Microsoft Word fiz-9 mv az capa docx



Yüklə 3,69 Kb.
Pdf görüntüsü
səhifə50/93
tarix08.10.2017
ölçüsü3,69 Kb.
#3673
növüDərs
1   ...   46   47   48   49   50   51   52   53   ...   93

109 
 
Dizayn 

Təqdimatdakı təsvir məzmunla uyğun gəlmir, estetik tələblərə 
cavab vermir. Mətn çətinliklə oxunur. 

Təqdimatdakı məzmun məntiqəuyğun tərtib olunmuşdur, 
estetik tələblərə  bəzi hallarda cavab vermir. Mətn oxunur. 

Təqdimatdakı təsvir məntiqəuyğundur, estetik tələblərə cavab  
verir. Mətn asanlıqla oxunur. 
İş prosesində 
şagirdlərin birgə 
əməkdaşlığı 

Qrup daxilində iş yaxşı təşkil olunmayıb. İştirakçılar bir-birinə 
və başqalarının layihələrinə diqqət yetirmirlər. 

Layihənin həyata keçirilməsində bütün şagirdlər eyni dərəcədə 
fəal deyil. 

Qrup daxilində iş düzgün təşkil olunmuşdur, lakin iş qeyri-bə-
rabər bölünmüşdür. 

Şagirdlər ünsiyyətlidir, bir-birinə hörmət və diqqət yetirir. 

Şagirdlər arasında iş bölgüsü bərabər paylanmışdır. 
 
Şagirdlər tərəfindən təqdimatların qiymətləndirmə meyarları: 
s.s. Meyarlar Hə Yox 
 
1 Təqdimatda bütün qrup üzvləri iştirak edir. 
 
 
2 Təqdimat maraqlıdır, məzmunu problemi əhatə edir. 
 
 
3 Slaydların dizaynı maraqlıdır  
 

İşdə orfoqrafik və redaktə xarakterli səhvlər yoxdur. 
 
 
5 Çıxış edənlər öz fikirlərini aydın və dəqiq bildirir. 
 
 

Qravitasiya, elektrik və maqnit sahələrinin xarakteristikalarındakı ümumi  
qanunauyğunluğu müqayisə edir. 
 
 
7 Fiziki 
sahəyə dair malik olduğu biliklər əsasında ümumiləşmələr aparır.  
 
8 Təqdimatın hazırlanmasında dərslikdəki ardıcıllıq gözlənilmişdir.  
 
 
Şagirdlərin özünü qiymətləndirməsi 
Mənim uğurlarım 
+/ –   
Mən təqdimatımız üçün lazım olan şəkilləri əldə etdim. 
 
Mən ən azı iki fakt yazdım.  
Mən qrupda işləməyi öyrəndim.  
Mən təqdimat hazırlamağı öyrəndim.  
Mən layihə üçün maraqlı faktları seçə bildim. 
 
Mən layihə ilə iş zamanı yaranan suallara cavab verdim. 
 
Layihədə iştirak edərkən başa düşdüm ki, uğur qazanmaqda mənə nələr kömək edə bilər.  
Elektron resurslar: 
1. https://zenfizika.files.wordpress.com/2015/04/sahelerin-muqayisesi.pdf 
2. https://az.wikipedia.org/wiki/Materiya_(fəlsəfə) 
3. konul825.blogspot.com/p/elektromaqnit-sahsi.html 
 
Dərs 43/ 
MƏSƏLƏ HƏLLİ 
Burada müəllim qravitasiya, elektrik və maqnit sahələrinin xarakteristikalarına aid  tərtib 
etdiyi keyfiyyət və kəmiyyət xarakterli məsələlər həll edir.     
 
ÜMUMİLƏŞDİRİCİ  TAPŞIRIQLARIN CAVABLARI 
1. C   2. D      3. D     4. D    5. C
 
 


110 
 
Dərs 44/Mövzu: 
BİZ YERİN QRAVİTASİYA, ELEKTRİK VƏ 
             MAQNİT SAHƏSİNİN HANSI TƏSİRİ ALTINDAYIQ 
               (DEBAT DƏRS) 
Aşağıdakı ardıcıllığı yerinə yetirmək lazımdır: 
1. Debatın mövzusunu müəyyən edin. Mövzu elə seçilməlidir ki, onun şagirdlər üçün maraqlı 
və geniş müzakirə imkanlarına malik olsun. 
2. Eyni sayda üzvləri olan təsdiq və inkar edən komandaları qruplaşdırın. 
3. Püşk atmaqla hansı komandanın təsdiq edənlər, hansıların isə inkar edənlər 
olduğunu müəyyənləşdirin. 
4. Şagirdlərə arqument və əksarqumentlərlə kömək edin. 
5. Debatın necə keçiriləcəyini, reqlamenti və iştirakçıların rolunu şagirdlərlə razılaşdırın. 
6. Hakimlərin kimlər olacağını müəyyən edin. 
7. Debatı keçirərkən reqlamentə ciddi riayət edin. 
Çıxış edənlərin vəzifəsi onların hansı komandaya aid olmasından asılıdır. 
Təsdiqedici komanda hakimləri öz mövqelərinin doğru olduğuna inandırmalıdır. 
Ona görə  də ilk çıxış edən iştirakçılar hakimlərə özlərinin arqumentlər sistemini təklif 
etməlidirlər. Debat zamanı komanda üçün əsas məsələ onun bütün iştirakçılarının  əsas 
arqumentləri aydın, səlis və inandırıcı şəkildə təqdim etməsidir. Nitqi kiçik hissələrə bölmək 
məqsədəuyğun deyil. 
İnkaredici komandanın vəzifəsi isə opponentlərin arqumentlərini təkzib etməkdir. 
Onlar təkliflərlə “razı deyillər” və hakimlərin diqqətinə problemə yanaşmada əks 
mövqeyi təqdim edirlər.  İlk çıxış edən təklif olunan baxışların müdafiəsi üçün öz ar-
qumentlərini irəli sürür. Komandanın çıxış edən digər üzvləri isə onun baxışlarını  təkidlə 
müdafiə edirlər. Bir daha qeyd olunmalıdır ki, tərəflər öz mövqelərinin düzgünlüyünə qarşı 
tərəfi deyil, hakimləri inandırmağa çalışmalıdırlar. 
Hakimlər debatlar zamanı qarşı tərəfləri yalnız dinləyirlər. Onlar komanda 
üzvlərinin hansının daha inandırıcı çıxış etdiyini müəyyənləşdirirlər. Hakimlər iştirakçıların 
arqumentlərinə, onların məntiqi izahına və öz mövqelərini nə  dərəcədə inandırıcı müdafiə 
etdiklərinə xüsusilə diqqət yetirirlər. Bu zaman hakimlər şagirdləri əvvəlcədən razılaşdırılmış 
meyarlar üzrə qiymətləndirmə aparırlar, məsələn, belə bir cədvəl təklif etmək olar: 
Meyarlar 5 
ballıq sistemlə qiyməti 
Çıxış edən nə qədər inandırıcı danışır?  
Sübutlar ciddi arqumentlərə əsaslanırmı?  
Opponentin arqumentini təkzib edə bildimi? 
 
Çıxış emosional idimi? 
 
Ümumi bal 
 
Sonda bütün hakimlərin balları toplanaraq hər komanda üçün orta bal çıxarılır. Daha çox bal 
toplamış komanda qalib gəlir. 
 
 
 
Alt 
STANDART 
2.1.1. Elektromaqnit və qravitasiya sahələrini müqayisəli şəkildə şərh edir. 
Təlim  
NƏTİCƏLƏRİ 
 Yer kürəsinin qravitasiya, elektrik və maqnit sahələrinin canlı aləmə 
müsbət və mənfi təsirlərinə dair fikir mübadiləsi və mübahisələr aparır. 
 Öz fərziyyəsini irəli sürür və əsaslandırır. 
 Debatlarda iştirak bacarıqlarını nümayiş etdirir. 


Yüklə 3,69 Kb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə