22
1.
stehsal françayzinqi. Hər hansı bir məhsulun hazırlanması
texnologiyasına malik firma, həmin texnologiyanı digər bir müştəri-firmaya
müəyyən ərazidə bu məhsulu istehsal etmək üçün verir. Bu metod daha çox
alkoqolsuz içkilərin istehsalında istifadə olunur. Məsələn, Koka-Kola kompaniyası
öz məhsullarının hazırlanması üçün lazımi texnologiyanı və konsenrtantları digər
bir ölkədəki françayzi kompaniyaya təqdim edir və məhsulların istehsalının və
satışının idarə olunmasıyla məşğul olur. Lakin bu halda ən vacib şərt məsələn,
Bakıda istehsal olunan məhsulun San-Fransiskodakı məhsuldan fərqlənməməsidir.
Təbii ki, məhsul istehsalında istehlaçıların regional fərqlərinin nəzərə alınması
istisnadır.
2.
Ticarət françayzinqi. Hər hansı bir aparıcı firma öz əmtəə nişanını digər
bir firmaya müəyyən bir ərazidə realizasiya etmək üçün təqdim edir. Bu zaman
françayzi məhsulun satışına qədər və satışdansonrakı xidmətləri öz üzərinə götürür.
Françayzi məhsulları françayzordan alır və öz adından satır. Ticarət
françayzinqinin özünəməxsus xarakteri françayzi şirkətin əmtəə satışı və xidmətlər
göstərilməsində dar ixtisaslaşmaya malik olması ilə izah oluna bilər. Hal-hazırda
bu tip françayzinq daha çox avtomobil şinlərinin satışında istifadə olunur. Əgər
ə
mtəə və xidmətlər əmtəə nişanı deyilsə onda bu tip taicarət françayzinq sayılmır
[30].
3.
Xidmət sahəsinin françayzinqi. Bu sahə təqribən ticarət françayzinqində
olduğu kimidir. Sadəcə əməkdaşlığın obyekti fərqlidir. Bu sahədə ilk addımı
MakDonald kompaniyası atmışdır. Hal-hazırda dünyanı bir sıra ölkələrində xidmət
françayzinqi əsasında çoxlu sayda restoran və qəlyanaltıların açıldığını qeyd
etməliyik.
Françayzi olmaq üçün icazə müxtəlif metodlarla əldə oluna bilər. Daha geniş
yayılmış iki forma mövcuddur: Birbaşa françayzinq və master françayzinq. Birinci
23
halda françayzor franşizəni yerli sahibkara satır. Françayzor və françayzi arasında
sıx əlaqələrin qurulması baxımında bu ən real variant hesab olunur. Lakin
subyektlər arasında coğrafi baxımdan fərqlər mövcud olarsa bir sıra çətinliklər
ortaya çıxa bilər. Bura ilk növbədə yerli səviyyədə françayzinin fəaliyyətinin
izlənilməsində və köməklik göstərilməsində ortaya çıxan problemlərin
mövcudluğunu aid etmək olar. ri kompaniyalar bu metoddan bir qayda olaraq
müxtəlif bazarların öyrənilməsində geniş istifadə edirlər.
Master françayzinq sistemində isə beynəlxalq kompaniya digər bir ölkə
ə
razisində yalnız bir iri françayzi kompaniyaya fəaliyyət göstərmək üçün icazə
verir. Bu ölkədə françayzinq sisteminin qurulması, çoxlu sayda xırda
kompaniyaların bu sistemə cəlb olunması, onların idarə edilməsi və ödənişlərin
vaxtında həyata keçirilməsi işləri də bütünlükdə bu iri françayzi firmaya həvalə
olunur.
Françayzinq sahəsində ən fəal şirkətlər ABŞ-ı təmsil edir.Yeri gəlmişkən
françayzinqdən ABŞ-da ilk dəfə tikiş maşınlarının istehsalı ilə məşğul olan Zinqer
kompaniyası istifadə etmişdir. XIX əsrin ortalarında Zinqer kompaniyası tikiş
maşınlarının kütləvi istehsalına başlayır. Lakin bu maşınlara xidmət göstərilməsini
və ehtiyyat hissələrlə təmin edilməsini mərkəzləşdirilmiş şəkildə həyata keçirmək
praktiki cəhətdən qeyri-real idi. Buna görə də, kompaniya françayzinq sistemi
yaradır. Maliyyə cəhətdən sərbəst firmalara tikiş maşınlarına xidmət göstərmək və
ehtiyyat hissələrinin satışını təşkil etmək hüququ verilir.
Eyni tipli sistem 1898-ci ildə General Motors şirkəti tərəfindən yaradılmışdır.
Dilerlərə digər kompaniyaların məhsullarını satmağa icazə verilmirdi. Bundan
başqa həmin firmalar françayzor kompaniyanın imicini qorumaq və xidmət
səviyyəsini yüksəltmək üçün öz kapitallarını bu işə sərf etməliydilər. Avtomobil
satışında françayzinq sistemindən hal-hazırda da istifadə olunur.
24
Koka-Kola, Pepsi, Seven-Ap və digər şirkətlər alkoqolsuz içkilər istehsalı və
satışı sahəsində françayzinq sistemidən hər zaman səmərəlisenziya şəkildə istifadə
etmiş və etməkdədir.
XX əsrin 50-ci illərinə qədər françayzinq məhsul satışının və xidmətlərin
genişləndirilməsinin effektli metodu hesab edilirdi. Bu ənənvi françayzinq və ya
ilkin nəsil françayzinq hesab edilirdi [30].
ABŞ-da françayzinqin inkişafına güclü təkan verən hadisə 1946-cı ildə əmtəə
nişanları haqqında qanunun qəbul edilməsi oldu. Artıq sahibkarlar qanunvericiliyin
dəstəyi ilə, o qədər də böyük olmayan xərclər hesabına öz əmtəə nişanlarını digər
kompaniyalara müəyyən şərtlər daxilində verir və bunun hesabına öz biznesini
böyütmüş olurdu.
Françayzinqin tətbiq sahələri
Françayzinqin çoxsəviyyəli sistemi
Təhsil xidmətləri
stirahət və əyləncə
Restoran, kafe və qəlyanaltılar
Tibbi və kosmetika xidmətləri
Ev təsərrüfatı ilə bağlı xidmətlər
Pərakəndə satış və s.
istehsalçı-istehsalçı
istehsalçı-topdansatış
istehsalçı-pərakəndəsatış
topdansatış-pərakəndəsatış
pərakəndəsatış-pərakəndəsatış
xidmətgöstərən-xidmətgöstərən
Şə
kil 3. Françayzinqin istifadə sahələri və səviyyələri [30].
xtiyari növ biznesi franşizə sisteminə çevirmək olar. Beynəlxalq Françayzinq
Assosasiyası françayzinqin tətbiq olunması mümkün olan 70 növ təsərrüfat
sektorunu müəyyənləşdirmişdir [26].
Françayzinq bisnesin bir sıra sahələrində daha çox istifadə olunur ki, bunlara
aşağıdakıları aid etmək olar - avtomobil sənayesi və avtoservis, biznesin təşkili və
Dostları ilə paylaş: |