Siğorta müqaviLƏSİNDƏ başqa cür də şərtləndirilə bilər



Yüklə 314,22 Kb.
Pdf görüntüsü
səhifə10/12
tarix06.02.2018
ölçüsü314,22 Kb.
#26051
növüQaydalar
1   ...   4   5   6   7   8   9   10   11   12

 

20 


5.4.  Bu  qaydalarla  razılaşdırılır  ki,  hazırkı  sığorta  şəhadətnaməsi  üzrə  təmin  olunan  sığorta  təminatı 

Sığortalının  mənafeyini  və  maraqlarını  qorumaq  məqsədi  daşıyır.  Şirkət  tərəfindən,  hər  hansı 

qanunvericiliyə,  o  cümlədən,  yerli  və  ya  xarici  qanunvericiliklərə  müvafiq  olaraq,  ləğvolunma  və  ya 

yenidən  təşkilolunma  proseduruna  başlanarsa  (könüllü  və  ya  icbari  qaydada  olub-olmamasından  asılı 

olmayaraq), sığorta şəhadətnaməsinə görə sığortalanmış iddia ilə əlaqədar olaraq, bununla, Sığortalılar: 

 

a)

 

Hər  hansı  məhkəmə  prosesinin  avtomatik  dayandırılmasını  və  ya  təminedici  tədbirlərin 

görülməsini  tələb  etmək  hüququndan  imtina  edirlər,  belə  müflisləşmə  barədə  qanunvericiliyə 

müvafiq olaraq, bunun belə prosedurda sığorta şəhadətnaməsindən irəli gələn vəsaitlərə /gəlirlərə 

tətbiq oluna biləcəyi həddə; və 

b)

 

Sığortaçı və ya hər hansı Sığortalı tərəfindən, Sığortalının ləğvi və ya yenidən təşkili ilə əlaqədar 

prosedura  başlanması  nəticəsində  sığorta  şəhadətnaməsi  üzrə  təmin  olunan  vəsaitlərə  aid 

məhkəmə  prosesinin  dayandırılmasından  və  ya  təminedici  tədbirlərin  görülməsindən 

azadolmanın əldə olunması məqsədi ilə hər hansı tədbirlərin görülməsinə imtina etməyəcəklərinə 

və ya mane olmayacaqlarına razılaşırlar. 



 

6. Hesablaşma valyutası 

6.1.  Sığorta  şəhadətnaməsi  üzrə  bütün  pul  məbləğləri,  başqa  cür  nəzərdə  tutulmayınca,  AZN  ilə 

ödənilməlidir. 

6.2.  Əgər  sığorta  şəhadətnaməsi  üzrə  məbləğlər  AZN-dən  fərqli  valyuta  ilə  müəyyən  edilmiş  olarsa, 

başqa cür nəzərdə tutulmayıbsa, sığorta şəhadətnaməsi üzrə ödənişlər AZN-lə  Azərbaycan Respublikası 

Mərkəzi Bankının belə ödənişin ödənildiyi tarixə olan kursla ödənilməlidir. 

6.3.  Azərbaycan  Respublikası  qanunvericiliyi  ödənişlərin  xarici  valyuta  ilə  həyata  keçirilməsinə  yol 

verdiyi  halda,  sığorta  şəhadətnaməsi  üzrə  pul  məbləğləri  xarici  valyuta  ilə  ifadə  edilməli  və  /və  ya 

ödənilməlidir. 

 

7. Xərclərin bölüşdürülməsi 

7.1. Hər hansı Sığortalı və hər hansı başqa sığortalanmamış şəxs /təşkilat arasında birlikdə və ayrılıqda 

hər hansı maliyyə cavabdehliyi meydana çıxarsa və ya hər hansı xərc çəkilərsə, sığorta şəhadətnaməsinə 

əsasən Sığortaçı belə cavabdehliyə və ya xərcə uyğun cavabdehlik daşımalıdır ki, bu da, müvafiq hüquq 

və maliyyə risklərini, Sığortalı və ya digər şəxs(lər) tərəfindən hər hansı iddianın tənzimlənməsi zamanı 

və  ya  onun  nəticəsində  əldə  olunmuş  nisbi  üstünlükləri  /faydaları  nəzərə  alaraq,  Sığortalı  və  digər 

şəxs(lər) arasında xərclərin ədalətli və bərabər bölüşdürülməsini əks etdirir. 

7.2. Sığorta şəhadətnaməsində sığortası təmin olunmuş və ya təmin olunmamış risklərdən irəli gələn hər 

hansı  iddia  ilə  əlaqədar  hər  hansı  cavabdehlik  və  ya  xərc  meydana  çıxarsa,  sığorta  şəhadətnaməsinə 

əsasən Sığortaçının cavabdehliyi, sığorta şəhadətnaməsində təmin olunmuş və olunmamış məsələlərə aid 

nisbi  hüquqi  və  maliyyə  riskləri  nəzərə  alınmaqla,  xərclərin  ədalətli  və  bərabər  bölüşdürülməsini  əks 

etdirən həmin cavabdehliyə və ya xərcə uyğun həddə məhdudlaşır.  

7.3.  Tərəflər  xərclərin  bölüşdürülməsi  barədə  razılığa  gələ  bilmədikləri  halda,  Sığortaçı,  Sığorta 

Şəhadətnaməsinin şərtlərinə və müvafiq qanunvericiliyə uyğun olaraq yekun məbləğin razılaşdırılmasına 

və  ya  müəyyən  edilməsinə  kimi  mübahisə  mövzusuna  çevrilmədiyi  tərəflər  tərəfindən  təsdiqlənən 

zərərin məbləğinin ilkin /aralıq ödənişini, o cümlədən, müdafiə xərclərini ödəməlidir. 



 

8. Sığorta məbləğinin, sığorta tarifinin və sığorta haqqının müəyyən edilməsi 

8.1. Sığorta məbləği Sığortalı və Sığortaçı arasındakı razılaşma əsasında müəyyən edilir. 




 

21 


8.2. Sığorta şəhadətnaməsinin uzadılması və ya ona əlavə edilməsinə əsasən ödəniləcək hər hansı əlavə 

sığorta haqqı Sığortaçının tələb etdiyi, Sığortalı tərəfindən lazımi qaydada təmin olunan ərizə formasının 

və  sığorta  ilə  əlaqədar  hər  hansı  əlavə  informasiyanın  qəbul  edilməsi  əsasında  Sığortaçı  tərəfindən 

hesablanır. Sığorta haqqı sığorta məbləğinə, tarif dərəcəsinə, sığorta şəhadətnaməsi üzrə razılaşdırılmış 

sığorta təminatına və şərtsiz azadolma məbləğinə əsaslanaraq hesablanır. 

8.3. Tarif dərəcə aşağıdakı düstürla hesablanır: 

100

100


.

.





f



D

Netto

D

Brutto

  

 



Burada,    

.

D



Brutto

 - brutto dərəcə,   

.

D

Netto

  - netto-dərəcə,   



f

- yüklənmə. 

 

Əsaslandırılması:    Bu  sığorta  növü  üzrə  şirkət  daxili  və  yerli  bazarın  müvafiq  statistikaya  malik 

olmaması    netto-dərəcənin  hesablanması  üçün  xarici  ölkələrin  göstəricilərinin  (“benchmarks”)  istifadə 

edilməsində  zəruriyyət  yaradır.  Bir  sıra  Avropa  ölkələrinin  oxşar  sığorta  bazarında  tətbiq  olunan 

tariflərdən istifadə edilməsi məqsədə müvafiqdir. Rəhbər işçilərinin məsuliyyətinin sığortalanması üçün 

Avropa ölkələrinin sığorta bazarında tariflər 0.5-1.5% təşkil edir. 

Bu  rəqəmlər  netto-dərəcə  qismində  əsas  tutulduqda 



f

  =  20%    müəyyən  edilir  və  aşağıda  göstərilmiş 

brutto-dərəcələri tətbiq edilir: 

 

D



Brutto

%

9



.

1

.



%

6

.



0



 

 

Qeyd:  Müvafiq hallarda  yuxarıda göstərilən tarif dərəcələrinə yüksəldirici və azaldırıcı  əmsallar tətbiq 



oluna bilər.   

 

9. Sığorta məbləği 

9.1. Sığorta məbləği Sığortaçının bütün Sığortalılar qarşısında irəli sürülmüş bütün iddiaları ilə əlaqədar 

meydana  çıxmış  bütün  zərərlərə  görə  ümumi  məsuliyyət  həddidir.  Hər  hansı  iddiaya  görə  hər  hansı 

zərərin  ödənişi  sığorta  təminatının  həcminə  müvafiq  olaraq,  sığorta  məbləğini  belə  ödəniş  həcmi 

məbləğində  azaltmalıdır.  Bir  sığorta  hadisəsi  üzrə  sığorta  ödənişi  heç  bir  halda məsuliyyət  həddini  aşa 

bilməz. 

9.2. Sığorta müqaviləsi üzrə sığorta məbləği Sığortalı (sığorta olunan) ilə Sığortaçı arasındakı razılığa 

əsasən müəyyən edilir.   

9.3. Tərəflərin razılığına əsasən sığorta müqaviləsində sığorta məbləği daxilində əmlaka vurulan zərərə, 

fiziki zərərə, o cümlədən, səhhətə vurulan zərərə və ya ölümə görə, və ya digər risklərə görə ayrı-ayrı 

maksimal sığorta məbləğləri müəyyən edilə bilər. 

 

10. Şərtsiz azadolma məbləği və şərtsiz azadolma məbləğinin geri qaytarılması 

10.1.Tətbiq olunan şərtsiz azadolma məbləği sığorta şəhadətnaməsində gösətirilir. 

10.2.  Heç  bir  iddiaya  heç  bir  şərtsiz  azadolma  məbləği  tətbiq  olunmayacaq,  və  aşağıdakı  hallar  baş 

verərsə,  Sığortaçı  Sığortalının  məruz  qaldığı  müdafiə  xərclərini  Sığortaçı  tərəfindən  artıq  ödənilməmiş 

həddə ödəyəcək: 

a)

 



iddia  qəbul  edilməzsə  və  Sığortalı  tərəfindən  və  ya  onun  adından  qarşılıqlı  pul  ödənişi  həyata 

keçirilməzsə; və 




Yüklə 314,22 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   12




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə