89
2. Cavab: Dairəvi cərəyanın istiqaməti sağ yivli burğu və ya sağ əl qaydasına əsasən təyin
olunur:
3. Cavab: K nöqtəsində induksiya vektorunun istiqaməti və maqnit əqrəbinin qütbləri səhv
göstərilmişdir.
4. Cavab: Elektrik cərəyanının istiqaməti elektronların hərəkət
istiqamətlərinin əksi
istiqaməti qəbul olunmuşdur. Bu səbəbdən hidrogen atomunda elektronun
saat əqrəbinin hərəkəti istiqamətində dövr etməsi nəticəsində yaratdığı
elementar dairəvi cərəyan saat əqrəbinin əksi istiqamətindədir. Sağ əl qaydası
tətbiq olunduqda baş barmaq şəkil müstəvisindən bizə doğru perpendikulyar
yönəlir. Bu istiqamət dairəvi cərəyanın yaratdığı maqnit sahə induksiya
vektoru ilə üst-üstə düşür – induksiya oxu sanki dairədən bizə doğru çıxır. İnduksiya
xətlərinin çıxdığı hissə maqnit sahəsinin şimal qütbü qəbul olunmuşdur.
5. Cavab: Sarğacdakı cərəyanın istiqamətini dəyişməklə onun yaratdığı maqnit sahəsinin
qütblərini dəyişmək olar.
6. Cavab: A.
Dərs 29/Mövzu:
CƏRƏYANLARIN MAQNİT QARŞILIQLI TƏSİRİ
Maraqoyatma mərhələsini dərslikdə verilən mətn və uyğun sualların (
A bloku) müza-
kirəsi ilə həyata keçirilməsi tövsiyə olunur. Şagirdlərin fərziyyələri dinlənilir,
maraq doğuran
və təkrarlanmayan fərziyyələr lövhədə qeyd edilir.
Tədqiqat sualı:
“
Naqildən cərəyan keçməsini digər cərəyanlı naqillə müəyyən etmək
olarmı?”
Təhlükəsizlik və vaxta qənaət etmək baxımından “Cərəyanlı naqillər arasında maqnit qar-
şılıqlı təsiri” araşdırmasının müəllim tərəfindən icra olunması tövsiyə edilir. Araşdırmanı icra
edərkən kömək və şagirdlərin diqqətini artırmaq məqsədilə hər sıradan bir şagird nümayiş
masasına dəvət olunur. Aparılan eksperiment nəticəsində məlum olur ki, paralel naqillərdən:
1) birindən elektrik cərəyanı keçib digər naqildə cərəyan olmadıqda onlar arasında heç bir
maqnit qarşılıqlı təsiri baş vermir; 2) hər ikisindən eyni istiqamətdə cərəyan keçərsə, onlar
Alt
STANDARTLAR
1.1.1. Elektromaqnit (maqnit, işıq),
atom və nüvə hadisələrini, onların
başvermə səbəblərini şərh edir.
1.1.4. Elektromaqnit (maqnit, işıq), atom və nüvə hadisələrinin qanunauy-
ğunluqlarına dair topladığı məlumatları şərh edir.
Təlim
NƏTİCƏLƏRİ
Cərəyanlı paralel düz naqillərin maqnit qarşılıqlı təsirini təcrübələrlə
nümayiş etdirir.
Cərəyanlı paralel düz naqillərin maqnit qarşılıqlı təsirinin
qanunauyğunluğunu izah edir.