İnsan Hüquqları İnstitutu bildirir ki, Bakı şəhəri Sovetski məhəlləsi ərazisində birinci söküntü mərhələsi çərçivəsində gedən işlər artıq yekunlaşmaq üzrədir



Yüklə 13,95 Kb.
tarix25.06.2018
ölçüsü13,95 Kb.

12207446_763524953777165_939082155_o.jpg

İnsan Hüquqları İnstitutu bildirir ki, Bakı şəhəri Sovetski məhəlləsi ərazisində birinci söküntü mərhələsi çərçivəsində gedən işlər artıq yekunlaşmaq üzrədir. Ərazidə hal hazırda mövcud olan yaşayış və qeyri yaşayış obyektlərinin sayı 50-60 ( ümumilikdə isə ilkin söküntü mərhələsində 3500 ailənin köçürülməsi nəzərdə tutulmuşdur ). Bunlardan 30-a yaxını Yasamal rayonu 61 saylı Mənzil Kommunal İstismarı Sahəsinin, təxminən 10-u Yasamal Rayon 60 saylı Mənzil Kommunal İstismarı Sahəsinin, geri qalan yaşayış və qeyri yaşayış obyektləri isə Yasamal Rayonu 43 saylı Mənzil Kommunal İstismarı Sahəsinin ərazisində yerləşir.

Hazırda ərazidə yaşayan ailələrdən 8-i içməli sudan,10-u təbii qazdan, 10-u elektrik enerjisindən, 10-u isə bütün kommunal xidmətlərdən tamamilə məhrum edilmişdir. Ərazidə yaşayan sakinlərin gediş-gəlişi üçün nəzərdə tutulmuş, habelə avtomobil yollarının 80%-i tamamilə və ya qismən sıradan çıxmışdır. Bundan başqa Sovetski məhəlləsinin birinci söküntü mərhələsi çərçivəsində gedən işlərdən sonra ərazidə antisanitariya, qəzalı vəziyyətdə qaz və elektrik xəttlərinin mövcudluğu sakinlərin həyatı üçün müəyyən təhlükələr yaratmaqdadır. Bundan başqa alqı satqı zamanı vərəndaşlara verilən və müqavilədə əksini tapan 1 ay ərzində möhlət müddəti kobudcasına pozulur, vətəndaşlar müvafiq kompensasiya məbləği ödənildikdən sonra 1 ay deyil, 7-10 gün ərzində mənzillərindən çıxarılaraq evlər dağıdılır.

İnsan Hüquqları İnstitutu ərazidə apardığı müşahidələr və yerli sakinlərdən əldə etdiyi məlumata əsasən bildirir ki, Sovetski məhəlləsinin ikinci söküntü mərhələsinə artıq start verilmişdir.İkinci söküntü mərhələsi çərçivəsində hələlik ki, yalnız bir kvartal - Çingiz Mustafayev ( keçmiş Dilarə Əliyeva / 1 May / Suraxanski küçəsi ), Nabat Aşurbəyova ( keçmiş Mustafa Sübhi küçəsi ), Mirzə Fətəli və Bəşir Səfəroğlu ( keçmiş Şors küçəsi ) küçələri arasındakı kvartalda yaşayan sakinlərlə alqı satqı edilir. Sözügedən kvartalda 1 arxitektur tikili mövcuddur. Ərazidə yerləşən 173 yaşayış və qeyri yaşayış obyektindən 146-sı ( 21 iyun tarixinə olan məlumatlara istinadən ) artıq Söküntü Komissiyası ilə alqı satqı müqaviləsi imzalayaraq köçməyə razılıq vermişdir.

İnstitutumuzun apardığı araşdırmalara görə isə ehtimal olunur ki, birinci söküntü mərhələsi çərçivəsində işlərin tamamilə yekunlaşmasından və yay məzuniyyəti bitdikdən sonra ( təxminən sentyabr-oktyabr ayları ) ikincisi söküntü mərhələsinə aid olan bir neçə kvartalların da söküntüsünə başlanacaqdır. Çünkü hazırda ikinci söküntü mərhələsi çərçivəsində alqı satqısı başlanılmış kvartalın söküntüsünün hər hansısa bir ciddi əhəmiyyəti və vacibliyi yoxdur. Üstəlik bir müddət öncə AzərAvtoYol ASC tərəfindən bəzi hesablama işləri aparılmışdır. Sözügedən qurumu təmsil edən və ərazidə işləyən şəxslərdən şifahi olaraq Bəşir Səfəroğlu küçəsinin genişləndirilməsi istiqamətində işlərin yaxın vaxtlarda başlanılacağını bildirmişlər. Bu halda isə Zərgərpalan, Çingiz Mustafayev ( keçmiş Dilarə Əliyeva / 1 May / Suraxanski küçəsi ), Bəşir Səfəroğlu ( keçmiş Şors küçəsi ) və Abdulla Şaiq ( keçmiş Verxniy Naqornıy / Yuxarı Dağlıq küçəsi ) aralığında yerləşən təxminən 7 kvartal sökülməlidir.

Bundan başqa Sovetski məhəlləsi ərazisində yaşayan və azkvadratlı ( 25 kv.m-ə qədər ) mənzillərin sahiblərinə Nərimanov Rayonu Koroğlu Rəhimov küçəsi 9 ünvanında tikintisi başa çatmış binada yeni mənzillər təqdim edilmişdir. Bina bir bloklu, 9 mərtəbəli ( birinci mərtəbəsi magaza və s.kommersiya məqsədləri üçün, 8 mərtəbəsi isə yaşayış üçün nəzərdə tutulub ), hər mərtəbəsində 15 mənzil olmaqla ümumilikdə 120 mənzil mövcuddur. Təqdim olunan mənzillər tam təmirlidir, fərdi kombi isidicisi mövcuddur, döşəmə laminat parketdən, qapı və pəncərələr plastik, çöl qapısı isə seyf qapıdan ibarətdir. Mətbəxə isti və soyuq su xəttləri, qaz xətti çəkilmiş, hamam və ayaqyoluna bütün santexnika və aksesuarları quraşdırılmışdır. Binada yük daşımaları və sakinlər üçün iki ayrı ayrı lift mövcuddur. Bundan başqa qəza və ya fövqaladə hallarda istifadəsi nəzərdə tutulan qəza çıxışı, 200 tonluq ehtiyyat üçün içməli su çəni də tikilmişdir. Binanın ətrafında sakinlərin istirahəti məqsədilə geniş park, habelə avtodayanacaq mövcuddur. 11 iyun tarixində Yasamal Rayon İcra Hakimiyyətinin alt zalında püşk atma mərasimi keçirilmişdir. Püşkatmada təxminən 100 ailə iştirak etmişdir. Geri qalan mənzillər isə hələ paylanılmamışdır. Püşkatmada mənzillərə sahib olmuş vətəndaşlar yeni mənzillərin sənədləşmə işləri və s.üçün ödənişləri özləri ödəməli olacaqlar. Qeyd edək, az kvadratlı yaşayış obyektlərinin mənzillərlə təmini məqsədilə 2015-ci ilin payızında, Fətəli Xan Xoyski küçəsi 83 ünvanında 107, cari ildə isə Koroğlu Rəhimov küçəsi 9 ünvanında isə 120 mənzildən ibarət yaşayış binası istifadəyə verilmişdir. Həmin binaların isə yaxın 2-5 il içində sökülməsi planlaşdırılıb.

Mövzunu davam etdirəcəyik.

Bakı,

28 iyun 2016

____________________________________________________________________________________12207446_763524953777165_939082155_o.jpg


Institute of Human Rights,

Mirza Fatali side street 14; Baku, Azerbaijan, AZ1009

ihr.azerbaijan@gmail.com



+994519090925


Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə