Microsoft Word fiz-9 mv az capa docx



Yüklə 3,69 Kb.
Pdf görüntüsü
səhifə33/93
tarix08.10.2017
ölçüsü3,69 Kb.
#3673
növüDərs
1   ...   29   30   31   32   33   34   35   36   ...   93

70 
 
Dərs 18 
KİÇİK SUMMATİV QİYMƏTLƏNDİRMƏ TAPŞIRIQLARI NÜMUNƏLƏRİ 
 
1. Metallarda elektrik cərəyanını hansı yükdaşıyıcılar yaradır? 
A) Elektronlar və deşiklər     B) Elektronlar və müsbət ionlar    C) Yalnız elektronlar    
D) Elektronlar, müsbət və mənfi ionlar   E) Yalnız müsbət və mənfi ionlar 
 
2. Elektrolitlərdə  elektrik cərəyanını hansı yükdaşıyıcılar yaradır? 
A) Elektronlar və deşiklər     B) Elektronlar və müsbət ionlar    C) Yalnız elektronlar    
D) Elektronlar, müsbət və mənfi ionlar   E) Yalnız müsbət və mənfi ionlar 
 
3. Qazlarda elektrik cərəyanını hansı yükdaşıyıcılar yaradır? 
A) Elektronlar və deşiklər     B) Elektronlar və müsbət ionlar   C) Yalnız elektronlar    
D) Elektronlar, müsbət və mənfi ionlar   E) Yalnız müsbət və mənfi ionlar 
 
4. Vakuumda elektrik cərəyanını hansı yükdaşıyıcılar yaradır? 
A) Elektronlar və deşiklər     B) Elektronlar və müsbət ionlar   C) Yalnız elektronlar    
D) Elektronlar, müsbət və mənfi ionlar   E) Yalnız müsbət və mənfi ionlar 
 
5. Yarımkeçiricilərdə elektrik cərəyanını hansı yükdaşıyıcılar yaradır? 
A) Elektronlar və deşiklər     B) Elektronlar və müsbət ionlar    C) Yalnız elektronlar    
D) Elektronlar, müsbət və mənfi ionlar   E) Yalnız müsbət və mənfi ionlar 
 
6. Elektrolit məhlulunda elektrik cərəyanının daşıdığı yükün ən kiçik mütləq qiyməti nəyə 
bərabərdir? 
A) Elektrolitik dissosiasiyada iştirak edən maddədən asılıdır     B) 
2
3,2 ∙ 10
   
C) 
1,6 ∙ 10
        D) 1         E) İxtiyari miqdar  
   
7. Elektrik cərəyanının hansı təsiri bu cərəyanın ixtiyari mühitdən keçməsi zamanı müşahidə  
olunur? 
A) İstilik    B) Maqnit    C) Kimyəvi   D) İşıq   E) Kimyəvi və maqnit 
 
8. Təmiz yarımkeçiricidə hansı tip keçiricilik üstünlük təşkil edir? 
A) Elektron     B) Deşik     C) İon   D) Elektrik cərəyanını keçirmir    
E) Bərabər səviyyədə elektron və deşik  
 
9. Donor aşqarlı yarımkeçiricidə hansı tip keçiricilik üstünlük təşkil edir? 
A) Elektron     B) Deşik     C) İon   D) Elektrik cərəyanını keçirmir    
E) Bərabər səviyyədə elektron və deşik 
 
10. Akseptor aşqarlı yarımkeçiricidə hansı tip keçiricilik üstünlük təşkil edir? 
A) Elektron     B) Deşik     C) İon   D) Elektrik cərəyanını keçirmir    
E) Bərabər səviyyədə elektron və deşik 
 
11. Elektrik cərəyanı hansı mühitdən keçdikdə maddə daşınması baş verir? 
A) Vakuumdan     B) Elektrolit məhlullarından     C) Metallardan    
D)  Qazlardan        E) Yarımkeçiricilərdən 


71 
 
12. Hansı qaz boşalması aşağı təzyiqlərdə baş verir? 
A) Qığılcım     B) Qövs    C) Tac    
D) Alovsuz        E) Aşağı təzyiqdə qaz boşalması baş vermir 
 
13.  Silisiuma aşqar olaraq birinci halda üçvalentli qallium, ikinci halda isə beşvalentli fosfor 
daxil edildi. Alınan yarımkeçiricilərdə uyğun olaraq hansı tip keçiricilik üstünlük təşkil etdi? 
A) Birinci halda deşik, ikinci halda elektron     B) Birinci halda elektron, ikinci halda deşik     
C) Hər iki halda elektron     D) Hər iki halda deşik        E) Hər iki halda elektron-deşik 
 
14. Elektrolit məhlulundan keçən elektrik cərəyanının şüddətini 2 dəfə artırıb cərəyanın 
keçmə müddətini 2 dəfə azaltsaq, katod üzərində ayrılan maddənin kütləsi necə dəyişər? 
A) Dəyişməz     B) 2 dəfə azalar     C) 2 dəfə artar   D) 4 dəfə azalar        E) 4 dəfə artar   
 
15. Elektrolit məhlulundan elektrik cərəyanı keçdikdə onun hansı təsiri müşahidə olunar? 
1- maqnit;   2- istilik;   3- kimyəvi;  4- İşıq 
A) Yalnız 3    B) Yalnız 1 və 3    C) Yalnız 3 və 4   D) Yalnız 2 və 3   E) 1, 2 və 3 
 
16. Elektron -şüa borusunda təsvir yaradan elektron seli katoddan .... 
A) elektoliz hadisəsi nəticəsində qopur.      
B) termoelektron emissiyası hadisəsi nəticəsində qopur.      
C) elektronların zərbə ionlaşması hadisəsi nəticəsində qopur.    
D) kondensator lövhələrinin tənzimlənmə hadisəsi nəticəsində qopur.         
E) qazların müstəqil boşalması hadisəsi nəticəsində qopur.  
 
17. Elektroliz üsulu ilə nikelləmə əməliyyatı 2 A cərəyan şiddətində aparıldı və 1,8 q nikel ayrıldı. 
Bu əməliyyata nə qədər vaxt sərf olundu (nikelin elektrokimyəvi ekvivalenti 0,3 mq/ Kl)? 
A) 50 dəq    B) 30 dəq    C) 10 dəq   D) 40 dəq   E) 20 dəq 
 
18. Qövs boşalmasının yaranmasının başlıca səbəbi .... 
A) elektrodlar arasında mövcud olan yüksək gərginlikdir.     
B) termoelektron emissiyasıdır.     
C) elektrodların yalnız vakuumda yerləşdirilməsidir.       
D) işıq şüasının təsiri ilə katoddan elektron qoparılmasıdır.    
E) elektroliz hadisəsində anod üzərində maddə ayrılmasıdır. 
 
19. Plazma .... istifadə olunur.   
A) barometrdə   B) gündüz lampasında      C) ampermetrdə    
D) sabit cərəyan generatorunda    E) elektromaqnitdə 
 
20. Metal naqildə cərəyanın sürəti nə qəbul edilmişdir? 
A) Elektronların ən böyük sürəti   B) Elektronların orta sürəti      
C) Elektrik sahəsinin yayılma sürəti   D) Müsbət ionların rəqsi hərəkət sürəti     
E) Mənfi ionların rəqsi hərəkət sürəti 
 
 
Doğru cavablar 
1  2  3  4  5  6  7  8  9  10 11 12 13 14 15 16 17 18 19 20 
C E D C A C B E A B B D B A E B B A B C 


72 
 
 
 
 
 
FƏSİL ÜZRƏ  
REALLAŞDIRILACAQ ALT STANDARTLAR 
 
 
 
FƏSİL ÜZRƏ ÜMUMİ SAATLARIN MİQDARI: 
26
 
saat 
KİÇİK SUMMATİV QİYMƏTLƏNDİRMƏ: 
          1 saat
 
 
 
1.1.1. Elektromaqnit (maqnit, işıq), atom və nüvə hadisələrini, onların başvermə 
səbəblərini şərh edir. 
1.1.2. Elektromaqnit (maqnit, işıq), atom və nüvə hadisələrinə aid məsələlər 
qurur və həll edir. 
1.1.3. Yüklü zərrəciklərin, atom və nüvədaxili zərrəciklərin hərəkətini şərh edir.  
1.1.4. Elektromaqnit (maqnit, işıq), atom və nüvə hadisələrinin 
qanunauyğunluqlarına dair topladığı məlumatları şərh edir. 
2.1.1. Elektromaqnit və qravitasiya sahələrini müqayisəli şəkildə şərh edir.  
2.1.2. Elektromaqnit və qravitasiya sahələrinə dair məsələlər qurur və həll edir. 
2.2.1. Təbiətdəki əlaqəli sistemlərdə elektromaqnit və nüvə qarşılıqlı təsirinin 
rolunu izah edir.  
2.2.2. Elektromaqnit və nüvə qarşılıqlı təsirinə dair məsələlər qurur və həll edir. 
3.1.1. Elektromaqnit (maqnit və işıq), atom və nüvə hadisələrinə uyğun 
cihazlardan istifadə edir.  
3.1.2. Elektromaqnit (maqnit və işıq), atom və nüvə hadisələrinə uyğun fiziki 
kəmiyyətlər arasındakı asılılığı müəyyən edir. 
3.2.1. Müxtəlif fiziki hadisələrə (elektromaqnit, işıq, atom və nüvə) əsaslanan 
qurğuların iş prinsiplərini şərh edir.  
3.2.2. Müxtəlif fiziki hadisələrin inkişafında fizika elminin roluna dair 
təqdimatlar edir.
MAQNİT SAHƏSİ
FƏSİL –
2


Yüklə 3,69 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə