Siğorta müqaviLƏSİNDƏ başqa cür də şərtləndirilə bilər



Yüklə 314,22 Kb.
Pdf görüntüsü
səhifə11/12
tarix06.02.2018
ölçüsü314,22 Kb.
#26051
növüQaydalar
1   ...   4   5   6   7   8   9   10   11   12

 

22 


b)

 

Sığortalı  məhkəmənin  qüvvəyə  minmiş  son  qərarı  ilə,  Sığortaçının  razılığı  ilə  məhkəmədən 



kənar və ya sadələşdirilmiş məhkəmə üsulu ilə həll olunub-olunmamasından asılı olmayaraq, və 

Sığortalı  tərəfindən  və  ya  onun  adından  heç  bir  qarşılıqlı  pul  ödənişi  həyata  keçirilmədən 

Sığortalı təqsirkar hesab edilməzsə; və ya 

c)

 



Sığortalı  bütün  apelyasiya  imkanlarının  tükənməsindən  sonra  məhkəmənin  qüvvəyə  minmiş 

qərarı ilə təqsirkar hesab edilməzsə. 

Bu maddəyə müvafiq hər hansı ödəniş yalnız iddiadan imtina edildiyi və ya Sığortalının cavabdehlikdən 

azad edilməsi barədə məhkəmənin son qərarının qəbul edildiyi andan etibarən 180 gün ərzində Sığortalı 

qarşısında  eyni  və  əlaqədar  qanuna  zidd    hərəkətlərə  və  ya  müvafiq  iddada  bildirilmiş  faktlara  və 

məsələlərə aidiyyatı olan hallara əsaslanan və ya onlarla əlaqədar olan digər iddia irəli sürülmədiyi halda 

həyata keçiriləcək. 

10.3.  Əvəzi  ödənilməyən  zərərə  şərtsiz  azadolma  məbləği  tətbiq  olunmur.  Sığortalının  zərərinə  və  ya 

Sığortalı tərəfindən ödənilmiş zərərə gəldikdə, Sığortaçı zərərin yalnız şərtsiz azadolma məbləğini aşan 

həcminin  ödənilməsinə  cavabdehlik  daşımalıdır.  Şərtsiz  azadolma  məbləği  Sığortaçının  zərərə  görə 

sığorta  məbləğinə  daxil  deyildir.  Şərtsiz  azadolma  məbləği  şirkət  tərəfindən  ödənilməli  və 

sığortalanmamalıdır.  Fasiləsiz,  təkrarlanan  və  ya  bir-biri  ilə  əlaqədar  olan  qanuna  zidd  hərəkətlərə 

əsaslanan və ya onlarla əlaqədar olan hər hansı iddia və ya bir sıra iddialar nəticəsində yaranan bütün 

zərərlərə şərtsiz azadolma məbləği bir dəfə tətbiq olunur. 

 

11. Nəzərdə tutulan kompensasiya (zərərin qarşılığının ödənilməsi) 

11.1.  Sığortalı  direktora,  vəzifəli  şəxsə  və  /və  ya  işçiyə  zərərin  əvəzinin  hər  hansı  şirkətə  qanunla 

qadağan olunmayan həcmdə ödənilməsini yazılı şəkildə təsdiqləyərsə, lakin hər hansı səbəbdən Sığortalı 

belə  ödənişi  ödəyə  bilməzsə  və  ya  ödəməkdən  imtina  edərsə,  bu  halda  Sığortaçı  müvafiq  iddia 

nəticəsində  meydana  çıxan  hər  hansı  zərərin  əvəzini  Sığortalı  adından  ödəməlidir.  Sığortalıya  Kənar 

administrator  təyin  olunarsa  (könüllü  şəkildə  xarici  idarəetmə  istisna  olmaqla)  və  şirkətin  şərtsiz 

azadolma məbləğinin ödənilməsi üçün kifayət qədər vəsaiti olmazsa, bu halda heç bir şərtsiz azadolma 

məbləği tətbiq olunmamalıdır. 

 

12. Digər sığorta növləri və vəsaitlərin toplanmaması 

12.1. Sığorta şəhadətnaməsi zərərin, yalnız belə zərərin məbləği (i) kənar təşkilatla sığortalı qismində və 

ya  onun  direktorlarının,  rəhbər  işçilərinin  maraqları  baxımından  bağlanmış  vəzifəli  şəxslərin 

cavabdehliyinin  sığortalanması  üzrə  qüvvədə  olan  hər  hansı  sığorta  şəhadətnaməsinə  görə  ödəniləcək 

məbləği  (əgər  belə  müqavilədə  belə  kənar  təşkilat  tərəfindən  direktora  və  ya  rəhbər  işçiyə  sığorta 

təminatı  nəzərdə  tutularsa);  və  ya  (ii)  yalnız  Sığorta  Təminatına  A  müvafiq  olaraq,  kənar  təşkilat 

tərəfindən və ya kənar təşkilatın direktoru, yaxud rəhbər işçisi tərəfindən təmin edilən hər hansı sığorta 

ödənişini aşmayacaq qisimdə ödənilməsini təmin edir. 

 

13. Subroqasiya 

13.1.  Sığorta  şəhadətnaməsi  üzrə  ödənişin  həyata  keçirilməsi  zamanı  Sığortalının  belə  ödənişin  tam 

məbləğdə  əldə  olunması  ilə  bağlı  bütün  hüquqları  subroqasiya  qaydası  ilə  Sığortaçıya  keçməlidir. 

Bundan  əlavə,  Sığortalı  Sığortaçıya  müvafiq  ödənişlə  əlaqədar  iddia  qaldırmaqdan  və  ya  tələb  irəli 

sürməkdən  ötrü lazım  ola bilən  hər  hansı  və bütün  sənədlərin tərtibini  və  hər  hansı  digər  tədbirləri  öz 

hesabına həyata keçirməlidir. Subroqasiya qaydasında əldə olunan hər hansı ödəniş birinci növbədə, belə 

ödənişin  tələb  olunması  üçün  sərf  olunmuş  xərclərə,  sonra,  Sığortaçının  xərclərinin  məsuliyyət  həddi 

(sığorta  məbləği)  dərəcəsində  ödənilməsinə  sərf  olunmalı  və  bundan  sonra,  qalan  məbləğ  Sığortalının 




 

23 


hesabına  keçirilməlidir.  Sığortaçı  öz  subroqasiya  hüquqlarından  hər  hansı  iddia  ilə  əlaqədar  heç  bir 

Sığortalı əleyhinə istifadə etməməlidir.  

 

14. Hüquqların ötürülməməsi 

14.1.  Sığorta  şəhadətnaməsi  və  ona  aid  bütün  hüquqlar  Sığortaçını  əvvəlcədən  yazılı  razılığı  olmadan 

başqasına ötürülməməlidir. Lakin, belə yazılı razılığın verilməsinə əsassız olaraq imtina  edilə ya onun 

verilməsi əsassız olaraq ləngidilə bilməz. 

 

 

15.  Sığorta müqaviləsi 



15.1. Sığorta müqaviləsi Sığortalının yazılı ərizəsi əsasında bağlanır. Ərizə sığorta müqaviləsinin 

ayrılmaz tərkib hissəsi və əsasını təşkil edir. 

15.1.2. Sığorta müqaviləsi bağlanarkən Sığortalı riskin dərəcəsinin müəyyən edilməsi üçün əhəmiyyətli 

və ona məlum olan bütün hallar haqqında Sığortaçıya məlumat verməlidir. Sığortalının ərizə formasında 

qeyd etdiyi hallar həmçinin əhəmiyyətli hallar hesab edilir. 

Sığorta müqaviləsi bağlandıqdan sonra Sığortalının Sığortaçıya bilərəkdən yalan məlumatlar verməsi 

müəyyən edilərsə, Sığortaçı müqavilənin etibarsız hesab edilməsini tələb edə bilər. 

15.1.3. Sığorta müqaviləsinin bağlanması faktı sığorta qaydaları əlavə edilməklə, Sığortalıya verilən 

sığorta şəhadətnaməsi ilə təsdiq edilir. 

15.2. Sığоrtа müqаviləsinin tərəfləri 

15.2.Sığortaçı 

15.2.1. Bu Qaydalara əsasən Sığortaçı “Paşa Sığorta” ASC-dir. 

15.3. Sığortalı 

15.3.1. Şəhadətnamədə və Ərizə formasında adı Sığortalı kimi göstərilən Şirkət və direktor (rəhbər işçi). 



 

16. Sığorta haqqı 

16.1. Sığorta haqqı sığorta tariflərinə əsasən hesablanır. 

16.2. Sığorta haqqı bir dəfəyə ödənilir və ya tərəflərin razılığına əsasən hissə-hissə ödənilə bilər. 

16.3. Sığorta haqqının ödənildiyi gün, pul vəsaitinin Sığortaçının bank hesabına və ya kassasına daxil 

olduğu gün hesab olunur. 

16.4. Müqavilədə başqa cür nəzərdə tutulmamışdırsa, sığorta müqaviləsi sığorta haqqının ilk hissəsinin 

və ya tam ödənildiyi gün saat 24:00-da, lakin şəhadətnamədə göstərilmiş sığorta müddətinin başlanma 

tarixindən tez olmayaraq qüvvəyə minir. 

16.5. Sığorta haqqı və ya onun növbəti hissəsi sığorta müqaviləsində nəzərdə tutulmuş müddətədək 

ödənilmədikdə və ya sığorta müqaviləsində nəzərdə tutulduğundan daha az məbləğdə ödənildikdə

sığorta müqaviləsində sığorta haqqının və ya onun növbəti hissəsinin ödəniş günü kimi nəzərdə tutulmuş 

tarixdən sonrakı gün saat 24:00-dan Sığortaçı sığorta ödənişi vermək öhdəliyindən azad edilir. 

16.5.1.  Bu halda sığortaçı onun ödənilməsi üçün bu qaydaların yazılı surətdə 15 günədək əlavə müddət 

müəyyən edə bilər.  

16.5.2. Hər bir halda sığorta haqqı və ya onun razılaşdırılmış ilk hissəsi sığorta müqaviləsi bağlandığı 

gündən 1 aydan gec olmayaraq ödənilməlidir.  

16.6. Sığortalı sığorta haqqını və ya onun növbəti hissəsini sığorta müqaviləsində nəzərdə tutulmuş 

müddətdə ödəmədikdə, Sığortaçı sığorta müqaviləsinə xitam verə bilər və ya birtərəfli qaydada 

müqavilənin icrasından imtina edə bilər. 

 

17. Sığorta ərazisi  



Yüklə 314,22 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə