Microsoft Word fiz-9 mv az capa docx



Yüklə 3,69 Kb.
Pdf görüntüsü
səhifə48/93
tarix08.10.2017
ölçüsü3,69 Kb.
#3673
növüDərs
1   ...   44   45   46   47   48   49   50   51   ...   93

103 
 
Növbəti mərhələdə  şagirdlər qruplaşdırılır və onlara dərslikdə verilən dərs materialını diq-
qətlə oxuyub aşağıdakı müddəalar əsasında təqdimat hazırlamaq tapşırığı verilə bilər: 
 Lens təcrübəsinin mexanizmi. 
 İnduksiya cərəyanının yaranma səbəbi. 
 İnduksiya cərəyanının istiqaməti. 
 Burulğanlı elektrik sahəsi və elektrostatik sahələrinin müqayisəsi. 
Təqdimatlar dinlənildikdən sonra, mövzunun məqsədyönlü elmi təhlili təşkil edilə bilər. Bu 
zaman qapalı konturda induksiya cərəyanının yaranması  və konturun hərəkətə  gəlməsinin 
səbəbini sabit maqnitlə qapalı konturun qarşılıqlı təsirini əks etdirən sxem üzərində izah oluna 
bilər. Müəllim sxemi illüstrasiya edərək bildirir ki, maqnitin şimal qütbü kontura yaxınlaşdır-
dıqda kontur müstəvisini kəsib keçən   maqnitin induksiya xətlərinin miqdarı getdikcə artır, 
induksiya cərəyanının yaratdığı maqnit sahəsinin 
induksiyası isə   induksiya  xətlərinin 
əksinə yönəlməklə bu artıma maneçilik törədir (şəkil 1). Maqniti konturdan uzaqlaşdırdıqda 
isə kontur müstəvisini kəsib keçən   maqnit induksiya  xətlərinin  miqdarı getdikcə azalır, 
induksiya cərəyanının yaratdığı maqnit sahəsinin 
induksiyası isə   
 induksiya  xətləri 
istiqamətinə yönəlməklə bu “artıma” maneçilik törədir (şəkil 2). Beləliklə, dəyişən maqnit 
sahəsində yerləşən qapalı konturda yaranan induksiya cərəyanının istiqamətinin Lens qaydası 
ilə təyin olunması izah edilir. 
 
Təcrübəni maqnitin cənub qütbü ilə təkrarladıqda qapalı konturda yaranan induksiya cərəya-
nının istiqaməti əksinə dəyişir (şəkil 3).  Hadisənin səbəbini izah etmək şagirdlərə tapşırılır.  
 
Şagirdlər öyrəndikləri nəzəri biliklərini “Yaradıcı  tətbiqetmə” mərhələsində  təqdim olunan 
keyfiyyət xarakterli məsələnin həllinə  tətbiq edirlər. Məlum olur ki, sabit maqnitin cənub 
qütbünü sarğaca daxil etdikdə onun dolaqlarında saat əqrəbi hərəkətinin əksi istiqamətində 
induksiya cərəyanı yaranır (bax: şəkil 3). Maqniti uzaqlaşdırdıqda isə,  əksinə, dolaqlarda 
yaranan induksiya cərəyanı saat əqrəbinin hərəkəti istiqamətində olur (şəkil 4). 
Şəkil 3
Şəkil 1
Şəkil 2


104 
 
 
 
Elektron resurslar: 
1. https://www.youtube.com/watch?v=KVN1m-dPMPw 
2. https://www.google.az/search?biw=механизм+отталкивани 
3. www.youtube.com/watch?v=q-Rd2DvlTU4 
 
Qiymətləndirmə.  Aşağıdakı meyarlar əsasında təlim məqsədlərinə nail olmaq dərəcəsini 
müəyyən etmək olar.  
M-lar 

səviyyə 
II 
səviyyə 
III 
səviyyə 
IV 
səviyyə 
İzahe
tm
ə  
İnduksiya cərəyanının 
yaranma mexanizmi-
ni müəllimin köməyi 
ilə izah edir. 
İnduksiya cərəyanının 
yaranma mexanizmi-
ni çətinliklə izah edir.
İnduksiya cərəyanının 
yaranma mexanizmi-
ni əsasən doğru izah 
edir. 
İnduksiya cərəyanının 
yaranma mexanizmi-
ni düzgün  izah edir. 
Ə
sa
sla
nd
ırma 
İnduksiya cərəyanının 
istiqamətinin müəy-
yənləşdirilməsini nə-
zəri və təcrübi olaraq 
əsaslandıra bilmir. 
İnduksiya cərəyanının 
istiqamətinin müəy-
yənləşdirilməsini nə-
zəri və təcrübi olaraq  
az səhvlərə yol ver-
məklə əsaslandırır. 
İnduksiya cərəyanının 
istiqamətinin müəy-
yənləşdirilməsini nə-
zəri və təcrübi olaraq 
qismən doğru 
əsaslandırır. 
İnduksiya cərəyanının 
istiqamətinin müəy-
yənləşdirilməsini nə-
zəri və təcrübi olaraq 
dəqiq  əsaslandırır. 
Dərsin sonunda iş vərəqləri yığılır və şagirdlərin portfoliosuna əlavə olunur. 
Ev tapşırığı. Lens qurğusunu hazırlamaq. 
 
 
 
Dərs 39/  
Praktik iş.
 
ELEKTROMAQNİT İNDUKSİYA HADİSƏSİNİN ÖYRƏNİLMƏSİ 
 
İş.i qruplar və ya cütlərlə  təşkil edilə bilər.  Bu tapşırıqların təyinatı şagirdlərə izah olu-
nur, onların yerinə yetirilmə ardıcıllığı müəyyən edirlər. Təqdim olunan dərs nümunəsi cüt-
lərlə iş üçün nəzərdə tutulmuşdur.  
İşin məqsədi: Elektromaqnit induksiya hadisəsinə aid nəzəri biliklərini praktikaya tətbiq 
etnək, hadisəni fərqli eksperimentlərlə bir daha araşdırmaq.  
Tələb olunan resurslar: qalvanometr, bir neçə dolaqdan ibarət qapalı kontur, maqnit (düz 
və ya nalşəkilli), birləşdirici naqillər. 
 
 
 
Alt 
STANDARTLAR 
2.2.1. Təbiətdəki əlaqəli sistemlərdə elektromaqnit və nüvə qarşılıqlı 
təsirinin rolunu izah edir.  
3.1.1. Elektromaqnit (maqnit və işıq), atom və nüvə hadisələrinə uyğun 
cihazlardan istifadə edir. 
 
 
Təlim  
NƏTİCƏLƏRİ 
 Sadə cihazlardan istifadə etməklə elektromaqnit induksiya hadisəsini 
təcrübi olaraq müxtəlif üsullarla yoxlayır. 
 
 
Şəkil 4.


105 
 
 
Fəaliyyət 
Şagirdlərdə forma-
laşacaq bacarıqlar 
Qiymətləndirmə 
(şagirdlər özləri aparır) 
Şagirdlərə praktik işin adını dəftə-
rə yazmaq tapşırılır. 
 
 
Tapşırıq 1. Dərslikdə verilən 
praktik işin I tapşırığının yerinə 
yetirilməsi:  
Konturu qalvanometrin 
sıxaclarına birləşdirin. 
Laboratoriya avadanlıq-
larından istifadəetmə, ta-
nıma, alınan nəticələri 
praktik təyinetmə, 
ümumiləşdirmə. 
Şagirdlərə bir-birini yoxlamaları 
tapşırılır. Onlar növbə ilə  I tap-
şırığı yerinə yetirirlər.  Hər 
düzgün addım üçün 1 bal  əlavə 
olunur. Maksimum 6 bal ola bilər.  
Tapşırıq 2. Təcrübənin nəticələrini qeyd etmək üçün iş vərəqinə aşağıdakı cədvəli köçürün: 
 
Tapşırıq 3. Konturu masa üzərin-
də şaquli yerləşdirin. Maqnitin şi-
mal qütbünü kontura daxil edin və 
çıxarın. Müşahidənin nəticələrini 
cədvələ yazın. 
Müşahidə nəticəsində 
alınan nəticəni praktik 
təyinetmə. 
Şagirdlər bir-birinin işlərini müqa-
yisə edir. Üst-üstə düşməyən ca-
vablar müzakirə olunur. İşin nəti-
cəsini siz qiymətləndirəcəksiniz. 
Maksimum 6 bal ola bilər.  
Tapşırıq 4. Maqnitin cənub qütbü-
nü kontura daxil edin və çıxarın. 
Müşahidənin nəticələrini cədvələ 
yazın. 
Laboratoriya avadan-
lıqlarından istifadəetmə 
və tanıma. Nəticəni 
təyinetmə. 
İşin nəticəsini siz qiymətləndirirsi-
niz. Maksimum 8 bal ola bilər. 
Tapşırıq 5. Maqniti masa üzərində 
şaquli yerləşdirin. Konturu maq-
nitə keçirin və çıxarın. Müşahi-
dənin nəticələrini cədvələ yazın. 
 
Fiziki ölçü cihazların-
dan istifadəetmə. Mü-
şahidə nəticəsində alı-
nan nəticəni praktik 
təyinetmə. 
İşin nəticəsini siz qiymətləndirirsi-
niz. Maksimum 8 bal ola bilər. 
 
Tapşırıq 6. Müşahidə etdiyiniz 
hadisələrdən çıxardığınız nəticəni 
iş vərəqində qeyd edin. 
 
Praktik nəticələrin he-
sablanması bacarıqları. 
Şagirdlər yoldaşlarını  yoxlayır. 
Onlar praktik tapşırıqlarını nüma-
yiş etdirir. Hər dolğun nümayiş 
üçün 1 bal əlavə olunur. Maksi-
mum 8 bal ola bilər 
Şagirdlərə yığdıqları balların 
ümumi sayını hesablamaq və nəti-
cəni iş vərəqinə  yazmaq tapşırılır. 
Ümumiləşdirmə 
Maksimum 36 bal ola bilər. 
 
Qiymətləndirmə. Aşağıdakı meyarlar əsasında təlim məqsədlərinə nail olmaq dərəcəsini 
müəyyən etmək olar.  
Mey. 

səviyyə 
II 
səviyyə 
III 
səviyyə 
IV 
səviyyə 
T
əcrüb
əap
arma
 
Sadə cihazlardan isti-
fadə etməklə elektro-
maqnit induksiya ha-
disəsini təcrübi olaraq 
müxtəlif üsullarla sər-
bəst yoxlaya bilmir. 
Sadə cihazlardan isti-
fadə etməklə elektro-
maqnit induksiya ha-
disəsini təcrübi olaraq 
müxtəlif üsullarla 
çətinliklə yoxlayır. 
Sadə cihazlardan isti-
fadə etməklə elektro-
maqnit induksiya ha-
disəsini təcrübi olaraq 
müxtəlif üsullarla 
əsasən yoxlayır. 
Sadə cihazlardan isti-
fadə etməklə elektro-
maqnit induksiya ha-
disəsini təcrübi olaraq 
müxtəlif üsullarla 
düzgün yoxlayır. 
Dərsin sonunda iş vərəqləri yığılır və şagirdlərin portfoliosuna əlavə olunur. 
 
 
İnduksiya cərəyanının alınma üsulu 
Qalvanometr əqrəbinin meyli (sağa, sola) 
1 Maqnitin 
şimal qütbünü kontura daxil etdikdə 
 
2 Maqnitin 
şimal qütbünü konturdan uzaqlaşdırdıqda  
3 Maqnitin 
cənub qütbünü kontura daxil etdikdə 
 
4 Maqnitin 
cənub qütbünü konturdan uzaqlaşdırdıqda  
5 Sarğacı maqnitə daxil etdikdə 
 
6 Sarğacı maqnitdən çıxardıqda  


Yüklə 3,69 Kb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə