Microsoft Word fiz-9 mv az capa docx



Yüklə 3,69 Kb.
Pdf görüntüsü
səhifə37/93
tarix08.10.2017
ölçüsü3,69 Kb.
#3673
növüDərs
1   ...   33   34   35   36   37   38   39   40   ...   93

80 
 
Tövsiyə. Texniki imkanları olan sinif otaqlarında bu nümayişi “Fizika multimedia” 
dərsliyindən istifadə etməklə də yerinə yetirmək olar.  
Maraqoyatma mərhələsini dərsliyin  A blokundakı  mətn  əsasında da başlamaq olar. Bu 
zaman müəllim fənlərarası inteqrasiya yaratmaqla şagirdlərin fizika və coğrafiya fənnindən 
qazandıqları biliklərə istinad edə bilər. Mərhələni beyin həmləsi əsasında BİBÖ texnikasını 
tətbiq etməklə aparmaq məqsədəuyğundur.  
BİLİRƏM 
İSTƏYİRƏM BİLƏM ÖYRƏNDİM 
 
 
 
 
Müəllim lövhədə BİBÖ cədvəlini qurduqdan sonra şagirdlərlə əvvəl qazandıqları biliklərinə 
əsasən aşağıdakı suallar ətrafında müsahibə təşkil edir: 
M: Yerin Şimal və Cənub coğrafi qütblərini necə müəyyən edirsiniz? 
M: Hərdən Meteoroloji Proqnozlar Bürosu belə bir məlumat yayır: “Günəşdə aktivləşmələr 
baş vermişdir. Yerdə maqnit qasırğası gözlənilir”. Bu məlumatı necə şərh etmək olar? 
M: Maqnit qasırğası nə deməkdir? 
M: Yer atmosferinin hansı təbəqələrini tanıyırsınız? 
Şagirdlərin cavabları BİBÖ cədvəlinin birinci sütununa (“Bilirəm”) yazılır. 
Tədqiqat sualı:
 “Yer kürəsinə böyük maqnit kimi baxmaq olarmı?” 
Şagirdlər bu zaman cədvəlin “Bilmək istəyirəm” hissəsində öz qeydlərini edir. Müəllim 
dərs boyu şagirdlərin bilmək istədikləri məsələləri aydınlaşdırır. 
Şagirdlər qruplara ayrılır və  B blokunda verilmiş “Kompas hazırlaya bilərsinizmi?” 
araşdırmasını yerinə yetirir. Onlar təlimata uyğun olaraq iynəni maqnitə sürtməklə maqnit-
ləndirir və sadə kompas hazırlayaraq onunla Yerin coğrafi qütblərini təyin edirlər. Qruplar 
işlərini təqdim etdikdən sonra müəllim dərslikdə verilən suallar əsasında müzakirə təşkil edə 
bilər. 
Növbəti mərhələdə qruplara C blokunda verilən nəzəri materialı oxumaq tapşırığı verilir. 
Onlar dərsin məzmunu ilə aşağıdakı müddəalar əsasında tanış olurlar: 
 Yerin maqnit sahəsi və onun qütbləri. 
 Maqnitosferin Yer atmosferindəki yeri. 
 Maqnit qasırğası. 
Tövsiyə. Yerin maqnitosferi və onun sipər rolundan bəhs edən üçölçülü animasiya nümayiş 
etdirilməsi təlim nəticələrinə müsbət təsir göstərər. 
Təklif olunan cədvəl və sxemlər.  
Aşağıdakı  cədvəli tamamlamaqla hər qrup digər qrupun təqdimatından öyrəndiklərini öz 
məlumatı ilə müqayisə edə bilər. 
Anlayış 
Məlumat Müzakirə zamanı nəticəm 
Yerin maqnit qütbləri 
 
 
Maqnitosfer 
 
 
Maqnit qasırğası 
 
 
 
Şagirdlər “Yaradıcı tətbiqetmə” mərhələsində D blokunda verilən tapşırığı icra edirlər. 
Elektron resurslar: 
1. https://www.youtube.com/watch?v=qY4mfhVLW_Y 
2. https://www.youtube.com/watch?v=vOmOsp4MPb4 
3. https://www.youtube.com/watch?v=P1Tbebrf39Q 
 
Qiymətləndirmə.  Aşağıdakı meyarlar əsasında təlim məqsədlərinə nail olmaq dərəcəsini 
müəyyən etmək olar.  


81 
 
 
M-lar 

səviyyə 
II 
səviyyə 
III 
səviyyə 
IV 
səviyyə 
İzahe
tm
ə 
Yer kürəsinin maqnit 
sahəsinə malik oldu-
ğunu və bu sahənin 
əhəmiyyətini səhv 
izah edir. 
Yer kürəsinin maqnit 
sahəsinə malik oldu-
ğunu və bu sahənin 
əhəmiyyətini az 
səhvlərə yol verməklə 
izah edir. 
Yer kürəsinin maqnit 
sahəsinə malik oldu-
ğunu və bu sahənin 
əhəmiyyətini əsasən  
izah edir. 
Yer kürəsinin maqnit 
sahəsinə malik oldu-
ğunu və bu sahənin 
əhəmiyyətini düzgün 
izah edir. 
İzahe
tm
ə v
ə 
nümayi
şet
m
ə 
Kompasın quruluş və 
iş prinsipini izah edir
ondan necə istifadə 
etməyi müəllimin 
köməyi ilə nümayiş 
etdirir. 
Kompasın quruluş və 
iş prinsipini izah edir, 
ondan necə istifadə 
etməyi çətinliklə 
nümayiş etdirir. 
Kompasın quruluş və 
iş prinsipini izah edir, 
ondan necə istifadə 
etməyi qismən doğru 
nümayiş etdirir. 
Kompasın quruluş və 
iş prinsipini izah edir, 
ondan necə istifadə 
etməyi dəqiq nümayiş 
etdirir. 
Dərsin sonunda iş vərəqləri yığılır və şagirdlərin portfoliosuna əlavə olunur. 
Ev tapşırığı:  “Cib kompası hazırlamaq”. 
 
Dərs 24/Mövzu: 
CƏRƏYANLI DÜZ NAQİLİN  
MAQNİT İNDUKSİYASI 
 
Dərsə A blokunda verilən mətn və suallarla başlamaq olar. Bu zaman müəllim şagirdlərin 
fizikadan qazandıqları biliyə istinad edərək aşağıdakı suallarla müsahibə təşkil edə bilər: 
– Elektrik cərəyanının hansı təsirləri var? 
– Elektrik cərəyanının maqnit təsirini necə aşkar edə bilərsiniz? 
– Cərəyanın maqnit təsiri nədən asılıdır? 
– Cərəyanlı düz naqilin maqnit sahəsinin induksiya xətlərinin istiqamətini necə müəyyən-
ləşdirmək olar? 
Şagirdlərin irəli sürdükləri fərziyyələr ümumiləşdirilir və maraq doğuranları lövhədə yazılır. 
Tədqiqat sualı formalaşdırılır. 
Tədqiqat sualı
: “Cərəyanlı düz naqilin maqnit induksiya xətləri hansı formaya malikdir və 
induksiya vektorunun istiqamətini necə təyin etmək olar?” 
 
Şagirdlər B blokunda verilən “Cərəyanlı düz naqilin maqnit induksiya xətləri” araşdırmasını 
icra edirlər. Burada məqsəd cərəyanlı düz naqilin maqnit sahəsinin spektrini almaq və 
induksiya xətlərinin hansı formaya malik olduğunu aşkar etməkdir. 
Müəllim araşdırma zamanı  şagirdlərin diqqətini maqnit əqrəblərinin və ya maqnit tozunun 
cərəyanlı düz naqilin ətrafındakı düzülüşünə yönəltməlidir. Belə ki, maqnit əqrəbləri 
naqildəki cərəyan şiddəti artdıqca  və naqilə yaxın yerləşdikcə daha çox meyil edir. Eynilə 
Alt 
STANDARTLAR 
1.1.1. Elektromaqnit (maqnit, işıq), atom və nüvə hadisələrini, onların 
başvermə səbəblərini şərh edir.  
1.1.4. Elektromaqnit (maqnit, işıq), atom və nüvə hadisələrinin 
qanunauyğunluqlarına dair topladığı məlumatları şərh edir. 
Təlim  
NƏTİCƏLƏRİ 
  Cərəyanlı düz naqilin maqnit induksiya xətlərinin istiqamətini müxtəlif 
üsullarla təyin edir. 
 Cərəyanlı düz naqilin maqnit induksiyasının təyininə aid keyfiyyət 
xarakterli məsələlər qurur və həll edir. 


Yüklə 3,69 Kb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə