Siğorta müqaviLƏSİNDƏ başqa cür də şərtləndirilə bilər



Yüklə 314,22 Kb.
Pdf görüntüsü
səhifə9/12
tarix06.02.2018
ölçüsü314,22 Kb.
#26051
növüQaydalar
1   ...   4   5   6   7   8   9   10   11   12

 

18 


əmlakın dağıdılması və ya zədələnməzi nəticəsində birbaşa və ya dolayı yolla baş vermiş hər hansı itki 

və zərər və ya hal. 



 

 

 

 

Bölmə  V. Ümumi şərtlər 

 

1. Bildiriş və iddia barədə məlumat verilməsi şərtləri 

1.1.  Sığortalı  əleyhinə  hər  hansı  iddiabarədə  məlumat  Sığortaçıya  mümkün  qədər  tez  bir  zamanda  və 

sığorta ərzində (və ya tətbiq olunan aşkar etmə müddəti ərzində) bildirilməlidir. Hər hansı iddia barədə 

bildirişə bütün təfsilatlar, o cümlədən: (i) iddia barədə ətraflı məlumat, (ii) iştirakçı tərəflərin adları, (iii) 

məhkəmə  prosedurunun  başlanmasını  göstərən  hər  hansı  sənədin  surəti,  hər  hansı  rəsmi  istintaq, 

dindirmə  və  ya  təhqiqat  işi  barədə  hər  hansı  yazılı  bildiriş  və  /və  ya  hər  hansı  yazılı  xidmət  və  ya  pul 

tələbi daxil olmalıdır. 

1.2. Əgər sığorta müddəti ərzində (və ya tətbiq olunan aşkaretmə müddəti ərzində) iddia qaldırılmasına 

səbəb olacaq hər hansı vəziyyət məlum olarsa, Sığortalı belə vəziyyət barədə Sığortaçıya yazılı şəkildə 

məlumat  verməlidir.  Məlumata  iddianın  meydana  çıxma  mümkünlüyünün  ehtimal  olunan  səbəbləri, 

eləcə də, yaranmış vəziyyət barədə Sığortalıya məlum olan dərəcədə ətraflı məlumat daxil olmalıdır. 

1.3. Əgər iddia və ya vəziyyət barədə bildiriş sığorta şəhadətnaməsinə müvafiq olaraq təqdim olunarsa, 

belə  ilkin  iddiada  bildirilmiş  və  ya  vəziyyət  barədə ilkin  bildirişdə  açıqlanmış  hadisələrə  və  ya  qanuna 

zidd hərəkətlərə əsaslanarsa və ya onlara aidiyyatı olarsa, ilkin bildirişin təqdim edildiyi anda  Sığortalı 

qarşısında ilk dəfə irəli sürülmüş kimi hesab edilməlidir. 

1.4.  Sığortalının  müəyyən  maliyyə  vəsaitləri  tələb  edən  (və  ya  müəyyən  maliyyə  vəsaitləri  ödənilmiş 

olduqda) istintaqda iştirakının vacibliyini göstərən bildirişin təqdim edilməsi bu cür istintaqın sığortalıya 

münasibətdə ilk dəfə keçirilməsi kimi qəbul olunur. 

 

2. Müdafiə və əməkdaşlıq 

2.1.  Sığortalı  iddiaya  qarşı  müdafiə  olunmaq  üçün  tədbirlər  görməli  və  istintaqda  iştirakını  təmin 

etməlidir.  Sığortaçı  sığorta  şəhadətnaməsi  çərçivəsində  hər  hansı  iddia  baxılmasında  və  ya 

tənzimlənməsində  Sığortalı  ilə  birlikdə  iştirak  etmək,  eləcə  də,  Sığortalının  belə  iddia  ilə  əlaqədar 

görmək  niyyətində  olduğu  hər  hansı  tədbirlər  barədə  Sığortalıya  məsləhət  vermək  hüququna  malikdir. 

Sığortalı Sığortaçıya hər hansı iddianın baxılması və tənzimlənməsi və sığorta ödənişlərinin ödənilməsi 

ilə əlaqədar bütün zəruri etibarnamələri və sənədləri təqdim etməlidir. 

2.2.  Sığortalı  tərəfindən  təklif  olunan  vəkillər,  hüquqşünaslar  və  digər  məsləhətçilər  təyin  olunmazdan 

əvvəl Sığortaçı tərəfindən təsdiqlənməlidir. Belə təsdiqlin verilməsinə, o cümlədən, Sığortaçı və Sığortalı 

arasındakı hər hansı ziddiyyətlərlə əlaqədar olaraq ayrıca təmsilçilik ehtiyacının təsdiqlənməsinə əsassız 

olaraq imtina edilməməlidir. 

2.3.  Sığortalı  Sığortaçının  yazılı  təsdiqi  olmadan,  hər  hansı  iddia  tənzimlənməsi  cavabdehliyi 

götürməməli  və  hər  hansı  müdafiə  xərclərini  və  ya  təmsilçilik  xərclərini  çəkməməlidir.  Sığortaçı 

tərəfindən belə təsdiqin verilməsinə əsassız olaraq imtina edilməməli və ya verilməsi ləngidilməməlidir. 

Sığortaçı özünün yazılı razılığını vermədiyi heç bir zərər, tənzimlənməyə, razılaşmaya və ya götürülmüş 

öhdəliyə görə cavabdehlik daşımayacaq. 

2.4. Sığortalı Sığortaçıya  iddianın tənzimlənməsində mane ola biləcək, o cümlədən, lakin məhdudiyyət 

qoyulmadan, subroqasiya və ya başqa analoji hüquqlar baxımından heç bir tədbir görməməlidir. 




 

19 


2.5. İddia bir neçə Sığortalı tərəfindən irəli sürüldüyü halda Sığortalı Sığortaçının belə iddia ilə əlaqədar 

hər hansı başqa Sığortalı ilə əlaqə saxlamaq öhdəliyi daşımayacağı ilə razılaşır. 

 

3. Müdafiə xərclərinin avans kimi ödənilməsi  

3.1. Sığortaçının əvvəlcədən yazılı razılığının olması (bu cür razılığın verilməsinə heç bir əsas olmadan 

imtina  edilə  və  ya  verilməsi  heç  bir  əsas  olmadan  ləngidilə  bilməz)  şərtilə,  hər  bir  iddia  ilə  əlaqədar 

Sığortaçı  Sığortalıya  və  ya  onun  adından,  məhkəmənin  son  qərarı  verilənə  kimi,  çəkildiyi  həddə  və 

istənilən  halda,  belə  xərclərlə  əlaqədar  əsaslı  tələbin  alındığı  andan  90  gün  ərzində,  müdafiə  xərclərini 

ödəməlidir.  İddia  və  ya  onun  bir  hissəsinin  sığorta  şəhadətnaməsi  üzrə  sığorta  təminatı  ilə  təmin 

olunmayacağı və ya belə sığorta təminatından kənarlaşdırıldığı aşkar olunarsa, bu halda, sığorta təminatı 

ilə təmin olunmamış hər hansı tərəfə və ya məsələyə aid avans ödənilmiş bütün məbləğlər (o cümlədən, 

xərclərin  bölüşdürülməsi  nəzərə  alınaraq),  belə sığorta  təminatına  hüququ  olmayan  Sığortalı  tərəfindən 

Sığortaçıya  ödənilməlidir.  Bu  şərt  hər  hansı  istintaqla  əlaqədar  hüquqi  təmsilçilik  xərclərinə  də  eyni 

qaydada tətbiq olunmalıdır. 

 

4. İddianın tənzimlənməsi 

4.1. Sığortalı iddianın məhkəmədənkənar həll olunması ilə bağlı Sığortaçının hər hansı tövsiyəsinə əməl 

etməyə razı olmazsa və məhkəməyə müraciət üstünlük verərsə, bu halda Sığortaçının iddia ilə əlaqədar 

cavabdehliyi Sığortalının Sığortaçının tövsiyəsindən imtina etdiyi tarixədək iddianın məhkəmədənkənar 

həlli  zamanı  ödənilə  biləcək  məbləğin  həcmini  (müdafiə  xərcləri  və  digər  ödənişlər  daxil  olmaqla) 

aşmamalıdır. 

4.2.  Sığorta  şəhadətnaməsində  və  ya  qanunvericilikdə  başqa  cür  nəzərdə  tutulmayıbsa,  sığorta  ödənişi 

(zərər görə ödəniş) Sığortalının yazılı tələbi əsasında Sığortaçı tərəfindən ödənilir və ya ödənişə sığorta 

şəhadətnaməsi şərtlərinin və müddəalarının  Sığortaçıya təqdim olunacaq bütün sənədlərin (və ya onların 

lazımi qaydada təsdiqlənmiş surətlərinin) təqdimindən sonra 30 gün ərzində imtina edilir. 

4.3. Sığorta ödənişi (zərər görə ödəniş) Sığortaçı tərəfindən , Sığortaçının təqdim etdiyi  Sığorta Aktına 

(əlavə olunur) müvafiq olaraq həyata keçirilir. 

4.4.  Hər  hansı  zərərin  ödənilməsindən  sonra  Sığortaçı,  qanunvericiliyə  və  ya  sığorta  şəhadətnaməsinə 

müvafiq  olaraq,  Sığortalının  ödənişi  əldə  etməyə  bütünlüklə  və  ya  qismən  hüququ  çatmadığını  aşkar 

edərsə, Sığortalı alınmasına hüquqları çatmayan ödəniş məbləğini Sığortaçıya qaytarmalıdırlar. 

 

5. Ödənişlərin növbəliliyi 

5.1.  Zərər  sığorta  şəhadətnaməsinə  əsasən  ödənilməli  olarsa,  lakin  onun  ümumi  məbləği  sığorta 

şəhadətnaməsi üzrə qalıq sığorta məbləğini aşarsa və ya aşa bilərsə, Sığortaçı: 

a) Birinci növbədə Sığorta Təminatına A –ya aid zərəri ödəmək, sonra 

b) Başqa cür nəzərdə tutulmayıbsa, Sığortaçı zərəri, onun ödəniş vaxtı yetişdikdə, Sığorta Şəhadətnaməsi 

üzrə digər gələcək iddiaların və ya gələcək ödəniş öhdəliklərinin yaranma potensialını nəzərə almadan, 

ödəyə bilər. 

5.2.  Sığortalı  bununla  razılaşır  ki,  bir  neçə  sığortalının  sığorta  şəhadətnaməsi  üzrə  sığorta  ödənişini 

almaq hüququ olarsa, sığortaçı müvafiq iddialar ilə əlaqədar ödənişləri, belə ödənişlər nəticəsində sığorta 

məbləğinin  azalıb-azala  bilməyəcəyindən  asılı  olmayaraq,  sığortalılardan  iddianın  qəbul  edilməsi 

ardıcıllığı ilə ödəmək hüququna malik olur. 

5.3.  Hər  hansı şirkətin,  kənar  təşkilatın  və  ya  Sığortalının  imkansızlığı  və  ya  müflisləşməsi  Sığortaçını 

ödəniləcək  zərər  aid  ödənişlərin  həyata  keçirilməsinin  ardıcıllığını  müəyyən  etmək  öhdəliyindən  azad 

etməməlidir. 




Yüklə 314,22 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə