Microsoft Word fiz-9 mv az capa docx



Yüklə 3,69 Kb.
Pdf görüntüsü
səhifə21/93
tarix08.10.2017
ölçüsü3,69 Kb.
#3673
növüDərs
1   ...   17   18   19   20   21   22   23   24   ...   93

44 
 
nəzarət edir: içərisində distillə edilmiş su olan qab, iki kömür elektrod, lampa, açar, cərəyan 
mənbəyindən ibarət elektrik dövrəsi yığılır.  Şagirdlər müəyyən edirlər ki, dielektrik olan 
distillə edilmiş su və quru xörək duzu ayrı-ayrılıqda elektrik cərəyanını keçirmir. Lakin xö-
rək duzunu distillə edilmiş suya əlavə etdikdə dövrədən elektrik cərəyanı keçir və lampanın 
teli közərir.  Araşdırmanın nəticəsi dərslikdə verilən suallarla həyata keçirilə bilər. Bu zaman 
şagirdlərin kimya fənnindən qazandıqları biliklərə istinad etmək lazımdır: 
– Nə üçün distillə edilmiş su və quru xörək duzu dielektrikdir? 
– İki dielektriki qarışdırdıqda – xörək duzunu distillə edilmiş suya əlavə etdikdə alınan 
məhlulda nə baş verdi ki, o, elektrik cərəyanını keçirdi? 
– Elektrolitik dissosiasiya nədir? 
– Mayelərdə elektrik cərəyanını hansı yükdaşıyıcılar keçirir? və s.  
Yeni bilik şagirdlər üçün kimya fənnindən öyrəndikləri məlum biliklərin təkrarı xarakterini 
daşıdığından təlim prosesinin məqsədinə müvafiq olaraq mövzuya aid nəzəri material qrup-
larda oxunur, müəllimin hazırladığı didaktik vərəqlərdəki suallara müvafiq müzakirələr apa-
rılır və təqdimat hazırlanır. Təqdimatların məzmunu aşağıdakı müddəaları əhatə etməlidir: 
 Elektrolitik dissosiasiya. 
 İon keçiriciliyinin təbiəti. 
 Elektroliz qanunu. 
Təqdimatların dinlənilməsindən sonra müəllim mayelərin elektrik keçiriciliyinin təbiətini 
xüsusi hazırladığı digər təcrübə nümayişi əsasında şərh edə bilər. Bu təcrübə, əvvəla, mayelərdə 
elektrik cərəyanının həm müsbət, həm də  mənfi ionların  əks istiqamətlərə  hərəkətinin nəticəsi 
olduğunu təsdiqləyir, ikincisi, elektrolit məhlulunda ionların hərəkətini görünən edir.  
Bu maraqlı təcrübə belədirFiltr kağızı xörək duzu məhlulunda isladılır və müstəvi şüşə lövhə 
üzərinə bərkidilir (şəkil 1). Onun üzərinə isə iki dar filtr kağız zolağı qoyulur: birinci zolaq mis 
xloridin suda məhlulu ilə, ikinci isə kaliumdixrom turşusunun məhlulu ilə isladılır. Birinci zolaq 
cərəyan mənbəyinin müsbət, ikinci zolaq isə mənfi qütbünə birləşdirilir (bax: şəkil 1). Elektrodlar 
arasında elektrik sahəsi yaradıldıqda katod yaxınlığında sarı rəngdə sahə yaranır və o, zaman 
keçdikcə anoda doğru genişlənir. Anod yaxınlığında isə göy rəngli sahə yaranır, bu sahə katoda 
doğru genişlənir.  Şagirdlərin diqqətinə çatdırılır ki, göy rəngi kağız zolaqdakı  məhlulda mis 
ionları yaradır, sarı rəngli sahəni isə turşu qalığının ionları əmələ gətirir.
 
Tövsiyə.  Təlim nəticələri yüksək olan 
siniflərdə elektrokimyəvi ekvivalentin 
mahiyyətinin izah olunması məqsədəuy-
ğundur. Qeyd edilir ki: 
.
Maddənin elektrokimyəvi ekvivalenti 
ədədi qiymətcə elektrolitdən 1Kl yük 
keçərkən elektrod üzərində ayrılan 
maddənin kütləsinə bərabərdir. Mad-
dənin elektrokimyəvi ekvivalenti onun 
molyar kütləsindən və valentliyindən 
asılıdır. Bu o deməkdir ki, elektrokimyəvi ekvivalent nəinki müxtəlif maddələr üçün müxtəlif-
dir, o həm də eyni maddənin müxtəlif birləşmələri üçün də (bu birləşmələrdə valentliklər 
fərqli olduğuna görə) müxtəlifdir. Məsələn, mis xlorid (CuCl) məhlulunda mis birvalentlidir. 
Bu məhluldan hər dəfə 1Kl yük keçdikdə 
0,658 ∙ 10
 mis ayrılır. Lakin 
 məhlulunda 
mis ikivalentlidir və ondan keçən hər 1Kl yük məhluldan 
0,329 ∙ 10
 mis ayırır. Ona görə 
də birinci məhlul üçün misin elektrokimyəvi ekvivalenti 
 
0,658 ∙ 10
 olduğu halda, 


45 
 
ikincidə 
0,329 ∙ 10
  -dur. Daha sonra müəllim elektrolitik dissosiasiyası prosesinin – 
maddənin molekullarının ionlara parçalanma hissəsinin temperaturdan, məhlulun kon-
sentrasiyasından, həlledicinin dielektrik nüfuzluğundan asılılığına aid qısa məlumat verə 
bilər. Qeyd oluna və təcrübi olaraq nümayiş edilə bilər ki, temperatur artdıqca dissosiasiya 
dərəcəsi artır, bu isə müsbət və mənfi ionların sayının artması deməkdir. Şagirdlər bu barədə 
daha geniş məlumatı yuxarı sinifdə  alacaqlar. 
Müəllim vaxta qənaət etmək məqsədilə texniki imkanları olan siniflərdə “AktivInspire”, 
“Mimio”, “Power Point” proqramlarının birində elektroliz hadisəsinin fiziki mexanizmini 
nümayiş etdirə bilər.  
Təklif olunan cədvəl və sxemlər.  
Yaradıcı  tətbiqetmə  mərhələsində  şagirdlər  E blokundakı 
tapşırığı yerinə yetirir. Mövzuda öyrənilənləri möhkəmlən-
dirmək, tətbiq etmək və onlara münasibət bildirmək məq-
sədilə verilən məsələ  həll olunur. Lakin müəllim bu mərhə-
lədə metallarla mayelərin elektrik keçiriciliyinin təbiətlərinin 
Venn diaqramında müqayisə edilməsi tapşırığını da verə bilər. Vaxtın məhdudluğunu nəzərə 
alaraq tapşırıq müəllimin müsahibəsi əsasında həll edilə bilər.  
Mövzunun “Nə öyrəndiniz” hissəsində  şagirdlər verilən açar sözlərin mənasını izah 
etməklə dərs boyunca öyrəndikləri əsas bilikləri  müstəqil olaraq ümumiləşdirirlər. 
Açar sözlər
Tərifi 
Elektrolit 
 
Elektrolitik dissosiasiya 
 
Elektrolitdə elektrik cərəyanı 
 
Elektroliz  
 
Elektroliz qanunu 
 
Şagirdlərin özlərini qiymətləndirmələri üçün mövzunun sonunda “Öyrəndiklərinizi yoxlayın” 
hissəsində verilmiş tapşırıqlar yerinə yetirilə bilər.  
Elektron resurslar: 
1. https://www.youtube.com/watch?v=-ROZ0KU5ncM 
2. https://www.youtube.com/watch?v=yUk4RA95DYI 
3. https://www.youtube.com/watch?v=h_8MD-QpTrI 
 
Qiymətləndirmə.  Aşağıdakı meyarlar əsasında təlim məqsədlərinə nail olmaq dərəcəsini 
müəyyən etmək olar.
  
M-lar 

səviyyə 
II 
səviyyə 
III 
səviyyə 
IV 
səviyyə 
İzahe
tm
ə 
Mayelərin elektrik ke-
çiriciliyinin fiziki me-
xanizmini müəllimin 
köməyi ilə izah edir. 
Mayelərin elektrik 
keçiriciliyinin fiziki 
mexanizmini az səhv-
lərə yol verməklə  
izah edir. 
Mayelərin elektrik 
keçiriciliyinin fiziki 
mexanizmini əsasən 
doğru izah edir. 
Mayelərin elektrik 
keçiriciliyinin fiziki 
mexanizmini düzgün  
izah edir. 
T
əyin
etm
ə 
Mayelərin elektrik 
keçiriciliyinin baş-
vermə mexanizmini 
sadə təcrübələrlə 
müəllimin köməyi ilə 
yoxlayır. 
Mayelərin elektrik 
keçiriciliyinin baş-
vermə mexanizmini 
sadə təcrübələrlə 
çətinliklə  yoxlayır. 
 
Mayelərin elektrik 
keçiriciliyinin baş-
vermə mexanizmini 
sadə təcrübələrlə 
əsasən düzgün yox-
layır. 
Mayelərin elektrik 
keçiriciliyinin baş-
vermə mexanizmini 
sadə təcrübələrlə də-
qiq yoxlayır. 


Yüklə 3,69 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə