Microsoft Word fiz-9 mv az capa docx



Yüklə 3,69 Kb.
Pdf görüntüsü
səhifə29/93
tarix08.10.2017
ölçüsü3,69 Kb.
#3673
növüDərs
1   ...   25   26   27   28   29   30   31   32   ...   93

61 
 
3. Rabitəni tərk etmiş elektronların yerində deşiklər yaranır. Onlar da xarici elektrik 
sahəsinin təsiri ilə elektronların hərəkətinin  əksi istiqamətində nizamlı  hərəkət edərək 
yarımkeçirici kristalda cərəyanyaratma prosesində  iştirak edir. 
Şagirdlər başa düşməlidirlər ki, həqiqətdə  hərəkət edən elektronlardır, nəticədə sanki 
deşiklər də hərəkət edir. Bu halı başa salmaq üçün sinif otağındakı sıralardan biri ilə belə bir 
canlı eksperiment aparıla bilər: birinci sırada əyləşən şagird lövhənin qarşısına dəvət olunur. 
Onun yerinə arxada əyləşən şagird əyləşdirilir, bu şagirdin boşaltdığı stulu sonrakı şagird və 
s. tutur. Beləliklə, şagirdlər boşaldılan yerlərə doğru yerlərini dəyişdikcə boş yerlərin də əks 
tərəfə yerini dəyişdiyini müşahidə edirlər. 
Yarımkeçiricilərin məxsusi keçiriciliyinin mexanizmi dərslikdə kifayət qədər sadə  və 
anlaşıqlı verilmişdir.  
Təklif olunan cədvəl və sxemlər. Yaradıcı tətbiqetmə mərhələsində müəllim şagirdlərdən 
blokundakı tapşırığı cədvəl əsasında sistemləşdirməyi tələb edə bilər: 
Elektrik keçiriciliyinin təbiəti 
Metallar 
Yarımkeçiricilər 
Daxili quruluşu 
........ 
........ 
Elektrik yükdaşıyıcıları 
........ 
........ 
Elektrik keçiriciliyinin 
temperaturdan asılılığı 
Temperatur artdıqda elektrik 
keçiriciliyi azalır 
........ 
Mütləq sıfır temperaturunda 
elektrik keçiriciliyi 
........ 
........ 
Elektrik keçiriciliyində maddə 
daşınırmı 
........ 
........ 
F blokunda verilən tapşırıq dərs boyunca şagirdin öyrəndiyi  əsas biliklərin müstəqil 
olaraq ümumiləşdirilməsinə xidmət edir. Texniki imkanları olan siniflərdə müəllim tapşırığı 
“AktivInspire”, “Mimio”, “Power Point” proqramlarının birində interaktiv formada təqdim 
edə bilər. Bu zaman şagirdlərin elektron lövhədə sərbəst işinin təmin olunması məqsədəmü-
vafiqdir. Müəllim auksion texnikasını  tətbiq etməklə ümumiləşdirmə apara bilər. Bütün 
şagirdlər müzakirə olunan məsələ haqqında növbə ilə fikir söyləyir, əlavə olaraq başqa şagird 
təkrara yol vermədən təklif irəli sürə bilər. 
Elektron resurslar: 
1. https://www.youtube.com/watch?v=xozf5Lt8w7Y 
2. https://www.youtube.com/watch?v=-wb0HWg2uog 
3. www.youtube.com/watch?v=JDpL7DLBJ-g 
Qiymətləndirmə.  Aşağıdakı meyarlar əsasında təlim məqsədlərinə nail olmaq dərəcəsini 
müəyyən etmək olar.  
M-lar 

səviyyə 
II 
səviyyə 
III 
səviyyə 
IV 
səviyyə 

əyy
ənetm
ə 
Kimyəvi elementlərin 
dövri sistemində ya-
rımkeçirici element-
ləri müəllimin kömə-
yi ilə müəyyən edir. 
Kimyəvi elementlərin 
dövri sistemində ya-
rımkeçirici element-
ləri az səhvə yol ver-
məklə müəyyən edir. 
Kimyəvi elementlərin 
dövri sistemində ya-
rımkeçirici element-
ləri əsasən doğru mü-
əyyən edir. 
Kimyəvi elementlərin 
dövri sistemində ya-
rımkeçirici element-
ləri  düzgün müəyyən 
edir. 
İzahe
tm
ə 
Yarımkeçiricilərin 
məxsusi elektrik ke-
çiriciliyinin fiziki 
mexanizmini səhv 
izah edir. 
Yarımkeçiricilərin 
məxsusi elektrik keçi-
riciliyinin fiziki me-
xanizmini kiçik qü-
surlara yol verməklə 
izah edir. 
Yarımkeçiricilərin 
məxsusi elektrik 
keçiriciliyinin fiziki 
mexanizmini qismən 
doğru izah edir. 
Yarımkeçiricilərin 
məxsusi elektrik 
keçiriciliyinin fiziki 
mexanizmini dəqiq 
izah edir. 
Dərsin sonunda iş vərəqləri yığılır və şagirdlərin portfoliosuna əlavə olunur. 
 
 


62 
 
Dərs 13/Mövzu:
YARIMKEÇİRİCİLƏRİN AŞQAR KEÇİRİCİLİYİ 
Maraqoyatma sinfə verilən birbaşa sualla başlanıla bilər: 
 Təmiz yarımkeçiricinin tərkibinə aşqar (kənar maddə) qatılarsa, onun elektrik keçiricili-
yində qeyri- adi nə baş verər? 
Şagirdlər fərziyyələrini irəli sürdükcə tədqiqat sualı formalaşır: 
Tədqiqat sualı:
  Təmiz yarımkeçiriciyə  aşqar (kənar maddə) qatılarsa, onun elektrik 
keçiriciliyi necə dəyişər? 
Şagirdlər qruplaşdırılır, onlar dərsliyin B blokunda verilən “Təmiz yarımkeçiriciyə aşqar 
qatıldıqda onun yükdaşıyıcılarının miqdarı necə  dəyişər?” araşdırmasını  Si-P  və  Si-B 
birləşmələrinin atomları arasında kovalent rabitələrin sxeminə əsasən icra edirlər. Şagirdlər 
bir az diqqətli olsalar, 4 valentli təmiz yarımkeçirici silisiumun tərkibinə 5 valentli fosfor və 
3 valentli bor maddəsi aşqar olaraq əlavə edildikdə onun keçiriciliyinin artma mexanizmini 
başa düşəcəklər.  
Tövsiyə -1. Problemi həlletmə və mənimsəmə işində şagirdlərə yardım məqsədilə  müəl-
lim dərslikdə verilən ikinci araşdırmadakı “Nümunə” məsələni həll edə bilər. 
Məlumdur ki, 
1
 germanium  kristalında təqribən 
10  atom var. Otaq temperaturunda təmiz 
germaniumdakı sərbəst elektronların konsentrasiyası 
10
  təşkil edir. Bu o deməkdir 
ki, hər yüz milyard germanium atomuna bir sərbəst elektron düşür. Halbuki metallarda hər 
atoma bir sərbəst elektron düşür. Fərz edək ki, germanium kristalına aşqar olaraq onun atom-
larının sayının 
1%-i  qədər (0,01  hissəsi qədər) beşvalentli arsen atomu qatılmışdır. Bu o 
deməkdir ki,  germanium kristalının atomları arasına hər 
1
-də 
10  aşqar atomu daxil 
edilmişdir. Nəzərə alsaq ki, hər bir arsen atomu bir valent elektronunu sərbəstləşdirir, bu cür 
elektronların kristalda konsentrasiyası 
10
 olar. Həmin rəqəm təmiz germanium kris-
talındakı elektronların konsentrasiyasından 
10  dəfə, yəni milyard dəfə böyükdür. Bu isə o 
deməkdir ki, aşqar tərkibli yarımkeçirici kristalın xüsusi müqaviməti təmiz yarımkeçirici kristalın 
xüsusi müqavimətindən 
10  dəfə kiçikdir. Ona görə  də  aşqar tərkibli yarımkeçiricilər elektrik 
cərəyanını təmiz yarımkeçiricilərdən 
10  dəfə yaxşı keçirir. 
Beləliklə,  şagirdlərə tam aydın olur ki, təmiz yarımkeçirici kristalın tərkibinə  aşqar daxil 
etdikdə onun elektrik keçiriciliyini əhəmiyyətli dərəcədə artırmaq olur. 
Bundan sonra qruplar dərsliyin C blokunda verilən nəzəri dərs materialını anlayaraq mü-
zakirə edir və  təqdimat hazırlayır. Təqdimatların müzakirəsindən sonra sinfə belə bir diq-
qətçəkən sualla müraciət oluna bilər: 
 Masanın üzərinə aşqarlı yarımkeçirici çubuq qoyulmuşdur. Necə müəyyən etmək olar: 
bu çubuqda elektrik keçiriciliyi hansı yükdaşıyıcılar hesabına baş verir? 
Şagirdlər müxtəlif fərziyyələr irəli sürürlər. 
Tövsiyə -2. Ali məktəb kursundan məlumdur ki, yarımkeçirici kristalın elektrik keçiricili-
yinin hansı yükdaşıyıcılar hesabına baş verməsi Holl effektinə əsasən təyin olunur. Lakin bu 
üsul orta məktəbdə öyrənilmədiyindən onu sadə təcrübə ilə müəyyən etmək olar. 
Alt 
STANDARTLAR 
2.1.3. Maddəni quruluşuna və xassələrinə görə təsnif edir. 
2.1.4. Maddələrin quruluş və xassələrinə aid məsələlər qurur və həll edir. 
3.1.1. Elektromaqnit (maqnit və  işıq), atom və nüvə hadisələrinə uyğun 
cihazlardan istifadə edir. 
Təlim  
NƏTİCƏLƏRİ 
 Yarımkeçiricilərin aşqar elektrik keçiriciliyinin fiziki mexanizmini izah 
edir. 
  Aşqar yarımkeçiricilərin elektrik keçiriciliyinə aid keyfiyyət və kəmiyyət 
xarakterli məsələlər həll edir . 


Yüklə 3,69 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə