Siğorta müqaviLƏSİNDƏ başqa cür də şərtləndirilə bilər



Yüklə 314,22 Kb.
Pdf görüntüsü
səhifə6/12
tarix06.02.2018
ölçüsü314,22 Kb.
#26051
növüQaydalar
1   2   3   4   5   6   7   8   9   ...   12

 

12 


 

 

 

 

Bölmə III. Sığorta şəhadətnaməsinin təminat həcminin genişləndirilməsi 

 

Sığortaçı  ilə  xüsusilə  razılaşdırılaraq  sığorta  şəhadətnaməsində  göstərilmiş  təminat  həcmi  aşağıdakı 



qaydada genişləndirilə bilər: 

 

1.   Əvvəlcədən nəzərdə tutula bilməyən xərclərin ödənilməsi 

1.1.  Sığortalı  tərəfindən  müdafiə  xərcləri  və  ya  hüquqi  təmsilçilik  xərcləri  çəkilənə  qədər  Sığortalının 

yazılı  təsdiqi  əsaslı  şəkildə  əldə  oluna  bilmədiyi  halda,  Sığortaçı  Sığortalının  çəkdiyi  belə  əvvəlcədən 

nəzərdə tutula bilməyən xərclərə görə, Sığortalının Sığortaçının əsaslandırılmış yazılı razılığını tələb edə 

bildiyi vaxta qədər öz retrospektiv (əks təsirə malik olan) təsdiqini verməyə razılaşır.  

Lakin Sığortalı əvvəlcədən nəzərdə tutula bilməyən xərclərin ödənilməsinə zərurət yaratmış iddia və ya 

istintaq barədə Sığortaçını mümkün qədər tez bir zamanda xəbərdar etməlidir. Əvvəlcədən nəzərdə tutula 

bilməyən xərclər sığorta şəhadətnaməsi üzrə sığorta təminatının tam və ya qismən şamil edilmədiyi iddia 

ilə  əlaqədar  ödənilərsə,  yaxud,  belə  iddia  sığorta  təminatından  çıxarılması  müəyyən  edilərsə,  bu  halda 

sığorta təminatının şamil edilmədiyi şəxslərə görə və ya şəraitlərlə əlaqədar ödənilmiş bütün məbləğlər 

belə sığorta təminatına hüququ çatmayan şəxsin tələbi ilə Sığortaçıya qaytarılmalıdır. 

 

2. Hüquq təmsilçiləri və hüquq varisləri 

2.1. Sığortalının ölümü, əmək qabiliyyətini itirməsi, ödəmə qabiliyyətinin olmaması və ya müflisləşməsi 

halında, iddia nəticəsində meydana çıxan zərəri Sığortalının hüquq təmsilçilərinə və ya hüquq varislərinə 

ödəyəcək, lakin o şərtlə ki, belə iddia hüquq təmsilçilərinin və ya varislərinin deyil, yalnız Sığortalının 

özünün  qanuna  zidd  hərəkətinə  əsaslansın.  Bu  sığorta  təminatı  yalnız  iddia,  sığorta  müddəti  və  ya, 

müvafiq olarsa, aşkaretmə müddəti ərzində ilk dəfə irəli sürüldüyü və bildirildiyi hallarda tətbiq olunur, 

bu  şərtlə  ki,  belə  iddiaya  sığorta  şəhadətnaməsinə  müvafiq  olaraq,  bilavasitə  Sığortalı  qarşısında  irəli 

sürülmüş sığorta təminatı şamil edilmiş olsun. 

 

3. Birgə əmlak cavabdehliyi 

3.1.  Sığortaçı  Sığortalının  qanuni  həyat  yoldaşına  qarşı  iddia  nəticəsində  meydana  çıxmış  zərəri,  iddia 

sırf onların birgə əmlakı ilə əlaqədar irəli sürülərsə, ödəyəcək. Bu sığorta təminatı yalnız iddia, sığorta 

müddəti  və  ya,  müvafiq  olarsa,  aşkar  etmə  müddəti  ərzində  ilk  dəfə  irəli  sürüldüyü  və  bildirildiyi 

hallarda  tətbiq  olunur,  bu  şərtlə  ki,  belə  iddia  sığorta  şəhadətnaməsinə  müvafiq  olaraq,  bilavasitə 

Sığortalı  qarşısında  irəli  sürülmüş  sığorta  təminatı  şamil  edilmiş  olsun.  Sığortalının  qanuni  həyat 

yoldaşının qanuna zidd hərəkəti ilə əlaqədar iddiaya heç bir sığorta təminatı şamil edilmir. 

 

4Aşkaretmə müddəti 

4.1.  Sığorta  müddətinin  başa  çatmasından  və  ya  sığorta  şəhadətnaməsinin  vaxtından  əvvəl 

dayandırılmasından  sonra  (sığorta  haqqının  ödənilməməsi  səbəbindən  dayandırılma  istisna  olmaqla) 

sığorta şəhadətnaməsinin müddəti uzadılmırsa və ya o, direktorların və rəhbər işçilərinin cavabdehliyinin 

sığortalanması üzrə başqa bir müqavilə ilə əvəz olunmursa, Sığortalı aşkaretmə müddəti hüququna malik 

ola bilər: 

a)

 



avtomatik verilən 60 gün; və ya 

b)

 



əlavə sığorta haqqının ödənilməsindən sonra, sığorta şəhadətnaməsində göstərilmiş müddəti 


 

13 


Sığortalı aşkaretmə müddətinin verilməsini yazılı şəkildə tələb edə və Sığortaçı tərəfindən tələb edilmiş 

müvafiq  əlavə  sığorta  haqqını  sığorta  müddətinin  başa  çatmasına  və  ya  sığorta  şəhadətnaməsinin 

vaxtından əvvəl dayandırılmasına qədər, yaxud, Sığortalı və Sığortaçı arasında razılaşdırılmış və sığorta 

şəhadətnaməsində  göstərilmiş  hər  hansı  başqa  müddətlərdə  ödəyə  bilər.  Aşkaretmə  müddətinin 

verilməsinə  görə  ödəniləcək  heç  bir  sığorta  haqqı  geri  qaytarılmır.  Sığorta  şəhadətnaməsi  sığorta 

haqqının ödənilməməsi səbəbindən xitam edildiyi halda, aşkaretmə müddəti təmin edilmir. 

 

5. Risk dərəcəsinin dəyişməsi 

5.1. Törəmə cəmiyyət (şirkət) 

Sığortalının  hər  hansı  törəmə  cəmiyyətə  (şirkətə)  aid  sığorta  təminatı  yalnız  belə  təşkilatın  törəmə 

cəmiyyət  (şirkət)  olduğu  müddət  ərzində,  o  cümlədən,  aşağıdakı  hallarda  baş  vermiş  qanuna  zidd 

hərəkətlərə tətbiq olunur: 

5.1.1  Əgər  Sığortalı  sığorta  müddəti  ərzində  aşağıda  sadalananlara  uyğun  gələn  törəmə  cəmiyyəti 

yaradar və ya əldə edərsə:  

a)

 

Aktivlərin dəyəri sığorta şəhadətnaməsində göstərilmiş aktivlərin ümumi dəyərini aşmayan 



b)

 

Amerika  Birləşmiş  Ştatlarından  və  ya  Amerika  Birləşmiş  Ştatlarının  tabeçiliyində  olan 



ərazilərindən kənarda qeydiyyatdan keçən; və ya 

c)

 



Amerika  Birləşmiş  Ştatlarında  birjaların  və  digər  ticarət  təşkilatçılarının  qiymət  təyini 

siyahılarına daxil olan qiymətli kağızlara sahib olmayan; və ya 

d)

 

Sığorta müddətinin başlanğıc tarixinə xalis aktivləri mənfi olmayan hər hansı törəmə cəmiyyəti 



(şirkəti). 

Bu  halda,  sığorta təminatı belə  törəmə  cəmiyyətin  (şirkətin)  sığortalısına,  törəmə  cəmiyyətin  (şirkətin) 

satın alındığı və ya yaradıldığı andan baş vermiş qanuna zidd hərəkətlərlə əlaqədar iddiaya şamil edilir. 

5.1.2.  Törəmə  cəmiyyətin  (şirkətin)  satın  alınması  və  ya  yaradılması  zamanı  5.1.1  maddəsinin  şərtləri 

yerinə  yetirilməzsə,  Sığortalı belə  törəmə  cəmiyyətə  (şirkətə)  sığorta təminatının  verilməsi ilə  əlaqədar 

qərarları qəbul etməsi üçün Sığortaçıya 45 gün ərzində bütün zəruri məlumatları təqdim etməlidir. 

5.1.3.  Sığortaçının  tələbi  ilə  əlavə  informasiyanın  təqdim  edilməsi,  əlavə  sığorta  haqqının  ödənilməsi, 

eləcə  də,  Sığortaçının  tələb  etdiyi  və  Sığortalının  qəbul  etdiyi  əlavə  şərtlərin  və  müddəaların  əlavə 

razılaşdırılması şərtilə, sığorta şəhadətnaməsindən irəli gələn sığorta təminatı: 

a)

 



Belə  törəmə  cəmiyyətin  (şirkətin)  satın  alınmasından  və  ya  yaradılmasından  sonra  baş  verən 

qanuna zidd hərəkətin törədilməsinə görə, 5.1.1 maddələrin tələblərinə cavab verməyən törəmə 

cəmiyyətin (şirkətin) Sığorta olunanlarına şamil oluna bilər; 

b)

 



Hər  hansı  törəmə  cəmiyyətin  (şirkətin)  satın  alınması  anına  qədər,  belə  törəmə  cəmiyyətin 

(şirkətin) direktorlarının və rəhbər işçilərinin qanuna zidd hərəkətlərinə görə şamil olunur.  

c)

 

Sığorta  təminatı  əvvəlki  müddət  ərzində  satın  alınmış  və  ya  yaradılmış  hər  hansı  törəmə 



cəmiyyətə  (şirkətə)  tətbiq  olunur,  bu  şərtlə  ki,  Sığortaçı  belə  sığorta  təminatının  verilməsinə 

yazılı razılıq versin. 

 

5.2. Sövdələşmə /Əməliyyat 

5.2.1.  Əgər  sığorta  müddəti  ərzində  sövdələşmə  həyata  keçirilərsə,  sığorta  şəhadətnaməsi  üzrə  sığorta 

təminatı  yalnız  sövdələşmənin  qüvvəyə  minməsinə  qədər  törədilmiş  qanuna  zidd  hərəkətlərə  tətbiq 

olunur.  Sığortalı  hər  hansı  sövdələşmə  barədə  Sığortaçıya  mümkün  qədər  qısa  zamanda,  lakin 

sövdələşmənin  qüvvəyə  mindiyi  andan  etibarən  30  gündən  gec  olmayaraq,  məlumat  verməlidir.  Bu 

halda,  Sığortaçı  aşağıdakı  şərtlərə  əməl  etməklə,  sövdələşmənin  bağlanması  ilə  əlaqədar  olaraq  yeni 

şərtlərlə sığorta təminatını təqdim edə bilər: 



Yüklə 314,22 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə