Microsoft Word fiz-9 mv az capa docx



Yüklə 3,69 Kb.
Pdf görüntüsü
səhifə25/93
tarix08.10.2017
ölçüsü3,69 Kb.
#3673
növüDərs
1   ...   21   22   23   24   25   26   27   28   ...   93

52 
 
Dərs 9/Mövzu: 
QAZLARDA ELEKTRİK CƏRƏYANI. 
QEYRİ-MÜSTƏQİL BOŞALMA 
Maraqoyatma dərsliyin blokunda verilən mətn və uyğun sualların müzakirəsindən əlavə,  
şagirdlərlə elektron əyləncə xarakterli tapşırığın yerinə yetirilməsi ilə də həyata keçirilə bilər. 
Belə ki, onlara dielektrik maddələri dielektrik qutusuna, keçiriciləri isə naqil qutusuna 
toplamaq tapşırığı verilir. Qazın naqil və ya dielektrik olması şagirdlərdə müxtəlif fərziyyə-
lərin yaranmasına səbəb olur.  
Sxem “Activİnspire” proqramında tərtib edilir və konteyner funksiyasından istifadə etməklə 
icra olunur: 
 
 
Tədqiqat sualı:
  Adi  şəraitdə dielektrik olan qazlarda elektrik keçiriciliyi necə  təmin 
edilə bilər?”  
Bu mərhələdə dərsliyin B blokunda verilən “Qazlar dielektrikdir!” araşdırması icra olu-
nur. Nəzərdə tutulan təcrübə nümayiş xarakterli olduğundan və elektrofor maşını ilə 
təhlükəsiz işləmək nöqteyi-nəzərindən onu şagirdlərin bilavasitə  iştirakı ilə müəllimin icra 
etməsi məqsədəuyğundur. Müəllim hər sıradan bir şagirdi nümayiş masasına dəvət edir və 
aşağıdakı ardıcıllıqla təcrübəyə başlayır:  
1. Elektrometrə birləşdirilən müstəvi kondensator lövhələri elektrofor maşını ilə yüklənir. 
Bu, elektrometrin əqrəbinin müəyyən bucaq qədər meyil etməsindən görünür.  
2. Kondensatorun köynəkləri bir-birınə toxundurularaq yük boşaldılır – elektrometrin 
əqrəbi sıfır bölgüsünün üzərinə düşür. 
3. Kondensator köynəkləri bir-birindən aralandırılır və yenə elektrikləndirilir. Elektro-
metr bir neçə dəqiqə müşahidə olunur, onun çox cüzi boşaldığı aşkar edilir. Sonra  kondensa-
tor lövhələri yavaş-yavaş bir-birinə yaxınlaşdırılır. Məlum olur ki, lövhələr toxunana qədər 
onlarda, demək olar, boşalma baş vermir, toxunduqda isə dərhal yüklər hərəkətə gəlir, elek-
trik cərəyanı yaranır və lövhələr tamamilə boşalır.  
Araşdırmanın  müzakirəsi zamanı şagirdlər əmin olurlar ki, kondensator  lövhələri arasın-
dakı hava qatı onun boşalmasına imkan vermir, çünki adi şəraitdə havada sərbəst 
yükdaşıyıcılar yoxdur – o, dielektrikdir. Şagirdlərdə fərziyyələr yaranır: “Necə etmək olar ki, 
qaz keçirici olsun?” 
Diferensial təlim.  Təlim nəticələri zəif və sağlamlıq imkanları  məhdud olan şagirdlərə 
müşahidələrini şərh etmək tapşırığı verilə bilər.  
Alt 
STANDARTLAR 
2.1.3. Maddəni quruluşuna və xassələrinə görə təsnif edir. 
3.1.1. Elektromaqnit (maqnit və işıq), atom və nüvə hadisələrinə uyğun 
cihazlardan istifadə edir. 
Təlim  
NƏTİCƏLƏRİ 
 Qazların elektrik keçiriciliyinin mexanizmini izah edir. 
 Qeyri-müstəqil qaz boşalmasını sadə təcrübələrlə yoxlayır. 
Dielektriklər 
Naqillər 
 
Dəmir
Qaz
Polietilen
Mis
Quru taxta
Alüminium


53 
 
Növbəti mərhələdə şagirdlər 3-4 qrupa bölünür. Onlara  dərslikdə verilən nəzəri material 
əsasında (C bloku) təqdimat hazırlamaq tapşırılır. Bu zaman onları  məqsədəmüvafiq isti-
qamətə yönəltmək üçün təqdimatlarını aşağıdakı suallar əsasında hazırlamaq tövsiyə olunur: 
 Qaz boşalması nə deməkdir? 
 Qazda sərbəst yükdaşıyıcıların yaranma üsulları hansılardır? 
 Qazın temperaturunun artırılması ilə onun molekullarının ionlaşdırılma mexanizmi necə 
izah olunur? 
 Müstəqil qaz boşalması nə deməkdir? 
Müəllim qrup liderlərinin təqdimatlarına özünün lakonik elmi-metodik şərhləri ilə 
dəqiqlik və elmilik gətirir.  Beləliklə,  şagirdlər öyrənirlər ki, qazları yüksək temperatura 
qədər qızdırdıqda onu təşkil edən molekulların bəziləri elə böyük kinetik enerji alır ki, onlar 
qarşılaşdıqları digər molekullarla toqquşduqda bu təsir nəticəsində neytral molekullardan 
elektronların qopma prosesi – ionlaşma prosesi baş verir: sərbəst elektron və müsbət ion 
yaranır. Temperatur yüksək olduqca əmələ  gələn ionların sayı da çoxalır.  İonlaşmış qaz 
elektrik sahəsinə düşərsə, elektrik cərəyanı yaranar, belə ki, elektronlar müsbət elektroda 
(anoda), müsbət ionlar isə mənfi elektroda (katoda) doğru hərəkət edərək qazın elektrik keçi-
riciliyini təmin edir. 
Şagirdlərin nəzərinə çatdırmaq lazımdır ki, elektrolitlərdə yükdaşıyıcılar müsbət və mənfi 
ionlardır. Qazlarda isə  mənfi ionlar elektrik keçiriciliyində qismən iştirak edir, əsas 
yükdaşıyıcılar isə xarici ionizatorun ( –  şüalar, rentgen şüaları, ultrabənövşəyi  şüalar, alov) 
təsiri ilə yaranan elektronlar və müsbət ionlardır. Qazlarda müsbət ionların elektronlarla 
birləşərək neytral molekul əmələ  gəlməsi kimi əks proses – rekombinasiya prosesi də gedir. 
Qazlarda ionlaşma və rekombinasiya prosesləri arasında dinamik tarazlıq yaranır, yəni xarici 
ionizatorun intensivliyindən asılı olaraq vahid həcmdə eyni sayda elektron və ion əmələ gəlir. 
Xarici təsirlər kəsildikdə rekombinasiyanın sürəti artır – müsbət ionlar elektronları zəbt edərək 
neytrallaşır – qaz yenidən dielektrik olur, qeyri-müstəqil qaz boşalması baş verir. 
Nəzəri məlumatın müzakirə prosesində müəllim “Fizika multimedia” dərsliyindən uyğun 
mövzuya aid animasiya və videofraqmentlər nümayiş edə bilər. 
Qeyd.  IX sinifdə qazların elektrik keçiriciliyinin volt-amper xarakteristikasının çıxarıl-
ması təlim standartlarına əsasən nəzərdə tutulmur
Yaradıcı  tətbiqetmə hissəsində “Alovla qaz boşalması” araşdırılması icra olunur (
bloku). Hər qrupdan bir şagird nümayiş masasına dəvət olunur. Onlar müəllimin köməyi ilə 
birinci araşdırmanı təkrarlayırlar: kondensator lövhələri yükləndirildikdən sonra bu lövhələr 
arasına spirt (və ya şam) alovu daxil edilir. Otaq temperaturunda dielektrik olan havanın 
dərhal elektrik cərəyanını keçirdiyi, kondensator lövhələrinin boşaldığı müşahidə edilir. 
Təcrübənin nəticəsi aşağıdakı suallar əsasında müzakirə olunur: 
– Spirt (və ya şam) alovunun temperaturu hava molekullarının ionlaşdırılmasına kifayət 
edirmi? 
– Spirt (və ya şam) alovunun hava molekullarının elektrik keçiriciliyində rolu nədir? 
Müzakirədən aydın olur ki, spirt (və ya şam) alovunun temperaturu hava molekulunun 
ionlaşdırılmasına kifayət etmir, çünki bunun üçün havanı 3000 °C-dən 4000 °C temperatura 
qədər qızdırmaq lazımdır. Spirt (və ya şam) alovunda isə temperatur 750÷800°C-dir. Bəs 
alovun rolu nədir? Qeyd edilir ki, alov özü ionlaşmış qazdır – o, kondensator lövhələri ara-
sındakı havanı  sərbəst elektronlar və ionlarla təchiz edir. Beləliklə, kondensator lövhələri 
arasındakı havanın elektrik keçiriciliyi hava molekulları hesabına deyil, alovun bu mühitə 
verdiyi yükdaşıyıcıların hesabına yaranır (şəkil 1). 


Yüklə 3,69 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə