdur. 
Gücsüzlərin təsəllisidir sizin təsəlliniz, odur ki, həmişə 
güclülərin  kölgəsində  daldalanıb  qalacaqsınız»  (12, 
76). 
Fuadın  daxili  monoloqları  düşüncələrin  təktərəfli 
istiqamətindən  çoxtərəfliliyə  doğru  tədricən  inkişaf 
etdirilir. Fuad başqalarının onun barəsində dedikləri və 
düşündüklərini  təkzib  etməyə  çalışsa  da  (məsələn, 
«Fuadın  bəxti  Şövqü  ilə  qohum  olanda  gətirdi».  Qoy 
elə 
düşünsünlər, 
cəhənnəmə 
ki...»), 
onun 
düşüncələrində  inamla  şübhə,  Öz  qənaəti  ilə  Özgə 
qənaəti üz-üzə gəlir: «Bir var şüurun, beynin, məntiqin 
dəlilləri  («real»  iş  adamı  olan  Fuadın  Öz  qənaəti  – 
M.K.),  bir  də  var  ürək  qanunları,  hisslərin  müvazinəti 
(Özgə  qənaəti  –  M.K.)...  Soyuq  şüur  mühakimə  yürü-
dür  ki,  adamlardan,  yaxşılıq  belə  elədiyin  insanlardan 
qorun,  məsafə  saxla,  çomağını  əldən  qoyma  (Öz 
qənaəti  –  M.  K.).  Amma  bunu  nəzəri,  mücərrəd 
cəhətdən  dərk  edirsən  (Özgə  qənaəti  –  M.K.). 


Muxtar Kazımoğlu
__________________________________  
 
 
122 
Fikirləşirsən ki, day içində möhkəm qala tikməsən, heç 
bir  acı  söz,  heç  bir  tikan,  heç  bir  gizli  ox  sənə  xətər 
gətirə bilməz (Öz qənaəti – M.K.). Amma bu mücərrəd 
şüur  qalaları  real  hisslərin  seli  qarşısında  nə  qədər 
gücsüzdür, üfürsən yıxılandır... Ümumi yox, konkret bir 
bədxahlıqla  rastlaşdınmı,  ürəyinə  batan  iynələrin 
ağrısını duydunmu – bütün o abstrakt müdafiə sədlərin 
alt-üst olur, dağılıb puç olur... Görürsən ki, ilahi, içində 
heç bir səngərin – süpərin yox imiş, ehtiyatında heç bir 
padi-zəhr  saxlamayıbsanmış  (Özgə  qənaəti  –  Fuad 
bütün  bu  Özgə  qənaətlərinin  dəqiq  ünvanını  da 
göstərir:  Oqtay  –  M.K.)...  Yenə  deyəsən  Oqtayla 
danışıram,  Oqtayla  mübahisə  edirəm.  Nə  olub  belə? 
Niyə  Oqtay  bu  gün,  tək  elə  bu  gün  yox,  bir  çox 
vaxtlarda 
mənim 
görünməz 
daxili 
opponentimə 
çevrilir?» (12, 76). 
Povestdə  elə  daxili  monoloqlar  da  var  ki,  orda 
Özgə  qənaəti  artıq  Oqtay  kimi  kənar  adamlara  yox, 
bilavasitə 
Fuadın 
özünə 
məxsusdur. 
Daxili 
mükalimənin  hər  iki  tərəfində  duran  eyni  bir  adamdır, 
eyni  bir  adamın  (Fuadın)  bir-birinə  zidd  baxışlarıdır. 
Özgə  qənaətlərinin  təsiri  ilə  Fuadda  ikinci  «mən» 
yaranır  və  bu  halda  başqa  adamlarla  daxili  monoloq 
formasını  qəhrəmanın  öz  ikinci  «mən»i  ilə  dialoq 
forması  əvəz  edir;  Fuadın  qəlbində  əks-səda  tapan 
Özgə  qənaəti  ikinci  «mən»  şəklində  təzahür  edir. 
Uşaqlarının  xüsusi  idarə  maşınında  məktəbə  gedib-
gəlmələri  Fuadın  ürəyindən  deyil:  «Əvvəla,  belə  şeyə 
yaxşı  baxmırlar,  xüsusilə  son  vaxtlar  ciddi  yanaşırlar 


Yüklə 1,24 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə