75
daha maraqlı bir cəhət də vardır. Yazıçı eposdakı boyların
quruluş xüsusiyyətlərindən ənənə kim istifadə edərkən
sanki bir ənənəni qəsdən pozmuşdur: eposda boyların sayı
12, povestlərdə hekayələrin sayı 7 dir.
Ancaq burada da
ənənəyə güclü əsaslanma var.
Əvvəla, yazıçı istəsə idi, povestdəki hekayələrin sa-
yını 12 edərdi. Bu halda o, məzmun gözəlliyini forma gö-
zəlliyinə qurban verməli idi. Lakin o, bədiiliyi əsas götür-
müşdür. Ancaq bununla belə yenə ənənəyə əsaslanmışdır.
Məsələ burasındadır ki, 12 və 7 rəqəmləri nutarual ədədlər
kimi biri-birinə bərabər olmasa da, onların hər ikisinin
oğuz-türk rəqəm simvolikasında bütövlüyü bildirməsi bu
rəqəmləri biri-birinə mənaca bərabərləşdirmiş olur.
B.Abdulla yazır ki, saylar sırasında 12 bəzi anlayış
və görüşlərin yaranmasında iştirakı ilə tanınma ucalığına
yüksəlib. Alim «Kitabi-Dədə Qorqud» eposundan nümu-
nələr verməklə folklor örnəklərində tuş olunan 12 sayının,
əsasən, çoxluq anlayışında işlədiyini göstərir (7, 124, 126).
Maraqlıdır ki, 24 boydan ibarət oğuz xalqı 12-12
olmaqla
İç Oğuz və Dış Oğuz tayfalarına bölünürdü. Yəni 12-lik
oğuz xalqının bütövlük - çoxluq ölçülərindən idi. Mifşünas
alim R.Qafarlı elə beləcə də yazır: «Ulu əcdadlarımızın
əqidəsində on iki «tamlaşmanı», «bütövləşməni» bildirir-
di. Oğuz türklərinin adətincə, oğlanlar ömürlərinin ilk on
iki ilini adlamaqla ova çıxmaq, yarışlarda iştirak etmək,
evlənmək, dövlət işlərində iştirak etmək hüququ qazanır-
dılar və bu həddi aşmamış onlara ad qoyulmurdu (212, 22)
7 rəqəminin milli mədəniyyətimizdəki yeri daha
böyükdür. B.Abdulla göstərir ki, Azərbaycan folklorunda,
eləcə də xalq məişətimizdə digər hesaba alınan saylarla
yanaşı, 7-nin işlənmə, deyilmə vəzifəsi çoxdur (7, 97). 7-
nin simvollarından
biri onun çoxluq, bütövlük bildirməsi-
dir. Təkcə «Koroğlu» eposundan bir fakta müraciət etmək
kifayət edər. Çənlibeldəki dəlilərin bütöv sayı 7 rəqəminin
76
düzülüşündən yaranır: 7777 dəli. Demək, 12 rəqəmi kimi,
7 rəqəmi də bütövlüyü - çoxluğu rəmzləndirir. M.Rzaqulu-
zadə öz povestlərində hekayələrin sayını süni şəkildə 12-
yə qaldırmasa da, yenə də epik ənənəyə riayət edib 7 rə-
qəmindən istifadə etmişdir.
Yazıçının povestlərinin məzmununa diqqət etdikdə
«Dədə Qorqud» motivlərinin nəsrdəki bu ilk taleyinin ma-
raqlı bədii təcəssümləri ilə qarşılaşırıq. Sənətkarın «Dəli
Ozan» povesti - hekayələr silsiləsi deyildiyi kimi, eposun,
əsasən, «Bamsı Beyrək» boyu ilə əlaqədardır. Povestə
daxil olan hekayələrdən birincisi «Ceyran ovu» adlanır.
Bu hekayədə boydan bizə məlum olan
hadisələr bədiiləş-
dirilmişdir. Beyrəyin ceyran ovuna çıxması, Banıçiçəyə
rast gəlməsi, onların yarışması canlı bədii dillə təsvir olu-
nur. Lakin M.Rzaquluzadə boydakı hadisələri müasir nəsr
texnikası ilə, sadəcə olaraq, təkrarlamır. Əksinə, məlum
epik hadisələri yenidən canlandıran müəllif məlum epizod
və obrazları müasir dövrün estetik dəyərləri ilə süsləndirir.
Bu baxımdan, bir epizod səciyyəvidir. Beyrəklə Banıçiçək
güləşərkən sonuncunun niqabı üzündən düşür və Beyrək
qızın üzünü görür.
«Banıçiçək deyir: Hey, hey oğlan, mənim üzümü hələ
kimsə görməmişdi. Sən nə etdin oğlan? Öz qanına girdin!
Banıçiçək çəkməsinin boğazından xəncərini çıxarır
və Beyrəyi öldürmək istəyir. Bu vaxt Beyrək deyir: Suçu-
mu qanımla yu, gözəl! Bu sən, bu da sinəm... vur! Ancaq
bəlli bil ki, sənə ölüb-öldürmək yox,
yaşamaq və yaşatmaq
yaraşır...» (292, 54).
Burada epik sevgililər arasında olan münasibətlər
müasir estetik düşüncə konsepsiyası əsasında mənalandı-
rılmışdır. Yazıçı Banıçiçəyin öz namusunu qorumasını,
Beyrəyin öz sinəsini qorxmadan xəncərin qabağına ver-
məsini Azərbaycan gəncliyinin tarixən dəyişməz mənəvi
keyfiyyəti kimi tərənnüm etmişdirsə, Beyrəyin qıza
77
müraciətdə «sənə ölüb-öldürmək yox, yaşamaq və yaşat-
maq yaraşır» deməsi artıq müasir gəncliyin estetik idealı-
nın göstəricisi kimi çıxış edir. Bu sözlərdə müasir dövrün
ovqatı ifadə olunmuşdur. XX əsr qadına təkcə gözəlliyin
qoruyucusu kimi yox, eyni zamanda daşıyıcısı, yaşadıcısı
və qurucusu kimi yanaşır. Banıçiçək Beyrəyin arzu-təqdi-
matında müasir Azərbaycan qızlarının
gözəllik və namus
simvolu səviyyəsinə qaldırılır.
M.Rzaquluzadənin bədii istedadının orijinallığı he-
kayədəki Qoçər surətində reallaşdırılmış bədii konsep-
siyada da ifadə olunmuşdur. Dastanda Dəli Qarcar dəlisov
davranışlar müəllifidir. Tədqiqatçı alim M.Kazımoğlu də-
lisovluğu öz əsərlərində belə əsaslandırır ki, «Dədə Qor-
qud»da dəlilik neçə-neçə obrazı əhatə edən bir xətdir və
xətt üzrə təsvir edilən obrazların hərəkətləri, təbii ki, biri-
biri ilə yaxından səsləşir. Ayrı-ayrı obrazlarda özünü gös-
tərən ağlasığmaz hərəkətlərin ümumi mənzərəsindən aydın
olur ki, belə hərəkətlərin ən başlıca səbəbi başqa bir şey
yox, dəliliyin, dəlisovluğun özüdür (187, 25; 188, 175).
Yazıçının əsərində isə Qoçəri (Dəli Qarcarı) biz
tamamilə başqa bədii keyfiyyətlərin daşıyıcısı kimi görü-
rük. Qoçər atasının ölümündən sonra hamı ilə əlaqəni kəs-
mişdir. Onun eposdakı prototipi bacısını diləyənləri
dəlilik
səbəbindən öldürür. Yazıçı hekayədə epik dəlilik - dəli-
sovluq keyfiyyətindən imtina edərək Qoçəri müasir döv-
rün estetikası ilə təsdiq olunan real cizgilərə uyğun təsvir
etmişdir. O, nakam aşiqdir; qonşu məliklərdən birinin qızı
ilə sevişmiş, atası ilə məlik arasında olan mənsəb və təəs-
süb ədavəti bu saf və səmimi eşqi faciəyə çevirmişdir. Ona
könül verən qız öz yaxın qohumu tərəfindən öldürül-
müşdü. Qoçər də atası öləndən sonra ona düşən xanlıqdan
imtina etmiş, hamısını bacısı Banıçiçəyə bağışlamışdı.
Başqa sözlə, M.Rzaquluzadə bu obrazı «dəli»dən «aşiq»ə
çevirmişdir. Qoçər hekayədə həm də sosial ədalət
78
ideyalarının daşıyıcısı və müdafiəçisi kimi təqdim olun-
muşdur. O, bəy-xanlarla oturub-durmur: «Oturub-durduğu
adamlar;
çobanlar, dünya görmüş qocalar, ölkələr gəzmiş
bəzirganlar, el-oba içində tanınmış, sözlü-söhbətli ozanlar
idi, onun sözləri adi ozanların sözlərinə bənzəməzdi, çal-
dığı havalar qoşduğu sözlər dinləyənləri yandırıb yaxar,
günlərcə düşündürərdi.» (292, 56).
M.Rzaquluzadə Beyrəklə Banuçiçək arasındakı mü-
nasibətlərin taleyini də müasir dövrün inqilabi romanti-
kasına uyğun həll edir. Qoçər onun bacısını var-dövlət
məqsədi ilə istəyən ətrafdakı bəy-xanların elçilərini söyüb
qovsa da, Beyrəyin saf və səmimi sevgisinə çox həssas
yanaşır: heç nə tələb etmədən bacısını Beyrəyə verir. Toy
məclisi qurulur və toyun yeddinci günü Beyrəyi dörd yol-
daşı ilə birlikdə əl-qolunu bağlayıb aparırlar.
Boydakı hadisələrin davamı silsilənin
ikinci əsəri
olan «Qoca canavar» hekayəsində davam etdirilir. Burada
qoca canavar Şöklü Məlikdir. Yazıçı onu əsil-köksüz,
nəsil-nəcabətsiz, zalım, yalançı, ikiüzlü, qəddar cani kimi
təsvir edir. Bayındır xanın hörmətini qazansa da, gizlində
dəhşətli əməllərlə məşğul olur: o, dənizdə, karvan yolla-
rında quldurluq edir. Şöklü Məlik insanlara çox ağır, dəh-
şətli işgəncələr verir. Bəzən bu işgəncələrə dözməyib ölən-
lər də olurdu, sağ qalanları isə uzaq ölkələrə qul kimi satır-
dılar. Toy gecəsi Beyrəyi yoldaşları ilə yatdığı yerdə bihuş
edib aparanlar Şöklü Məliyin adamları idi. Bunun da
səbəbi vardı. Vaxtilə Baybecanın
ölümündən sonra oğlu
Qoçərin bəylikdən və var-dövlətdən əl çəkdiyini. hər şeyin
Banıçiçəyə qaldığını bilib, onu oğulluğa götürdüyü quldu-
ra almaqla mal-dövlətinə yiyələnmək istəyirdi. Ancaq Dəli
Qoçər onun elçilərini döyüb qovmuşdu. İndi Şöklü Məlik
Beyrəyi qaçırmaqla ikiqat xeyir etmək niyyətində idi:
«Həm Banıçiçək bədnam olacaq, onu daha adlı-sanlı bəy-
lərdən istəyən olmayacaq, beləliklə, bəlkə də, o, gec-tez öz