Siğorta müqaviLƏSİNDƏ başqa cür də şərtləndirilə bilər



Yüklə 314,22 Kb.
Pdf görüntüsü
səhifə7/12
tarix06.02.2018
ölçüsü314,22 Kb.
#26051
növüQaydalar
1   2   3   4   5   6   7   8   9   ...   12

 

14 


a)

 

Sığortalı sövdələşməyə aid sənədləri baxılmaq üçün Sığortaçıya əlavə olaraq təqdim etməlidir; 



və 

b)

 



Sığortalı  Sığortaçının  tələblərinə  müvafiq  olaraq  təqdim  olunmuş  yeni  sığorta  təminatına  görə 

müvafiq sığorta haqqını ödəməlidir. 

 

5.3.  Sığorta  müddəti  ərzində  qiymətli  kağızların  buraxılması  və  yeni  buraxılışların  qeydiyyata 

alınması 

5.3.1. Əgər sığorta müddəti ərzində Sığortalının qiymətli kağızlarının yeni ictimai (açıq abunə ilə) və ya 

özəl (qapalı abunə ilə) yerləşdirilməsi və ya belə qiymətli kağızların başqa fond birjasında qiymət təyini 

zamanı  sığortalı  sığortaçıya  emissiya  prospektlərini,  fond  birjalarına,  bazarlara,  səlahiyyətli  nəzarət 

orqanlarına  və  tənzimləyici  dövlət  orqanlarına  təqdim  olunan  sənədləri,  eləcə  də,  qiymətli  kağızların 

faktiki və ya nəzərdə tutulan özəl (qapalı abunə ilə) və ya ictimai (açıq abunə ilə) yerləşdirilməsi üçün 

hazırlanmış,  emissiya  ilə  əlaqədar  informasiyanın  aşkarlanmasına  dair  digər  sənədləri  təqdim  edərsə, 

qiymətli  kağızların  belə  açıq  emissiyası  və  ya  fərdi  yerləşdirilməsi  və  ya  fond  birjasında  yeni  qiymət 

təyini  üçün  sığorta  təminatı  Sığortaçı  tərəfindən,  onun  öz  qərarına  görə  təmin  oluna  bilər.  Belə  əlavə 

sığorta təminatının verilməsi üçün Sığorta şəhadətnaməsinin müddəalarında və şərtlərində dəyişikliklərin 

edilməsi və /və ya riskin artmasını nəzərə alaraq, əsaslandırılmış əlavə sığorta haqqının ödənilməsi tələb 

oluna bilər.  

5.3.2.  Yuxarıda  qeyd  olunmuş  bəndə  müvafiq  olaraq,  Sığortalı  və  Sığortaçı  Sığorta  Şəhadətnaməsində 

dəyişikliklərin edilməsi barədə razılığa (o cümlədən, əlavə sığorta haqqının ödənilməsi barədə razılığa) 

gəlməzlərsə, bu halda Sığortaçı Sığortalı tərəfindən qiymətli kağızların faktiki və ya fərdi yerləşdirilməsi 

və  ya  sığorta  müddəti  ərzində  baş  verən,  qiymətli  kağızların  başqa  fond  birjasında  qiymət  təyini 

hadisəsinə  əsaslanan,  belə  hadisənin  nəticəsi  olan  və  ya  ona  aid  olan  iddia  ilə  əlaqədar  zərərin 

ödənilməsinə  cavabdehlik  daşımamalıdır.  Hər  hansı  zərər  üzrə  sığorta  təminatı,  bu  bənddə  göstərilən 

zərər istisna olmaqla, dəyişməz qalmalıdır. 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 



 

15 


 

 

 

 

 

Bölmə IV. İstisnalar 

 

Sığorta şəhadətnaməsinə başqa cür razılaşdırılmayıbsa, Sığortaçı və Sığortalı Sığortaçının aşağıdakılarla 

əlaqədar zərər ödənilməsinə görə cavabdehlik daşımadığı barədə razılığa gəlirlər: 

 

1. Dələduzluq və qeyri-etik davranış 

1.1. Sığortalı tərəfindən aşağıdakı əməllərin törədilməsinə əsaslanan, bunun nəticəsi olan, buna aid olan 

və ya hər hansı başqa qaydada əlaqədar olan hər hansı iddia: 

a)

 

Vəzifə öhdəliklərinin qəsdən pozulması; 



b)

 

Qəsdən cinayət törədilməsi və ya qəsdən fırıldaqçı hərəkətlərə yol verilməsi; 



c)

 

Qanunvericiliyin, normativ-hüquqi aktların və qaydalarının qəsdən pozulması; 



d)

 

Sığortalının qeyri-qanuni şəkildə şəxsi mənfəət və ya üstünlük əldə etməsi. 



 

Bu şərtlə ki, yuxarıda qeyd olunan əməllər məhkəmənin son qərarı ilə müəyyən edilmiş olsun. 

1.2.  Sığortalının  ona  cərimə  qoyulması  şəklində  cinayət  məsuliyyətinə  cəlb  olunması  barədə  qərarın 

qəbul edilməsi özlüyündə, onun tərəfindən qəsdən cinayət və ya qəsdən fırıldaq əməlinin törədilməsinə 

kifayət  qədər  sübut  deyildir.  Sığortalı  tərəfindən  qeyd  olunan  əməllərin  törədilməsi  faktı,  yuxarıda 

göstərildiyi  kimi,  məhkəmənin  qərarı  ilə  müəyyən  edilməlidir.  Buna  baxmayaraq,  Sığortaçı  Sığortalı 

əleyhinə, Sığortalının yuxarıda göstərilmiş qəsdən cinayət və ya qəsdən fırıldaq əməllərinə görə müvafiq 

cinayət işi qaldırılarsa, Sığorta şəhadətnaməsi üzrə sığorta ödənişinin (müdafiə xərclərinin ödənişi istisna 

olmaqla)  ödənməsini  məhkəmənin  son  qərarının  verilməsinə  qədər  dayandırılmaq  hüququna  malikdir. 

Sığortalı məhkəmənin son qərarı əsasında yuxarıda qeyd olunmuş qəsdən cinayət və ya qəsdən fırıldaq 

əməlinin törədilməsində günahkar hesab edilərsə, Sığortalı ona müdafiə xərclərinin ödənilməsi hüququna 

malik deyil, lakin belə müdafiə xərcləri artıq Sığortaçı tərəfindən ödənilmiş olarsa, belə ödənişlər dərhal 

Sığortaçıya qaytarılmalıdır. 

 

2. Öncədən məlum məsələlər və bildirişlər 

2.1.  Davranışa,  faktlara,  hadisələrə  və  ya  məsələlərə,  o  cümlədən,  qanuna  zidd  hərəkətlərə  əsaslanan, 

onların nəticəsi olan, onlara aid olan və ya hər hansı şəkildə onlarla əlaqədar olan: 

a)

 

Sığorta  şəhadətnaməsinin  qüvvəyə  minməsindən  əvvəl  qüvvəyə  minmiş  hər  hansı  sığorta 



şəhadətnaməsinə görə hər hansı bildirişin bütövlükdə və ya qismən mövzusu olan, yaxud, daha 

əvvəl  verilmiş  belə  bildirişdə  göstərilən  eyni  və  ya  xeyli  dərəcədə  uyğun  faktlardan  və  ya 

vəziyyətlərdən asılı olan və ya onlarla əlaqədar olan; və ya 

b)

 



Qüvvəyə minmə tarixinə və tamamilə və ya qismən baş vermiş, yaxud tamamlanmamış hər hansı 

iddia, məhkəmə prosesinin mövzusu olan, barəsində Sığortalının xəbərdar edildiyi, yaxud, belə 

iddia, məhkəmə prosesində və ya arbitraj icraatında bildirilmiş eyni və ya xeyli dərəcədə uyğun 

faktlardan və ya məsələlərdən asılı olan və ya onlarla əlaqədar olan; 

c)

 

Ərizə formasında ədalətli açıqlanmış hər hansı iddia. 



 

3. Sığortalı və ya kənar təşkilat tərəfindən ABŞ tələbləri 


Yüklə 314,22 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə