Microsoft Word Esref Veyselli Qarsima siz cixin cap docx



Yüklə 1,96 Mb.
Pdf görüntüsü
səhifə23/88
tarix29.01.2018
ölçüsü1,96 Mb.
#22660
1   ...   19   20   21   22   23   24   25   26   ...   88

 

 

134



YAXŞI 

 

Yaş gəlib yaxşıca dirənib dağa

Demək istəyirəm: nəsə də yaxşı. 

Səfər eyləməyə yaxşı yerlərə, 

Gərək yaxşı ola kisə də, -yaxşı. 

 

Elə ki bürünər yollar dumana, 



Mənzilə tez çatmaq qalar gümana. 

İnana bilmərəm: yaman yamana  

Yüz kərə, min kərə desə də,- yaxşı. 

 

Bu daş bu ələmi sezdirə bilmir, 



Bu baş bu bədəni gəzdirə bilmir. 

Bu yaş uzaqları kəsdirə bilmir, 

Yaxşı addımlayır kəsədə, yaxşı. 

 

Görsən sayılmırsan sayan yanında, 



Bir ağac tapıb da, dayan yanında. 

Anlayan yanında, duyan yanında 

Saza da yaxşıdı, sözə də yaxşı. 

 

Ay Əşrəf, yaxşıya yaxşı deyilər, 



Yaxşının çörəyi yaxşı yeyilər. 

Yaxşıya pis  desəm  ağzım əyilər, 

Ancaq söyləmərəm pisə də- yaxşı. 

 

*** 



2015 

 

 

 


 

 

135



AĞSAÇLI MÜƏLLİM 

 

Bərkə düşən kimi yorulur ürək



Şirin söhbəti də qalır yarıda. 

Bəzi daşürəkli tələbələrtək 

Sözünə baxmayır ayaqları da. 

 

Dünyadan danışır o dünyagörmüş, 



Danışır, dilində sözü titrəyir. 

Bir vaxt yeriyəndə yer titrəyərmiş, 

İndi yeriyəndə özü titrəyir. 

 

Tutulur nəfəsi, tutulur səsi, 



Bürüyür alnını damcı-damcı tər. 

Bizi pillə-pillə qaldıran kəsi, 

Yolundan saxlayır indi pillələr.. 

 

Zəng olur, dərs bitir, çıxır uşaqlar, 



Bir qoca onlara qarışıb gedir. 

Elə bil gənclərlə hər görüşəndə 

O öz gəncliyilə görüşüb gedir.. 

 

*** 



 

 

 


 

 

136



YARIMÇIQ QALMIŞ DƏRS HAQQINDA BALLADA  

(Nə zamansa dərs demişəm. 1-ci sinifdə nə zamansa balaca bir 

qız uşağı ata sözünə qarşı üsyan qaldırıb) 

 

Bülbül tək cəh-cəh vurub, 

Dərslərdən beş alan qız, 

Hərdən göy kimi dolub 

Bulud tək boşalan qız 

Bu gün necə oldusa 

Dərsə qulaq asmadı. 

Lövhəyə çağıraraq  

Ona dedim “Ata yaz”, 

Ayrılıqda “A” yazdı, 

Ayrılıqda “T” yazdı, 

Ancaq “Ata” yazmadı, 

Dedim:”Qızım, ata yaz”, 

Ana yazıb durdu qız. 

Axır baxıb gördü ki, 

Hövsələdən çıxmışam, 

“Atam atıb, müəllim, 

Atasızıq” deyərək, 

Könüllərə od salan 

Kaman tək inləyərək, 

Tez keçib oturdu qız. 

Qəlbinin bir küncünə 

Sığınaraq o çiçək 

Kövrəldi, köks ötürdü. 

Sanki elə bu zaman 

Onun nankor atası 

Öz qızının yanından 

Ögey qızla ötürdü. 

Qız istədi çağırsın, 

Qız istədi desin ki




 

 

137



Ata, ata, ay ata, 

Əllərini istəyən  

əllərim yetim qalıb, 

Atasız gəlib keçən 

Aylarım yetim qalıb, 

İllərim yetim qalıb. 

Qız istədi desin ki, 

Bəsdir ömür bağıma  

Əsdi xəzan, yağdı qar. 

Yaxşı, elə deyək ki, 

Sən anamdan küsmüsən. 

Mən ki hələ uşağam, 

Mənim nə günahım var? 

Qız istədi desin ki, 

Heç bir şey istəmirəm, 

İstəyir könlüm səni. 

Barı küçəmizə gəl, 

Bir kərə görüm səni. 

Yollardan da küsmüsən? 

Bunun yeri varmı heç? 

Sabah mən bağışlasam, 

Anam da bağışlasa 

Küçəmiz, məhəlləmiz 

Səni bağışlarmı heç?.. 

Qız istədi desin ki, 

Ata getmə, bir dayan

Bəlkə bizim əsrdə 

Ata olmaq çətindir, 

Atalıq olmaq asan?!.. 

Qız istədi desin ki... 

Yox, bilmədi nə desin.. 

Hamımızın gözünə 

Kədər kölgəsi düşdü. 



 

 

138



Dərdsiz, qəmsiz balalar 

Dərdə, qəmə batdılar. 

Sinfimizin altından  

Yer kürəsi sürüşdü, 

Sanki otuz nəfəri 

Qəm gölünə atdılar. 

Hər şey çıxdı yadımdan, 

Dərsim qaldı yarımçıq, 

Lövhədəki o söz də 

Yaddan çıxıb qaldı ta... 

Qəlbimizin başından 

Qəm lövhəsi asıldı. 

Görəsən hiss etdimi 

Barı o nankor ata, 

Şagirdlərin bir dərsi 

Nəyə görə pozuldu?! 

 

*** 


 

 

 



 


 

 

139



DAŞ VƏ İŞIQ 

 

Qoşa rezinlərin dartıb bir anda 

Tumaş gözlüyünü boşaltdın, bala! 

Babalar can qoyub işıq yolunda, 

Sən niyə işığa daş atdın, bala?! 

 

Çökdü ürəyimə, çökdü bir ağrı, 



Daş atdın, o uçub gör hara dəydi- 

Bəşərin zülmətdən işığa doğru 

Keçdiyi müqəddəs yollara dəydi. 

 

Bir anlıq itirdim özümü, düzü, 



İşığa xor baxmaq günahdır, günah. 

Kor olsun sən gedən məktəbin gözü 

Sənlə baxacaqsa cahana sabah. 

 

Atdığın o “güllə” gör neylədi, ah, 



Neçə məhəbbətə, görüşə dəydi. 

Bəlkə də səninçün bu bir oyuncaq, 

Mənimçün Faradey faciəsiydi. 

 

Bir işıq quş kimi düşdü yuvadan



Bu vəhşi əyləncə kimə gərəkdir? 

Bu gün çırağıma daş atan insan 

Sabah ocağımı söndürəcəkdir. 

 

Qoşa rezinlərin dartıb bir anda, 



Tumaş gözlüyünü boşaltdın, bala! 

Babalar can qoyub işıq yolunda, 

Sən niyə işığa daş atdın, bala?!  

 

*** 




Yüklə 1,96 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   88




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə