Siğorta müqaviLƏSİNDƏ başqa cür də şərtləndirilə bilər



Yüklə 314,22 Kb.
Pdf görüntüsü
səhifə2/12
tarix06.02.2018
ölçüsü314,22 Kb.
#26051
növüQaydalar
1   2   3   4   5   6   7   8   9   ...   12

 

qanunun yol verdiyi həddə və



 

Sığortaçı

 

tərəfindən ödəniləcəyi yazılı şəkildə



 

razılaşdırıldığı halda

 

zərərin


 

əvəzini ödəyəcəyi hesab edilir.  Sığorta Şəhadətnaməsində şərtləndirilmiş

 

şərtsiz azadolma  məbləği hər 



bir

 

zərərə  tətbiq  olunur



. 

Sığorta  şəhadətnaməsinə

 

əsasən  ödəniləcək  maksimal  məbləğ,  tətbiq  olunan 



şərtsiz  azadolma  məbləği 

istisna  olmaqla

məsuliyyət  həddinə



 

və  ya  yarım-həddə  bərabər  məbləğ 

olacaq.

 

 

İstintaq  –  aşağıda  göstərilmiş  şərtlər  nəzərə  alınmaqla  hər  hansı  Sığortalının  (sığorta  olunanın)  onun 

qanuna  zidd  hərəkətləri  ilə  əlaqədar  təhqiqat  və  istintaq  orqanı  tərəfindən  keçirilən  hər  hansı  rəsmi 

dinləmə, dindirmə və ya istintaq: 

(i)


 

sığortalı  (sığorta  olunan)  belə  dinləmədə,  dindirmə  və  ya  istintaqda  iştirak  etməyə  qanunla 

məcbur olsun;  

(ii)


 

belə təhqiqat və istintaq orqanı Sığortalının belə rəsmi dinləmə, dindirmə və ya istintaq obyekti 

olduğunu yazılı şəkildə müəyyənləşdirmiş olsun. Sığortalının istintaqda iştirak etməyə gəlmək 

öhdəliyi ilk dəfə meydana çıxdığı zaman və ya Sığortalının belə rəsmi dinləmə, dindirmə və ya 

istintaq  obyekti  olduğu  ilk  dəfə  yazılı  şəkildə  müəyyən  edildiyi  halda,  İstintaq  ilk  dəfə 

keçirilmiş hesab olunacaq. Rəsmi dinləmələrə, dindirmələrə və ya istintaqlara adi yoxlamalar, 

təftişlər və ya müəyyən edilmiş tələblərə əməl olunmasına nəzarət, daxili (xidməti) istintaqlar və 

məqsədi  bilavasitə  sığortalı  deyil,  təşkilatın  fəaliyyət  sferasının  ümumi  yoxlanılması  olan  hər 

hansı istintaqlar, təftişlər, yoxlamalar aid edilmir. 

 

Sığorta  hadisəsi  -  Sığortalının  üçüncü  tərəflərə  dəymiş  zərəri  ödəmək  öhdəliyinin,  və  /və  ya  bu 

qaydalarla  müəyyən  edilmiş  sığorta  təminatının  həcminə  müvafiq  olaraq,  iddia  (sığorta  tələbi)  ilə 

əlaqədar sığortalanmış xərclərin çəkilməsi üçün əsaslı zərurətin meydana çıxması başa düşülür. 

 

Sığorta  məbləği-  Sığorta  məbləği  sığortalanmış  risklər  üzrə  sığortaçının  öhdəliyinin  son  həddidir. 

Sığorta məbləği qanunvericiliklə və ya sığorta müqaviləsi ilə müəyyənləşdirilir. SIĞORTA MƏBLƏĞİ 

tətbiq olunan şərtsiz azadolma məbləğini çıxmaqla ödənilir.  

 

ABŞ tələbi - Amerika Birləşmiş Ştatları ərazisində irəli sürülən və ya müdafiə olunan, yaxud, Amerika 

Birləşmiş  Ştatlarının,  onun  ştatlarının,  vilayətlərinin,  ərazilərinin  və  ya  torpaqlarının  hər  hansı 

qanunlarına əsaslanan hər hansı iddia başa düşülür. 

 

Müdafiə xərcləri  - Sığorta şəhadətnaməsinə başqa cür nəzərdə tutulmamışdırsa, Sığortalı tərəfindən və 

ya onun adından Sığortaçının əvvəlcədən verilmiş yazılı razılığı (verilməsi əsassız olaraq rədd edilə və 

ləngidilə  bilməz)  ilə  çəkilən,  iddia  ilə  əlaqədar  istintaq,  müdafiə  və  ya  apelyasiya  üçün  və  ya  iddia  ilə 

əlaqədar digər əsaslandırılmış və zəruri tədbirlərin görülməsi üçün tələb olunan əsaslandırılmış və zəruri 

xərcləri,  məsrəfləri,  ödənişləri  və  haqları  bildirir.  Müdafiə  xərclərinə  məhkəməyə  gəliş  üçün  zəmanət 

verilməsi  ilə,  apelyasiya  üzrə  əks  tərəfin  çəkdiyi  xərclərin  əvəzinin  ödənilməsinə  zəmanət  öhdəliyi  ilə, 

əmlaka  həbs  qoyulması  ilə  əlaqədar  zərərlərin  əvəzinin  ödənilməsinə  zəmanətlə  bağlı  xərclər  daxildir 

(hər  hansı  belə  zəmanət  üçün  müraciət  etmək  və  ya  ərizə  vermək  öhdəliyi  istisna  olmaqla).  Müdafiə 

xərclərinə  hər  hansı  direktorun  (rəhbər  işçinin)  əmək  haqları,  maaşları,  yaxud,  başqa  ödənişləri,  və  ya 

şirkətin  hər  hansı  daxili  xərcləri  və  ya  məsrəfləri  daxil  deyildir.  Müdafiə  xərclərinə  sığortanın  şamil 

olunduğu iddianın müdafiəsi ilə bağlı qiymətləndirmə aparmaq, hesabat hazırlamaq, dəlilləri yoxlamaq, 

müayinə  etmək  və  ya  əks  dəlillərlə  təkzib  etmək  üçün  Sığortalının  adından  Sığortaçı  tərəfindən 

akkreditasiyalı  ekspert  qismində  təsdiqlənmiş  vəkil  üçün  ödənilən  əsaslandırılmış  xərclər,  məsrəflər, 

ödənişlər və xidmət haqları daxildir. 




 



 



Aşkaretmə  müddəti  -  Sığorta  şəhadətnaməsinin  müddətinin  bitməsi  və  ya  vaxtından  əvvəl 

dayandırılması  (sığorta  haqqının  ödənilməməsi  səbəbindən  ləğvi  halları  istisna  olmaqla)  anından 

başlanan müddəti bildirir ki, bu müddət ərzində Sığortalı belə müddət çərçivəsində Sığorta müddətinin 

başa  çatmasına  qədər  baş  vermiş  qanuna  zidd  hərəkətlər  ilə  əlaqədar  irəli  sürülən  iddialar  barədə 

məlumat verə bilər. 

 

Hüquqi təmsilçilik xərcləri - Sığortalının Sığortaçıdan əvvəlcədən yazılı razılıq alması (bu cür razılıq 

əsassız  olaraq  rədd  edil\  və  ya  əsassız  olaraq  ləngidilə  bilməz)  ilə  çəkdiyi,  istintaq  (təhqiqat)  və  ya 

məhkəmə  istintaqında  iştirakı  qanunla  məcburi  hesab  edildiyi  halda  hüquqi  təmsilçilik  məqsədi  ilə 

ödənilən əsaslı və zəruri xərclər başa düşülür.  



 

Zərər dedikdə, iddia ilə əlaqədar hər hansı məbləğlər başa düşülür. İddiaya aşağıdakılar daxildir: 

a)

 



Müdafiə xərcləri; 

b)

 



İctimaiyyətlə əlaqələr üzrə xərclər; 

c)

 



Hüquqi təmsilçilik xərcləri. 

 

Aşağıdakılar zərərə aid deyildir: 



a)

 

Sığortaya cəlb olunmayan cərimələr və haqlar



b)

 

Vergi ödənişləri və vergi sanksiyaları; 



c)

 

Kompensasiya  xarakteri  daşımayan,  o  cümlədən,  cəza  kimi  müəyyən  edilmiş  ödənişlər, 



məhkəmə tərəfindən müəyyən edilmiş zərəri aşan məbləğlər

d)

 



İşçilərin gəlirləri

e)

 



Qanuna görə sığortaya cəlb olunmayan məsələlər. 

 

Yuxarıda  qeyd  olunanlara  baxmayaraq,  əmək  münasibətləri  ilə  əlaqədar  qanuna  zidd  hərəkətləri 



iddialardan istisna etməklə zərərə bütün iddialara aid olan cərimə ödənişləri və çoxqat məbləğdə alınan 

zərər  (hər  hansı  itkilər)  (qüvvədə  olan  qanunvericiliyə  müvafiq  tətbiq  olunarsa)  daxildir  (sığorta 

şəhadətnaməsinin  digər  şərtləri  və  məhdudiyyətləri,  o  cümlədən,  gəlirlərə,  mənfəətə  və  ya  qəsdlə 

törədilən cinayətlərə aid olan istisnalar nəzərə alınmaqla). 



 

Çirkləndirici maddələr – bərk, maye və ya qaz halında olan, bioloji, radioloji və ya isti qıcıqlandırıcı və 

ya çirkləndirici təsirə malik hər hansı maddə, o cümlədən, lakin bununla məhdudlaşmamaq şərtilə, tüstü, 

buxar,  zəhərli  kif  göbələkləri,  duda,  qazlar,  turşular,  qələvilər,  hər  hansı  nüvə  və  ya  radioaktiv 

materiallar,  kimyəvi  maddələr,  atmosferə  buraxılan  tullantılar,  qoxular,  silisium  birləşmələri,  çirkab 

sular, neft və neft məhsulları, tibbi tullantılar, asbest, asbest tərkibli məhsullar, kif, göbələklər və göbələk 

mənşəli  məhsullar,  qurğuşun  və  qurğuşun  tərkibli  maddələr,  eləcə  də,  tullantılar  başa  düşülür. 

Tullantılara,  emal  olunmuş,  bərpa  olunmuş  və  regenerasiya  olunmuş  materiallar.  Lakin  çirkləndirici 

maddələrin siyahısı sadalananlarla məhdudlaşmır.  



 

Qiymətli  Kağızlar  –    Sığortalı  tərəfindən  buraxılan  aşağıdakı  qiymətli  kağızlardan  hər  hansı  birini 

bildirir: 

a)

 

Səhmlər,  istiqraz  vərəqələri,  digər  buraxılan  qiymətli  kağızlar,  borc  qəbzləri,  borc  sənədləri, 



veksellər və ya digər qiymətli borc kağızları; eləcə də: 


Yüklə 314,22 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə