5
Referat
Dissertasiya iş inin mövzusunun aktuallığ ı. Elmi-texniki məhsullarla
dünya ticarəti “yeni iqtisadiyyatın” həlledici elementidir. Elmi-tədqiqatlar və elmi-
texniki kooperasiya sferasında TMK-ların rolu müasir mərhələdə sürətlə inkişaf
edərək genişlənir. Beynəlxalq iqtisadi münasibətlərin inkişafının müasir
mərhələsində dünya bazarında iqtisadi artımın və rəqabət qabiliyyətinin təmin
olunmasında elmi-texniki biliklər, texnologiyalar və innovasiyalar aparıcı rola və
yerə malikdir.
Bununla bağlı olaraq, qloballaşma şəraitində beynəlxalq elmi-texniki
biliklərlə mübadilənin forması kimi beynəlxalq lisenziya müqavilələrinin rolu və
TMK gəlirlərinin davamlı artımı müşahidə olunur. Bu baxımdan TMK-lar elmi –
texniki inkişafin, iqtisadi artımın və texnoloji modernləşmənin aparıcı qüvvəsi
kimi dünyanın bir çox ölkələri, o cümlədən Azərbaycan üçün iqtisadi prioritetlərə
daxil olan məsələlərin həllində əsas rola və yerə malikdir.
Azərbaycan üçun problemin əhəmiyyəti və mürəkkəbliyi ölkənin beynəlxalq
elmi-texniki məhsullar bazarına çıxışının yeni bir proses kimi yaranması və bu
bazarda rəqabətin kəskinliyi ilə bağlıdır. Azərbaycanın bu sferada TMK-larla
ə
məkdaşlıq perspektivləri geniş qiymətləndirilə bilər. Bu istiqamətdə elmi
tədqiqatların aktuallığı artmaqdadır.
Tə dqiqatın ə sas mə qsə dlə ri – Müasir beynəlxalq elmi-texniki məhsullar
bazarının tədqiq
edilməsi,
Azərbaycan
üçün imkan və təcrübənin
qiymətləndirilməsi, yeni imkanların müəyyən edilməsidir.
Bu məqsədlərə uyğun aşagıdakı əsas vəzifələr müəyyənləşdirilmişdir:
1.
Beynəlxalq elmi-texniki mübadilə və onun müasir formalarının təhlili;
2.
Müasir beynəlxalq elmi-texniki məhsullar bazarlarında yeni meyllərin və
proseslərin tədqiqi;
3.
Bu sferada TMK-ların beynəlxalq birbaşa investisiyalarının rolunun
qiymətləndirilməsi;
6
4.
Azərbaycanda beynəlxalq elmi-texniki məhsullarla ticarətin inkişaf
modelinin müəyyənləşdirilməsi;
5.
Azərbaycanın beynəlxalq elmi-texniki məhsullar və xidmətlər
bazarında TMK-larla əməkdaşlıq formaları və perspektivlərinin tədqiqi.
Dissertasiya tə dqiqatının obyektini-beynəlxalq elmi-texniki məhsullar
bazarı, beynəlxalq texnologiya mübadiləsi, beynəlxalq informasiya və
telekommunikasiya sferası təşkil edir.
Dissertasiya tədqiqatının predmetini- beynəlxalq elmi-texniki məhsullarla
mübadilə formaları, texnoloji biliklərin ötürülməsi kanalları, bu sferada fəaliyyəti
prosesində müxtəlif səviyyələrdə yaranan iqtisadi, təşkilati və rəqabət siyasəti
münasibətləri təşkil edir.
Tə dqiqatın metodologiyasını iqtisadi-statistik təhlil metodları və məntiqi
metod təşkil edir.
Dissertasiyanın elmi yeniliyini aşağıdakılar təşkil edir:
1.
Beynəlxalq elmi-texniki sferada mübadilə prosesləri kompleks
yanaşmada- elmi-texniki biliyin istehsal prosesində istifadəsi metodları,
onun təşkili və idarə olunması əsasında təhlil edilmişdir.
2.
Bu sferada mübadilənin inkişafı dünya təsərrüfatına inteqrasiya amili
kimi nəzərdən keçirilmişdir.
3.
Beynəlxalq elmi-texniki sferada iqtisadi fəaliyyətinin səmərəlilik şərtləri
müəyyənləşdirilmişdir.
4.
Elmi-texniki və innovasiya məhsulları bazarında TMK-ların rəqabət
xüsusiyyətləri və əsas meyarları göstərilmişdir.
5.
Texnoloji yeniliklərin qloballaşması şəraitində elmi-texniki məhsullarla
beynəlxalq
mübadilənin
tənzimlənməsinin
problemləri
qeyd
olunmuşdur.
6.
Azərbaycanın beynəlxalq elmi-texniki məhsullar və xidmətlər
bazarında.
TMK-larla əməkdaşlıq formaları və perspektivləri qiymətləndirilmişdir.
7
Dissertasiya tədqiqatının informasiya bazasını Iqtisadi Inkişaf və
Ə
məkdaşlıq Təşkilatı (OECD), Dünya Bankı (WB), BMT (UNCTAD), Dünya
Ticarət Təşkilatı (WTO) və Azərbaycan Dövlət Statistika Komitəsi, Azərbaycan
Respublikası Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Azərbaycan Respublikası
qtisadiyyat və Sənaye Nazirliyinin son dövr hesabat materialları təşkil edir.
Dissertasiya işi 85 kompyuter çapı vərəqi həcmində yerinə yetirilmişdir.
8
G R Ş
Qlobal inkişaf yeni texnoloji imkanların genişləndirilməsi ilə sıx bağlıdır. XX
ə
srdə elmi-texniki inqilabın təsiri altında istehsal münasibətlərində baş verən köklü
dəyişikliklər
təsərrüfatın
maddi-texniki
bazasının
və
ə
sas
fondların
yeniləşdirməsinin qeyri-ənənəvi metodlarından istifadəni zəruri etdi. Bu tip
metodların əsasında isə elmi-texniki biliklərin beynəlxalq mübadiləsi durur.
Yüksək texnologiyaların və elmi ixtiraların mövcud olduğu bir dövrdə
beynəlxalq iqtisadi münasibətlərin bu sahəsi öz aktuallığı ilə fərqlənir. Azərbaycan
iqtisadiyyatının mövcud sahəsi dünya elmi-texniki biliklər bazarında həddən artıq
passiv iştirak etməsinə baxmayaraq, bizim ölkənin perspektiv inkişafında elmi-
texniki biliklərlə beynəlxalq mübadilə özünəməxsus rol oynaya bilər. Yuxarıda
sadalananların aktuallığı nəzərə alınaraq dissertasiya işinin mövzusu kimi elmi-
texniki biliklərlə beynəlxalq mübadilə və onun müasir prinsipləri və inkişaf
meylləri seçilmişdir. Bir sıra iri neft-qaz layihələrinin həyata keçirilməsi, bu
sahədə əldə olunan irihəcmli maliyyə vəsaitlərinin qeyri-neft sektoruna cəlb
olunması sahəsində aparılan dövlət siyasəti xarici kompaniyaların sürətlə
Azərbaycan bazarına meyl etməsi ilə nəticələnir. Təbii ki, bu zaman iri TMK-lar
öz maliyyə vəsaitləri ilə yanaşı, ən son texnologiyaları və elmi yenilikləri də milli
iqtisadiyyatımızın müxtəlif sahələrində istifadə etmiş olurlar. Təəssüf ki, elmi-
texniki ixraca eyni sözləri aid etmək mümkün deyil.
Hal-hazırda elmi-texniki biliklərlə beynəlxalq mübadilədə dünyanın əksər
ölkələri iştirak edir. Bu dövlətlərin iştirak dərəcəsi isə, ilk növbədə iqtisadi inkişaf
və elmi-texniki potensialla müəyyən olunur. Təsadüfi deyil ki, qərbin inkişaf etmiş
ölkələrinin payına dünya tüxnologiyalar bazarının 90%-dən çoxu düşür. Yüksək
rəqabətədavamlı, elmtutumlu məhsullar istehsal edən kompaniyaların ən yeni elmi-
Dostları ilə paylaş: |