Microsoft Word fiz-9 mv az capa docx



Yüklə 3,69 Kb.
Pdf görüntüsü
səhifə49/93
tarix08.10.2017
ölçüsü3,69 Kb.
#3673
növüDərs
1   ...   45   46   47   48   49   50   51   52   ...   93

106 
 
Dərs 40/ 
MƏSƏLƏ HƏLLİ 
Burada çalışma 2.7-dəki tapşırıqlar həll oluna bilər. Aşağıda bəzi məsələlərin cavabları 
verilmişdir: 
1. Cavab: Cərəyan mənbəyinə qoşulan sarğac dövrəsindəki cərəyan  şiddətini dəyişdikdə – 
dövrəni qapayıb-açdıqda onun ətrafında yaratdığı maqnit sahəsi dəyişər və qalvanometrə 
qoşulan sarğacda induksiya cərəyanı yaranar.  
2. Cavab: düz maqnitin cənub qütbü. 
 
3. Cavab: Yaranmaz, çünki kontur bircins sabit maqnit sahəsindədir: kontur müstəvisindən 
keçən maqnit induksiya xətlərinin miqdarı dəyişmir. 
 
 
Dərs 41/Mövzu: 
MADDƏNİN MAQNİT NÜFUZLUĞU 
 
Maraqoyatma mərhələsini cərəyanlı sarğaca növbə ilə müxtəlif tərkibli, məsələn,  polad, 
şüşə, quru taxta, plastmas, mis, alüminium içlik daxil edərək onun maqnit təsirinin 
dəyişməsini nümayiş etməklə  həyata keçirmək olar. Şagirdlər müşahidələrini müəllimin 
lövhədə  çəkdiyi aşağıdakı  cədvəldə qeyd edir, hadisələrin səbəbi haqqında fərziyyələrini 
söyləyir və cədvəldə yazırlar: 
Cərəyanlı sarğaca daxil edilən içliklər 
Müşahidə olundu 
Fərziyyələr 
Polad 
 
 
Şüşə 
 
 
Quru taxta 
 
 
Plastmas 
 
 
Mis 
 
 
Alüminium 
 
 
 
Tədqiqat sualı:
  Maqnit sahəsi cərəyanlı naqili əhatə edən mühitin xassəsindən necə 
asılıdır?” 
“Maqnit sahəsi mühitin xassəsindən asılıdırmı?” araşdırması şagirdlərdə çox fərziyyələrin 
yaranmasına səbəb ola bilər. Araşdırmada məqsəd cərəyanlı sarğaclar arasındakı maqnit 
qarşılıqlı  təsirinin maddənin xassəsindən asılılığını öyrənməkdir. Tapşırığın müzakirəsi 
dərslikdə verilən suallar əsasında  aparıla bilər.   
Mövzunun nəzəri xarakterini nəzərə alaraq onun mənimsənilməsinin  müəllimin şifahi şərhi 
üsulu ilə  həyata keçirilməsi tövsiyə edilir. Müəllim mövzunun elmi-metodik şərhində 
aşağıdakı ardıcıllığı gözləyir: 
 Maddədə maqnit sahəsi. 
Nəzərə almaq lazımdır ki, maddədə maqnit sahəsinin araşdırılması maddənin maqnit 
xassələrinin öyrənilməsi ilə  əlaqədardır. Bu xassələr fransız alimi Pol Lanjeven tərəfindən 
Alt 
STANDART 
1.1.1. Elektromaqnit (maqnit, işıq), atom və nüvə hadisələrini, onların 
başvermə səbəblərini şərh edir. 
Təlim  
NƏTİCƏLƏRİ 
 Maqnit sahəsini dəyişmək qabiliyyətinə malik olan maddələri – maq-
netikləri fərqləndirir. 
 Maqnetiklərin maqnit xassəsini xarakterizə edən kəmiyyətin fiziki 
mahiyyətini izah edir. 


107 
 
irəli sürülmüş maqnetizmin klassik elektron nəzəriyyəsi əsasında izah olunur. 
  Maddənin maqnit nüfuzluğu. 
Burada  əsas diqqət maddədə maqnit sahəsinin induksiyası  və onun maqnit nüfuzluğu 
anlayışlarının formalaşdırılmasına, ferromaqnit, diamaqnit və paramaqnit maddələrin maq-
nit xassələrinin müqayisəsinə yönəldilir.  
  Maddənin ferromaqnit xassəsini itirdiyi temperatur – Küri temperaturu.  
Burada belə bir maraqlı eksperiment nümayiş etdirmək olar. Dəmirdən olan bir neçə dəftər-
xana sancağını qalın dairəvi karton lövhəyə batırmaqla “ulduz” hazırlanır. Disk hündür iti 
ucluqda yerləşdirilir. Sabit maqniti “ulduzun” metal iynədən olan “şüasına” yaxınlaşdır-
dıqda o, maqnitə tərəf dönür. Bu vəziyyətdə iynəni şam alovunda közərənə qədər qızdırdıqda 
ulduz dönərək digər iynə maqnitə  cəzb olunacaq. 
Beləliklə, təcrübə digər iynələrin qızdırılması ilə tək-
rarlandıqda, metal iynənin yüksək temperaturda 
maqnit xassəsinin itirildiyi müşahidə olunur.   
  Maqnetiklərin tətbiqləri. 
Maddənin “maqnit nüfuzluğu” anlayışı bir neçə 
üsulla formalaşdırıla bilər. Bunlar maqnit qarşılıqlı 
təsiri, elektromaqnit induksiyası və maqnit zondunun 
tətbiqi üsullarıdır. Dərslikdə verilən üsul cərəyanlı sarğacların yaratdığı maqnit sahələrinin 
qarşılıqlı  təsirinin eksperimentdən müşahidə olunan nəticələr  əsasında 9-cu sinif şagirdləri 
üçün ən optimal üsuldur.  
Tövsiyə.  Təlim nəticələri yüksək olan siniflərdə 
“maqnit sabiti” anlayışını verib onun 
qiymətini hesablamaq olar. Bu məqsədlə cərəyanlı paralel naqillərin maqnit qarşılıqlı təsir 
düsturundan istifadə olunur. Qeyd edilir ki, bu naqillərin vakuumda qarşılıqlı  təsirlər 
qüvvəsi  aşağıdakı düsturla hesablanır: 
2
. 
Burada k mütənasiblik əmsalı olub 
2 ∙ 10
. Ona görə də: 

. 
Təklif olunan sxem və  cədvəllər. F blokunda verilən tapşırıq dərs boyunca şagirdin öy-
rəndiyi əsas bilikləri müstəqil olaraq ümumiləşdirməsinə xidmət edir. Texniki imkanları olan 
siniflərdə müəllim tapşırığı “AktivInspire”, “Mimio”, “Power Point” proqramlarının birində 
interaktiv formada təqdim edə bilər 
 
 
Qiymətləndirmə.  Aşağıdakı meyarlar əsasında təlim məqsədlərinə nail olmaq dərəcəsini 
müəyyən etmək olar.  
Maqnetiklər 
Tərifi: 
Maddənin maqnit nüfuzluğu
Tərifi: 
Paramaqnitlər
Diamaqnitlər
Ferromaqnitlər 
Nümunələr: 
Nümunələr: 
Nümunələr: 


108 
 
 
M-lar 

səviyyə 
II 
səviyyə 
III 
səviyyə 
IV 
səviyyə 

rql
əndir
m
ə 
Maqnit sahəsini də-
yişmək qabiliyyətinə 
malik olan maddələri 
maqnetikləri fərq-
ləndirə bilmir. 
Maqnit sahəsini də-
yişmək qabiliyyətinə 
malik olan maddələri 
– maqnetikləri çətin-
liklə fərqləndirir. 
Maqnit sahəsini də-
yişmək qabiliyyətinə 
malik olan maddələri 
– maqnetikləri qis-
mən doğru fərqlən-
dirir. 
Maqnit sahəsini də-
yişmək qabiliyyətinə 
malik olan maddələri 
– maqnetikləri dəqiq 
fərqləndirir. 
İzahe
tm
ə 
Maqnetiklərin maqnit 
xassəsini xarakterizə 
edən kəmiyyətin fizi-
ki mahiyyətini mü-
əllimin köməyi ilə 
izah edir. 
Maqnetiklərin maqnit 
xassəsini xarakterizə 
edən kəmiyyətin fizi-
ki mahiyyətini izah 
edir. 
Maqnetiklərin maqnit 
xassəsini xarakterizə 
edən kəmiyyətin fizi-
ki mahiyyətini əsasən 
doğru izah edir. 
Maqnetiklərin maqnit 
xassəsini xarakterizə 
edən kəmiyyətin fizi-
ki mahiyyətini düz-
gün izah edir. 
Dərsin sonunda iş vərəqləri yığılır və şagirdlərin portfoliosuna əlavə olunur. 
 
Dərs 42/Mövzu:  
QRAVİTASİYA, ELEKTRİK VƏ MAQNİT  
SAHƏLƏRİNİN MÜQAYİSƏSİ (
TƏQDİMAT DƏRS

Dərsə hazırlıq mərhələsinə bir neçə mövzuya əvvəlcədən başlamaq lazımdır. 
Məktəbin texniki bazası və şagirdlərin hazırlıq səviyyəsi imkan verərsə, təqdimatın “Power 
Point”, “ActivInspire”, “Mimio” proqramlarında hazırlanması daha faydalıdır. Əks halda sa-
də təqdimatdan,böyük vərəq üzərində hazırlanmış plakatlardan və s.-dən istifadə etmək olar. 
Dərsin əsas məqsədi şagirdlərdə seçim, ümumiləşdirmə, qruplaşdırma və təqdimetmə ba-
carıqlarının formalaşdırılmasıdır. Təqdimat zamanı  şagirdlər öz seçimlərini  əsaslandırmağı 
da bacarmalıdırlar. Buna görə də təqdimata qısa girişdən və “Qravitasiya sahəsi nəyin kömə-
yi ilə öyrənilir? Elektrik sahəsi nəyin köməyi ilə öyrənilir? Maqnit sahəsi nəyin köməyi ilə 
öyrənilir?” suallarına cavabdan başlamaq məqsədəuyğundur. 
Bu fəaliyyəti 4–5 nəfərlik qruplarla da həyata keçirmək olar. Müəllim təqdimatın qiymət-
ləndirilməsi üçün meyarlar hazırlayarkən metodik vəsaitdə təqdim olunan nümunələrdən isti-
fadə edə bilər. Şagirdlər öncədən qiymətləndirmə meyarları ilə tanış olmalıdırlar. Təqdimat-
ların yalnız müəllim tərəfindən deyil, eyni zamanda sinif yoldaşları tərəfindən də qiymətlən-
dirilməsi çox vacibdir. Müəllim təqdimatın qiymətləndirilməsi üsullarını özü müəyyən edir. 
Tədqiqatın 
qiymətləndirilməsi meyarları
Variantlardan birini seçin 
Məzmun 

Mövzu açılmışdır. 

Mövzu qismən açılmışdır. 

Mövzu açılmışdır, lakin səhvlər vardır. 

Mövzu tamamilə açılmışdır. 
Təqdimetmədə mətnin 
dəqiqliyi 

Məlumatlar mövzuya uyğun gəlmir, orfoqrafik səhvlər vardır. 

Məlumatlar mövzuya uyğun gəlir, lakin tam deyil, orfoqrafik 
səhvlər vardır. 

Məlumatlar mövzuya tam uyğun gəlir və onu tam əhatə edir, 
orfoqrafik səhvlər yoxdur. 
Alt 
STANDART 
2.1.1. Elektromaqnit və qravitasiya sahələrini müqayisəli şəkildə şərh edir. 
Təlim  
NƏTİCƏLƏRİ 
 Qravitasiya, elektrik və maqnit sahələrinin xarakteristikalarındakı ümumi 
qanunauyğunluğu müqayisə edir. 
 Fiziki sahəyə dair malik olduğu biliklər əsasında ümumiləşmələr aparır. 


Yüklə 3,69 Kb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə