33
vasitə kimi istifadə edilmə ehtimalını aradan qaldırmaqdır. Bu tip silah-sursatın
hazırlanması ciddi qadağalar və ya sərt beynəlxalq nəzarət altındadır.
Beynəlxalq razılaşmalara uyğun olaraq daha bir qrup texnoloji avadanlıqların
idxal və ixracı nəzarətdə olur. Bu tip texnologiya və informasiyalara sülh
məqsədilə istifadə olunan mateial, avadanlıqların istehsalında istifadə olunan,
bununla belə kütləvi qırğın silahlarının hazırlanmasında istifadəsi mümkün olan
texnologiyalar aiddir.
Texnologiyaların birbaşa dövlət tənzimlənməsi ixrac nəzarətini həyata keçirən
orqanlar tərəfindən, gömrük və sərhəd nəzarət metodları vasitəsilə reallaşdırılır.
Dolayı tənzimlənmə isə əksər ölkələrdə texnologiyalar üçün patent və ticarət
markalarının dövlət qeydiyyat sistemi vasitəsilə icra olunur.
Bir sıra hallarda bu və ya digər məhsulu ixrac etmək üçün dövlət orqanlarının
xüsusi icazəsi olmalıdır. Bu sahədə qanunvericiliyi pozmaq isə, dövlətə qarşı
cinayət kimi qiymətləndirilir. Bəzi ölkələrdə dövlət nəzarətində olan
texnologiyanın xarici rezidentə satılmasına cəhd ömürlük həbs kimi ağır cəza ilə
qarşılanır.
dxalçı dövlətlərdə isə texnologiyaların gətiriliməsinə nəzarət qanuvericiliyə
uyğunluğun və cəmiyyət üçün təhlükəsizliyin olub-olmaması əsasında həyata
keçirilir.
Texnologiyaları əldə etməyə çalışan dövlətə onun iqtisadi ve texniki inkişaf
səviyyəsi də bir baryer kimi çıxış edir. dxalçı və ixracatçı dövlətlər arasında
mövcud olan iqtisadi inkişaf səviyyəsi imkan vermir ki, nisbətən “zəif” ölkənin işçi
qüvvəsi yeni texnologiyaları mənimsəsin, onlardan istifadə etsin və istehsal
sahələrində bunları tətbiq etsin. Buna baxmayaraq dövlət nəzarəti əsasən spirtli
içkilər, silah-sursat, kimyəvi məhsullar, narkotika istehsalı üçün nəzərdə tutulan
texnologiyaların mübadiləsində həyata keçirilir.
34
Beləliklə, hər bir dövlət aparıcı texnologiyaları mümkün olan bütün
variantlarla, istər açıq, istərsə də gizli məhdudiyyətlərlə ölkə sərhəddləri daxilində
saxlamağa cəh göstərir. Bunun əsasında isə dünya bazarında kəskin rəqabəti
uduzmamaq məsələsi durur. Milli təhlükəsizlik, siyasi və ideoloji motivlərə görə
isə hərbi və “ikiqat təyinatlı”
texnologiyanın idxal və ixracı nəzarətdə saxlanılır.
Texnologiyalar kimi elmi biliklərin beynəlxalq mübadiləsi də dövlət və
beynəlxalq təşkilatlar tərəfindən ciddi nəzarətdə saxlanılır. Bu sahədə aparıcı rol
Ümumdünya
ntellektual Mülkiyyət Təşkilatına (Ü MT) məxsusdur. Bu
beynəlxalq təşkilata üzv ölkələrin sayı 183-ə bərabərdir. Təşkilatın əsas orqanları
Ümumi Assambleya, Konferensiya, Koordinasiya Komitəsidir.
XXI əsrdə intellektual mülkiyyət beynəlxalq arenada özünəməxsus yerə
malikdir. nsan beyninin məhsulu olan ixtiralar, sənaye nümunələri, ticarət
markaları, kitab, musiqi və filmlər dünyanın hər yerində istifadə olunur və belə
demək mümkünsə insanların yaşayıç tərzinin inkişafına müsbət təsir göstərir.
Ümumdünya ntellektual Mülkiyyət Təşkilatı (Ü MT) da bütün dünyada məhz
müəlliflik hüqularının qorunması nəticəsində bu ixtiralardan istifadəni daha faydalı
edir, ixtira sahibinə isə öz əməyinə görə normal mənfəət əldə edilməsində
köməklik göstərir. Bu tipli qayğı dolayısıyla elmi-texniki inkişafı stimullaşdırır və
onun sərhədlərini bir az daha artırmiş olur. ntellektual mülkiyyətin reallaşdırılması
üçün təşkilat tərəfindən normal, stabil şəraitin yaradılması isə birbaşa beynəlxalq
ticarətin inkişafına təkan vermiş olur.
Təşkilatın özündə 183 ölkə, yəni təqribən dünya ölkələrinin 90%-ni
birləşdirməsi bu beynəlxalq təşkilatın əhəmiyyətini bir daha təsdiqləyir. Təşkilatın
yaranma tarixi 1883-cü ilə təsadüf edir. Bu təşkilatın və ümumilikdə intellektual
mülkiyyətin beynəlxalq səviyyədə qorunmasını zəruri edən hadisə isə 1873-cü ildə
Vyanada təşkil olunmuş Beynəlxalq xtiralar sərgisində baş verdi. Belə ki, öz yeni
35
ideyalarının “oğurlanaraq”, digər ölkələrdə istifadə olunacağından çəkinən xarici
ölkə nümayəndələri bu sərgidə iştirak etməkdən vaz keçdilər.
1883-cü ildə bu sahədə ilk ciddi beynəlxalq müqavilə - Paris konvensiyası
qəbul olundu. Bu konvensiya sənaye mülkiyyətinin qorunmasını və bir ölkənin
vətəndaşının yeni ideya və ya ixtiralarının digər dövlətlərdə yalnız patent, ticarət
markası və sənaye nümunəsi şəklində istifadə edilməsini nəzərdə tuturdu. 14 ölkə
tərəfindən qəbul olunan bu konvensiya 1884-cü ildə qüvvəyə mindi. Bu üzv
ölkələrin iclaslarının çağırılmasının və bir sıra digər təşkilati məsələləri həll etmək
məqsədilə Mərkəzi Büro yaradıldı. 1886-cı ildə isə bədii və incəsənət əsərlərinin
müəlliflik hüqularının qorunması məqsədilə Bern konvensiyası qəbul olundu. Az
sonra isə bu iki konvensiyanın Mərkəzi Büroları birləşərək mənzil qərərgahı
sveçrənin Bern şəhərində yerləşən ntellektual Mülkiyyətin qorunması ilə bağlı
beynəlxalq təşkilat yaradıldı.
1960-cı ildə təşkilat Berndən Cenevrəyə, digər iri beynəlxalq təşkilatların
“yanına köçdü”. 10 il sonra təşkilatın adı dəyişərək Ümumdünya ntellektual
Mülkiyyət Təşkilatı oldu. 1974-cü ildə Ü MT BMT-nin ixtisaslaşmış təçkilatına
çevrildi. 1898-ci ildə təşkilat cəmi dörd beynəlxalq müqavilənin icrasını
tənzimləyirdisə, hal-hazırda bu rəqəm 21-ə çatır. Bu sahədə ən iri müqavilələr
Madrid və Haaqa razılaşmalarıdır. Bu razılaşmalar ticarət nişanlarının və sənaye
nümumələrinin beynəlxalq qeydiyyat problemlərini özündə əks etdirir.
Hər bir ixtira sahibi ona məxsus olan ticarət markasını və ya sənaye
nümunəsini lokal və ya regional səviyyədə qeydiyyatdan keçirmək istədikdə, ilk
növbədə bu ixtiranın həquiqətən də, yeni olduğunun və ya artıq kiminsə
mülkiyyətində olduğunu müəyyənləşdirmək zərurəti meydana çıxır. Bunu
dəqiqləşdirmək üçün iri həcmli informasiyalar massivində axtarış həyata keçirmək
lazım gəlir. Bu tip informasiyaların axtarışını asanlaşdırmaq məqsədilə Ü MT dörd
Dostları ilə paylaş: |