Microsoft Word fiz-9 mv az capa docx



Yüklə 3,69 Kb.
Pdf görüntüsü
səhifə17/93
tarix08.10.2017
ölçüsü3,69 Kb.
#3673
növüDərs
1   ...   13   14   15   16   17   18   19   20   ...   93

35 
 
şagirdlərin təlim sahəsində irəliləyişlərinin izlənilməsini təmin edir, şagirdlərin təlim 
ehtiyaclarının öyrənilməsinə imkan yaradır.  
Summativ qiymətləndirmə təhsilin hər hansı mərhələsində (tədris vahidinin, yarımilin və 
ilin sonunda) şagirdlərin  əldə etdikləri nailiyyətlərin qiymətləndirməsidir. Summativ 
qiymətləndirmə  məzmun standartlarının mənimsəmə  səviyyəsinin etibarlı göstəricisidir. Bu 
qiymətləndirmə kiçik (KSQ) və böyük (BSQ) summativ qiymətləndirmə olaraq iki növdən 
ibarətdir. KSQ tədris vahidlərinin sonunda, BSQ isə ildə iki dəfə, yarımillərin sonunda 
aparılır.  
Şagirdə yarımillik qiymət çıxarmaq üçün bu düsturdan istifadə olunur: 
100
60
100
40
...
2
,
1
2
1
2
,
1







BSQ
n
ksq
ksq
ksq
Y
n
 . 
Burada Y
1
 və Y
2
 – şagirdin I və II yarımil üzrə qiymətini, ksq
1,  
ksq

,...,
 
ksq
n  
– şagirdin 
müvafiq yarımil  ərzində  kiçik summativ qiymətləndirmələrinin nəticələrini,
 
n  – müvafiq 
yarımildə keçirilən kiçik summativ qiymətləndirmələrin sayını, BSQ
1
 və BSQ
2
 isə I və ya II 
yarımildə keçirilən böyük summativ qiymətləndirmənin nəticəsini bildirir.  
Yarımillik qiymətlərə görə illik qiymət çıxarılır. Aşağıdakı  cədvəldə  şagirdin yarımil-
liklərdə aldığı qiymətlərə görə illik qiymətin müəyyənləşdirilməsi qaydası göstərilmişdir.   
 
Y1 Y2 İllik
 Y1 Y2 İllik
 Y1 Y2 İllik
 Y1 Y2 İllik 
2 2 2   3 2 2   4 2 2   5 2 2 
2 3 3   3 3 3   4 3 4   5 3 4 
2 4 3   3 4 4   4 4 4   5 4 5 
2 5 4   3 5 4   4 5 5   5 5 5 
 
 
 
 
 


36 
 
MÖVZULAR ÜZRƏ TƏLİM MATERİALLARI İLƏ İŞ 
TEXNOLOGİYASININ ŞƏRHİ 
 
 
 
 
 
FƏSİL ÜZRƏ  
REALLAŞDIRILACAQ ALT STANDARTLAR 
 
 
 
FƏSİL ÜZRƏ ÜMUMİ SAATLARIN MİQDARI: 
17
 
saat 
KİÇİK SUMMATİV QİYMƏTLƏNDİRMƏ: 
          1 saat 
 
 
 
Dərs 1/Mövzu: 
METALLARIN ELEKTRİK KEÇİRİCİLİYİNİN KLASSİK 
ELEKTRON NƏZƏRİYYƏSİ 
 
Müxtəlif mühitlərdə elektrik cərəyanının öyrənilməsi klassik elektron nəzəriyyəsi  əsasında 
həyata keçirilir ki, bunun da mühüm elmi-metodik əhəmiyyəti vardır: 
1.  Bu nəzəriyyə nəinki verilən mövzunun, bütünlükdə elektrik hadisələrinin öyrənilməsinin 
elmi səviyyəsini yüksəldir.  
2.  Müxtəlif mühitlərin elektrik keçiriciliyinin mexanizminin, yükdaşıyıcıların təbiəti və 
onların sürətlərinin xarakterinin elektron nəzəriyyəsi  əsasında öyrənilməsi  şagirdlərin 
Alt 
STANDARTLAR 
2.1.3. Maddəni quruluşuna və xassələrinə görə təsnif edir. 
3.1.1. Elektromaqnit (maqnit və  işıq), atom və nüvə hadisələrinə 
uyğun cihazlardan istifadə edir. 
Təlim  
NƏTİCƏLƏRİ 
 Maddələri elektrikkeçirmə qabiliyyətinə görə təsnif edir. 
 Metal naqillərin elektrik keçiriciliyinin mexanizmini izah edir. 
2.1.3. Maddəni quruluşuna və xassələrinə görə təsnif edir.  
2.1.4. Maddələrin quruluş və xassələrinə aid məsələlər qurur və həll edir. 
3.1.1. Elektromaqnit (maqnit və işıq), atom və nüvə hadisələrinə uyğun 
cihazlardan istifadə edir.  
3.1.2. Elektromaqnit (maqnit və işıq), atom və nüvə hadisələrinə uyğun fiziki 
kəmiyyətlər arasındakı asılılığı müəyyən edir. 
 
MÜXTƏLİF MÜHİTLƏRDƏ ELEKTRİK 
CƏRƏYANI 
FƏSİL –
1


37 
 
maddənin quruluşu haqqındakı  təsəvvürlərinin dərinləşdirilməsində  və elmi 
dünyagörüşünün formalaşdırılmasında mühüm rol oynayır. 
3.  Elektrik keçiriciliyi prosesinin bu nəzəriyyə  əsasında araşdırılması  şagirdləri müasir 
elektronikanın –inteqral elektrik sxemlərinin, onların tətbiq olunduğu mobil elektron 
vasitələrinin iş prinsipinin fiziki əsasları ilə tanış edir. 
4.  Müxtəlif mühitlərdə elektrik cərəyanının klassik elektron nəzəriyyəsi  əsasında 
öyrənilməsi şagirdlərin yuxarı siniflərdə daha ətraflı tanış olacaqları mürəkkəb cihaz və 
qurğuların – elementar zərrəciklərin qeydəalınma qurğuları, sönməyən elektromaqnit 
rəqslər generatoru, gücləndirici və çevirici cihazlar, radiolokasiya qurğusu və s. quruluş 
və iş prinsiplərinin fiziki əsaslarının mənimsənilməsinin əsasını qoyur. 
Müxtəlif mühitlərin elektrik keçiriciliyinin quruluş və  məzmunu vahid konsepsiya üzərində 
qurulmuşdur: müxtəlif mühitlərin elektrik keçiriciliyinin mexanizminin keyfiyyətcə izahı  və 
araşdırılması. 
Mövzunun öyrənilməsi metalların elektrik keçiriciliyinin klassik elektron nəzəriyyəsi əsasında 
başlanır. Bu, bir neçə səbəbdən irəli gəlir: 
1) VI və VIII sinif  fizika kursu ilə fəndaxili əlaqədə varislik didaktik prinsipinin tələbi göz-
lənilmişdir; 
2) digər mühitlərin elektrik keçiriciliyinin mexanizminin öyrənilməsində analogiya və 
müvafiqlik didaktik prinsiplərinin tələbi gözlənilmişdir; 
3) “2.1.3. Maddəni quruluşuna və xassələrinə görə təsnif edir” standartının reallaşdırılma-
sına varislik və vahid yanaşma didaktik prinsiplərinin tələbi gözlənilmişdir. 
  
Beləliklə, maraqoyatma mərhələsini dərsliyin  A blokunda verilən mətn və uyğun suallarla 
başlamaq olar.  Bu zaman şagirdlərin  8-ci sinif fizika kursundan “Elektrik hadisələri”  və kimya 
fənnindən “Metalların xassələri” mövzularından öyrəndikləri biliklərə istinad edərək diaqnostik 
qiymətləndirmə həyata keçirilə bilər. Şagirdləri mövzuya istiqamətləndirmək məqsədilə  sinifdə 
frontal sorğu təşkil etmək olar: 
 Elektrik cərəyanının yaranması üçün hansı şərtlər ödənməlidir?  
 Sərbəst yükdaşıyıcı nədir? 
 Elektrik sahəsi naqildə cərəyanın yaranmasında nə kimi rol oynayır? 
 Nə üçün metal naqillər elektrik cərəyanının yaxşı keçiricisi hesab edilir? 
 Naqildə sərbəst elektronların hərəkət sürəti haqqında nə söyləmək olar? və s. 
 
Tövsiyə. Metalların elektrik keçiriciliyi mövzusunun öyrənilməsinin özünəməxsus çətinliyi vardır. 
Belə ki, naqildəki sərbəst elektronların xaotik, müsbət ionların rəqsi hərəkətlərini əyani nümayiş 
etmək mümkün deyildir. Bu səbəbdən problemi əyaniləşdirmək məqsədilə “Fizika multimedia” 
elektron dərsliyindən uyğun mövzuya aid animasiya və videofraqmentlərdən istifadə edilməsi 
məqsədəuyğundur. 
Beləliklə, şagirdlərin cavabları əsasında tədricən tədqiqat sualı formalaşır: 
Tədqiqat sualı: 
Metal naqillərin elektrik keçiriciliyinin mexanizmi necə izah olunur?” 
Müəllim dərsin bu hissəsində metalların elektrik keçiriciliyinin təbiətinin araşdırılmasına 
yönələn klassik təcrübələrlə – L.Mandelştam-N.Papaleksi, R.Tolmen-T.Stüart, K.Rike təcrü-
bələri haqqında qısa tarixi məlumat verir. Sonra şagirdlər qruplara ayrılır və onlara “K.Rikke 
eksperimentindən çıxan nəticə” araşdırmasını  (B bloku) icra edib təqdimat hazırlamaq 
tapşırığı verir. 
Şagirdlərin qısa təqdimatları zamanı müəllim belə bir faktı onların diqqətinə çatdıra bilər:  
– Yaxşı cilalanmış bu üç silindrdən ibarət naqildən 1 il müddətində elektrik cərəyanı 
buraxılmışdır. Təcrübədə elektrik tramvay xətlərini təchiz edən elektrik cərəyanından istifadə 


Yüklə 3,69 Kb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   93




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə