Microsoft Word epos nesr problemler



Yüklə 1,24 Mb.
Pdf görüntüsü
səhifə27/44
tarix12.10.2018
ölçüsü1,24 Mb.
#73538
1   ...   23   24   25   26   27   28   29   30   ...   44

_______________________________ Epos. Nəsr. Problemlər 
 
 
107
müəyyənləşdirdiyi  fərqlər  bu  və  ya  digər  dərəcədə 
Sadığın  təhkiyəsi  ilə  Canəli  müəllimin  daxili  mo-
noloqları  arasındakı  müqayisədə  də  üzə  çıxır.  Lakin 
müqayisə və müşahidələr belə bir qənaətə gəlməyə də 
əsas  verir  ki,  birinci  şəxsə  aid  təhkiyənin  daxili 
monoloqa,  daxili  monoloqunsa  birinci  şəxsə  aid 
təhkiyəyə  keçdiyi  məqamlar  olur,  bu  iki  bədii  ifadə 
forması  yeri  gəldikcə  bir-birinin  imkanlarından  istifadə 
edir.  «Adamlar  və  ağaclar»  romanında  («Mənim  nəğ-
məkar  bibim»,  «Tənha  narın  nağılı»  və  «Adamlar  və 
ağaclar»  povestlər  üçlüyünü  müəllif  vahid  roman  kimi 
təqdim  edir)  Sadıq  bəzən  hekayətçi  funksiyasını 
«unudub» öz-özü ilə daxili söhbətə başlayır: «Darıxma, 
Sadıq, darıxma. 
Asfalt  yolun  üstünə  gün  düşüb,  təzə  gün,  təmiz 
gün,  lap  indicə  düşüb.  Hələ  ki,  onu  tapdalamayıblar, 
...unut  getsin  o  kəndi,  çıxart  yadından  o  dağları,  o 
bağı, o bağçanı da yadından çıxart. 
Sənin  ki  sakitlikdən  xoşun  gəlir,  Sadıq.  Hələ  ki 
bazar  sakitdir,  darıxma.  Qoy  o  radio  da  binanın 
başında  nə  qədər  bağırır,  bağırsın,  fikir  vermə»  (2, 
147).  Bu  parçada  bədii  informasiya  nəqletmə  yox, 
daxili monoloq vasitəsilə çatdırılır. Başqa sözlə, Sadıq 
rayon  mərkəzində  yaşadığı  günlərdə  kəndlərindən 
ötrü  darıxdığı  zaman  qəlbində  oyanmış  duyğuların 
məzmununu  danışmır,  «mən  darıxırdım  və  öz-özümə 
deyirdim  ki,  darıxma,  Sadıq,  darıxma,  asfalt  yolun 
üstünə  gün  düşüb...»  kimi  danışma  formasından 
istifadə  etmir.  Bunun  əvəzinə,  darıxdırıcı  günlərin 


Muxtar Kazımoğlu
__________________________________  
 
 
108 
«ürəkdə  danışma»  məqamlarını  öz  hekayətinin 
səhifələri 
arasında 
yerləşdirir. 
(Yeri 
gəlmişkən 
xatırladaq  ki,  birinci  şəxsə  aid  təhkiyənin  daxili 
monoloqa  keçməsi  –  müasir  nəsrimizin  bir  çox 
nümunələrində müşahidə edilən bu xüsusiyyət Elçinin 
«Gürcüstana  teleqram»,  «Beş  qəpiklik  motosikl»  və 
başqa  hekayələrində  qabarıq  nəzərə  çarpır.  Tənqidçi 
Y.Qarayev «daxili nitq bir bədii üsul kimi Elçinin bütün 
hekayələrində  iştirak  edir»  (5,  9)  deyərkən,  şübhəsiz, 
qəhrəmanın  dilindən  söylənən  həmin  hekayələri  də 
nəzərdə tutur.) 
Müasir  ədəbi  tənqid  poeziya,  dramaturgiya  və 
nəsrdə  monoloqun  «monoloq-nitq,  monoloq-söhbət, 
monoloq-düşüncə  və  monoloq-təhkiyə»  (6,  160)  kimi 
müxtəlif  tiplərini  qeyd  edir.  Belə  müxtəliflik  daxili 
monoloqa  da  aiddir.  Daxili  monoloq  –  daxili  nitq, 
söhbət  və  düşüncə  formalarında  təzahür  etdiyi  kimi, 
daxili  təhkiyə  formasında  da  təzahür  edib,  birinci 
şəxsə  aid  təhkiyəyə  çevrilə  bilir.  Canəli  müəllim 
abituriyent  qızın  paltarına  baxa-baxa  paltarda  əks 
olunan  gülün  hansı  gülə  bənzədiyini  dəqiqləşdirməyə 
çalışır. Düşüncələr uşaqlıq illərinə doğru istiqamət alır, 
uzun  daxili  götür-qoydan  sonra  gülül  bitkisi  yada 
düşür, həmin bitki ilə bağlı keçmiş əhvalatlar xatırlanır. 
Bu  xatırlamada  təhliletmə  tədricən  nəqletmə  ilə  əvəz 
olunmağa  başlayır,  daxili  monoloq  birinci  şəxsə  aid 
təhkiyəyə  çevrilir:  «O  gülül  Buzbulaqda,  yəqin  ki,  indi 
də  var.  Amma  yox,  inanma  ola,  çünki  gülül  yerli 
toxumun tərkibində idi və Buzbulaqda o toxumun kökü 


_______________________________ Epos. Nəsr. Problemlər 
 
 
109
çoxdan kəsilib... 
Bəli, o toxumu Əli oğlu Səməndər kimi nər kişi də 
saxlaya  bilmədi.  Buna  görə  də,  heç  o  Əli  oğlu 
Səməndərin  də  bu  saat  həmin  o  Buzbulaqda  sən 
deyən  hörməti-zadı  yoxdur...  İndi  Səməndər  kişi 
həyətindəki  ağacların  dibini  belləyir,  pətəklərinə  ruzu 
qoyur. Və pətəklərin birinci may balını kəsəndə, yəqin 
ki,  Səməndər  kişi,  qonşusu  Kərimə  də  pay  göndərir, 
çünki  Buzbulaqda  əyyami-qədimdən  həmişə  belə 
olub:  inəyin  doğdu  –  bulamasından,  qoyun  kəsdin  – 
ətindən,  bal  kəsdin  –  balından  qonşunun  payını 
mütləq  göndərməlisən.  Səməndər  kişi  Kərimin  payını 
mütləq 
göndərir, 
amma 
yeri 
düşəndə 

öz 
zarafatından da heç vaxt qalmır» (3, 218-219). Kolxoz 
sədri  Səməndərin,  «saf  toxum  qənimi»  Kərimin  bu 
şəkildə  xatırlanması  formaca  Sadığın  söylədiyi 
xatirələrlə üst-üstə düşür. Kolxoz sədri Səməndərin və 
Kərimin  xatırlanmasında  daxili  monoloqa  xas  yeganə 
əlamət  ondan  ibarətdir  ki,  bu  xatırlama  «fikrən», 
«xəyalən»  xatırlamadır;  ucadan  başqaları  üçün 
söyləmə  yox,  səssizcə  öz-özü  üçün  söyləmədir. 
Canəli  müəllimin  daxili  nitqində  monoloq-təhkiyə  çox 
davam etmir və monoloq-təhkiyə monoloq-düşüncə ilə 
əvəz  olunur.  Və  qarşıya  yeni  suallar  çıxır:  «Güllü 
paltar  mövsümü»  povestini  qəhrəmanın  pərakəndə 
düşüncələri  üzərində  qurmaq  hansı  bədii  funksiyanı 
yerinə  yetirir  və  daxili  monoloqdan  müəllif  nə 
məqsədlə  geniş  istifadə  edir?  «Müasir  realist 
ədəbiyyatda... 
daxili 
monoloq 
psixologizmin 


Muxtar Kazımoğlu
__________________________________  
 
 
110 
güclənməsinə  xidmət  edir,  müəllifə  kömək  edir  ki,  öz 
qəhrəmanlarının  mənəvi  dünyasını  dolğun  qələmə 
alsın,  «qəlbin  dialektikası»nı  açsın»  (7,  206).  «Güllü 
paltar  mövsümü»  povestində  (eləcə  də  daxili 
monoloqlu digər nəsr əsərlərimizdə) daxili monoloq bu 
funksiyanı  daşıyır.  Povestdə  müəllif  haqlı  olaraq  belə 
hesab  edir  ki,  yarı  yaşı  ötsə  də,  ailə  qura  bilməyən, 
hansısa xəyali bir gözəlin eşqi ilə ovunan, Fətdah kimi 
rüşvətxor  adamlar  arasında  mənəvi  rahatlığını  itirən 
Canəli  müəllimi  oxucuya  tanıtdırmağın  ən  münasib 
yolu  onun  «ürəkdə  danışdıqlarını»  qələmə  almaqdır. 
Əsərdə  daxili  monoloq  formal  xarakter  daşımır, 
əksinə,  qəhrəmanın  konkret  bir  şəraitdəki  pərişan 
əhval-ruhiyyəsini  işıqlandırmaq  üçün  əlverişli  bədii 
vasitə 
olur. 
Canəli 
müəllimin 
evdə, 
küçədə, 
trolleybusda,  imtahan  zalında  «sistemsiz»  xəyallara 
dalması  və  öz-özü  ilə  pərakəndə  daxili  söhbətə 
başlaması  əsərdə  onun  düşdüyü  psixoloji  vəziyyətin, 
keçirdiyi narahatlıq və mənəvi sarsıntı hissinin nəticəsi 
kimi 
mənalandırılır. 
«Güllü 
paltar 
mövsümü» 
povestində  daxili  monoloq  Canəli  müəllimin  düşdüyü 
psixoloji  vəziyyəti  əks  etdirmək  məqsədindən  irəli 
gəlir. 
Nəsrin  klassik  və  müasir  təcrübəsindən  aydın 
olduğu  kimi,  daxili  monoloqun  məzmun  və  forması 
düşünən  qəhrəman  tipindən  çox  asılıdır.  Düşünə 
bilmək  söz  sənəti  tarixində  xüsusi  estetik  mahiyyət 
kəsb edir: adətən, o  qəhrəmanlar  düşünürlər  ki,  onlar 
özlərini  və  ətraf  mühit  hadisələrini  qiymətləndirməyi 


Yüklə 1,24 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə