454
Gəlib qul kimi xidmətimdə durar?
Eşitdikdə Gudərz bu sözləri,
Başından duman qalxdı, döndü geri!
Dedi Rüstəmə: – Nanəcib şəhriyar
Tikanlı ağacdır, barı zəhrimar.
Özün get, o dilbilməzi sal başa,
Əsər et sözünlə o qəlbi daşa!
Təhəmtən buyurdu ki, xidmətkarı
Sərə arx içində yerə paltarı.
Onun üstünə qoydu Söhrabı tez,
Yönəldi şahın yanına səbirsiz
Hələ yolda ikən cahanpəhləvan
Xəbər gəldi, çatdı ona arxadan
Ki, Söhrab qıldı bu dünyanı tərk!
Ona qəsr yox, indi tabut gərək.
Atam harda?»–Oldu onun son sözü,
Dərin ah çəkdi, qapandı gözü!
Atından Təhəmtən atıldı yerə,
Elə inlədi, düşdü səs göylərə,
Bilirdi, daha dərdinə yox əlac,
Çölün torpağından başa qoydu tac!
Çəkib ün, dedi: – Ey yenilməz cavan!
Sən idin nəsilbənəsil pəhləvan!
Tayın görməyibdir nə Günəş, nə Ay,
Nə cövşən, nə də təxt, nə tac, nə saray!
Cahanda kimin dərdi var mən qədər,
Cavan oğlun hansı qoca öldürər?
Baban Sam idi aləmi fəth edən,
Doğuldun o şahzadə Təhminədən!
Rəvadır, kəsilsə mənim əllərim,
Qara torpağın altı olsun yerim!
Belə bir işi görmüş hansı ata?
Yeri var, üzüm çoxlu danlansa da!
Kim öldürmüş öz novcavan oğlunu?
455
Ağıllı, igid qəhrəman oğlunu?
Eşitsə, məni Zali-zər danlayar,
Bu matəmdə Rudabə qan ağlayar.
Nə üzlə açıb söyləyim onlara?
Belə bir cinayət hara, üz hara?
Hələ pəhlavanlarla sərkərdələr,
Məni biri bilsə rüsvay edər!
Anası xəbər tutsa, nə söyləyim?
Kimi göndərib, iltimas eyləyim?
Desəm: öz çırağımı söndürmüşəm,
Günahsız o gənci mən öldürmüşəm!
Soruşmazmı ondan atası: niyə?
Nələr söyləyər, ah, o, Təhminəyə?
Yəqin ki, məni dinsiz adlandırar,
Məni pisləyər, canımı yandırar,
Bunu kim bilirdi, bu yaşda uşaq
Atıb sərvtək boy, olar bir qoçaq!
Döyüş əzmi ilə qoşun toplayar,
Məni eyləyər pəncəsində şikar.
Buyurdu ki, şahanə tirmə alın,
Cavan oğlumun üstünə siz salın!
O arzu edərdi tapa tacu təxt,
Tabut qismət oldu ona, döndü bəxt
Təhəmtən o tabutu qaldırdı, düz
Sərapərdəsinə tərəf qoydu üz!
Gəlib çatdılar orduya birbaşa,
Qoşun əhli torpaq sovurdu başa!
Töküb qanlı yaş, səf çəkib durdular,
Sərapərdəsinə tez od vurdular!
O xeymə, o təxt, yeddi rəng tirmələr,
Qızıl çarpayı, dövrəsi zər, göhər.
Tutaşdı oda, qalxdı ərşə duman,
Dedi Rüstəm: – Ey «novcavan pəhləvan!
Heyif səndəki boy-buxun, surətə!
456
Heyif səndəki mərdliyə, cürətə!
Heyif çəkdiyin zəhmətindən, heyif!
Könüldə qalan həsrətindən, heyif!
Anan ayrılıq dərdinə ağladı,
Atan, qəm dolu bağrını dağladı!
Səpib çəngə- çəngə başa torpağı,
Cırıb tökdü paltarını dırnağı
Bütün pəhləvanlar, necə bir nəfər
Quru torpaq üstündə əyləşdilər.
Ağı çağlayırdı o öz oğluna,
Böyüklər təsəlli verirdi ona.
Əzəldən fələk işləmişdir belə.
Alar bir ələ tac, kəmənd bir ələ,
Biri tac qoyub dünyadan kam alar,
Birini kəmənd ilə təxtdən salar.
Bu dünyanı sevmək hədərdir, hədər!
Gedənlər qayıtmaz, gələnlər gedər!
Fikirləşmə, can atma varlanmağa!
Xəzinə qayıtsın gərək torpağa!
Bu qanundan agah deyilsə fələk,
Onun da başında beyin yox, demək!
Yəqin, gərdişindəndir o bixəbər,
Ona min sual vermə, etməz əsər!
Əlindən nə getsə bu gün, çəkmə qəm,
Nədir işlərin axırı, bilmirəm!
Dedi Rüstəmə şah: – Əlborz dağı
Və ya sadəcə bir qamış yarpağı,
Nə varsa cahanda udar bil, fələk!
Bu dünyaya bağlanmayaq biz gərək!
Biri tez, biri gec gedər bir qədər!
Ölümdür həyatın sonu, müxtəsər!
Bu dərdi, qəmi, Rüstəm, artıq burax
Ağıllı deyən sözlərə ver qulaq!
Göyü, yer üzünü uçursan belə,
457
Bütün aləmə od də vursan belə,
Əlindən gedən bir da dönməz geri
Tapıb ruhu başqa cahanda yeri
Uzaqdan tamaşa mən etdim ona,
Qolu, sinəsi, qəddi, əndamına,
Əcəl çəkdi, saldı onu bu yola,
Gərəkdi, əlində sənin məhv ola
Bu dərdə nədir çarə, söylə, tapaq!
Gedən getdi, yetməzmi qan ağlamaq?
Dedi Rüstəm: – Söhrab, ölüb, doğrudur,
Bu çöldə qoşunlarla Human durur!
Neçə çinli, turanlı sərkərdə var,
Ürəkdən çıxart kini, ey hökmdar!
Şah əmr eyləsin, həqq bizə yar ola,
Zəvara qoşunla düzəlsin yola!
Dedi Rüstəmə şah: – Ey namivər!
Döyüşdən qəmin qövr edirsə əgər,
Mənə pislik etmişsələr də inan!
Bu İranı qoymuşsalar da viran,
Mənim bağrımı yaxdı dərdü qəmin,
Yada salmaram onları, ol əmin!
Qoşunla şah İrana oldu rəvan,
Qalıb gözləyirdi cahanpəhləvan,
Zəvarə qayıtsın, gətirsin xəbər
Ki, turanlılar əylənər, ya gedər?
Haman gün gəlib çatdı yoldan Həcir,
Dedi: – O qoşun meydanı tərk edir.
Zəvarə qayıtdı açılcaq səhər,
Təhəmtən dəxi qıldı əzmi-səfər,
Qoşunla o, yollandılar Sistana,
Çatınca bu qəmli xəbər Dəstana,
Bütün Sista nəhli qan ağladı
Axıb sel kimi yolları bağladı.
Gözü yaşda, tabuta salcaq nəzər,
458
Atıldı atından yerə Zali-zər!
Qabaqda piyada gedirdi ata
Libası cırıq, bağrı yanmış oda!
O tabut önündə açıb qurşağı,
İgidlər başa səpdilər torpağı!
Dedi Zal: – İnanmazdım əsla buna
Ki, Söhrab gələ gürz ilə meydana!
Böyüklər bilir, dünyada heç zaman
Elə bir oğul olmamışdır doğan!
Bu sözlərlə, nisgillə qan ağladı,
Dili əzbəri oldu Söhrab adı!
Gəlib qəsrinə çatdı Rüstəm haman,
O tabut önündə qopardı fəğan.
Mıxı çəkdi, tabutu açdı o dəm,
Ayırdı kəfəndən o gül cismi həm.
Bütün varlığı sanki düşdü oda,
Zala üz tutub söylədi: – Bax, ata!
Hamı baxdı o nazənin peykərə.
Fəğan yüksəlib, saldı od göylərə!
Cırıb paltarı, tökdü sərkərdələr,
Tozu, torpağı başlara səpdilər.
Tabut qəsri tutmuşdu çün sərbəsər,
Gömülmüşdü sandığa bir şiri-nər!
Sanardın ki, Samdır, belə boy atıb,
Döyüşdən çıxıbdır, yorulmuş, yatıb!
Sarı tirmə çəkdi onun üstünə,
O tabuta mıx vurdu möhkəm yenə!
– Qızıldan –dedi – tikdirin məqbərə,
Qara müşk, ənbər səpin hər yerə!
Bu arzumdu, lakin ölərsəm əgər,
Qoyarlarmı o qəbrdən bir əsər?
Daş aldı, o tikdirdi bir sərdaba,
Cahan əhli yas saxladı Söhraba.
Demişdir belə Bəhram, o xoşkəlam:
459
– Ölənlərlə dost olmağı bil həram!
Deyil daimi ömr, bel bağlama!
Gecikmə, hazırlaş, ayaq saxlama!
Tutaq ki, atan verdi möhlət sənə,
Çatar, bil ki, tezliklə növbət sənə
Həyatın belə gizli bir sirri var,
Əbəs gəzmə bu gizli sirrə açar!
Bu bağlı qapını açan yox hələ,
Bu yolda, çalış, ömrü vermə yelə!
Bu dastandı başdan-başa göz yaşı,
Rəvadır, əgər ağlada dağ-daşı!
Kimin qəlbi həssasdır bir qədər,
Yəqin, Rüstəmi-Zala nifrin edər!
Sona yetdi dastan, sözü boşladım,
Səyavuş dastanını başladım!
460
İZAHLAR
1. Demiş vəhy tənzilləri göndərən,
Bizə əmr ilə nəhyə yol göstərən.
Vəhy– peyğəmbərin ürəyinə ilham olunan fikirlər.
Tənzil – guya allah tərəfindan ona göndərilən əmrlər.
Əmr–xeyir, savab işləri görməyə təşviq.
Nəhy– pis işlərdən sağındırmaq əmri.
2. Mənəm əhli-beytin qulu hər zaman.
Əhli-beyt – Məhəmməd peyğəmbərin ailə üzvlərinə işarədir.
3. Dəniz içrə yetmiş gəmi seyr edər.
Yetmiş gəmi – Yer üzündə yaşayan yetmiş xalq.
4. Onun sərnişini Nəbidir, Vəli.
Nəbi – Məhəmmədin, Vəli – onun əmisi oğlu Əlinin ləqəbləridir.
5. Həməl bürcünə varid olcaq Günəş...
Həməl– Quzu bürcü–İran təqvimi ilə mart ayının 21-dən başlanan
ilin (yazın) birinci ayında Günəşin yerləşdiyn bürcün adıdır.
6. Katuzilər və sonrakı beytlərda adları çəkilən nisarilər, Basudə,
ohyuxoşi -Cəmşidin peşələrinə görə əhaliyə verdiyi zümrə
adlarıdır ki, şəhini şair özü verir.
7. Ud, ban (ladən) yandırılarkan xoş ətir saçan maddələr.
8. Hürmüzü-fərvədin – Hürmüz – hər şəmsi ayın birinci günü.
Burada: iranlıların martın 21-dən aprelnn 21 -nə qədər davam
edən fərvərdin ayının biri- Novruz günüdür. Fərvərdin sözü isə
pəhləvicə ravartin sözündən əmələ gəlmişdir ki, onun da mənası
pak adamların qoruyucusu deməkdir
9. Bivərəsb – on min atı olan.
10. Dəh hezar – dəri – fars dilində on min.
461
11. Təxti-Cəmşid–hazırda xarabaları qalmış İranın cənubundakı
şəhərin adıdır ki, qədim İran şahlarının paytaxtı olmuşdur.
12. Fərr – cah-cəlal, əzəmət. Əfsanəyə görə şahlar nəslinə xas olan
ilahi nur, ilahi vergi.
13. Gəlib çatdı Ərvəndruda haman.
Ərvandrud – Ərvənd çayı, İran – İraq sərhəddnidan axan çay.
14. Möhürlü cavaz – möhürlənmiş buraxılış vərəqəsi.
15. Gəngdej-hudəc gözəl -qala şəhər. Pəhləvicə Beytülmüqəddəsin
adı.
16.
Xaneye-pak – farsca Beytülmüqəddas deməkdir ki, Firdovsi oranı
Qəsre-Zöhhak (Zöhhakın qəsri) adlandırır.
17.
Təngə – dar, çıxış yolu olmayan küçə, dalan.
18.
Mehr ayı –İran təqvimi üzrə ilin yeddinci, payız fəslinin birinci
ayıdır. Farsca həm məhəbbət, həm da günəş mənasındadır.
19.
Mehrəqan – Mehr ayının on altıncı günü. Çox qədin
zamanlardan həmin gün İranda xalq bayramı, məhsul bayramı
kimi də qeyd edilir.
20.
Yeri xəncər ilə meyistan edək.
Göyü nizələrlə neyistan edək.
Meyistan–şərab gölü. Neyistan:– qamışlıq. Yəni xəncərlə,
qılıncla o qadər qan tökək ki, yer şərab (qan) gölünə dönsün. O
qədər nizə qaldıraq ki, göy qamışlıq kimi görünsün.
21.
Çaçi kaman – Çaçi – Daşkənd şəhərinin köhnə adlarından biridir
ki, orada hazırlanan kamanlar möhkəmliyi va sərrastlığı ilə
məşhur olmuşdur.
22.
Neçə-neçə zubin, sipərlə sinan...
462
Zubin – qısa nizə; sipər – qalxan; sinan – uzun nizə; qədim döyüş
silahları.
23.
Xavər–şərq, gündoğan. Burada qala adıdır.
24.
Dejban – qalabəyi, qala gözətçisi.
25.
Zal sözünün mənası qoca deməkdir.
26.
Simurğ – adı nağıllarda, ravayətlərda çəkilən əfsanəvi quşdur ki,
körpə ikən atası Sam tərəfindən rədd edilmiş Zalı guya o quş
götürüb, bəsləyib, böyütmüşdür.
27.
Hindi dəray – Hindistanda hazırlanmış böyük zəngə deyilir ki,
döyüş fillərinin üstündən asardılar.
28.
Bost – Əfqanıstanda axan Hirmənd çayının iki qolunun birləşdiyi
yerdə olan qədim şəhərin adıdır.
29.
Nimruz – indiki Sistan (İran) vilayətinin köhnə adıdır.
30.
İki nərgizə oxşayır gözləri,
Qara kirpiyi sanki qarğa pəri.
Şair gözəlin xumar gözlərini bir cüt nərgizə, onun qalın, uzun,
qara kirpiklərini isə mübaliğə ilə qarğa qanadına oxşatmışdır.
31. Gövhər saçdı Sindoxt innabdan.
Şair vəsf etdiyi Sindoxtun zərif al dodağını innaba, çıxan gözləri
qiymətli gövhərə, inciyə oxşadaraq gözəl və təbii istiarə
yaratmışdır.
32. Nə qeysər gərəkdir, nə fəğfuri-Çin.
Qədim zamanlarda Rum hökmdarı qeysər adlanırdı. Fəğfur isə
qədim Çin imperatorlarının ləğəbi olmuşdur. Fəğfur, yəni
allahın oğlu.
33. Süheyli-yəmən – Süheyl yay fəslinin sonlarında görünən və xalq
463
tərəfindən meyvələrin yetişməsinin müjdəçisi kimi sevilən
ulduzun adıdır. Bu ulduz Yəmən üzərində daha tez və daha
parlaq göründüyünə görə Yəmən Süheyli adlanır va poeziyada
saflıq, parlaqlıq rəmzi kimi işlənir.
34. Lövhü qələm–dini rəvayətə görə kainat yarandığı gündən yer
üzündə olan bütün mövcudatın təsvir və sərgüzəşti yazılmaq
üçün göydə xüsusi bir lövhə (səhifə) va qələm yaradılmışdır.
35. Sipəhbod – qoşunun bütün ixtiyarı əlində olan sərkərdə.
36.
Qorqsaran – İranın hazırkı Gorgan vilayətinin qədim adı. Lüğəti
mənası – qurdbaşlılar.
37. Yudu göz yaşıyla qoşa laləni
Bu misrada şair gözəlin iki yanağını qoşa laləyə oxşatmış, yəni o
ağladı, göz yaşı ilə yanaqlarını islatdı.
38. Sari və Amul – İranın Mazəndaran vilayətindəki qadim şəhərlərin
adları.
39. Mənə Sami-Yekzəxm ləqəb verdilar.
Yekzəxm – yek, –bir, zəxm-zərbə, – yəni düşməni bir zərbə ilə
yıxan Sam.
40. Alıb qoydu qırx dəst faxir libas
Ki, sərraf edərdi göhərlə qiyas.
Faxir libas–qiymətli paltar. Sərraf – qiymitli əşyanın dəyərini
müəyyən edən mütəxəssis. Beytdə deyilir: «Qırx dəst elə
qiymətli paltar qoydu ki, sərraf onların dəyərini cəvahiratla
müqayisə edərdi».
41.
Ziyc – qədim və orta əsrlərdə ulduzların vəziyyəti və hərəkətini
təyin etmək üçün münəccimlərin istifada etdikləri kitab.
42.
O, həm rəzmə, həm bəzmə ziynət verər.
Rəzm – döyüş meydanı; bəzm – işrət və müsahibə məclisi
mənasında təzad təşkil etdikləri halda, klassiklər öz
qəhrəmanlarını hərcəhətli müsbət göstərmək üçün bu iki
həmahənghəng sözdən tez-tez istifadə etmişlər, necə ki bu
464
misrada deyilir: o, həm döyüş meydanı (rəzm), həm da şənlik
məclisinin (bəzm) bəzək verəni idi.
43. Quzu bürcü – ərəbcə Həməl, farsca Bərrə. Yazın lk ayında
Günəşin məskəni sayılan bürc. Tərazu–mizan, tərəzi. Burada
payızın ilk ayında Günəşin olduğu bürc.
.
Balıq bürcü–ərabcə Hut, farsca Mahi bürcü. Qışın son ayında
Günəş məskəni olan bürc.
44.
Sami-Neyrəm–Neyrəm (Nəriman) oğlu Sam, Rüstəmin babası
45.
Ayın başına qoydular əfsəri.
Əfsər – farsca tac, əklil, zabit və günəş mənasında işlənir. Burada
şair vəsf etdiyi gözəlin camalını aya, onun başına qoyulan tacı
günəşə oxşatmışdır.
46. Uçar atdığı xeşt iki mil qədər.
Xeşt – müasir fars dilində kərpic deməkdir, burada isə xüsusi
silah mənasında işlənmnşdir. Xeşt–boyca gödək, qalın, ucu iti
nizə olub ki, döyüş zamanı pəhləvanlar onun ipək və ya kirişdən
olan halqasını şəhadət barmaqlarına keçirib fırlayaraq düşmənə
atardılar.
47. Dedi: Qəm, kədər bitdi, rəstəm degər.
Rəstəm degər - yəni artıq qurtardım, xilas oldum.
48. Sürud-nəğmə, mahnı, mədh.
49. Təhəmtən – əsli bihamtatən olmuş, yəni cüssə və güc cəhətdən
misli olmayan adam. Burada Rüstəmə verilən ləğəblərdən biri.
50. Kəyani nəjad – Kəyan nəslindən-olan şahzadə.
51. Sami səvar – səvar – farsca atlı deməkdir. Firdovsi isə bu
kəlməni əsasən böyük şəxsiyyətlər haqqında igid, qəhrəman,
yenilməz epitetləri kimi işlətmişdir. Burada Sami-səvar qəhrman
Sam mənasındadır.
52. Yatıb bayrağı, parçalanmışdı kus,
Kəfən lalə rəngində, üz səndərus.
465
Yəni bayraq yatırılmış, kus (əslində metaldan olan və döyüş
meydanında dəvə boynundan asılaraq çalınan) böyük təbil
parçalanmış, ölənlər isə ağ kəfən əvəzinə qırmızı qana boyanmın
libasda düşüb qalmış, üzləri isə səndərus rangindədir. Səndə-rus
– yandırılarkan çox pis qoxu verən, kəhrəbaya oxşar sarı-qara
rəngli bir maddədir.
53. Ərman–Ceyhun çayı vadisində qədim qala şəhər adı.
54. Delir – ürəkli, qorxmaz, cəsarətli.
55. Sari – Mazəndaran vilayətinin mərkəzi olan qədim şəhər.
56. Dəstani-Sam – Samın oğlu, Zalın xususi ləğəbi kimi işlənir.
57. Bamin və Gərzban – Herat şəhəri ətrafında iki qəsəbənin adı.
58. Sunur– (sonur da deyilir) xətt, cizki, sərhəd.
59. Kabilxuda – Kabilin sahibi, şahı, Zalın qayınatası Mehrabın
ləqəbi.
60. Narınca o şəngərf ilə rəng vurar.
Şəngərf–kükürd və civənin qarışığından alınmış sarı rəngdir.
Şair rəssamın məharatini mübaliğə ilə göstərərək onun onun
hətta narıncın təbii rəngini təkmilləşdirməyə qadir olduğuna
işarə edir.
61. Yer altı qat olmuş, səkkiz asiman.
Dini rəvayətə görə, yer də, göy də hərəsi yeddi təbəqədir. Şair
bu beytdə mübaliğə ilə deyir: qoşunların at çapması
naticəsindədə yerin bir qatı toz olub göyə qalxdı, altı qatı qaldı.
Qalxan toz isə fəzada dayanaraq göyün səkkizinci təbəqəsini
təşkil etdi.
62. Dedin İyrəcim övladı qalmamış,
Yalandır, zəhər padizəhr olmamış
466
Padizəhr – keçmişdə zəhərə qarşı işlənən dərman (antitoksin)
olmuşdur: Beytin məzmunu belədir: İyrəcin nəvəsi Mənuçehr
meydana çıxarkən şahzadəni gənc ikən öldürən qatilləri
gözləmirdilər ki, onun qız nəvəsi bir zaman babasının qanını
istəyəcək. Ona görə də onlar Mənuçehrə də İyrəcə baxdıqları
kimi, düşmən gözü ilə baxırlar.
63. Dəstan –Zalın ləqəbi.
64. İspruz – dağ adıdır.
65.
Bəbri-bəyan – Rüstəmin pələng və ya bəbir dərisindən olan və
zireh altından geyindiyi xüsusi geyimi olmuş ki, guya ona heç bir
silah kar etməzmiş.
66.
Məğfər- dəbilqə altında geyilən xüsusi baş geyimi.
67.
Həftkuh – qədim İran-Turan sərddində dağ–qala.
68.
Xosrovani ağac – burada şah nəslindən doğulan gənc qəhrəmana
işarə edilir.
69.
Sipəhbodluq – orduda tam ixtiyar sahibi olmaq.
70.
Təbər – gödək, qalın, iti ağızlı, çapacağa oxşar qədim döyüş
silahı.
71.
Abinus – tünd qara rəngdə olan xüsusi ağacın adıdır ki, keçmişdə
onun yarpaq və şirəsindən bir sıra xəstəliklar üçün dərman
hazırlanırdı.
72.
Fəzanı dəbilqə edib sindrus.
Yəni çöldə o qədər qoşun toplanmışdı ki, onların dəbilqələri
fəzanı sindrus – sarı-qara rənginə salmışdı.
73. Büt ikən birəhmən sənə ad qoyaq?
Birəhmən–bütə pərəstiş edən, büt qoruyucusudur. Şair qoca
pəhləvan Gudərzin dili ilə Keykavusun alçalmasına qarşı çıxaraq
467
deyir: – Sən pərəstişə liyiq bütsən (şahsan). İidi isə özünü
bütpərəst dərəcəsinə endirirsən.
74. Nə gəzdi, dolandı, nə də verdi bar.
Bar vermək – burada şahın əyanı qəbul etməsi mənasındadır.
Yəni şah nə gəzib dolandı, nə də bir kəsi qəbul etdi.
75. Rütəb – şirəyə dolmuş yaş xurma.
76.
Üqab – qartal, şahin.
77.
Barqistvan – döyüş zamanı atları qorumaq üçün onların başı,
boynu, döşü və sağrısına geyindirilən zirehli örtü.
78. Təbəssümlə səpdi şəkər innaba.
Misrada gözəlin al dodaqları innaba, onun xoş tabəssümü isə
şəkərə oxşadılmışdır.
79.
Ərsə – meydan, sahə, dairə.
80.
Toza döndərəndə daşı, torpağı,
Tutiya edər Rəxşinin dırnaqı
Tutiya – keçmişdə göz ağrısını sağaltmaq və görmə qabiliyyətini
artırmaq üçün işlədilən xüsusi toz–dərman olmuşdur. Beytin
mənası belədir: Rüstəmin Rəxşinin dırnağı ilə toza döndərilmiş
daş, torpaq tutiya şəkli alır.
81. Sərvi-şadab – cavan, yaraşıqlı, yamyaşıl sərv ağacı.
82. Bu çöldə ki, mənbər də var, dar da var.
Mənbər– (minbər) – söz söylənilən yer. Misranın mənası bu
çöldə danışmaq imkanı da var, vurşub ölmək imkanı da.
468
MÜNDƏRİCAT
TƏRTİBÇİDƏN.........................................................................3
ŞƏRQ POEZİYASININ QİYMƏTLİ İNCİSİ ......................5
Ş A H N A M Ə . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . 2 4
YARADANIN ADI İLƏ ........................................................25
AĞLIN TƏRİFİ .......................................................................26
DÜNYANIN YARANMASI HAQQINDA ............................27
İNSANIN YARANMASI HAQQINDA .................................28
GÜNƏŞİN YARANMASI HAQQINDA................................29
AYIN YARANMASI HAQQINDA........................................29
PEYĞƏMBƏRİN VƏSFİ........................................................30
KİTABIN HAZIRLANMASI BARƏDƏ................................31
ŞAİR DƏQİQİNİN DASTANI................................................32
KİTABIN ƏSASININ QOYULMASI.....................................33
SULTAN MAHMUDUN VƏSFİ............................................36
KƏYUMƏRS...........................................................................38
HUŞƏNG .................................................................................43
TƏHMURƏS ...........................................................................45
CƏMŞİD ..................................................................................48
ZÖHHAK.................................................................................59
FƏRİDUN................................................................................87
MƏNUÇEHR.........................................................................138
NUZƏRİN PADŞAHLIĞI.....................................................244
ZƏV TƏHMASİBİN PADŞAHLIĞI ....................................276
GƏRŞASBIN PADİŞAHLIĞI...............................................278
KEYQUBADIN PADŞAHLIĞI ............................................291
KEYKAVUSUN PADŞAHLIĞI VƏ ONUN
MAZƏNDARANA SƏFƏRİ.................................................302
KAVUSUN HAMAVƏRAN ŞAHI İLƏ MÜHARİBƏSİ .356
SÖHRAB...............................................................................394
İ Z A H L A R . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . . 4 6 0
Dostları ilə paylaş: |