101
qüvvəsinin təsir etməsi ilə izah olunur. Ona görə də maqnit sahəsində hərəkət
edən naqildə
yaranan induksiya cərəyanının istiqaməti Lorens qüvvəsinin istiqamətini təyin etmək üçün
tətbiq olunan sol əl qaydası ilə təyin edilə bilər.
Nəticə: maqnit sahəsi ilə bağlı hesablama sistemində naqildə induksiya cərəyanının
yaranması maqnit sahəsinin təsiri ilə baş verir.
Tərpənməz naqillə bağlı hesablama sistemində elektromaqnitin hərəkət etməsi zamanı
naqildə induksiya cərəyanının yaranması Lorens qüvvəsinin zərrəciyə təsiri ilə izah edilə
bilməz, çünki yükdaşıyıcılar maqnit induksiya xətlərinə paralel yerləşən naqil boyunca
hərəkət edir. Belə halda Lorens qüvvəsinin modulu sıfıra bərabərdir. Deməli, zərrəciyi naqil-
də hərəkət etdirən və beləliklə, induksiya cərəyanı yaradan elektrik qüvvəsidir:
.
Nəticə: naqillə bağlı hesablama sistemində naqildə induksiya cərəyanının yaranması elektrik
sahəsinin təsiri ilə baş verir.
“Yaradıcı tətbiqetmə” mərhələsində (
D bloku) “Elektromaqnitlə induksiya cərəyanının
alınması” araşdırması yerinə yetirilir. Araşdırmanın icrası çox vaxt tələb
etdiyindən onun
müəllimin rəhbərliyi altında şagirdlər tərəfindən nümayiş şəklində icra edilməsi məqsədəuy-
ğundur. Şagirdlərdən biri elektrik dövrəsinin sxemini lövhədə çəkir, digər şagirdlər isə sxemə
əsasən elektrik dövrəsini yığırlar. Şagirdlər dəmir içliyi sarğaca daxil edib elektromaqnit hazır-
layırlar, sonra verilən ardıcıllığı yerinə yetirərək sarğacda induksiya cərəyanının yaranmasını və
istiqamətinin necə dəyişdiyini müşahidə edirlər.
Araşdırmanın müzakirəsi dərslikdə verilən suallar əsasında həyata keçirilə bilər.
Şagirdlərin özlərini qiymətləndirmələri üçün mövzunun sonunda “Öyrəndiklərinizi yoxlayın”
hissəsində verilmiş tapşırıqlar yerinə yetirilə bilər.
Elektron resurslar:
1. https://az.wikipedia.org/wiki/Elektromaqnit_induksiyası
2. www.youtube.com/watch?v=OWzYafri_ZA
3. www.tqdk.net/video-183-elektromaqnit-induksiyas
4. https://www.youtube.com/watch?v=i-OdI3ktyuo
5. https://www.youtube.com/watch?v=DHtJW0TbQmg
Qiymətləndirmə. Aşağıdakı meyarlar əsasında təlim məqsədlərinə nail olmaq dərəcəsini
müəyyən etmək olar.
M-lar
I
səviyyə
II
səviyyə
III
səviyyə
IV
səviyyə
İzahe
tm
ə
Maqnit sahəsinin də-
yişməsi
nəticəsində
elektrik cərəyanının
yaranması – elektro-
maqnit
induksiya ha-
disəsinin
mexanizmi-
ni müəllimin köməyi
ilə izah edir.
Maqnit sahəsinin də-
yişməsi nəticəsində
elektrik cərəyanının
yaranması – elektro-
maqnit induksiya ha-
disəsinin mexanizmi-
ni az səhvlərə yol
verməklə izah edir.
Maqnit sahəsinin də-
yişməsi nəticəsində
elektrik cərəyanının
yaranması – elektro-
maqnit induksiya ha-
disəsinin mexanizmi-
ni əsasən doğru izah
edir.
Maqnit sahəsinin də-
yişməsi nəticəsində
elektrik cərəyanının
yaranması – elektro-
maqnit induksiya ha-
disəsinin mexanizmi-
ni düzgün izah edir.
Nümayi
şetm
ə
Elektromaqnit induk-
siya hadisəsinin baş
verməsini
sadə təcrü-
bələrlə nümayiş edə
bilmir.
Elektromaqnit induk-
siya hadisəsinin baş
verməsini sadə təcrü-
bələrlə çətinliklə
nümayiş edir.
Elektromaqnit induk-
siya hadisəsinin baş
verməsini sadə təcrü-
bələrlə qismən doğru
nümayiş edir.
Elektromaqnit induk-
siya hadisəsinin baş
verməsini sadə təcrü-
bələrlə dəqiq nümayiş
edir.
Dərsin sonunda iş vərəqləri yığılır və şagirdlərin portfoliosuna əlavə olunur.
102
Dərs 38/Mövzu:
İNDUKSİYA CƏRƏYANININ İSTİQAMƏTİ
Maraqoyatma dərslikdə verilən material əsasında elektrik cərəyanı ilə bağlı müsahibənin
aparılması ilə yaradıla bilər. Müəllim lövhədə şagirdlərin cavabları nəticəsində naqildə ya-
ranan elektrik cərəyanının “xəritəsini” qurur (təlim nəticələri yüksək olan sinifdə xəritə
genişləndirilə bilər):
Tədqiqat sualı:
“
İnduksiya cərəyanının yaranmasının fiziki mexanizmi nədir və onun
istiqamətini nə müəyyənləşdirir?”
Növbəti
mərhələdə B blokunda verilən “Lens təcrübəsi” araşdırması icra olunur. Müəl-
lim şagirdlərin diqqətinə çatdırır ki, Lens təcrübəsinin məqsədi qapalı konturla maqnit
sahəsinin qarşılıqlı təsirini nümayiş etmək və sabit maqnitin maqnit sahəsinin təsiri ilə
konturda induksiya cərəyanın yaranması hadisəsini izah etməkdir.
Araşdırmaya dair lövhədə ümumi cədvəl çəkilir, şagirdlər onu iş vərəqinə köçürürlər.
S.s
Təcrübənin mərhələləri
Müşahidə olundu
Nəticə
1 Maqnitin
qütblərini qapalı
halqaya
daxil etdikdə
2 Maqniti
qapalı halqada
sükunətdə saxladıqda
3 Maqniti
qapalı halqadan
çıxarıb uzaqlaşdırdıqda
4 Təcrübəni kəsik halqa ilə
təkrarladıqda
Ümumi nəticə
Araşdırmanın müzakirəsi dərslikdə verilən suallar əsasında qurula bilər.
Diferensial təlim. Təlim nəticələri zəif və sağlamlıq imkanları məhdud olan şagirdlərdən
müşahidələrini şərh etməyi tapşırmaq olar.
Alt
STANDARTLAR
2.2.1. Təbiətdəki əlaqəli sistemlərdə elektromaqnit və nüvə qarşılıqlı
təsirinin rolunu izah edir.
2.2.2. Elektromaqnit və nüvə qarşılıqlı təsirinə dair məsələlər qurur və həll
edir.
Təlim
NƏTİCƏLƏRİ
İnduksiya cərəyanının yaranma mexanizmini izah edir.
İnduksiya cərəyanının istiqamətinin müəyyənləşdirilməsini
nəzəri və
təcrübi olaraq əsaslandırır.
Elektrik cərəyanı
Sərbəst
elektronlar
Elektrik sahəsi
Elektrik cərəyanının istiqamətini elektrik
sahəsinin intensivliyi müəyyən edir
Elektrostatik sahənin qüvvə xətləri müsbət
yükdən başlayır, mənfi yükdə qurtarır