97
Dərs 34/
MƏSƏLƏ HƏLLİ
Burada çalışma 2.5-dəki tapşırıqlar həll oluna bilər:
1. Cavab: 1və 2 –
kollektor; 3– rotor (cərəyanlı çərçivə); 4– statorun maqnit qütbləri;
5– fırça.
2. Cavab: Saat əqrəbi hərəkətinin əksi istiqamətində.
3. Cavab: Voltmetrin daxili müqaviməti çox-çox böyük olduğundan o, cərəyan mənbəyinin
uclarındakı gərginliyi göstərəcək. Ampermetr dövrəyə paralel qoşularsa,
onun daxili
müqaviməti kiçik olduğundan yanacaq və cihaz sıradan çıxacaqdır.
4. Cavab: Maqnitoelektrik sistemli ampermetrin “+” sıxacı cərəyan
mənbəyinin “–” qütbünə birləşdirildikdə əqrəbin bərkidildiyi çərçivədən
cərəyan tərsinə keçir, çərçivə əks istiqamətə dönür, əqrəb cihazın
divarına sıxılaraq qırılır, cihazın daxili müqaviməti yanır – cihaz
sıradan çıxır.
5. Cavab: Rotor saat əqrəbi hərəkətinin əksi istiqamətində fırlanır.
Dərs 35/Mövzu:
MAQNİT SAHƏSİNİN HƏRƏKƏTDƏ OLAN YÜKLÜ
ZƏRRƏCİKLƏRƏ TƏSİRİ. LORENS QÜVVƏSİ
Maraqoyatmanı dərslikdə verilən suallarla başlamaq olar (
A bloku). Müəllim şagirdlərə
əvvəlki mövzularda yerinə yetirilmiş araşdırmaları xatırlada və nümayiş etdirə bilər.
Məsələn, maqnit sahəsinin cərəyanlı naqilə Amper qüvvəsi ilə təsir etdiyini və cərəyanın
yüklü zərrəciklərin nizamlı hərəkətindən ibarət olduğunu “Fizika multimedia” elektron
dərsliyindəki uyğun animasiyaları nümayiş etdirmək yerinə düşər. Tədricən tədqiqat sualı
formalaşdırılır.
Tədqiqat sualı
: “
Maqnit sahəsi hərəkət edən yüklü zərrəciyə də təsir edirmi?”
“Hərəkətdə olan yüklü zərrəciklər selinə maqnit sahəsinin təsiri” araşdırması yerinə
yetirilir (
B bloku). Təcrübə yüksək gərginlikdə aparıldığından təhlükəsizlik baxımından onu
müəllimin nümayiş etdirməsi məqsədəuyğundur. Bu təcrübə ilə şagirdlər “Alovsuz boşalma”
araşdırmasında tanış olmuşlar (bax: Fizika 9, §1.5). Müəllim havası seyrəldilən şüşə borunun
elektrodları arasında yaranan alovsuz qaz boşalmasına əvvəlcə, düz maqnitin şimal,
sonra isə
cənub qütbünü yaxınlaşdırır və şagirdlərdən baş verən hadisəni diqqətlə izləməyi tələb edir.
Müşahidələrin nəticəsi dərslikdə verilən suallarla yanaşı, aşağıdakı tip suallarla da müzakirə
oluna bilər:
– Havası seyrəldilən şüşə borunun elektrodları arasında yaranan hansı qaz boşalmasıdır?
– Elektrodlar arasında yaranan moruğu rəngli nazik işıqlı zolaq nədən ibarətdir?
Alt
STANDARTLAR
1.1.2. Elektromaqnit (maqnit, işıq), atom və nüvə hadisələrinə aid
məsələlər qurur və həll edir.
1.1.3. Yüklü zərrəciklərin, atom və nüvədaxili zərrəciklərin hərəkətini
şərh edir.
Təlim
NƏTİCƏLƏRİ
Maqnit sahəsinin hərəkətdə olan yüklü zərrəciklərə təsirinin qanuna-
uyğunluğunu izah edir.
Maqnit sahəsinin hərəkətdə olan yüklü zərrəciklərə təsir istiqamətini
əlverişli üsulla təyin edir.
Maqnit sahəsinin hərəkətdə olan yüklü zərrəciklərə təsirini təcrübədə
yoxlayır.
98
– Bu yüklü zərrəciklər selinin maqnitin bir qütbündən itələndiyi,
maqnitin digər qütbünə
doğru isə meyil etməsi necə izah edilər?
Müəllim şagirdlərin cavablarını dinlədikdən sonra Lorens
qüvvəsinin riyazi ifadəsini çıxarır. Şagirdlərdən bu çıxarılış
tələb olunmaya da bilər.
Əlavə olaraq bildirilir ki, elektrik yükünün yerdəyişməsi za-
manı Lorens qüvvəsi iş görür. Yüklü zərrəciklərin sürəti və
Lorens qüvvəsi sabit olsa da, qüvvənin istiqaməti həmişə sürət və induksiya vektoruna
perpendikulyar qalmaqla dəyişir. Bu hal sol əl qaydası tətbiq olunmaqla izah edilir.
Lorens qüvvəsinin təsiri ilə ipdə yaranan gərilmə qüvvəsi arasında
analogiya yaratmaq
olar. Belə ki, ipin gərilmə qüvvəsi maddi nöqtəni çevrə üzrə hərəkət etdirdiyi kimi, Lorens
qüvvəsinin təsiri altında maqnit qüvvə xətlərinə perpendikulyar istiqamətdə daxil olan yüklü
zərrəcik də çevrə üzrə hərəkət edir.
Dərsin əsas məzmunu ilə şagirdlər aşağıdakı müddəalar əsasında tanış olurlar:
1. Maqnit sahəsinin hərəkətdə olan yüklü zərrəciyə təsiri.
2. Lorens qüvvəsinin çıxarılışı.
3. Sol əl qaydasının tətbiqi.
Təklif olunan cədvəl və sxemlər.
D blokunda verilən tapşırıq yerinə yetirilir. Bu tapşırıq cütlərlə yerinə yetirilə bilər. Araşdır-
mada məqsəd şagirdlərin nəzəri öyrəndiklərini tətbiq etməkdir. Yaradıcı tətbiqetmədə ve-
rilmiş məsələdən əlavə, keyfiyyət xarakterli qrafik məsələlər də həll oluna bilər. Şagirdlərə
iş vərəqlərinə aşağıdakı cədvəli köçürüb onu tamamlamaq tapşırıla bilər.
Tapşırıq Müsbət yüklü zərrəciyin
sürətinin
istiqamətini
təyin edin
Mənfi yüklü zərrəciyə təsir edən
Lorens qüvvəsinin istiqamətini
təyin edin
Şagirdlər Amper və Lorens qüvvələrini Venn diaqramında müqayisə edirlər.
Elektron resurslar:
1. az.wikipedia.org/wiki/
2. shagird.info/mundericatlar/main_
3. edu.glavsprav.ru/info/sila-lorenca
Qiymətləndirmə. Aşağıdakı meyarlar əsasında təlim məqsədlərinə nail olmaq
dərəcəsini
müəyyən etmək olar.
M-lar
I
səviyyə
II
səviyyə
III
səviyyə
IV
səviyyə
İzahe
tm
ə
Maqnit
sahəsinin
hərəkətdə olan yüklü
zərrəciklərə təsirinin
qanunauyğunluğunu
səhv izah edir.
Maqnit sahəsinin
hərəkətdə olan yüklü
zərrəciklərə təsirinin
qanunauyğunluğunu
çətinliklə izah edir.
Maqnit sahəsinin
hərəkətdə olan yüklü
zərrəciklərə təsirinin
qanunauyğunluğunu
əsasən doğru izah
edir.
Maqnit sahəsinin
hərəkətdə olan yüklü
zərrəciklərə təsirinin
qanunauyğunluğunu
düzgün izah edir.