Microsoft Word fiz-9 mv az capa docx



Yüklə 3,69 Kb.
Pdf görüntüsü
səhifə24/93
tarix08.10.2017
ölçüsü3,69 Kb.
#3673
növüDərs
1   ...   20   21   22   23   24   25   26   27   ...   93

50 
 
Tövsiyə.  1. Vakuum dedikdə elə seyrəldilmiş mühit nəzərdə tutulur ki, orada qalan qaz 
molekullarının sərbəst qaçış məsafəsi yerləşdikləri qabın və ya elektrodlar arasındakı məsa-
fədən böyük olsun. Beləliklə, əgər qabda vakuum yaradılmışdırsa, oradakı qaz molekulları, 
demək olar, bir-biri ilə toqquşmur və elektrodlararası  fəzada sərbəst hərəkət edirlər. Bu 
zaman həmin molekullar yalnız elektrodlar, yaxud qabın divarları ilə toqquşa bilirlər. Qeyd 
etmək olar ki, yüksək vakuumun əldə edilməsi təkcə    təzyiqdən deyil, qabın ölçüsündən də 
asılıdır. Məsələn, elektrodlar arasındakı  məsafəsi 10 sm olan qabda yüksək vakuum 
10
 . ü . təzyiqində yaradıla bilər. Lakin hətta qabda  
10
 . ü . təzyiq 
yaradılsa belə, orada qalan qazın  hər 
1
 həcmində bir-neçə milyard molekul qalır. 
2. Şagirdlər termoelektron emissiyası hadisəsindən danışdıqdan sonra müəllim qeyd edir 
ki, bu hadisənin köməyi ilə vakuumda elektrik cərəyanı almaq mümkündür. Bundan ötrü 
vakuum diodunun elektrodları arasında elektrik sahəsi yaradılmalıdır. Müəllim lövhədə 
vakuum diodunun elektrik dövrəsinə qoşulma sxemini çəkir və imkan varsa, sxemə görə 
dövrə  yığır. Şagirdlər müşahidə edirlər ki, katodun közərməsi artırıldıqca dövrədə elektrik 
cərəyanı yaranır və o, katod telinin temperaturu artırıldıqca yüksəlir. Bu zaman müəllim 
şagirdlərin diqqətinə çatdırır ki, mənbəyin müsbət qütbü anoda, mənfi qütbü isə katoda bir-
ləşdirilmişdir. Vakuum diodunun yalnız belə birləşməsi ümumi dövrədə elektrik cərəyanının 
keçməsini təmin edir. Əgər anod cərəyan mənbəyinin mənfi, katod isə müsbət qütbünə 
birləşdirilərsə, dövrədə elektrik cərəyanı yaranmır. Müəllim bunu cərəyan mənbəyinə 
birləşdirilən naqillərin yerini dəyişməklə tez bir zamanda nümayiş etdirir.  
3. Vakuum diodu ilə  əlaqədar aparılan belə  təcrübələrin energetik baxımdan izah 
edilməsi tövsiyə olunur. Məsələn, qeyd edilə bilər ki, katodun temperaturu artdıqca enerjisi 
metalı  tərk etməyə kifayət edəcək elektronların sayı artır. Ona görə  də katod yüksək 
temperatura qədər qızdırıldıqda onun səthindən elektrodlararası vakuuma  külli miqdarda 
elektron “buxarlanır” (vakuuma atılır). Elektrodlar arasında 
elektrik sahəsi yaradıldıqda vakuumdan elektrik cərəyanı keçir. 
Tövsiyə olunan bu məlumatların verilməsi şagirdlərə dərsliyin 
D blokunda təqdim edilən araşdırmanı başa düşərək asanlıqla 
yerinə yetirmələrinə zəmin yaradacaq.  
Qeyd. IX sinifdə vakuum diodunun volt-amper 
xarakteristikasının çıxarılması  təlim standartlarına  əsasən 
nəzərdə tutulmur. 
Aşağıdakı  cədvəli tamamlamaqla qruplar bir-birinin 
təqdimatından öyrəndiklərini öz məlumatı ilə müqayisə edə bilər (E bloku). 
Anlayış 
Məlumat Müzakirə zamanı nəticəm 
Termoelektron emissiya 
 
 
Vakuum diodu  
 
 
Elektron-şüa borusu 
 
 
Bu zaman şagirdlər öyrəndikləri üç mühitin, məsələn, mayelər, qazlar və vakuumun elektrik 
keçiriciliyi mexanizminin Venn diaqramında müqayisəsini verə bilərlər: 
 


51 
 
Elektron resurslar: 
1. https://www.youtube.com/watch?v=8DHfXz1SXVk 
2. https://www.youtube.com/watch?v=8TNGIDYvwkY 
3. https://www.youtube.com/watch?v=f5tVyM0U45A 
 
Qiymətləndirmə.  Aşağıdakı meyarlar əsasında təlim məqsədlərinə nail olmaq dərəcəsini 
müəyyən etmək olar.  
M-lar 

səviyyə 
II 
səviyyə 
III 
səviyyə 
IV 
səviyyə 
İzahe
tm
ə 
Vakuumun elektrik 
keçiriciliyinin me-
xanizmini səhv  izah 
edir. 
Vakuumun elektrik 
keçiriciliyinin me-
xanizmini çətinliklə 
izah edir. 
Vakuumun elektrik 
keçiriciliyinin me-
xanizmini 
əsasən  
izah edir. 
Vakuumun elektrik 
keçiriciliyinin me-
xanizmini düzgün 
 
izah edir. 
T
ətbiq
et
m
ə 
Vakuumda elektrik 
cərəyanının yaran-
masını sadə təcrü-
bələrlə sinif yolda-
şlarının yardımı ilə 
yoxlayır. 
Vakuumda elektrik 
cərəyanının yaran-
masını sadə  təcrü-
bələrlə az səhvə yol 
verməklə yoxlayır. 
Vakuumda elektrik 
cərəyanının yaran-
masını sadə  təcrü-
bələrlə qismən doğru  
yoxlayır. 
Vakuumda elektrik 
cərəyanının yaran-
masını sadə  təcrü-
bələrlə  dəqiq yox-
layır. 
Şə
rhetm
ə 
Vakuum elektrik ci-
hazlarının quruluş və 
iş prinsipini ciddi 
səhvlərlə şərh edir. 
Vakuum elektrik 
cihazlarının quruluş 
və iş prinsipini kiçik 
qüsurlara yol 
verməklə şərh edir. 
Vakuum elektrik ci-
hazlarının quruluş və 
iş prinsipini əsasən 
doğru şərh edir. 
Vakuum elektrik 
cihazlarının quruluş 
və iş prinsipini 
düzgün şərh edir. 
Dərsin sonunda iş vərəqləri yığılır və şagirdlərin portfoliosuna əlavə olunur. 
Ev tapşırığı. “Vakuum diodu nə üçün işlədilir” mövzusunda esse hazırlamaq. 
 
Dərs 8/ 
MƏSƏLƏ HƏLLİ 
 
Burada çalışma 1.3-dəki tapşırıqlar həll oluna bilər. 
1. Cavab: 1 – olmaz, çünki 1 batareyasının qütblərinin yeri dəyişiləndə anod cərəyan mənbə-
yinin  mənfi qütbünə, katod isə müsbət qütbünə birləşdirilmiş olur. Tərs birləşmə baş verir və 
dövrədən cərəyan keçmir.  2 – olar, çünki anod və katod dövrəsinə heç bir xələl gətirmir. 
2. Cavab: Olar, çünki kosmos özü vakuumdur.    3. Cavab: B.    4. Cavab: D.    5. Cavab: D. 
 
6. Verilir 
Həlli Hesablanması 
R = 1 Om,  
U = 10 V,   
I = 2 A, 
R
d
 – ? 
 
2A = 
 
2 ∙ 1
2 ∙
10  
10
2
2
4
4

 
 
 
 


Yüklə 3,69 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə