Microsoft Word fiz-9 mv az capa docx



Yüklə 3,69 Kb.
Pdf görüntüsü
səhifə23/93
tarix08.10.2017
ölçüsü3,69 Kb.
#3673
növüDərs
1   ...   19   20   21   22   23   24   25   26   ...   93

48 
 
Tapşırıq 4
8 dəq sonra dövrəni açın, 
katodu salfetlə qurulayın 
və onun tərəzi vasitəsilə  
 kütləsini ölçün. 
Laboratoriya avadanlıq-
larından istifadəetmə və 
tanıma. Ölçmələrdən alınan 
qiymətləri praktik təyinet-
mə. 
İşin nəticəsini müəllim qiymətləndirir. 
Maksimum 5 bal ola bilər. 
Tapşırıq 5
Təcrübəni daha iki dəfə 
təkrarlayın: hər 8 dəq -
dən bir kütləsini təyin 
etdiyiniz katodu dövrənin 
mənfi qütbünə birləşdirin.
Fiziki ölçü cihazlarından 
istifadəetmə. Laboratoriya 
avadanlıqlarından isti-
fadəetmə və tanıma. 
İşin nəticəsini müəllim qiymətləndirir. 
Maksimum 5 bal ola bilər. 
 
Tapşırıq 6.  
8 dəq, 16 dəq və 24 dəq 
zaman fasilələrində 
katodda ayrılan misin 
kütləsini 
 
ifadəsinə əsasən he-
sablayın.  
Praktik nəticələrin hesablan-
ması bacarıqları. 
Şagirdlər yoldaşlarını  yoxlayır. Onlar 
praktik tapşırıqları yerinə yetirir: uyğun 
kəmiyyətlərin qiymətlərini hesablayır. 
Hər düzgün hesablamaya 2 bal əlavə olu-
nur. Maksimum 6 bal ola bilər 
Tapşırıq 7. 
 düsturuna əsasən 
uyğun zaman fa-
silələrində elektrolitdən 
keçən yükün miqdarını 
hesablayın. 
Alınmış qiymətlərə uyğun 
riyazi hesablamalar apara-
bilmə.  
 
Şagirdlər bir-birinin cavabını yoxlayır və 
qiymətləndirir. Hər düzgün cavaba 2 bal 
yazılır. Maksimum 6 bal ola bilər. 
 
Beləliklə: 
;  
 
Nəticəni müzakirə edin: 
 Elektrod üzərində ayrılan misin kütləsi elektrolitdən keçən yükün miqdarından necə asılıdır? 
Asılılığı qrafik təsvir edin. 
Şagirdlərə yığdıqları balların ümumi 
sayını hesablamaq və nəticəni iş vərəqinə  
yazmaq tapşırılır. 
Ümumiləşdirmə 
Maksimum 40 bal ola bi-
lər. 
Cədvəl 1.2. 
Təc. 
sayı 
Katodun kütləsi Katodda 
ayrılan misin 
kütləsi 
Zaman Cərəyan 
şiddəti 
Elektrik 
yükü 
t (dəq) 
t (san) 
I (A) 
q (Kl) 

     
8    

 
 
16 
 
 

  
24 
 
 
 
Qiymətləndirmə.  Aşağıdakı meyarlar əsasında təlim məqsədlərinə nail olmaq dərəcəsini 
müəyyən etmək olar.  
M-lar 

səviyyə 
II 
səviyyə 
III 
səviyyə 
IV 
səviyyə 
T
ətbiq
et
m
ə 
Elektroliz qanununun 
doğruluğunu təcrübi 
olaraq müəllimin, ya-
xud sinif yoldaşlarının 
köməyi ilə  yoxlayır. 
Elektroliz qanununun 
doğruluğunu təcrübi 
olaraq az səhvlərə yol 
verməklə  müstəqil 
yoxlayır. 
Elektroliz qanununun 
doğruluğunu təcrübi 
olaraq  əsasən  doğru 
yoxlayır. 
Elektroliz qanununun 
doğruluğunu təcrübi 
olaraq düzgün 
yoxlayır. 
Dərsin sonunda iş vərəqləri yığılır və şagirdlərin portfoliosuna əlavə olunur. 


49 
 
Dərs 7/Mövzu: 
VAKUUMDA ELEKTRİK CƏRƏYANI 
Maraqoyatma mərhələsini dərslikdə verilən materialdan əlavə belə bir maraq doğuran 
məlumat və müsahibə ilə də həyata keçirmək olar: 
  Bəzən kütləvi informasiya vasitələrində belə bir məlumat yayılır: “Astronavtlar orbital 
stansiyadan açıq kosmik fəzaya çıxaraq stansiyanın zədələnmiş hissələrini qaynaq etmişlər”. 
Bu məlumatı eşitdikdə, yəqin, bəziləriniz düşünəcəkdir ki, kosmosun Yer şəraitindən başlıca 
fərqi onun vakuum fəzasına malik olmasıdır. Qaynaq işlərini görmək üçünsə elektrik cərəya-
nı tələb olunur.  
– Axı vakuumda heç bir zərrəcik yoxdur – o, dielektrikdir. Görəsən, vakuumda elektrik cərə-
yanı almaq mümkündürmü? 
Şagirdlərin irəli sürdükləri fərziyyələr dinlənilir və onlardan maraq kəsb edənləri lövhədə 
qeyd edilir. Şagirdlər tədqiqat sualını formalaşdırır: 
Tədqiqat sualı:
 Vakuum mühitində elektrik cərəyanını necə yaratmaq olar?” 
Şagirdlər fizika kabinetində olan cihaz dəstinin sayına görə qruplara ayrılır və dərsliyin 
blokunda verilən “Vakuum dielektrikdir, yoxsa keçirici?” araşdırması yerinə yetirilir. Onlar 
əvvəlcə vakuum lampasının quruluşu ilə tanış olurlar. Sonra isə təcrübə icra edilir: elektro-
metr müsbət yüklə elektrikləndirilir (bunu  xəz parçaya sürtülən  şüşə çubuğu elektrometrə 
toxundurmaqla etmək olar). Məlum olur ki, elektrometrdə  boşalma baş vermir. Şagirdlər 
təcrübənin nəticəsi üzərində düşünürlər. Daha sonra vakuum diodunun sıxacları  cərəyan 
mənbəyinə qoşulur. Dövrə qapandıqda katod spiralı al- qırmızı rəngdə közərir və elektrometr 
əvvəlcə boşalır, sonra isə yenidən yüklənir – o, vakuum lampasından cərəyan keçdiyini 
göstərir. 
Araşdırmanın nəticəsinin müzakirəsindən  şagirdlərə aydın olur ki, elektrometrin boşalması 
lampanın katodu qızdırıldıqda baş verir. Bu zaman şagirdlər yeni problemlə qarşılaşırlar: 
– Nə üçün qapalı elektrik dövrəsinə qoşulan vakuum lampasının katodu közərəndə lampa 
elektrik cərəyanını keçirir?  
Şagird qrupları müəllimin göstərişi ilə  dərsliyin  C blokunda verilən nəzəri materialla 
tanış  olmağa başlayırlar. Müəllim  bu zaman “Fizika multimedia” diskindən “Termoelektron 
emissiyası” animasiyasını nümayiş etdirə bilər. Nümayişdən sonra qruplara üzərində 
aşağıdakı müddəalar yazılan didaktik vərəqlər paylanır və onlara  təqdimatları bu müdəalar 
əsasında hazırlamaq tapşırılır: 
 “Vakuum” anlayışı, vakuumda elektrik cərəyanının yaranma şərtləri. 
 Termoelektron emissiyası. 
 Vakuum və metalların elektrik keçiriciliyinin müqayisəsi. 
 Elektron selinin xassəsi. 
 Vakuum cihazları: diod, elektron-şüa borusu. 
Qrup liderləri bu müddəalar haqqında məlumat verərkən müəllim aşağıdakı tövsiyələrə 
diqqət yetirməlidir: 
Alt 
STANDARTLAR 
2.1.3. Maddəni quruluşuna və xassələrinə görə təsnif edir. 
3.1.1. Elektromaqnit (maqnit və işıq), atom və nüvə hadisələrinə uyğun 
cihazlardan istifadə edir. 
Təlim  
NƏTİCƏLƏRİ 
 Vakuumun elektrik keçiriciliyinin mexanizmini izah edir. 
 Vakuumda elektrik cərəyanının yaranmasını sadə təcrübələrlə yoxlayır. 
 Vakuum elektrik cihazlarının quruluş və iş prinsipini şərh edir. 


Yüklə 3,69 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə