Siğorta müqaviLƏSİNDƏ başqa cür də şərtləndirilə bilər



Yüklə 314,22 Kb.
Pdf görüntüsü
səhifə1/12
tarix06.02.2018
ölçüsü314,22 Kb.
#26051
növüQaydalar
  1   2   3   4   5   6   7   8   9   ...   12


 

 

 



 

 

 



 

 

 

 

 

 

RƏHBƏR İŞÇİLƏRİN MƏSULİYYƏTİNİN SIĞORTASI QAYDALARI 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


 



 



Bölmə I. Ümumi anlayışlar  

 

Əgər qaydaların məzmununda başqa cür nəzərdə tutulmamışdırsa, bu Qaydalarda istifadə olunan termin 

və ifadələr aşağıdakı mənaları daşıyır: 

 

Sığortalı - sığorta haqqı ödəyən və bu qaydalarla müəyyən edilmiş vəzifələrdə çalışan və ya bu sığorta 

qaydaları  ilə  müəyyən  edilmiş  vəzifələrdə  çalışan  əməkdaşlarının  sığorta  obyektindən  irəli  gələn 

məsuliyyətinin sığorta etdirilməsində sığorta marağı olan sığorta müqaviləsinin tərəfidir.

1

 



 

Sığorta  olunan  -  bu  qaydaları  nəzərə  almaqla,  direktor  (rəhbər  işçi)  vəzifəsini  tutmuş,  tutan,  yaxud, 

sığorta müddəti ərzində tutacaq hər hansı fiziki şəxs başa düşülür.  



 

Direktorlar (Rəhbər işçilər) - sığorta şəhadətnaməsinin qüvvədə olduğu müddətdən əvvəl və sığorta 

şəhadətnaməsinin qüvvədə olduğu müddət ərzində aşağıdakı vəzifələri tutan şəxslər: 

-

 

Direktorlar, direktor müavinləri, direktor vəzifələrini faktiki olaraq icra edən şəxs, idarə 



heyətinin sədri, baş menecer və ya şirkətin baş konsulu və ya risk meneceri də daxil olmaqla

menecer (və ya müvafiq yerli qanunvericiliyə uyğun olaraq ekvivalent rəhbər işçi) 

-

 

Audit komitəsi, təftiş komissiyası da daxil olmaqla və bununla məhdudlaşmayan hər hansı daxil 



komitə üzvü 

-

 



Şirkət üçün və ya onun adından çalışan hüquqşünas işçi 

 

Sığortaçı - sığorta fəaliyyətini həyata keçirmək üçün müvafiq lisenziyaya malik olan, sığorta 

müqaviləsində nəzərdə tutulan sığorta hadisəsi baş verdiyi halda qanunvericiliklə və ya müqavilə ilə 

müəyyən olunmuş qaydada sığorta ödənişini vermək öhdəliyi daşıyan sığorta müqaviləsinin tərəfi olan 

yerli hüquqi şəxs; 

 

Faydalanan şəxs(lər) - sığorta müqaviləsinə uyğun olaraq sığorta ödənişini almaq hüququ olan şəxs; 

 

Üçüncü tərəf - Sığortalının (sığorta olunanın) qanuna zidd hərəkətləri barədə məlumat verən hər hansı 

şəxs; 


 

Aktuari - qanunvericiliyə uyğun olaraq iqtisadi-riyazi hesablamalar aparmaqla sığorta haqlarının 

hesablanmasının əsaslarını müəyyən edən, həmçinin sığorta ehtiyatlarını hesablayan mütəxəssis;  

                                                           

1

 



Sığortalı sığorta müddəti ərzində istənilən vaxt sığortaçıya vəzifələrin siyahısı göndərmək və vəzifələrin siyahısına müstəqil şəkildə dəyişiklik 

etmək hüququna malikdir, bir şərtlə ki, belə düzəliş edilmiş vəzifələrin siyahısında göstərilmiş  bu qaydalarda nəzərdə tutulmuş direktor (rəhbər 

işçi) vəzifəsinə uyğun  vəzifələr olsun.  

Sığortalı sığorta müddəti ərzində istənilən vaxtda, Sığortaçıya müvafiq yazılı xəbərdarlıq verməklə, hazırkı sığorta şəhadətnaməsi üzrə sığorta 

təminatını öz qərarına görə aşağıdakı vəzifələrdən birini tutmuş və ya sığorta müddəti ərzində tutan və ya daşıyan hər hansı fiziki şəxsə şamil 

etmək hüququna malik ola bilər: 

şirkətin direktoru və ya şirkətin göstərişi ilə kənar təşkilatın direktoru vəzifəsinə təyin olunmuş vəzifəli şəxs; 

şirkətin, direktora qarşı hər hansı iddia üzrə, belə direktorun şüurlu şəkildə törətdiyi qanuna zidd hərəkəti ilə əlaqədar ikinci cavabdeh şəxs kimi 

cəlb olunmuş işçisi; 

əmək münasibətləri ilə əlaqədar qeyri-qanuni hərəkətlərlə əlaqədar şirkətin işçisi; 

sığorta qaydalarına əsasən sığortalının onun qanuna zidd hərəkətləri ilə əlaqədar iddia irəli sürülməsi nəticəsində meydana çıxan zərərə görə, 

həyat yoldaşı və ya birgə yaşadığı insan. Kənar administratorlar və kənar auditorlar sığortalılara aid deyildir. 

 



 

 



Sığorta tələbi - sığorta hadisəsi baş verdikdə sığortalının, sığorta olunanın və ya faydalanan şəxsin 

sığortaçıya öz vəzifələrini qanunvericiliyə və sığorta müqaviləsinə uyğun olaraq icra etməsi barədə 

müraciəti;  

 

Sığorta ödənişi – sığorta hadisəsi baş verdikdə, qanunvericiliyə, həmçinin sığorta müqaviləsinə uyğun 

olaraq sığortaçı tərəfindən ödənilən maliyyə kompensasiyası; 

 

Sığorta marağı - Sığorta marağı sığorta hadisəsinin baş verəcəyi təqdirdə sığortalının maliyyə itkisinə 

məruz qalması ehtimalı ilə şərtlənən və onun sığorta obyektini sığorta etdirmək hüququnun əsaslandığı 

mənafedir; 

 

Sığorta haqqı – risklərin qəbul edilməsi və ya bölüşdürülməsi müqabilində sığorta qanunvericiliyinə 

uyğun olaraq, sığorta müqaviləsində nəzərdə tutulan qaydada sığortalının sığortaçıya ödəməli olduğu pul 

məbləği; 

 

Sığorta riski və ya risk - sığorta obyekti ilə bağlı itkilərin və ya zərərlərin yaranmasına səbəb olan 

hadisənin baş verməsi və ya halın yaranması ehtimalı, həmçinin bu ehtimala qarşı sığortaçının üzərinə 

götürdüyü öhdəlik; 

 

Sığorta tarifi – sığorta haqqının hesablanması üçün aktuari hesablamalarına əsasən müəyyən edilən faiz 

dərəcəsi;  

 

Sığorta müqaviləsi - sığortalının müvafiq sığorta haqqı ödəməsi müqabilində bu sığorta ilə təminatda 

olan halın baş verməsi nəticəsində dəyən zərərin əvəzinin və ya razılaşdırılan pul məbləğinin 

ödənilməsinin sığortaçı tərəfindən öhdəlik kimi götürülməsi şərtlərinin təsbit edildiyi razılaşma; 

 

Sığorta şəhadətnaməsi - sığorta müqaviləsinin bağlanması faktını təsdiq edən, sığortaçı tərəfindən 

sığortalıya və (və ya) sığorta olunana verilən sənəd;  

 

Sığortanın müddəti – sığorta şəhadətnaməsinin qüvvədə olduğu və sığorta şəhadətnaməsində göstərilən 

müddət; 

 

Gözləmə müddəti - gözləmə müddəti, sığorta hadisəsi nəticəsində həmin müddət ərzində yaranan 

itkilərin sığorta təminatı ilə əhatə olunmayan və sığortalının üzərində qalan hissəsidir. 

 

Əhəmiyyətli hallar – Sığortaçının müqavilədən imtina etmək və ya onu məzmunu dəyişdirilmiş şəkildə 

bağlamaq qərarına təsir göstərə bilən hallar əhəmiyyətli sayılır; 

 

Sığortanın ərazisi – sığorta obyektinin sığortalanmış hesab olunduğu müəyyən ərazi hüdudları. 



 

İşçi  —  işəgötürənlə  fərdi  qaydada  yazılı  əmək  müqaviləsi  (kontrakt)  bağlayaraq  müvafiq  iş  yerində 

haqqı ödənilməklə çalışan fiziki şəxs. 

 

Şərtsiz  azadolma  məbləği

  - 

Azadolma  məbləği  sığorta  hadisəsi  nəticəsində  yaranan  itkilərin  və  ya 

dəyən  zərərin  sığorta  təminatı  ilə  əhatə  olunmayan  və  sığortalının  üzərində  qalan  hissəsidir

Sığortaçı 




Yüklə 314,22 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə