109
Dizayn
o
Təqdimatdakı təsvir
məzmunla uyğun gəlmir, estetik tələblərə
cavab vermir. Mətn çətinliklə oxunur.
o
Təqdimatdakı məzmun məntiqəuyğun tərtib olunmuşdur,
estetik tələblərə bəzi hallarda cavab vermir. Mətn oxunur.
o
Təqdimatdakı təsvir məntiqəuyğundur,
estetik tələblərə cavab
verir. Mətn asanlıqla oxunur.
İş prosesində
şagirdlərin birgə
əməkdaşlığı
o
Qrup daxilində iş yaxşı təşkil olunmayıb. İştirakçılar bir-birinə
və başqalarının layihələrinə diqqət yetirmirlər.
o
Layihənin həyata keçirilməsində bütün şagirdlər eyni dərəcədə
fəal deyil.
o
Qrup daxilində iş düzgün
təşkil olunmuşdur, lakin iş qeyri-bə-
rabər bölünmüşdür.
o
Şagirdlər ünsiyyətlidir, bir-birinə hörmət və diqqət yetirir.
o
Şagirdlər arasında iş bölgüsü bərabər paylanmışdır.
Şagirdlər tərəfindən təqdimatların qiymətləndirmə meyarları:
s.s. Meyarlar Hə Yox
1 Təqdimatda bütün qrup üzvləri iştirak edir.
2 Təqdimat maraqlıdır, məzmunu problemi əhatə edir.
3 Slaydların dizaynı maraqlıdır
4
İşdə orfoqrafik və redaktə xarakterli səhvlər yoxdur.
5 Çıxış edənlər öz fikirlərini aydın və dəqiq bildirir.
6
Qravitasiya, elektrik və maqnit sahələrinin xarakteristikalarındakı ümumi
qanunauyğunluğu müqayisə edir.
7 Fiziki
sahəyə dair malik olduğu biliklər əsasında ümumiləşmələr aparır.
8 Təqdimatın hazırlanmasında dərslikdəki ardıcıllıq gözlənilmişdir.
Şagirdlərin
özünü qiymətləndirməsi
Mənim uğurlarım
+/ –
Mən təqdimatımız üçün lazım olan şəkilləri əldə etdim.
Mən ən azı iki fakt yazdım.
Mən qrupda işləməyi öyrəndim.
Mən təqdimat hazırlamağı öyrəndim.
Mən layihə üçün maraqlı faktları seçə bildim.
Mən layihə ilə iş zamanı yaranan suallara cavab verdim.
Layihədə iştirak edərkən başa düşdüm ki, uğur qazanmaqda mənə nələr kömək edə bilər.
Elektron resurslar:
1. https://zenfizika.files.wordpress.com/2015/04/sahelerin-muqayisesi.pdf
2. https://az.wikipedia.org/wiki/Materiya_(fəlsəfə)
3. konul825.blogspot.com/p/elektromaqnit-sahsi.html
Dərs 43/
MƏSƏLƏ HƏLLİ
Burada müəllim qravitasiya, elektrik və maqnit sahələrinin xarakteristikalarına aid tərtib
etdiyi keyfiyyət və kəmiyyət xarakterli məsələlər həll edir.
ÜMUMİLƏŞDİRİCİ TAPŞIRIQLARIN CAVABLARI
1. C 2. D 3. D 4. D 5. C
110
Dərs 44/Mövzu:
BİZ YERİN QRAVİTASİYA, ELEKTRİK VƏ
MAQNİT SAHƏSİNİN HANSI TƏSİRİ ALTINDAYIQ
(DEBAT DƏRS)
Aşağıdakı ardıcıllığı yerinə yetirmək lazımdır:
1. Debatın mövzusunu müəyyən edin. Mövzu elə seçilməlidir ki, onun şagirdlər üçün maraqlı
və geniş müzakirə imkanlarına malik olsun.
2. Eyni sayda üzvləri olan təsdiq və inkar edən komandaları qruplaşdırın.
3. Püşk atmaqla hansı komandanın təsdiq edənlər, hansıların
isə inkar edənlər
olduğunu müəyyənləşdirin.
4. Şagirdlərə arqument və əksarqumentlərlə kömək edin.
5. Debatın necə keçiriləcəyini, reqlamenti və iştirakçıların rolunu şagirdlərlə razılaşdırın.
6. Hakimlərin kimlər olacağını müəyyən edin.
7. Debatı keçirərkən reqlamentə ciddi riayət edin.
Çıxış edənlərin vəzifəsi onların hansı komandaya aid olmasından asılıdır.
Təsdiqedici komanda hakimləri öz mövqelərinin doğru olduğuna inandırmalıdır.
Ona görə də ilk çıxış edən iştirakçılar hakimlərə özlərinin arqumentlər
sistemini təklif
etməlidirlər. Debat zamanı komanda üçün əsas məsələ onun bütün iştirakçılarının əsas
arqumentləri aydın, səlis və inandırıcı şəkildə təqdim etməsidir. Nitqi kiçik hissələrə bölmək
məqsədəuyğun deyil.
İnkaredici komandanın vəzifəsi isə opponentlərin arqumentlərini təkzib etməkdir.
Onlar təkliflərlə “razı deyillər” və hakimlərin diqqətinə problemə yanaşmada əks
mövqeyi təqdim edirlər. İlk çıxış edən təklif olunan baxışların müdafiəsi üçün öz ar-
qumentlərini irəli sürür. Komandanın çıxış edən digər üzvləri isə onun baxışlarını təkidlə
müdafiə edirlər. Bir daha qeyd olunmalıdır ki, tərəflər öz mövqelərinin düzgünlüyünə qarşı
tərəfi deyil, hakimləri inandırmağa çalışmalıdırlar.
Hakimlər debatlar zamanı qarşı tərəfləri yalnız dinləyirlər.
Onlar komanda
üzvlərinin hansının daha inandırıcı çıxış etdiyini müəyyənləşdirirlər. Hakimlər iştirakçıların
arqumentlərinə, onların məntiqi izahına və öz mövqelərini nə dərəcədə inandırıcı müdafiə
etdiklərinə xüsusilə diqqət yetirirlər. Bu zaman hakimlər şagirdləri əvvəlcədən razılaşdırılmış
meyarlar üzrə qiymətləndirmə aparırlar, məsələn, belə bir cədvəl təklif etmək olar:
Meyarlar 5
ballıq sistemlə qiyməti
Çıxış edən nə qədər inandırıcı danışır?
Sübutlar ciddi arqumentlərə əsaslanırmı?
Opponentin arqumentini təkzib edə bildimi?
Çıxış emosional idimi?
Ümumi bal
Sonda bütün hakimlərin balları toplanaraq hər komanda üçün orta bal çıxarılır. Daha çox bal
toplamış komanda qalib gəlir.
Alt
STANDART
2.1.1. Elektromaqnit və qravitasiya sahələrini müqayisəli şəkildə şərh edir.
Təlim
NƏTİCƏLƏRİ
Yer
kürəsinin qravitasiya, elektrik və maqnit sahələrinin canlı aləmə
müsbət və mənfi təsirlərinə dair fikir mübadiləsi və mübahisələr aparır.
Öz fərziyyəsini irəli sürür və əsaslandırır.
Debatlarda iştirak bacarıqlarını nümayiş etdirir.