424
Kimi türklər adlandırır baş bilən?
Dedi şah ona: – Səndədir ixtiyar,
Get, olsun sənə yar pərvərdigar!
Gəlib geydi türk paltarı pəhləvan,
Qala səmtinə oldu tənha rəvan.
Çatıb gördü: türklər içib, məst olub,
Bütün Ağ qala səs -küy ilə dolub.
Qala daxilinə gedib şiri-nər,
Deyərdin; cüyür üstə aslan gedər.
Gəlib gördü: Söhrab təxt üstədir,
Hamı kefdədir, məclis arəstədir.
Yanında onun Jəndərəzm ayləşib,
Ona göz dikib, əhli-bəzm əyləşib.
Oturmuşdu Human – qoçaq pəhləvan,
Həm aslan kimi çarpışan Bariman.
Deyərdin: bütün təxti Söhrab tutub,
Nə Söhrab ki, bir sərvi-şadab tutub.
Bir at sağrısı boyda hər bir qolu,
Döşü – fil döşü, çöhrəsi qan dolu,
Başında igid türk var yüz nəfər,
Hamısı yenilməz, cavan, şiri-nər.
Əli sinədə əlli dilbər nigar
Uca təxt önündə çəkib səf durar.
Hamı Söhraba söyləyir:–Afərin!
Var olsun qılıncın, vuran əllərin!
Oturmuşdu Rüstəm uzaqda bir az,
Görürdü: hamı mey içir, keyfi saz.
Çadırdan bu an çıxdı bir pəhləvan,
Adı Jəndərəzm idi, sinni cavan,
Sataşdı gözü nagahan Rüstəmə,
Yan aldı ona etmədən vahimə,
Soruşdu ki: – Kimsən? Mənə de düzün!
Gedək, tez işıqda görüm mən üzün!
Təhəmtən əl atdı tutub boynunu,
425
Yerə sərdi bir yumruq ilə onu.
Düşüb Jəndərəzm sanki bir əjdəha,
Geri dönmədi məclisə bir daha.
Gözü yolda Söhrab xeyli zaman
Baxıb görmədi Jənddən bir nişan.
Buyurdu: – Görün Jəndərəzm hardadır?
Yeri boş qalıb, bu yaxınlardadır!
Gedib gördülər ki, düşüb, xar olub,
Döyüşdən də, kefdən də bizar olub.
Bu halı görüb, heyrətə daldılar,
Geri döndülər, bir şivən saldılar,
Xəbər çatdı Söhraba ki, Jəndərəzm
Ölüb, bir də görməz nə meydan, nə bəzm.
Eşitcək bunu o cavan qalxdı tez,
Başı lovlu Jəndə tərəf qoydu üz.
Yanınca nökər, şam və sazəndələr,
Gəlib gördü: ölmüşdür o şiri-nər
Donub qaldı, əsdi əti, əndamı,
Dedi: – Pəhləvanlar yığışsın hamı!
Xəbər verdi ki, yatmayaq biz gərək,
Silək nizə, hazırlaşaq sübhədək.
Sürü üstünə qurd gəlibdir bu gün,
Sınanmışdır it də, çoban da bütün.
Mənə pak tanrı əgər olsa yar,
Atım dırnağıyla yeri şumlayar.
Kəməndi yəhərdən açıb, qoymaram
Bu iranlılarda qala intiqam!
Oturdu yenə təxtə o namivər,
Çağırdı, gələ şanlı sərkərdələr.
Dedi: – Jəndrəzmin yeri qaldı boş,
Mənim könlümü siz edin barı xoş!
Dönərkən geri Rüstəmi-namidar
Qoşundan keşikdəydi Givi-səvar.
Görüb Rüstəmi yolda birdən-birə
426
Belindən ağır gürzü saldı girə
Çəkib nərə fil kimi kəsdi yolu,
Süpər başda, gürz ilə qalxdı qolu
Təhəmtən bilirdi: gecə sübhədək
Keşikdə yenilməz Giv olsun gərək,
Vurub qəhqəhə, güldü, çəkdi fağan,
Tanış gəldi səs Givə, o pəhləvan
Piyada gəlib Rüstəmin yanına,
Dedi: – Ey Təhəmtən, gedib yatsana!
Gecə vaxtı, söylə, hara getmisən?
Təhəmtən eşitcək bunu Givdən,
Hara getdiyindən danışdı ona,
Dedi: – Jəndrəzmi sərib meydana,
Şahın yanına oldu ordan rəvan,
Danışdı, nə kefdəydi əhli-Turan.
O, Söhrabı min dillə təriflədi,
Boyundan, qolundan, döşündən dedi.
Deyərsən uca sərv əndamına,
Doğarmı belə bir oğul türk ana?
Tayı nə İranda, nə Turanda var!
Boyu, görkəmi Sama çox oxşayar!
Danışdı, necə Jəndrəzmi vurub,
Necə rəzmdən, bəzmdən qaldırıb.
Yeyib içdilər sübhədək yatmadan,
Qoşun hərbə hazırlaşırdı yaman!
Günəş boylanıb, çərxə atdı kəmənd,
Yerin köksünə şöləsi oldu bənd.
Alıb geydi Söhrab tez xoftanı,
Yəhər qoydu, mindi qonur atını.
Əlində bir hindi qılınc abidar,
Başınd dəbilğə, üzündə vüqar,
Edib həlqə-həlqə ağır bir kəmənd,
Kəməndi atın tərkinə etdi bənd.
Görünsün deyə aydın iranlılar
427
Uca bürcü üstündə tutdu qərar.
Həciri çağırdı, dilə tutdu çox:
– Gərəkməz – dedi – bir işə əyri ox.
Ox əyri olarsa, alar kəc nişan,
Hədəf əyri oxdan görər az ziyan.
Hər işdə əsas tut, qoru düzlüyü,
Çəkərsən zərər, at ikiüzlüyü!
Cavab ver suallarıma doğru, düz,
Bu düz yoldan heç vaxt döndərmə üz!
Əlimdən xilas olmağı istəsən,
Yanımda əziz olmağı istəsən
İran barəsində nə etsəm sual,
Mənə düz cavab ver, məni razı sal!
Əgər düz danışsan, alarsan ənam,
Xəzinəmdə nə var, sənindir tamam!
Yalan söyləsən, bil, işin zay olar,
Nəsibin o zindanda ah-vay olar!
Həcir söylədi: – İstəyir şah əgər,
İran ordusu haqda tutsun xəbər,
Nə bilsəm, cavab verməyə hazıram,
Yalan sözlə, söhbətlə yoxdur aram!
Dedi: – Var sualım sənə, söylə sən,
Qoşun, pəhləvan, şah, sərkərdədən!
Mənə söylə sən şah Kavusdan,
Söz aç Giv, Gudərzdən, Tusdan.
Qulaq as, mənə Bəhramı ver nişan,
Hanı, söylə, o Rüstəm- dasitan?
Odur, bir sərapərdə var, yeddi rəng,
Yanında çadırlar, içində pələng,
Önündə onun yüz iri fil durar,
Fil üstündə firuzədən təxt var.
Günəşdir, deyən, bayrağı yüksələr,
Qılafı bənövşə, başı Aydı–zər!
Tutub mərkəzində məkan ordunun,
428
De, kimdir, nədir, söylə, adı onun?
Həcir söylədi: – O, İran şahıdır,
Fil, aslan yeri şah dərgahıdır.
Dedi:–Sağ cinahda durur atlılar,
O yerdə ki, fillər də, sürsat da var.
Vurulmuş sərapərdə, rəngi qara,
Çəkib səf qoşun; bax bir, hardan hara!
Bütün dövrəsi ağ çadırdır niyə?
Verib arxa fillər sərapərdəyə.
Vurar dalğa filgövdəli bayrağı,
Qızıldır bütün qulların başmağı,
Dedi: – Tusi-Nuzərdir o namidar,
O, fil şəklini bayraq üstə vurar.
Dedi: – Bir sərapərdə var: qırmızı,
Alıb dövrəyə atlılardan yüzü.
Qızıl bayrağı üstə şir şəkli var,
O gövhər nədir, gün kimi parlayar?
Dedi:–Onda Gudərz tutmuş məkan,
O azadələr başçısı pəhləvan.
Döyüşdə edər ərsəni filə təng,
Önündə nə aslan durar, nə pələng.
Soruşdu:-Kimindir o yaşıl çadır,
Gözü bu böyük ordunun ondadır?
İçində cavahirnişan təxt var,
Odur, Kaviyan ulduzu parlayar!
Sərapərdədə əyləşən pəhləvan
Vüqarlı, şücaətli, şiri-jəyan!
Boyu, cüssəsi bir nəhəngdir elə,
Qoşunda o boyda adam yox hələ.
Oturmuş, qalanlar ayaq üstədir
Başı sanki bir qəlbi dağ üstədir
Bir at var önündə – uzun bir kəmənd
Yəhərdən olubdur ayağında bənd
Elə kişnəyir, sanki göy gurlayır,
429
Coşur, şahə qalxır, yəhər parlayır,
Döyüş filəri üstə bərgostəvan,
Yerində gəlir cuşa o pəhləvan!
Əsər bayrağı, əjdəhadır deyə,
Qızıl şir başı yüksəlir nizədən.
Özü təkdir, İranda təkdir atı,
Nədir, söylə, o qəhrəmanın adı?
Cavab verdi: – Çindən o gəlmiş bizə,
Şaha xidmətə başlamışdır təzə.
Soruşdu: –Adın blməyirsən məgər?
Dedi: – Xatirimdən çıxıb, müxtəsər!
O günlərdə ki, gəlmiş o pəhləvan,
Mənim məskənim Ağ qalaydı, inan!
Əzirdi kədər Söhrabı, sanki dağ,
O, Rüstəmdən, heç tutmamışdır soraq.
Anası ona söyləmiş birbəbir
Ki, Rüstəmdəki xas nişanlar nədir?
Ürəkdə duyurdu, görürdü gözü,
İnanmırdı ancaq gözünə özü
Şirin sözlə tutda Həciri dilə,
Çalışdı gətirsin əsiri dilə.
Desin, hansıdır Rüstəmi-namidar,
Sərapərdəsini həyanda qurar?
Fəqət başqa cür istəyirdi fələk,
Qəza hər nə yazmışsa, olsun gərək!
Soruşdu ki, sərkərdələrdən biri
Kənarda qurub bir çadır, çox iri,
Qabağında fillər, durur, atlılar,
Sərapərdədə kərranay gurlayar.
Odur, qurdnişan bayrağı yüksəlir,
Qızıl toppuzu pərdədən görsənir.
Dedi:– Əyləşir orda sərkərdə Giv,
Ona pəhləvanlar deyir: Givi-Niv.
Böyük, oğlu Gudərzin o pəhləvan,
Dostları ilə paylaş: |