Microsoft Word epos nesr problemler



Yüklə 1,24 Mb.
Pdf görüntüsü
səhifə24/44
tarix12.10.2018
ölçüsü1,24 Mb.
#73538
1   ...   20   21   22   23   24   25   26   27   ...   44

_______________________________ Epos. Nəsr. Problemlər 
 
 
95
baxmaqla  tapmaq  olar.  “Alı  kişi”  qolunun  mənbəyini 
tərtibçi  belə  göstərir:  “Bu  qolun  tərtibində  “Koroğlu-
Əsəd”,  “Koroğlu-Bozalqanlı”,  “Koroğlu-Əli”  və  “Qaf-
Penn” variantları  əsas  götürülmüşdür”  (3,  398). Bu,  o 
deməkdir  ki,  tərtibçi  “Alı  kişi”  qolunu  Aşıq  Əsəd,  Aşıq 
Hüseyn  Bozalqanlı  və  Aşıq  Əlinin  dilindən  ayrı-
ayrılıqda  yazıya  alınan,  o  cümlədən  A.Xodzko 
tərəfindən toplanıb, 1856-cı ildə S.Penn tərəfindən rus 
dilinə  tərcümə  edilən  müxtəlif  variantlar  əsasında 
işləyib  ortaya  çıxarıb.  Eposun  yerdə  qalan  başqa 
qollarının  da  tərtibində  M.H.Təhmasib  həmin  prinsipə 
əsaslanıb.  Ayrı-ayrı  söyləyicilərin  dilindən  yazıya 
alınan  müxtəlif variantlar  tərtibçi  süzgəcindən  keçirilib 
və  oxucuya  vahid  təhkiyəçi  dilindən  çatdırılıb.  Elə 
təhkiyəçi  ki,  bütün  hadisələrin  fövqündə  dura  və 
hadisələrin bir-biri ilə əlaqəsini görə bilir.  
Hadisələrin  fövqündə  duran  təhkiyəçi,  söz  yox  ki, 
baş  qəhrəmanın  təqdim  edilməsində  də  müəyyən 
qədər  öz  iradəsini  ortaya  qoymağa,  baş  qəhrəmanı 
oxucuya  nümunəvinin  nümunəvisi  şəklində  tanıtmağa 
çalışır.  Və  tərtibçi  bu  məsələdə  söyləyici  ilə  çətinlik 
çəkmədən  dil  tapa  bilir.  Çünki  Sovet  dövründə 
yaşayan  söyləyici-aşıq  da  dövrün  tələblərinin  nədən 
ibarət  olduğunu,  tərtib  və  nəşr  edilən  dastanın 
tərbiyəvi əhəmiyyət daşımalı olduğunu çox gözəl başa 
düşür,  “Koroğlu”  qollarını  folklorşünas  qarşısında  ifa 
edərkən  söyləyici  sözü  ölçüb-biçib  danışır,  “bayağı” 
görünəcək 
elementlərə 
yer 
verməməyi 
vacib 
şərtlərdən biri sayır. Bunu “Koroğlu”nun Paris nüsxəsi 


Muxtar Kazımoğlu
__________________________________  
 
 
96 
ilə  müqayisə  açıq-aydın  göstərir.  Dastanın  Paris 
nüsxəsi  göstərir  ki,  həmin  nüsxəyə  daxil  olan  qolları 
danışarkən  aşıq  auditoriya  qarşısında  heç  bir  sıxıntı 
keçirmir,  deyilən  sözün,  nağıl  edilən  əhvalatın 
“bayağı” görünüb-görünməyəcəyinin çox da qayğısına 
qalmır.  Auditoriya  qarşısında  sərbəst  olmağın  əlamə-
tidir  ki,  ayrı-ayrı  obrazlar,  eləcə  də  baş  qəhrəman 
kəlməbaşı söyüş  işlədir,  tərtibçi  tez-tez vulqarizmlərin 
yerinə  sıra  ilə  nöqtələr  düzməli  olur:  “Ərəb  Reyhan 
arxadan  Koroğlunu  səsləyib  dedi:  −  Ay  anasını... 
Çəmlibelə də getsən, arxanca gələcəyəm. 
Koroğlu  gördü  ki,  Ərəb  Reyhan  ondan  əl 
çəkməyəcək,  Eyvazı  yerə  qoyub  Qıratın  yəhər-
yarağını bərkitdi, Ərəb Reyhanın qabağına gəlib dedi: 
−  Anasını...  mənim  yaxamdan  əl  çəkəcəksən,  ya 
yox!?”  (6,  42).  Belə  söyüşlə  danışmaq  epizodlarına 
dastanın 
nə 
H.Əlizadə 
nüsxəsində, 
nə 
də 
M.N.Təhmasib nüsxəsində rast gəlirik. 
Şöyləyici  sərbəstliyi  dastanın  Tiflis  nüsxəsi  üçün 
də  az-çox  səciyyəvidir.  Həmin  nüsxədəki  söyləyici 
sərbəstliyini  göstərən  əlamətlərdən  biri  Koroğlunun 
çoxarvadlılığından  geniş  bəhs  edilməsidir:  Nigar 
xanımdan  sonra  Koroğlu  Əsmər  xanımı  (7,  117), 
Ceyran  xanımı  (7,  155),  Səadət-Bəyim  xanımı  (7, 
206),  Leyli  xanımı  (7,  226),  Dona  xanımı  (7,  253), 
Xumar  xanımı  (7,  299),  Şahsənəm  xanımı  (7,  323), 
Xurşid  xanımı  (7,  523)  Çamlıbelə  gətirir  və  o 
xanımların hər biri ilə vüsala qovuşur. 
Dastanın  hansısa  nüsxəsində  geniş  yer  tutan  bir 


_______________________________ Epos. Nəsr. Problemlər 
 
 
97
motivlə başqa nüsxələrdə də az-çox qarşılaşacağımız 
ehtimal  olunan  bir  haldır.  Ehtimal  özünü  doğruldur: 
doğrudan  da,  çoxarvadlılıq  motivinə  dastanın  Paris 
nüsxəsində  də  rast  gəlirik:  Nigar  xanımdan  sonra 
Koroğlu  Çəmlibelə  Qars  hakimi  Əhməd  paşanın 
bacısı Pərizad xanımı da gətirir və toy tədarükü görüb 
onunla evlənir (6,116). 
Bəs 
həmin 
motiv 
baxımından 
yanaşdıqda 
H.Əlizadə  və  M.H.Təhmasib  nüsxələrində  hansı 
vəziyyətlə  qarşılaşırıq?  Həmin  nüsxələrdə  məlum 
“Dərbənd 
səfəri”ndən 
başqa 
hansısa 
qolda 
Koroğlunun  Nigardan  əvvəl,  yaxud  sonra  bir  xanımla 
evlənməsindən söhbət açılırmı? Çoxarvadlılığın Sovet 
əxlaq  kodeksinə  zidd  olduğunu  nəzərə  alan  söylə-
yicilər  və  tərtibçilər  bu  məsələni  eposun  ifa  və  nəşr 
olunmasında  necə  yoluna  qoya  bilirlər?  Suala  cavab 
vermək  üçün  H.Əlizadə  nüsxəsindən  “Koroğlunun 
Rum  səfəri”nə    nəzər  salmaq  daha  çox  yerinə  düşür. 
Rum  paşasının  qızı  Məhbub  xanım  Aşıq  Cünunla 
Çəmlibelə  −  Koroğluya  xəbər  göndərir:  “İyitsə,  gəlsin 
məni  aparsın”  (2,  121).  Bu  sözdən  sonra,  məntiqə 
görə,  Koroğlu  Ruma  səfər  etməli,  nəyin  bahasına 
olursa-olsun,  Məhbub  xanımı  Çənlibelə  gətirməlidir. 
Belə də olur. Koroğlu Məhbub xanımı, Bəlli Əhməd də 
Məhbub  xanımın  əmisi  qızı  Şirin  xanımı  Rumdan 
Çəmlibelə  gətirir  (2,  128)  və  bununla  da  qol  başa 
çatır.  Amma  Koroğlunun  Çəmlibelə  gətirilən  Məhbub 
xanımla  evlənib-evlənməməsindən  bir  kəlmə  belə 
toxunulmur.   


Muxtar Kazımoğlu
__________________________________  
 
 
98 
Çoxarvadlılıq motivinin müəyyən izlərinə dastanın 
M.H.Təhmasib  nüsxəsində  də  rast  gəlirik.  Həmin 
nüsxənin  Məhbub  xanımla  bağlı  qolunda  başlanğıc 
H.Əlizadə 
nüsxəsindən 
yuxarıda 
xatırlatdığımız 
başlanğıca  oxşardır.  Məhbub  xanım  Aşıq  Cünuna 
deyir:  “Aşıq,  burdan  durub    birbaş  Çənlibelə, 
Koroğlunun  yanına  gedərsən.  Ona  deyərsən  ki,  Rum 
paşasının qızı Məhbub xanım deyir ki, ona deməli bir 
sirrim var. Amma gərək özünə deyəm. Özü də burada 
deyə bilmərəm. Gərək orada, Çənlibeldə, ona deyəm. 
O sirri ki mən ona deyəcəm, day onu deyəndən sonra 
burada  qalmaq  mənə  mümkün  olmaz”  (3,  148). 
Məhbub xanımın Koroğluya bu “ismarış”ı ilə H.Əlizadə 
nüsxəsindəki  “ismarış”ı  arasında  mahiyyətcə  elə  bir 
fərq  yoxdur.  Hər  iki  nümunədə  Məhbub  xanım 
Koroğluya  eşq  elan  edir.    H.Əlizadə  nüsxəsində  bu 
eşq  hekayəsinin  yalnız  son  cümləsi,  yəni  Koroğlu  ilə 
Məhbub  xanımın  vüsala  yetməsini  bildirən  cümlə 
çatmır.  M.H.Təhmasib  nüsxəsində  isə  Koroğlu  – 
Məhbub    xanım  vüsalından  danışmaq  mümkün  ol-
masın  deyə  Məhbub  xanımın  dalınca  Ruma  Nigar 
xanımın  məsləhəti  ilə  Bəlli  Əhməd  göndərilir: 
“Koroğlu,  bu  qızın  sözü  məni  şübhəyə  salıb.  Keçəl 
Həmzəni  gördün  ki.  Sən  bu  səfərə  getmə!  Qoy 
uşaqlardan  birisi  getsin”  (3,149  ).  Əvvəla,  Nigar 
xanımın  bu  sözləri  ilə  tərtibçi  əvvəlki  qola  –  Keçəl 
Həmzənin  Qıratı  aparmasına  işarə  edib  yenə 
qollararası  əlaqə  qayğısına  qalır.  İkinci  tərəfdən  isə 
Ruma  Bəlli  Əhmədin  göndərilməsi  ilə  Məhbub 


Yüklə 1,24 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   44




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə