277
(Qəfildən dəhrəni Şöklü Məliyin əlindən alır.)
Ulu Tanrım!
Onu arzusuna yetirmək üçün,
Göylərin gücünü mənə ver bu gün!
Oğul!
(Burla Xatun qeyri-insani səslə bağırır, dəhrə göydə
şimşək kimi parlayıb yox olur, göy guruldayır...) (181,
264).
Maraqlıdır ki, N.Xəzri «Burla Xatun» pyesində Şök-
lü Məliyin Qazanın evini necə yağmaladığını təsvir etmə-
diyi kimi, Burla Xatunun da Şöklü Məliyi necə öldürmə-
sini, daha sonra Salur Qazanın oğuz igidləri ilə gəlib onları
əsirlikdən azad etməsini də təsvirə lüzum görməmişdir.
Bunlardan imtina edən müəllif əsərin sonunu maraqlı
komposiziya ilə tamamlamışdır. Sonda biz əsərdə ilk dəfə
Oğuz elinə dua-alqış deyən Dədə Qorqudu, onun sözlərini
böyük coşqu ilə təkrarlayan xoru və Burla Xatunu görü-
rük. O, Ulu Tanrıya üz tutaraq deyir:
Düşmənləri sən kül eylə, Ulu Tanrı!
Duamızı qəbul eylə, Ulu Tanrı! (181, 266).
Əsər Burla Xatunun bu duasına insanların dediyi
«Amin» nidaları ilə bitir. Bizcə, əsərin Ulu Tanrıya dualar-
la tamamlanması da böyük məna daşıyır. N.Xəzri insanları
bununla müqəddəs dəyərlər ətrafında birləşməyə çağırmış-
dır. Oğuzların qədim tanrıçılıq dinində «Ana haqqı - Tanrı
haqqı» sayılır. İslam dinində «Cənnət anaların ayaqları al-
tındadır» deyilir. Şair bununla ananın da, torpağın da mü-
qəddəsliyinə işarə edib, onları göz bəbəyi kimi qorumağı
bizlərin əbədi milli borc və vəzifəsi kimi tərənnüm
etmişdir.
278
Tədqiqatın ikinci fəslində «Dədə Qorqud» motivləri-
nin K.Abdullanın «Yarımçıq Əlyazma» romanındakı post-
modernist yozumundan danışılarkən qeyd olundu ki, «Ki-
tabi-Dədə Qorqud» onun istər elmi, istərsə də bədii yaradı-
cılığında mühüm yer tutur və sənətkarın bu mövzudakı
bədii yaradıcılığı öz müasirlərindən bir çox xüsusiyyət-
lərinə görə fərqlənir.
Xatırladaq ki, K.Abdulla üçün «Kitabi-Dədə Qor-
qud» iki səviyyədən ibarətdir: adi gözlə görünən və görün-
məyən səviyyələr. Müəllif onlardan birincisini «ifadə pla-
nı», ikincisini «mahiyyət planı» adlandırmışdır. Alim-ya-
zıçıya görə, «Kitabi-Dədə Qorqud»un
mətnində onun alt
qatlarından, sirlər dünyasından xəbər verən rəmzi nöqtələr
var. K.Abdulla həmin nöqtələrin izinə düşüb Azərbaycan
oxucusunu, sözün həqiqi mənasında, heyrətdə qoyan bədii
yozumla üzbəüz qoyur. Onun «Dədə Qorqud» motivləri
əsasındakı bütün elmi və bədii yaradıcılığı məhz bu üsula
əsaslanır. «Yarımçıq Əlyazma» romanı özündə postmo-
dernist yanaşma konsepsiyasını reallaşdıran bir əsər kimi
K.Abdullanın «Dədə Qorqud» yaradıcılığında «son pillə-
ni» təşkil edir. Əslində, bu romanda müəllifin «Dədə Qor-
qud» motivləri əsasında bütün əvvəlki əsərləri postmoder-
nist yozum modelində, bir növ, ümumiləşmişdir. Bu mə-
nada, K.Abdullanın «Casus» və «Beyrəyin taleyi»
pyesləri
«Yarımçıq Əlyazma» romanı ilə məzmun və yozum kon-
sepsiyasına görə sıx bağlıdır.
Dram növünün janrlarına görə «Casus» komediya,
«Beyrəyin taleyi» dramdır. Sonuncu əsər hətta müəyyən
mənada faciəvi dramdır. Onda Oğuz gerçəkliyinin görün-
məyən və oğuzlar üçün daim bəlalara, faciələrə gətirən tə-
rəfləri əks olunmuşdur. Bu nöqteyi-nəzərdən «Casus» pye-
si komediya olsa da, burada fərqli rakursdan yenə də oğuz-
ların həyatının görünməyən
və problemlərə səbəb olan
tərəfləri gülüş kodu ilə inikas olunmuşdur. K.Abdulla
279
oğuz gerçəkliyinə «Casus»da gülüş prizmasından, «Beyrə-
yin taleyin»də ciddi prizmadan yanaşmışdır. Lakin bu
pyeslər arasındakı fərq, sadəcə olaraq, baxış bucaqlarının -
prizmaların fərqindən ibarət deyil. Bu əsərlərin hər biri
mövzu, məzmun, mündəricə, ideya, metaforik ifadələnmə
planı və s. baxımından tamamilə fərqli olan müstəqil dram
əsərləridir.
K.Abdullanın «Casus» və «Beyrəyin taleyi» pyesləri
onun bütün yaradıcılığında olduğu kimi, «Kitabi-Dədə
Qorqud» mətninə tamamilə fərqli yanaşmanın
bədii təza-
hürləri olması ilə seçilir. H.Turabov K.Abdullanını dram-
ları haqqında yazır ki, «onların hamısını birləşdirən bir cə-
hət var... Bu, bəzən həsrət, bəzən xiffət, bəzən də nostal-
giya adlandırdığımız və hamımıza uşaqlıqdan, gənclikdən
xas olan vahid bir əhvalın çox incə və çox zərif təzahürü-
dür. Bəzən belə əsərləri ciddi olaraq yaxın və uzaq gələcə-
yin düşüncə tərzi ilə aşılanmış psixoloji xarakterlər teatrı
kimi qəbul edirlər» (333, 3).
Qeyd edək ki, H.Turabovun fikrindəki «psixoloji xa-
rakter» ifadəsini biz K.Abdullanın «Casus» və «Beyrəyin»
taleyi» pyeslərini ümumi şəkildə səciyyənləndirmək və bu
əsərlərin «Yarımçıq Əlyazma» romanından ümumi-səciy-
yəvi fərqini müəyyənləşdirmək üçün əsas hesab edirik.
Doğrudan da, yazıçının hər iki pyesində biz «Kitabi-Dədə
Qorqud»dan məlum olan obrazların iç dünyası - hisslər,
duyğular, düşüncələr aləmi ilə qarşılaşırıq.
Bu obrazlar
eposdakı bütün epik əzəmətlərinə rəğmən dastan surətləri-
dir və qədim oğuz ozanı onların təqdimatında bütün hallar-
da oğuz dastançılıq ənənəsinin epik obraz qəliblərinə əsas-
lanmışdır. Ozan - epik ənənə ilə işləyən dastançı idi: onun
bütün «yaradıcılıq sərbəstliyi» müəyyən epik süjetyaratma
və obrazyaratma qəliblərindən qırağa çıxa bilməzdi. K.Ab-
dulla isə sərbəst düşüncə tərzinə malik müasir yazıçıdır. O,
dastandan gələn süjet və obraz qəliblərinin alt qatına -
280
mahiyyət planına enmiş, eposdan bizə məlum olan obraz-
ları öz pyeslərində fərdi psixoloji portretlərin daşıyıcısı ki-
mi təqdim etmişdir. Bu pyesləri «Yarımçıq Əlyazma» ro-
manından məhz bu cəhət fərqləndirir. Çünki eyni bir epos-
la bağlı pyes və romanın fərqlərinin janr səviyyəsində ax-
tarılması təbii bir tədqiqatçı yanaşması hesab oluna bilsə
də,
fikrimizcə, əsas deyildir. Yəni bu, məlum məsələdir ki,
«Casus» və «Beyrəyin taleyi» dram növünün janrlarında,
«Yarımçıq Əlyazma» isə epik növün roman janrındadır və
hər janrın da öz quruluşu, gerçəkliyi əks etdirmə üsulu
vardır. Lakin K.Abdulla öz əsərlərində daim müəyyən ide-
ya konseptlərini reallaşdıran yazıçıdır. Bu cəhətdən onun
pyesləri ilə romanı arasında yazıçı konsepsiyasından irəli
gələn fərqlər var. Həmin fərqlər K.Abdullanın pyeslərini
onun romanından fərqli olaraq psixoloji yönümlü əsərlər
kimi səciyyələndirməyə imkan verir. Təbii ki, müəllifin
«Yarımçıq Əlyazma» romanında
kamil psixoloji portretlə-
rin daşıyıcısı olan obrazlar var. Ancaq bu romanın bütün
bədii qurum elementləri (portretlər də daxil olmaqla süjet
xətləri, motivlər, obrazlar, personajlar və s.), təhlillərdə
qeyd olunduğu kimi, postmodernist roman konsepsiyasına
tabedir.
K.Abdullanın pyesləri, o cümlədən «Casus» və
«Beyrəyin taleyi» bir mətn kimi çoxplanlı qavrama-gö-
rüntü quruluşuna malikdir. «Kitabi-Dədə Qorqud» eposu-
nun mətni özündə oğuz bədii-epik düşüncəsinin müxtəlif
tarixi-epoxal ifadə planlarını (mifoloji, mərasimi,
arxaik
dastançılıq, qəhrəmanlıq və s.) yaşatdığı kimi, K.Abdulla-
nın yaratdığı mətnlər də çoxplanlıdır. Yenə də eyni müəl-
lif - H.Turabov bu cəhətə xüsusi diqqət vermiş, yazıçının
pyeslərini üç görüm nöqtəsindən - ədəbiyyatşünasın, teatr-
şünasın və kütləvi oxucunun baxış bucaqlarından səciyyə-
ləndirməyə çalışmışdır. O, K.Abdullanın pyeslərdən ibarət
«Ruh» kitabına ön sözündə yazır: «Ədəbiyyatşünas